Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-136/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 16-(053)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları Tələbkar ilə hər həftənin cümə günü saat 10:00-dan şənbə günü saat 10:00-dək maneəsiz şəkildə görüşüb ünsiyyətdə olmasının müəyyən edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 16-(053)- 16/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları Tələbkar ilə hər həftənin cümə günü saat 10:00dan şənbə günü saat 10:00-dək maneəsiz şəkildə görüşüb ünsiyyətdə olması müəyyən edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, icra sənədinin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin məcburiliyi ilə əlaqədar iş üzrə Borclu dəfələrlə xəbərdar olunmasına baxmayaraq, icra məmurunun çağırışlarına məhəl qoymamış və şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı xx.xx.2024-cü il tarixli 17/75-9K-112 saylı məktubla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə təqdimatın baxılmamış saxlanılması xahiş etmişdir. Bundan sonra yenidən Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı xx.xx.2024-cü il tarixli 17/75-9K-259 saylı məktubla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə təqdimatın baxılmadan geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Neftçala Rayon Məhkəməsinin 16-(053)-16/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu uşaqla ünsiyyət hüququnun təmin edilməsi məqsədilə borclunun məcburi gətirilməsi məhkəmədən xahiş olunmuşdur. Hazırda, Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1. maddəsinə əsasən, şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məcburi gətirilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-136/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-136/2024
12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver