Məhkəmə qərarları › İş №8(107)-21/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-21/2023

17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-21/2023 17.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2(102)-4899/2022 nömrəli qərarının hissə-hissə icra olunması barədə ərizəsi (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2(102)- 4899/2022 nömrəli qərarının hissə-hissə icra olunması barədə ərizəsinin təmin olunmaması haqqında Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)- 21/2023 nömrəli qərardadından borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4899/2022 №-li xx.xx.2022-ci il tarixli qərarının hissə-hissə icra olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı ilə Borclu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının hər ay 150 (bir yüz əlli) manat olmaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmamışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X1 şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)–21/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılıb ərizənin təmin olunmasını, əks təqdirdə şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəşevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-2102/2021 №-li 10 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin olunması, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MS-də sahə nəzarətçisi işinə bərpa olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 manat və dövlət rüsumu kimi ödənilmiş 100(bir yüz) manat cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-477/2022 №-li xx.xx.2022-ci il tatixli qətnaməsindən görünür ki, cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddia tələbi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinn rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, iddiaçı Tələbkar Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün Tələbkar əmək haqqının ödənilməsi hissəsində təmin olunmaması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4899/2022 №-li 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 477/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbləri təmin edilmiş, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, iddiaçı Tələbkar Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb iddiaçıya verilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Məhkəmənin qərarı iddiaçının işə bərpa olunması hissəsində təmin olunaraq, iddiaçı Tələbkar 9 saylı MİS-ə sahə nəzarətçisi işinə qəbul edilmişdir. Borclu tələbkara olan 2361,87 manat ödənilməmiş əmək haqqı borcundan 30 dekabr 2021-ci il tarixdə 477,02 manat ödənilmişdir. Məcburi iş buraxma müddətinə görə, yəni 20 avqust 2021-ci il tarixdən 12 dekabr 2022-ci il tarixə kimi Tələbkar 4289,28 manat əmək haqqı hesablanmışdır. Hesablanmış həmin əmək haqqı məbləğindən Tələbkar 30 dekabr 2022-ci ildə 615 manat, 09 fevral 2023-cü il tarixdə 300 manat ödənilmişdir. Hazırda idarənin təlbkar Tələbkar 2015-2021-ci ilə qədər ödənilməmiş əmək haqqı borcundan 1884,85 manat, məcburi iş buraxmaya görə 3374,28 manat, ümumilikdə 5239,13 (beş mi iki yüz otuz doqquz manat on üç qəpik) manat ödənilməmiş borcu vardır. İdarənin maliyyə çətinliyini, büdcədən kənar maliyyələşən və təsərrüfat hesabına işlədiyini nəzərə alaraq, Tələbkar qalan borcun hissə-hissə ödənilməsi daha məqsədə müvafiqdir. İdarənin imkanı daxilində Tələbkar alacağı əmək haqqı ilə yanaşı mövcud borcdan hər ay 150 manat ödənilməsi mümkündür. Ona görə də ərizənin təmin olunmasını, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(051)-4899/2022 saylı 25 oktyabr 2022ci il tarixli qərarının hər ay 150 manat olmaqla hissəhissə icra edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar ərizəni qəbul etməyərək izahatında bildirmişdir ki, 2021-ci ilin avqust ayında qanunsuz olaraq müdiriyyət tərəfindən işdən çıxarılmışdır. Dəfələrlə xahiş etməsinə baxmayaraq müdiriyyət onu işlə təmin etmədi. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. Mingəçevir şəhər məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, işinə bərpa edilməsi barədə qərar verilsə də cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi onu işinə bərpa etməkdən imtina etdi. Uzun müddət aralarında məhkəmə mübahisələri davam etmiş, Ali Məhkəmənin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiası təmin edildikdən sonra cavabdeh onu işinə bərpa etmişdir. Bu müddət ərzində o, çətin maddi şəraitdə yaşamış, hətta ehtiyacı olduğuna görə borc pul da almağa məcbur olmuşdur. Ona görə də Ali Məhkəmənin qərarının hissə-hissə icra olunmasına razı deyil. Həmçinin, onu da bildirir ki, məcburi iş buraxmaya görə ona əmək haqqı düzgün hesablanmamışdır. Ərizənin təmin olunmamasını xahiş edir. Çünki idarənin ona olan borcunu tam ödəməyə imkanı vardır. Odur ki, məhkəmə qərarının hər ay 150 manat olaraq hissə-hissə ödənilməsinə razı deyil. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziy yətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli 1 saylı qərarının 3-cü bnədində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi iş üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Bundan başqa borclu idarə borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Borclu, qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun tələbkara olan borcunun hər ay 150 manat olmaqla 3 ilə yaxın müddət ərzində ödənilməsi öz əksini tapır ki, bu da tələbkarın mənafeyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hallardan biridir. Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəşevir Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(051)-21/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar