Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-215/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadından X2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X2 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadı ilə ərizə geri qaytarılmışdır. Hazırda X2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayətin məzmunu iddiaərizəsinin məzmunu ilə eyniyyət təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizənin qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsinin məzmunundan aydın olur ki, X1 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair eyni məzmunlu, eyni faktiki və hüquqi əsaslara söykənən şikayət ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-116/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan X2 tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-116/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Sözügedən qərardadlarda tələbkara ətraflı şəkildə müvafiq hüquqi izahlar verilmişdir. Həmin iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, icra orqanı tərəfindən bütün zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin icra orqanından asılı olmayan bir sıra səbəblərdən icra sənədinin icrasının təmin edilməsi mümkün olmamışdır. Hazırki ərizədə göstərilən xüsusatlarla yuxarıda qeyd edilən mülki işin predmetini təşkil etmiş hallar eynidir, yeni xüsusat mövcud deyildir, həmin hallara yekun hüquqi qiymət verilmişdir. Eyni məsələnin yenidən araşdırılması yolverilən deyildir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etməklə, iddia ərizəsini geri qaytarmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 332/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-332/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-215/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-215/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver