Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-74/2024 21.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, X1, Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 02 oktyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin 02 oktyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş 2(104)-57 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. X2 həmin qərardan məhkəməyə şikayət verərək, Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədovun 02 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(104)-57/2022 saylı 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu X4 mülkiyyətində Qazax rayonu Ağköynək kəndi yerləşən evindən kompensasiya əsasında yaşayış hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması qərara alınmışdır. Buna baxmayaraq borclu evdən çıxarılmamış və bu gündə borclu həmin evdə yaşamaqda davam edir. Hansı ki, icra vərəqəsində qeyd edilmiş kompensasiya məbləğini Qazax rayon icra və probasiya şöbəsinin depozit hesabına qoymuş və bu gün də borclu həmin evdən çıxarılmır. Buna baxmayaraq icra məmuru ilə əlaqə saxladıqda bildirdilər ki, işə xitam verilmişdir. Borclu onun evindən çıxmamışdır. İcra məmuru isə ona qərarı verməmiş və 07 oktyabr 2024-cü il tarixdə ona qərarın surətini vermişdir. İcra vərəqi tam olaraq icra edilmədiyi halda necə xitam verilə bilər. Nə borclu evdən çıxarılmış, nə də onun istifadə hüququna xitam verilmiş, nədə kompensasiya borcluya verilmişdir. Bu halda necə icra işinə xitam verilir. Ona dörə də, Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədovun 02 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, tələbkar kompensasiya pulunu depozitə qoymuş, lakin borclu pulu götürməmişdir. Borclu məcburi qaydada evdən çıxarılmış, lakin tərəflərin birgə nikahlarından olan uşaq həmin evdə yaşayır və borclu həmin evə hər yolla girib-çıxır. Tələbkara izah olumuşdur ki, qapılara və borclunun evə girdiyi başqa yerələrə lazımı məhdudiyətlər qoysun. Borclunu həmin evdən çıxarmışlar və akt tərtib etmişlər. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin 02 oktyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(104)-57 saylı xx.xx.2022-ci tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(104)-57/2022 saylı 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı X5 mülkiyyətində olan Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən borclu X7 çıxarılmış və ona hüquq və vəzifələri izah olunmuş, həmçinin 8000 manat pulun Qazax Rayon İcra və Probasiya Şöbəsinin depoziti hesabına olduğu bildirilmişdir. Eyni zamanda borclu X7 akt tərtib edilərkən kompensasiyanı qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(104)-57/2022 saylı 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı X5 mülkiyyətində olan Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən borclu X7 təkrarən çıxarılmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. İş materiallarından görünür ki, icra sənədi tam icra edilməmiş, belə ki, tələbkarın Qazax Rayon İcra və Probasiya Şöbəsinin depoziti hesabına ödədiyi pul depozit hesabında borclu tərəfindən qəbul edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmədə müəyyən olundu ki, Qazax rayon İcra və Probasiya Şöbəsinin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də tələbkar 2(102)-57 saylı xx.xx.2022-ci tarixli icra sənədinin ləğv edilməsini və yenidən icraya yönəldilməsini xahiş etmişdir. İş materiallarında və məhkəmə iclas zamanı müəyyən olundu ki, Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin 02 oktyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin 02 oktyabr 2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Ali Məhkəmənin 2(104)-57 saylı xx.xx.2022-ci tarixli icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Qazax rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-74/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-74/2024
21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver