Məhkəmə qərarları › İş №8(3-10)-95/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-95/2026

28.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-95/2026 28.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar LPO “xxxx” ASC-nin Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından şikayətə dair (Açar sözlər: şikayətin təmin edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Tələbkar LPO “xxxx” ASC-nin Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından şikayətə dair Şəki Rayon Məhkməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Şəki rayon Icra və probasiya şöbəsinin böyük icra məmuru, R X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar LPO “xxxx” ASC məhkəməyə şikayət verərək, Şəki rayon icra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən olan icra vərəqəsi icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən, tələbkar LPO “xxxx” ASC-nin şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi üzrə Şəki rayon icra və probasiya şöbəsinin icra məmuru, R X2 ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və iş üzrə icra tədbirlərinin bərpa edilərək davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Şəki rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, R X2 şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/****- *** nömrəli, ##.##.2019- cu il tarixli icra sənədinə əsasən borclu Borclu 4620 manat sığorta ödənişi, 30.40 manat dövlət rüsumu və 7 manat notarial xərci olmaqla, cəmi 4657.40 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2019-cu il tarixdə Şəki rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icraata başlanılaraq borclu Borclu tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən könüllü olaraq icra olunmamışdır. Icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖENin, qiymətli kağızların, əmanətin olub-olmaması aidiyyatı orqan və təşkilatlara sorğular göndərilmiş, sorğuların borclunun evinə baxışın nəticəsi, olaraq borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Görülmüş tədbirlər zamanı borclu Borclu hal-hazırda aktiv VÖEN-nin mövcud olduğu, lakin faktiki olaraq fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Borclu Borclu ##.##.2020-ci il tarixində, həmçinin, ##.##.2023-cü il tarixində icra şöbəsində olarkən izahatı alınmış, borclunun izahatlarında taksi fəaliyyəti ilə məşğul olduğunu, qazancının az olması səbəbi ilə borcunu tam şəkildə ödəyə bilmədiyini, işlədiyi müddətdə gündəlik cəmi 10-15 manat qazancı olduğunu, valideynlərinin xəstəliyi ilə əlaqədar qazancını onların müalicəsinə xərclədiyini, borcunu hissə-hissə aylıq 100 manat məbləğində olmaqla ödəyə biləcəyini bildirmişdir. Borclu Borclu icra sənədi üzrə borc öhdəliyini tam şəkildə təmin etməsi tələb olunmuş, bu barədə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin icra sənədi borclu tərəfindən tam şəkildə təmin olunmamışdır. Icra sənədinin məcburi icrasını təmin etmək üçün ##.##.2023-cü il tarixində borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanında borclunun əmlakına baxış keçirilmiş, lakin həmin ünvanda tələbin yönəldilə biləcəyi hər-hansı dəyərli əmlak aşkar olunmamış, bu hal tərtib olunmuş ##.##.2023-cü il tarixli aktda qeyd olunmuşdur. Həmçinin, aparılan sorğular nəticəsində borclu Borclu ##.##.2016-cı il tarixindən etibarən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində olduğu da müəyyən olunmuşdur. Bundan əlavə, icra sənədinin məcburi icrası ilə bağlı tədbirlər davam etdirilmiş, çağırışa gəlmədiyi üçün ##.##.2023-cü il tarixində borclu barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunmuş, ##.##.2023-cü il tarixində borclunun məcburi gətirilməsi barədə təqdimatla Şəki Rayon Məhkəməsinə müraciət olunmuş, Şəki Rayon Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixində təqdimat təmin olunaraq borclunun məcburi gətirilməsi haqqında *(***)-**/****-*** nömrəli qərardad qəbul olunmuşdur. Borclu Borclu ##.##.2023-cü il tarixində Şəki rayon icra və probasiya şöbəsinə gətirilmiş, borcludan yenidən izahatı alınmışdır. Borclu Borclu izahatında bildirmişdir ki, maddi vəziyyəti qənaətbəxş deyildir, atasının xəstəliyi ilə əlaqədar qazancını onun müalicəsinə xərcləyir, borcunu hər ay 50-70 manat olmaqla hissə-hissə ödəyə bilər. Görülmüş icra tədbirlərinin nəticəsində borcluya məxsus daşınar və ya daşınmaz əmlak, iş yeri, əmək haqqı, pensiya, bank hesabları və s. aşkar olunmamış, görülmüş bütün tədbirlərin nəticəsində borclu tərəfindən cəmi 400 manatın ödənilməsinə nail olunmuş, ötən müddət ərzində də borclunun əmlak vəziyyətində hər-hansı dəyişiklik aşkar olunmamışdır. Buna müvafiq olaraq Şəki Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədinin “Icra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması haqqında ## ##### 2025-ci il tarixli qərar qəbul olunmuşdur. Qərardan tələbkar “xxxx” ASC tərəfindən Şəki Rayon Məhkəməsinə şikayət verilmiş, Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə ( hakim Pərvanə Məmmədova) icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam olaraq əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qərarın ləğv edilməsinə əsas kimi icra məmuru tərəfindən bütün zəruri icra hərəkətlərinin həyata keçirilmədiyini göstərmiş, həmin zəruri icra hərəkətləri qismində borclunun adına ********** nömrəli aktiv VÖEN-in olduğunu və bu barədə araşdırılma aparılmamasını qeyd etmişdir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. Həmin Qanunun 8.2- ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Icra sənədi ##.##.2019-cu il tarixində Şəki rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq müvafiq qərar qəbul olunmuş və tələbin könüllü müddətdə icra olunması barədə borcluya bildiriş göndərilmişdir. Buna baxmayaraq icra sənədində qeyd olunan tələb borclu tərəfindən könüllü olaraq təmin olunmamışdır. Icra sənədinin icrası borclu tərəfindən könüllü müddətdə təmin edilmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd edilənlərə əsasən borclu Borclu bank hesablarının, həmin hesablarda pul vəsaitlərinin olubolmaması, borclunun mülkiyyətində daşınar və daşınmaz əmlakın olub-olmaması, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, iş yeri, əmək haqqı və pensiyasının olubolmaması müvafiq qaydada sorğulanmış, evinə baxış keçirilmiş, həmçinin, “Elektron Icra” informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanmış, lakin borcluya məxsus heç bir əmlak aşkar olunmamış, borlunun əmlakının axtarışı nəticə verməmişdir. Şəki Rayon Məhkəməsi *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında icra məmurunun ## ##### 2025-ci il tarixli “icra sənədinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi üçün əsas səbəb olaraq borclunun adına aktiv VÖEN-in olmasını göstərmişdir. Qeyd etmək istəyirik ki, “Elektron Icra” informasiya sistemi vasitəsilə aparılmış sorğulama nəticəsində borclunun adına qeydiyyatda ##.##.2015-ci il tarixində ********** nömrəli VÖEN-in olduğu müəyyən olunmuş, borclu şöbədə olarkən həmin VÖEN-in taksi fəaliyyəti ilə məşğul olduğu üçün açıldığını bildirmiş, həmçinin, qeyd etmişdir ki, işlədiyi müddətdə qazancı gündəlik 10-15 manat məbləğində olur. Həmin qazancını da atasının müalicəsinə xərcləyir. Bütün bunlara və yuxarıda qeyd olunanlara görə düşünür ki, borclunun hal-hazırda aktiv VÖEN-nin olması onun əmlak vəziyyətində əhəmiyyətli dəyişikliyin olmasına əsas vermir. Bundan əlavə, icra səədinin məcburi icrasını təmin etmək üçün ##.##.2023-cü il tarixində tərəfimizdən borclunun əmlak vəziyyətinə baxış keçirilsə də, borclunun qeydiyyatda olduğu ünvan 2 ünvanında borcluya məxsus, tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar olunmamış və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu tərəfindən icra sənədi üzrə borc məbləğindən cəmi 400 manatın ödənilməsinə nail olunmuş, icra sənədinin tam şəkildə icrası mümkün olmamışdır. Eyni zamanda, borclunun Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində olması onun normal əmək fəaliyyətinin olmasına da şübhə yaradır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Görülmüş tədbirlər heç bir nəticə vermədiyi üçün icra sənədi halhazırda icra perspektivi, icra sənədinin əsassız olaraq icraatda saxlanması üçün əsas yoxdur. Bu səbəbdən də ## ##### 2025-ci il tarixində “icra sənədinin geri qaytarılması haqqında” qərar qəbul olunmuşdur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması üçün həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkməyə geri qaytarılmış icra sənədinin yenidən icraya yönəldilməsi üçün icra sənədinin geri qaytarılmasına əsas olmuş halların aradan qalxması imperativ norma olduğu halda məhkəmə tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, borclunun əmlak vəziyyətində və gəlirlərində hər-hansı bir dəyişikliklərin olması barəsində məhkəmə qərardadında heç bir qeyd edilməmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun Azərbaycan Respublikasının rayon (şəhər), inzibati, kommersiya və apellyasiya məhkəmələrinə ünvanladığı ## ###### 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “icra sənədlərinin “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi ilə geri qaytarılması ilə bağlı hallarda məhkəmənin icraya nəzraət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. Buna baxmayaraq, bir çox hallarda məhkəmələr tərəfindən bu şərtlərin mövcudluğu yoxlanılmadan, icra sənədinin qaytarılması formal əsaslarla qanunsuz hesab edilməklə yenidən icraya yönəldilir. Halbuki, məhkəmənin bu geri qaytarmanı qanunsuz hesab etməsi imkanı öz araşdırması nəticəsində və yaxud tələbkarın icra məmurunun məlumatlandırmasına cavab olaraq verdiyi etirazının dəlilləri əsasında adıçəkilən Qanunun 23.2-ci maddəsinin istinad edilən tələblərinə riayət edilməməsinin aşkar olunduğu hallarda mümkündür. Bununla yanaşı, Qanunun 23.3-cü maddəsindən göründüyü kimi, məhkəmə tərəfindən icra sənədinin yenidən icraya yönəldilməsi imkanı Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulan icra sənədinin qaytarılması əsaslarının aradan qalxması və bu haqda tələbkarın müraciətinin olması ilə şərtləndirilmişdir.Buna rəğmən, bir çox hallarda qanunvericiliyin qeyd edilən şərtlərinin nəzərə alınmadığı və icra sənədlərinin məhkəmələr tərəfindən ya öz təşəbbüsü ilə, yaxud da tələbkarların icra sənədinin qaytarılması əsaslarının aradan qalxmasına dair hər hansı sübuta əsaslanmayan formal müraciətləri əsasında yenidən icraya yönəldilməsi hallarının olduğu aşkar edilmişdir. Halbuki, məhkəmələr tələbkarların müraciətində icra sənədinin qaytarılması əsaslarının aradan qalxmasına dair istinad etdiyi halların mövcudluğunu əlavə edilmiş sübutlar baxımından araşdırmalı və yalnız bu hallar öz təsdiqini tapdığı halda müraciət təmin olunmalıdır, əks halda bu icra perspektivi olmayan icra sənədinin yenidən icraya yönəldilməsi ilə nəticələnə bilər.” Ərizəyə baxılarkən məhkəmə tərəfindən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarımızın pozulmasına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134-cü maddəsində məhkəmənin işdə iştirak edən şəxslərə verməli olduğu məhkəmə sənədləri qeyd olunmuş, 135-ci maddədə həmin sənədlərin çatdırılma qaydası göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Şəki Rayon Məhkəməsi *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını qəbul edərkən Şəki rayon icra və probasiya şöbəsini şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamış, işdə tələbkar tərəfin şikayət ərizəsi göndərilməmiş, ərizə ilə tanış olmağa, etiraz, vəsatət və izahatlar verməyə şərait yaradılmamış, icra məmuru məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumatlandırılmamış, ədalətli məhkəmə çəkişməsi prinsipi pozulmuşdur. Həmçinin, Şəki Rayon Məhkəməsi *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ##.##.2026-cı il tarixində qəbul etməsinə baxmayaraq, həmin qərardad ##.##.2026-cı il tarixində şöbəyə göndərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 267-ci maddəsini rəhbər tutaraq Şəki Rayon Məhkəməsinin 8(5- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edərək, Şəki rayon icra və probasiya şöbəsinin ## ##### 2025-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq və “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddələrinin tələblərini rəhbər tutaraq Şəki Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## #### 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X2 “Icra sənədinin qaytarılması haqqında” ##.##.2025-ci il tarixli qərarından görünür ki, *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Borclu 4657.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borcun 300 manatı ödənilib. Borclunun adına mülk, əmlak, pul vəsaiti olub-olmaması barədə müvafiq sorğular verilmiş, əmlak vəziyyəti və gəlirləri araşdırılmış, həmçinin yaşadığı ünvana baxış keçirilmiş, tələbin yönələcəyi hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin vergi ödəyicilərinə dair dövlət reyestri məlumatlarına əsasən Borclu adına ********** saylı VÖEN aktiv olaraq mövcuddur. Icra işi tələb edilmiş, məhkəmə icra sənədi üzrə materiallarla tanış olmuşdur. Tələbkarın mübahisələndirdiyi qərarın çatdırılması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, borclunun adına aktiv VÖEN mövcuddur. Icra iş materiallarında bu barədə heç bir tədbir, araşdırma həyata keçirilməmişdir. Icra sənədinin geri qaytarılması barədə qərardan göründüyü kimi icra məmuru qanunla onun səlahiyyətlərinə aid olan bütün hərəkətləri yerinə yetirməmiş, borclunun kommersiya fəaliyyətindən irəli gələn gəlirlərə dair məlumatların əldə edilməsi ilə əlaqədar zəruri hərəkətlər edilməmişdir. Halbuki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımlılığı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən isə, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Baxılan məsələ ilə bağlı Insan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il ## #### tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi üzrə Şəki rayon icra şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Şəki Rayon Məhkməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Icra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). “Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Şəki rayon Icra və probasiya şöbəsinin böyük icra məmuru, R X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar