Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-210/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MTK-ya məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov – Borclu MTKya məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan tikinti sahəsinin, ünvan 1 ünvanında yerləşən 34 otaq sayından ibarət torpağın ümumi sahəsi 0,11717 ha olan tikintinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv metr olan 3 otaqlı evin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 196.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 196,10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 158,40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin, ünvan 13 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 14 ünvanda yerləşən ümumi sahəsi 154.80 kv.m olan 3 otaqlı mənzilin, ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 16 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 17 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 19 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Borclu MTK-dan 190.080 manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 15.840 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MTK-nın icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu MTK-ya məxsus olan mənzillər müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş “Elekron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 0,06 ha olan yaşayış sahəsinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan tikinti sahəsinin, ünvan 1 ünvanında yerləşən 34 otaq sayından ibarət torpağın ümumi sahəsi 0,11717 ha olan tikintinin, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv metr olan 3 otaqlı evin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140,30 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 196.10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 196,10 kv.m olan 4 otaqlı mənzilin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 141,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 158,40 kv.metr olan 3 otaqlı mənzilin, ünvan 18 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 12 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzilin, ünvan 13 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 14 ünvanda yerləşən ümumi sahəsi 154.80 kv.m olan 3 otaqlı mənzilin, ünvan 15 ünvanda yerləşən ümumi sahəsi 140,30 kv.m olan 3 otaqlı mənzilin, ünvan 16 ünvanda yerləşən 3 otaqlı mənzilin, ünvan 17 ünvanda yerləşən ümumi sahəsi 158,40 kv.m olan 3 otaqlı mənzillər Borclu MTK-nın adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin əsas elementlərindən biri də odur ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək müəyyən edir ki, hazırkı iş üzrə borcluya məxsus iyirmi daşınmaz əmlakın üzərinə həbs qoyulması mütənasiblik prinsipini pozur. Belə ki, borclunun ümumi borcunun məbləğinin 205.920 manat təşkil etməsinə baxmayaraq, üzərinə həbs qoyulması tələb olunan mənzillərin dəyəri borcun ümumi məbləğindən dəfələrlə artıqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə borclunun iyirmi daşınmaz əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasına şərait yaratmaqdan daha çox borclunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Odur ki, təqdimat qismən təmin edilərək, borcluya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin və ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqdimat qismən təmin edilsin. Borclu MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 238.10 kv.m olan 4 otaqlı mənzilin və ünvan 18 ünvanda yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-210/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-210/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver