Məhkəmə qərarları › İş №8(011)-831/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-831/2022

07.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-831/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Borclu MMC-yə məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov – Borclu MMC-yə məxsus 1 ədəd “Qülləli kran KB-405 (yük/q 10 ton)", 1 ədəd “Qülləli kran KB-160 (yük/q 8 ton)”, “Qülləli kran KB-403 (yük/q 10 ton)” 1 ədəd, Pnevmotəkərli kran RDK-25 (yük/q-25 ton), Sərnişin lifti (yük/q 400kq) - 3 ədəd, 5 ədəd Sərnişin lifti (yük/q 630kq) və 3 ədəd Sərnişin lifti (yük/q 800kq) üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5810/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borcludan 6111,76 manat məbləğində pul vəsaiti alınaraq X1 və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 70 manat məbləğində pul vəsaiti borclu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-35/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borcludan ******* ABŞ dolları və 244356 manat məbləğində pul vəsaiti tutularaq tələbkar T.İ.S. ART Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 84/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu ilə X4 arasında olan 17 mart 2007-ci il tarixli 376 saylı podrat müqaviləsi(ndən) ləğv(imtina) edilməli və 70720 manat borcludan tutularaq X2 qaytarılmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. Xətai rayon Məhkəməsinin 2(011)- 7117/2020-012 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borcludan 2030 manat məbləğində pul vəsaiti alınaraq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11960/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borcludan 2030 manat məbləğində pul vəsaiti alınaraq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, AR Fövqəladə Hallar Nazirliyini tərəfindan şöbəya daxil olmuş məktubda müəyyən olunmuşdur ki, borclunun (VÖEN **********) adına A- 08462 nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 1 ədəd “Qülləli kran KB-405 (yük/q 10 ton)", 1 ədəd “Qülləli kran KB-160 (yük/q 8 ton)”, “Qülləli kran KB-403 (yük/q 10 ton)” 1 ədəd, Pnevmotəkərli kran RDK-25 (yük/q -25 ton), Sərnişin lifti(yük/q 400kq)-3 ədəd, Sərnişin lifti(yük/q 630kq)-5 ədəd və Sərnişin lifti(yük/q 800kq)-3 ədəd olduğu qeydiyyata alınmışdır Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Belə ki, borcun məbləği göstərilmədən borclunun mülkiyyətində olan daşınar əmlakların üzərinə həbs qoyulması tələb edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru borcun hansı məbləğdə olmasını təqdimatda göstərməmişdir. Bu isə verilən təqdimatın qeyri-müəyyən olmasını, borclunun əmlakı üzərinə hansı həcmdə həbs qoyulmasını istisna edir. Belə ki, “İcra haqqında” Qanunun 45.7-ci maddəsində qeyd edilmişdir ki, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, borcun məbləği göstərilmədən onun mülkiyyətində olan daşınar əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı icra haqqında qanunvericiliyin tələbinə zidd olduğundan təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin – Borclu MMC-yə məxsus daşınar əmlakların üzərinə həbs qoyulması barəsində təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar