Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-86/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadından tələbkar X3 Tələbkar ASC tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan; “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2005 rəngi: açıq boz metallik Ban: W0LAHL**********, şəhadətnamə AD750614; “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2005 rəngi: açıq boz metallik Ban: W0L0AHL**********, şəhadətnamə AD750614; “Mersedes Benz” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı, yük, B/ili:2010 rəngi: boz metallik Ban: WDF**********1770, şəhadətnamə AD354260; “BMW 318İ” markalı ** HC *** dövlət qeydiyyat nişanlı minik B/ili:2002 rəngi: tünd göy metallik Ban: WBAAZ72070NG02963, şəhadətnamə AC219670; avtomobillərin borca yönəldilməklə tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (H.Mirzəliyev) xx xxxx 2020-ci il tarixli, 8(051)- 71/2020 nömrəli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu adına olan “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; avtomobili borca yönəldilməklə tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar X3 Tələbkar ASC qərardaddan şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini və ya şikayəti baxılması üçün işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, iddiaçı X3 (LPO) Tələbkar ASC-ə Borclu Rafiq oğlunun qətnaməüzrə borclu olan 79373,30 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumunun, 150 manat ekspert xərcinin ödənilməsi üçün, onun əmlakına yönəldilməsinə dair Mingəçevir şəhər Məhkəməsinə təqdimatla müraciət edərək borclunun adına olan “OPEL ASTRA” markalı “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2005 rəngi: açıq boz metallik Ban: W0LAHL**********, şəhadətnamə AD750614; “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2005 rəngi: açıq boz metallik Ban: W0L0AHL**********, şəhadətnamə AD750614; “BMW 318İ” markalı ** HC *** dövlət qeydiyyat nişanlı minik B/ili:2002 rəngi: tünd göy metallik Ban: WBAAZ72070NG02963, şəhadətnamə AC219670; avtomobillərin borca yönəldilməklə tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İcra Məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən borcun cavabdehin əmlakına yönəldilməsini qərara almışdır. Borclunun əmlakının müəyyən olunmasıüçün sorğu verilmişdir. “Elektron İcra”İnformasiya informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili 2005 rəngi: açıq boz metallik Ban W0LAHL**********, şəhadətnamə AD750614 “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; “OPEL ASTRA” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2005 rəngi: açıq boz metallik Ban: W0L0AHL**********, şəhadətnamə AD750614; “BMW 318İ” markalı ** HC *** dövlət qeydiyyat nişanlı minik B/ili:2002 rəngi: tünd göy metallik Ban: WBAAZ72070NG02963, şəhadətnamə AC219670; avtomobilləri qeydə alınmışdır. Məhkəmə iş materiallarını obyektiv araşdırmadan, yalnız Baş Dövlət X2 məktubuna əsaslanaraq təqdimatı qismən təmin etmişdir. Yalnız “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; avtomobilin üzərinə həbs qoyulmuşdur. Buna görə də Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 saylı qərardadının ləğv edilməsi və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına əsasən qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı tam, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilərək, təqdimat prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına əsasən Borclu adına olan “BMW 525İ” markalı ** DF *** dövlət qeydiyyat nişanlı, minik B/ili:2003 rəngi: ağ, Ban: WBADT42020G022745, şəhadətnamə AB427045; avtomobili borca yönəldilməklə tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan tələbkar X3 Tələbkar ASC şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir. Lakin təqdim olunmuş şikayət iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, informasiya sistemindən mövcud çıxarışa əsasən Borclu adına beş avtomobil olduğu halda birinci instansiya məhkəməsi yalnız bir avtomobilin üzərinə həbs qoymuş, mövcud informasiya sistemindən çıxarışla AR DİN-n BDYPİ tərəfindən verilmiş məktubu əlaqəli şəkildə tam araşdırmamışdır. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, təqdimata əlavə olunmuş sənədlər, o cümlədən də məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadında sübut kimi istinad edilmiş sənədlər əsli və ya lazımi qaydada təsdiq olunmadan iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hazırki təqdimata baxılarkən qərardadda istinad edilmiş sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti tələb edilməməklə, mövcud informasiya sistemindən çıxarışla AR DİN-n BDYPİ tərəfindən verilmiş məktub əlaqəli şəkildə tam araşdırmadan, həmçinin icra işi tələb olunmamaqla prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Prsessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin ikinci yarımbəndinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı tam, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilərək, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Tələbkar X3 Tələbkar ASC tərəfindən tərəfindən verilən şikayət təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(051)-71/2020 nömrəli qərardadı tam, xx xxxxxx 2020-ci il tarixli qərardadı qismən,yəni-şikayətin təmin edilməyən hissəsində ləğv edilsin, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələblərinə riayət edilməsilə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-86/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-86/2020
29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver