Məhkəmə qərarları › İş №8(075)-227/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-227/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-227/2024 09.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin e-2(075)-835/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdimatın mahiyyəti: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-835/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan və yaşayan borclu X1 iddiaçı X5 məxsus ümumi dəyəri 2880 (iki min səkkiz yüz səksən) manat olan, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə sadə qaşlı qızıl nişan üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə sadə qaşlı qızıl üzük, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə sadə qaşlı qızıl üzük, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə qızıl sırğa, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə qızıl bilərzik, 1 ədəd 800 manat dəyərində 10 qram çəkidə qızıl klonlu boyunbağı və ya həmin əşyalar mövcud olmadıqda onların naturada dəyəri, əmlakın qiymətləndirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 150 manat pul, vəkil xidmətləri üçün çəkilən xərcin əvəzi olaraq 150 manat pul və ödənilmiş 52 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qənuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, bcrclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatın hüquqi əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Şəki Rayon Məhkəməsinin e-2(075)-835/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 iddiaçı X5 məxsus ümumi dəyəri 2880 (iki min səkkiz yüz səksən) manat olan, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə sadə qaşlı qızıl nişan üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə sadə qaşlı qızıl üzük, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə sadə qaşlı qızıl üzük, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə qızıl sırğa, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə qızıl bilərzik, 1 ədəd 800 manat dəyərində 10 qram çəkidə qızıl klonlu boyunbağı və ya həmin əşyalar mövcud olmadıqda onların naturada dəyəri, əmlakın qiymətləndirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 150 manat pul, vəkil xidmətləri üçün çəkilən xərcin əvəzi olaraq 150 manat pul və ödənilmiş 52 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş tərtib edilmiş və borcluya təqdim edilmiş, borclunun izahatı alınmış, qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakın aşkar edilməməsi haqqında akt tərtib olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilməsi üçün ilkin şərt icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlamaq haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə, izahatının alınaraq ona məsuliyyəti barədə xəbərdarlıq edilməsinə, icra sənədinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini və ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəki Rayon Məhkəməsinin e-2(075)-835/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1991-ci ildə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş və Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar