Məhkəmə qərarları › İş №8(011)-26/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-26/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-26/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X2, Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Hafiz İsrafilovun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə Sabunçu rayon İcra Şöbəsinin borclunun yaşayışını təmin edən yeganə evinin qiymətləndirilməsi və hərraca çıxarılması hərəkətindən X5 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə Sabunçu rayon İcra Şöbəsinin borclunun yaşayışını təmin edən yeganə evinin qiymətləndirilməsi və hərraca çıxarılması hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018ci il tarixli icra sənədinə əsasən ondan 58000 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində mülkiyyətindəki 20 saylı ev borclunun yeganə yaşayış yeridir. İcra məmurunun təqdimatı əsasında həmin evin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun sifarişi əsasında əmlak 270000 manat qiymətlə hərraca çıxarılmışdır. Əmlaka qiymət ona baxış keçirmədən qoyulmuşdur və ən azı buna görə rəy (qiymət) mötəbər deyildir. Qiymətləndiricinin evə baxmaq istədiyi vaxt həbsin götürülməsi haqqında ərizəsi məhkəməyə təqdim ediləndən sonra olduğu üçün, icra hərəkəti edilə bilinməzdi və əmlaka bu məqsədlə baxış keçirilə bilməzdi. Həmin həbsin qoyulması borclunun orada yaşamağını istisna etmir, habelə onun yeganə yaşayış yeri olan həmin evin hərraca çıxarılmasına səlahiyyət vermir və verə də bilməz. Çünki qanunvericilikdə Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarına əsasən, borclunun və onun ailə üzvlərinin yaşamalarını təmin edən mənzilə, evə və onun yerləşdiyi torpağa tutma yönəldilə bilinməz. 2023-cü il dekabrın 5-də poçt vasitəsilə ona təqdim edilən hərrac bildirişlə ona məlum olmuşdur ki, Sabunçu rayon İcra şöbəsinin 23 noyabr 2023-cü il tarixli 39996/2023-4-34 saylı sifarişi ilə yeganə yaşayış yeri 270000 manat qiymətlə hərraca çıxarılmış və 2023-cü il dekabrın 26-na hərrac təyin edilmişdir. “İcra” haqqında qanuna əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsziliyindən tələbkar məhkəməyə şikayət verə bilər. Həmin qanunun 87.3-cü maddəsinə əsaəsn icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün şikayət müddətinin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru evinin hərraca çıxarılması hərəkəti barədə ona heç bir sənəd təqdim etməmiş və onu məlumatlandırılmamışdır. Borclu bu hərəkət barədə hərracın bildirişini 2023-cü il dekabrın 05-də poçt vasitəsilə aldıqda məlumatlanmışdır. İcra məmurunun tutma yönəltmək istədiyi bu əmlak 24 noyabr 2022-ci il tarixli DENG2-00213-16/22A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASV qarşısındakı öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklüdür və yüklülük dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayanın maraqlarına toxunduğu halda, nəinki borclu, heç maraqlarına toxunulan 3-cü şəxs bank belə icra hərəkətləri barədə məlumatlandırılmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində X7 mülkiyyətindəki 20 saylı evin 270000 manat qiymətlə hərraca çıxarılması hərəkətinin qanunsuz hesab edilməsi, Sabunçu rayon İcra şöbəsinin hərrac keçirilməsi haqqında 23 noyabr 2023-cü il tarixli 39996/2023-4-34 saylı sifarişinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə etməklə yanaşı, şikayətin təmin edilməsi barədə qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu həmçinin bildirmişdir ki, icra məmurunun hərəkətləri qanunsuzdur, belə ki, bildirişi göndərəsələr də, bildiriş onun yaşadığı Sabunçu rayonuna deyil, Xətai rayonuna göndərilmişdir. Buna görə də, hərracın keçirilməsindən məlumatsız olmuşdur. Evə baxış keçirmədən sputniklər qiymət müəyyən etmişlər. Borclu özü də evin satılmasının tərəfdarıdır. İcra məmurunun icra hərəkətlərində Nazirlər Kabinetinin qərarı nəzərə alınmamışdır. Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarına əsasən, borclunun və onun ailə üzvlərinin yaşamalarını təmin edən mənzilə, evə və onun yerləşdiyi torpağa tutma yönəldilə bilinməz. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Hafiz İsrafilov izahatında bildirmişdir ki, qanunda nəzərdə tutulmuş bütün tədbirlər görülmüşdür. Əmlaka həbs qoyulmuş, qiymətləndirilmə təyin olunmuş, bütün tədbirlər borcluya izah edilmişdir. Evə baxış keçirilməsinin təmin edilməsi üçün borclu məcburi şəkildə şöbəyə gətirilmiş, lakin evə baxış keçirilməsi mümkün olmamışdır. Hərrac keçirilmiş, lakin alıcı olmamış, tələbkara təklif olunmuş, lakin tələbkar qəbul etməmişdir. Hazırda sifariş öz qüvvəsini itirmişdir. İş üzrə Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Sövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 verilmiş 17 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 20 ( 4 otaq, ü/s 170.1 kv.m, y/s 113.1 kv.m) və həmin evin yerləşdiyi 0.16 ha torpaq sahəsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinə (surətləri X8, Tələbkar) göndərilmiş 28 noyabr 2023-cü il tarixli 2297/23 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki,hərracın keçirilməsi 26 dekabr 2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş, ilkin satış qiyməti 270000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ilə X9 arasında bağlanılmış 24 noyabr 2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evidir. İş materiallarında olan X9 tərəfindən məhkəməyə təqdim edilmiş SN Legal Company” MMCnin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 19 dekabr 2023-cü il tarixli 77 nömrəli hesabatın surətindən müəyyən edilir ki, sifarişçi X1 əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evinin müqayisəli satışlar metodundan istifadə etməklə 19 dekabr 2023-cü il tarixə bazar dəyəri 340000 manat müəyyən edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 fevral 2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən X5ndan Tələbkar xeyrinə maddi zərərə görə 53000 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin iddia qismən təmin edildiyi üçün Tələbkar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%, yəni 15 manat borcludan tutularaq tələbkara ödənilməli, qalan 50%, yəni 15 manat tələbkara aid edilməlidir. xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, borclunun ünvanına 10 gün könüllü icra müddəti təyin edilərək bildiriş göndərilmişdir. Təyin edilmiş könüllü icra müddəti ərzində tələb ödənilmədiyi üçün Xətai rayon İcra şöbəsi tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq borclunun əmlakı və gəlirləri Elektron icra sistemi vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında 0.16 ha torpaq sahəsində 20 saylı bağ evi müəyyən edilmişdir. Tələbin həmin bağ evinə yönəldilməsi məqsədilə Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinə qərardad qəbul edilməsi üçün təqdimatla müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-605/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5na məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. Sözügedən icra sənədi 17 fevral 2023-cü il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Sabunçu rayon İcra şöbəsi tərəfindən icra tədbirlərinə başlamaq sözügedən bağ evinin qiymətləndirilməsi üçün ekspertin dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək icra olunması üçün "xxxx" MMC qiymətləndirmə mərkəzinə göndərilmiş, bu barədə tərəflərə məlumat verilmişdir. "xxxx" MMC-nin rəyinə əsasən həmin evin ilkin satış qiyməti 270000 manat dəyərində qiymətləndirilmişdir. X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evi ilkin satış qiyməti 270000 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə hərrac baş tutmadığı üçün materiallar geri qaytarılmışdır. “ İcra haqqında” Azərbaycan Respublikasının 53-cü maddəsinin tələblərinə əsasən əmlak tələbkara təklif olunmuşdur. Lakin hal-hazıra kimi tələbkar əmlakın alıb-almaması barədə şöbəyə rəsmi məlumat verilməmişdir. Görülmüş tədbirlərlə bağlı X8 məlumatlar verilmiş, qiymətləndirmə və hərracla bağlı sənədlərin kserosurətləri şöbəyə şəxsən ona təqdim edilmişdir. Ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, əmlakı qiymətləndirməyə təqdim etməkdən yayınmışdır. O, bu müddət ərzində tələbkara heç bir ödəniş etməmişdir, əksinə borcdan yayınmaq məqsədilə müxtəlif iddialarla məhkəmələrə müraciət etmişdir. Məhkəmələr tərəfindən heç bir iddiası təmin edilməmişdir. İş materiallarında olan Tələbkar tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(011)- 5439/2018 nömrəli qətnaməsi ilə 58000 (əlli səkkiz min) manat pulun cavabdeh X6 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, həmin qətnamə 2019-cu ildə qanuni qüvvəsini almışdır. Borclu hüquqşünas olduğuna görə qanunun boşluqlarından və hüquqlarından sui-istifadə edərək icra prosesini mümkün qədər uzatmış, nəticədə iddiaçı üçün əlverişsiz şərait yaratmışdır. Belə ki, Sabunçu Rayon İcra Şöbəsinin 23 noyabr 2023-cü il tarixli sifarişi üzrə borcluya məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan 264 kv.m. yaşayış sahəsi və əlavə tikililəri olan 20 saylı bağ evi “X3 Əmlak Hərrac Mərkəzi” tərəfindən satılması üçün açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac təşkilatı tərəfindən göndərilən məktubda və elanda “ilkin hərrac” sözlərindən istifadə edilsə də, təkrar hərrac keçirilməmiş, dərhal yəni ilkin hərracdan 1 gün sonra hərracın baş tutmamasına dair protokol icra şöbəsinə göndərilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoyulmuş əmlakın satılması üçün 3 aylıq müddət müəyyən olunsa da, icra məmurunun sifarişi hərrac təşkilatına daxil olandan 1 ay sonra üçün tələmtələsik ilkin hərrac təyin edilmişdir. Bu hərəkətlər hərracın baş tutmamasında maraqlı olan borclunun maraqlarına xidmət etmişdir. Təkrar hərracın niyə keçirilmədiyi ilə bağlı şifahi müraciətinə absurd cavab verilmişdir ki, Ali Məhkəmənin İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadına əsasən təkrar hərrac keçirilə bilməz. Hərrac təşkilatı və icra şöbələri qərardadı necə oxuyub bu qənaətə gəlmişlər çox təəccüblüdür. Həmin qərardadda icra icraatı çərçivəsində həbs qoyulmuş borclunun əmlakının satılması üçün hərracın keçirilməsi qaydalarının “İpoteka haqqında” qanunda nəzərdə tutulmuş hərrac qaydaları ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimləndiyi qeyd edilmişdir. Ali Məhkəmənin bu mövqeyi qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq müddət ərzində təkrar hərracın keçirilməsini qadağan etmir, sadəcə təkrar hərrac zamanı “İpoteka haqqında” qanunda nəzərdə tutulmuş müəyyən faiz məbləğində əmlakın ilkin satış qiymətinin aşağı müəyyən edilməsi ilə bağlı qaydaların icra icraatı çərçivəsində həbs qoyulmuş əmlaklar üzrə tətbiq edilməməsini nəzərdə tutur. Hərracın təşkilatının Ədliyyə Nazirliyi ilə hərracın 1 dəfə keçirilməsi barədə razılığının (müqaviləsinin) olması qanunsuzdur və məhkəmə qərarının icrasına şərait yaratmaq əvəzinə mane olur. Həmçinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün mütəxəssislərə bağ evinin darvazasından içəri daxil olmağa borclu tərəfindən icazə verilməmiş, əmlakın qiyməti hərrac üçün uyğun olmayan məbləğdə müəyyən edilmişdir. X3 "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının 2018-ci ildən bu günə kimi icra edilməməsini və hərrac təşkilatının qanunsuz hərəkətlərini nəzərə alıb qanuni qaydada hərrac keçirilməsi barədə qərar qəbul edilməsini, bu mümkün olmadıqda təkrar hərracın keçirilməsi barədə vəsatətinə və iddia ərizəsinə baxılana kimi əmlakın üzərinə qoyulmuş həbsin götürülməməsini xahiş etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Tələbkar cavabdehlər Sabunçu rayon İcra şöbəsinə, “X3” "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı hərracın baş tutmamasına dair 2023-cü il 26 dekabr tarxli 122/23 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş “X3” “X11” MMC tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli 122/23 nömrəli Hərracın baş tutmamasına dair yekun protokolun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0110_5439/2018 saylı xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 9996/2023-4-34 saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə, X8 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsi və üzərində olan 20 saylı bağ evinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 26 dekabr 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) dərc olunmuş, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 26 dekabr 2023cü il tarixinə saat 10:00-a təyin edilmiş hərrac baş tutmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş, borcluya məxsus üzərinə həbs qoyulmuş bağ evinin qiymətləndirilməsi üçün ekspertin dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək icra olunması üçün "xxxx" MMC qiymətləndirmə mərkəzinə göndərilmiş, bu barədə tərəflərə məlumat verilmişdir. "xxxx" MMC-nin rəyinə əsasən həmin evin ilkin satış qiyməti 270000 manat dəyərində qiymətləndirilmişdir. X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 20 saylı bağ evi ilkin satış qiyməti 270000 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar "xxxx" MMCyə xx.xx.2023-cü il tarixdə hərrac baş tutmadığı üçün geri qaytarılmışdır. Beləliklə, göründüyü kimi icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin görülməsi istiqamətində hərəkətlər edilmişdir. Bununla məhkəmə tərəfindən icra məmurunun hərəkətlərində qanunsuz hal müəyyən edilmədiyindən və tələbkarın ərizəsində qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından şikayət təmin edilməməlidir. Məhkəmə eyni zamanda tələbkarın ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab ki, tələbkar tərəfindən hərracın baş tutmamasına dair protokol ayrıca iddia şəklində mübahisələndirilmiş, eyni zamanda hazırkı mərhələdə həbsin götürülməsi məsələsi mübahisə predmetini təşkil etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətari Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə Sabunçu rayon İcra Şöbəsinin borclunun yaşayışını təmin edən yeganə evinin qiymətləndirilməsi və hərraca çıxarılması hərəkətindən X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar