Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-57/2024 26.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Borclu və Tələbkar iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(046)-1670/2022 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(046)-370/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 22800 manat məbləğində pul və ödənilmiş 158 manat 40 qəpik dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Təqdimata görə borclu bugünədək ona verilmiş bildiriş və xəbərdarlıqlara məhəl qoymayaraq, icra sənədi üzrə ondan tələb olunan pul məbləğini ödəməmişdir. Borclunun əmlakının axtarışı nəticəsində Borclu adına «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması məlum olmuşdur. Təqdimat baxılmasının vaxtı və yeri barədə bildirişin təqdimat vermiş şəxsə göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Borclu izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan 22800 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt Tələbkar 46000 manatlıq xurma məhsulu alaraq Rusiya Federasiyasına göndərmiş, göndərdiyi mallardan ziyan etdiyi üçün Tələbkar aldığı malların müqabilində 26000 manat pulu qaytarmış, qalan borcu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə danışıq aparmaq istəsə də, bir nəticəsi olmamış, tələbkar borcun ödənilməsini tam şəkildə tələb etmişdir. İcra məmuru borcun ödənilməsi ilə bağlı onu icra şöbəsinə çağıraraq borcun ödənilməsini tələb etdikdə icra məmuruna maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. İcra məmuru tərəfindən ona göndərilən bildiriş təxminən 3 və ya 4 gün əvvəl çatdırılmışdır. Məhkəmə iclasında Tələbkar izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Borclu 22800 manat pul alınaraq ona ödənilməsi qət edilmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə borcluya zəng edərək borcun ödənilməsini tələb etməsinə baxmayaraq bir nəticəsi olamamışdır. Hal-hazırda borcun ödənilməsini tələb edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(046)-370/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 22800 manat məbləğində pul və ödənilmiş 158 manat 40 qəpik dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin 01 fevral 2024cü il tarixli, 2(046)-370/2024 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, Borclu adına «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, 3-13-16/2-38910/2024 saylı məktubdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(046)-5/2024 saylı icra vərəqəsinə əsasında «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. xx.xx.2024-cü il tarixli, e104477/2024-61-12-002 saylı bildirişdən görünür ki, tələbin könüllü icra haqqında bildiriş Borclu yaşadığı Göyçay rayon Ləkçılpaq kəndinə göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1.borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə təqdimat və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra haqqında qanunvericiliklə müəyyən edilən məcburi icra tədbirləri görə bilər. Lakin icra haqqında qanunvericiliyə əsasən icra məmuru qanunla müəyyən edilmiş məcburi icra tədbirlərini o halda tətbiq edə bilər ki, icra məmuru tərəfindən borcluya verilmiş könüllü icra müddəti keçmiş olsun. Əks halda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Təqdimat və əlavə edilmiş sənədlərə əsasən isə müəyyən edilir ki, icra sənədi xx.xx.2024cü il tarixdə icraata daxil olmuş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borcluya tələbin icrası üçün 10 gün könüllü icra müddəti təyin edilmişdir. Lakin icra məmuru bildirişlərin borcluya təqdim edildiyini müəyyən etmədən, icra sənədlərinin icrası üçün ardıcıllıqla digər icra hərəkətləri xx.xx.2024-cü il tarixdə “borclunun əmlakı üzərinə həbs qoyulması”na dair təqdimatla məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, borclunun tələbi könüllü icra müddətində icra etmədiyini təsdiq edən sənədlər təqdimata əlavə edilmədiyindən, o cümlədən icra sənədinin icrası üçün ardıcıllıqla digər icra hərəkətləri edilmədiyindən Göyçay rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus «Qaz 2705» yük markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-57/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-57/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver