Məhkəmə qərarları › İş №8(051)-21/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-21/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-21/2023 27.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X1, Tələbkar iştirakı ilə borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə baxaraq Müəyyən etdi: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4899/2022 №-li xx.xx.2022-ci il tarixli qərarının hissə-hissə icra olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X1 izhatında bildirdi ki, iddiaçı Tələbkar işə bərpa və məcburi iş buraxma tələbinə dair iddia tələbi Mingəçevir şəhər məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən iddiaçı Tələbkar kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsi, iddiaçı Tələbkar 9 saylı MİS-ə sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 manat cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçıya ödənilməsi qərara alınmışdır. Ali Məhkəməsinin icra vərəqəsi icra olunması üçün idarəyə göndərilmişdir. Məhkəmənin qərarı iddiaçının işə bərpa olunması hissəsində təmin olunaraq, iddiaçı Tələbkar 9 saylı MİS-ə sahə nəzarətçisi işinə qəbul edilmişdir. Borclu tələbkara olan 2361,87 manat ödənilməmiş əmək haqqı borcundan 30 dekabr 2021-ci il tarixdə 477,02 manat ödənilmişdir. Məcburi iş buraxma müddətinə görə, yəni 20 avqust 2021-ci il tarixdən 12 dekabr 2022-ci il tarixə kimi Tələbkar 4289,28 manat əmək haqqı hesablanmışdır. Hesablanmış həmin əmək haqqı məbləğindən Tələbkar 30 dekabr 2022-ci ildə 615 manat, 09 fevral 2023-cü il tarixdə 300 manat ödənilmişdir. Hazırda idarənin təlbkar Tələbkar 2015-2021-ci ilə qədər ödənilməmiş əmək haqqı borcundan 1884,85 manat, məcburi iş buraxmaya görə 3374,28 manat, ümumilikdə 5239,13 (beş mi iki yüz otuz doqquz manat on üç qəpik) manat ödənilməmiş borcu vardır. İdarənin maliyyə çətinliyini, büdcədən kənar maliyyələşən və təsərrüfat hesabına işlədiyini nəzərə alaraq, Tələbkar qalan borcun hissə-hissə ödənilməsi daha məqsədə müvafiqdir. İdarənin imkanı daxilində Tələbkar alacağı əmək haqqı ilə yanaşı mövcud borcdan hər ay 150 manat ödənilməsi mümkündür. Ona görə də ərizənin təmin olunmasını, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(051)-4899/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarının hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Tələbkar ərizəni qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ilin avqust ayında qanunsuz olaraq müdiriyyət tərəfindən işdən çıxarılmışdır. Dəfələrlə xahiş etməsinə baxmayaraq müdiriyyət onu işlə təmin etmədi. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. Mingəçevir şəhər məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, işinə bərpa edilməsi barədə qərar verilsə də cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi onu işinə bərpa etməkdən imtina etdi. Uzun müddət aralarında məhkəmə mübahisələri davam etmiş, Ali Məhkəmənin 23 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiası təmin edildikdən sonra cavabdeh onu işinə bərpa etmişdir. Bu müddət ərzində o, çətin maddi şəraitdə yaşamış, hətta ehtiyacı olduğuna görə borc pul da almağa məcbur olmuşdur. Ona görə də Ali Məhkəmənin qərarının hissə-hissə icra olunmasına razı deyil. Həmçinin, onu da bildirir ki, məcburi iş buraxmaya görə ona əmək haqqı düzgün hesablanmamışdır. Ərizənin təmin olunmamasını xahiş edir. Çünki idarənin ona olan borcunu tam ödəməyə imkanı vardır. Odur ki, məhkəmə qərarının hər ay 150 manat olaraq hissə-hissə ödənilməsinə razı deyil. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-2102/2021 №-li 10 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin olunması, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MS-də sahə nəzarətçisi işinə bərpa olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 manat və dövlət rüsumu kimi ödənilmiş 100(bir yüz) manat cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-477/2022 №-li xx.xx.2022-ci il tatixli qətnaməsindən görünür ki, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddia tələbi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinn rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, iddiaçı Tələbkar Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün Tələbkar əmək haqqının ödənilməsi hissəsində təmin olunmaması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 489/2022 №-li 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Tələbkar kassasiya şikayətinin təmin edilməsi, həmin iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-477/2022 №-li 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv olunması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə Tələbkar maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, onun əvvəlki illər üçün ödənilməmiş və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hər ayda 150(bir yüz əlli) manat olaraq hissə-hissə ödənilməsi ilə bağlı borclu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2022 №-li 29 oktyabr 2022-ci il tarixli qərarının hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutub , məhkəmə Qərara aldı: Borclu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2022 №-li 29 oktyabr 2022-ci il tarixli qərarının hər ay 150(bir yüz əlli) manat olmaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar