Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-32/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Tələbkar - Tələbkar1; Borclu - Borclu1 iştirakı ilə Qax rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsindən imtina barədə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-126/2019 saylı qərardadından Tələbkar1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Tələbkar1 Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tələbkar1 ərizəsində göstərmişdir ki, Qax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, Qax Rayon Məhkəməsinin 2-(024)-411/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu1 iddiaçı Tələbkar1 hamiləliyi dövründə və uşağın doğulduğu gündən üç il ərzində hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməli idi. Alimentin tutulması xx.xx.2018-ci il tarixdən başlanılmalıdır. Həmin aliment bugünkü günə qədər ona ödənilməmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi Ruslan Məhərrəmov onu aldadaraq təzyiq nəticəsində boş vərəqə ona imza çəkdirmişdir. Həmin qətnamə üzrə ona heç bir manat da olsa aliment ödənilməmişdir. Heç bir qəbzlə ona aliment ödənilməmişdir. Bu barədə nə onun yazdığı qəbz, nə poçt qəbzi, nə də ki, bank qəbzi yoxdur. Bu aliment işidir, necə olur ki, hər ay ödəməli olan və xx.xx.2021-ci il tarixədək davam etməli olan aliment işinə xitam verilir. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarında xx.xx.2018-ci il tarixli ərizə ilə xitam verilməsi qeyd edilmişdir. Lakin o, heç bir ərizə ilə Qax rayon İcra və Probasiya şöbəsinə müraciət etməmişdir. Göstərdiklərinə əsasən, Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etdi. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı ilə (hakim Malik Qarayev) Tələbkar1 Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir. Tələbkar1 Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadından şikayət vermişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar1 göstərmişdir ki, sözü gedən icra vərəqəsi icraata yönəldilən zaman borcu Borclu1 ilə barışıb ailəni bərpa etmək istəmişlər. Belə olan halda icra verəqəsinin icrasına ehtiyac qalmayacaqdır. Lakin müəyyən səbəblər üzündən ailənin bərpa edilməsi baş tutmamışdır. Borclu icra vərəqəsi üzrə ona pul ödəməmiş, icra işi icra edilmədən qalmışdır. Buna baxmayaraq icra məmuru icra vərəqəsi üzrə “İcraata xitam verilməsi haqqında” əsassız qərar qəbul etmiş, həmin qərardaddan vermiş olduğu şikayətə baxan birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almadan şikayətini təmin etməmişdir. Ona görə də şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadının ləğv edilməsini və icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu1 göstərmişdir ki, Qax Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2-(024)-411/2018 saylı icra iş üzrə Tələbkar1 hər ay 100 manat ödəməlidir. Həmin icra sənədi üzrə tələbkara heç bir məbləğ ödəməmişdir. İcra işi üzrə icraata xitam verilmişdir. Onun həmin pulu ödəməyə imkanı yoxdur. Ona görə də şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Qax rayon İcra və probasiya şöbəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı tam, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(024)- 411/2018 saylı qətnaməsinə əsasən cavabdeh Borclu1 Tələbkar1 hamiləliyi dövründə və uşağın doğulduğu gündən üç il ərzində hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar1 verilməsi, alimentin tutulması xx.xx.2018-ci il tarixdən başlanılması qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi Qax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan həmin sənəd üzrə heç bir ödəmə aparılmamışdır. Tələbkar1 xx xxxxxx 2018-ci il tarixdə ərizə yazaraq icra sənədinini icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar Sümuzər Abdullayeva həmin ərizə ilə bağlı göstərmişdir ki, həmin ərəfədə borclu ilə ailə münasibətlərini bərpa etmək istəsələr də müəyyən səbəblərdən baş verməmişdir. Ərizəni icra məmurunun təkidi ilə yazmışdır. Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «İcraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədinin icraatına xitam verilmişdir. “İcra haqqında” Azərbаycаn Respublikаsı Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Hazırkı işdən görünür ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-(024)- 411/2018 saylı qətnaməsi lazımi qaydada icra edilmədən icra sənədi üzrə icraata xitam verilməsi barədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar icraata xitam verilməsi barədə ərizəni x xxxxxx 2008-ci ildə yazmışdır. Lakin bundan sonra da tərəflər arasında münasibətlər nəinki düzəlməmiş, əksinə daha da kəskinləşmiş, onlar arasında müxtəlif məhkəmə çəkişmələri olmuşdur. Buna baxmayaraq, icra məmuru tələbkarın ərizəsindən 4 ay 22 gün sonra-xx xxxx 2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam vermə haqqında qərar qəbul etmişdir. Halbuki, tərəflər arasında həmin icra sənədi üzrə mübahisə davam etmişdir. Tələbkar Simuzər Allahverdiyevanın icra və probasiya şöbəsinə ərizə təqdim edərək borclu Nurlan Allahveridyevin ona aliment borcu qalmadığını göstərsə də, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, həmin icra sənədi üzrə heç bir ödəmə olmamışdır. Birinci instаnsiyа məhkəməsi isə işin qeyd edilən hаllаrını nəzərə аlmаyaraq, Tələbkar1 tərəfindən verilmiş şikаyətin təmin edilməməsi barədə işin fаktiki hаllаrınа uyğun olmаyаn qərаrdаd qəbul etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Qax rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-(024)-411/2018 saylı qətnaməsi üzrə icra hərəkətləri davam etdirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, Tələbkar1 tərəfindən verilmiş şikаyət təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı tam, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, onun “İcraata xitam verilməsi haqqında” qərardan vermiş olduğu şikayət təmin olunaraqQax rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(024)-411/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar1 tərəfindən verilmiş şikаyət təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı tam, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(024)-126/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Tələbkar1 “Qax rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «İcraata xitam verilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilsin. Qax rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və Qax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(024)-411/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(107)-32/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-32/2020
12.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver