Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-15/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “borclunun bank hesablarına həbs qoyulması barədə” qərarının ləğv edilməsi barədə” borclu "xxxx" MMC tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-11)-56/2026 saylı qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Tələbkar MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2024-cü il tarixli SEEN-VMF 11/24 saylı müqavilə üzrə vergilər daxil olmaqla 9204 manat pul məbləğinin, ödənilmiş 113 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 9204 manat məbləğində pul, 113 manat dövlət rüsumu, ümumilikdə 9317 (doqquz min üç yüz on yeddi) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1026/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)3376/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3376/2025 saylı icra vərəqəsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alaraq xx.xx.2025-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-11)-56/2026 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)3376/2025 saylı icra sənədi üzrə Bakı Şəhəri Yasamal rayon İcra Şöbəsinin borclu "xxxx" MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə xx.xx.2026-cı il tarixli qərarı ləğv edilmişdir. Hazırda Tələbkar MMC sözügedən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-11)-56/2026 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu "xxxx" MMC ərizə ilə Məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun borclunun bank hesablarınahəbs qoyulması barədə xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. BakıKommersiya Məhkəməsinin8-2(4-11)-56/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə, BakıKommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 saylıicra sənədi üzrə Bakı Şəhəri Yasamal rayon İcra Şöbəsinin borclu "xxxx" MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə xx.xx.2026-cı il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ciiltarixli,e-2-2(113)-3376/2025 nömrəliicra vərəqəsi üzrə BakışəhəriYasamalrayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı iləicra sənədi üzrə icraata başlanılıb, borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də həmin bildirişin borcluya çatdırılması barədə sübut icra işinin materiallarında mövcud deyildir. Tələbin könüllü icra edilməsi barədə borcluya sms xəbərdarlıq isə xx.xx.2026-cı iltarixdə çatdırılmışdır. Borclunun bank hesablarına həbs qoyulması barədə qərar isə xx.xx.2026-cıiltarixdə qəbuledilmişdir. Hesab edirik ki, qəbuledilmiş qərardad əsassızdır vələğv edilməlidir. İlk öncə bildiririk ki, borclu "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ciiltarixli,e-2-2(113)3376/2025 nömrəliicra vərəqəsi üzrə Bakı şəhəri Yasamalrayon İcra Şöbəsinin xx.xx.2025ci il tarixli Qərarı iləartıq xx.xx.2025-ci il tarixində məlumatlı olmuşdur. Belə ki, BakıKommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-3376/2025 nömrəli kommersiya işinin elektron məhkəmə sistemində həmin qərar xx.xx.2025-ci il tarixində yerləşdirilmiş, cavabdeh qeyd olunan kommersiya işi üzrə məhkəmə portalında qeydiyyatdan keçmiş və iş üzrə sənədlərəlavə etmiş və eynizamanda apellyasiya şikayəti vermişdir. Bununla da, cavabdeh artıq xx.xx.2025-ci il tarixindən etibarən icra vərəqəsinin Yasamal rayon icra şöbəsinin icra məmuru Rasim Huseynovun icraatında olduğu, icra sənədi üzrə icraata başlanıldığı, borclu "xxxx" MMC 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi və icra könüllü təmin edilmədikdə: borclu barəsində məcburi icra tədbirləri görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulacağı; icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınacağı və həmin əmlakın üzərinə həbs qoyulacağı barədə məlumatlandırılmışdır. Bundan başqa, borclu mübahisələndirdiyiqərar barədə məlumat əldə etdiyizamandan, yəni xx.xx.2026-cı il tarixindən qeyd olunan qərar qəbul edilənədək 13 gündən artıq vaxt keçməsinə baxmayaraq, şikayət ərizəsində göstərdiyi kimi borcun guya könüllü icra etmək niyyətinin olduğunu göstərmiş, lakin hər hansı tədbir görməmişdir. Qeyd olunan bir daha borclunun bu niyyətinin yalan olduğunun göstəricisidir və məhkəmənin bu fakt nəzərindən yayınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-11)-56/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə borclunun bank hesablarına həbs qoyulması ilə bağlı qərar qəbul edilərək icra edilməsi üçün müvafiq banklara göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən xx.xx.2026-cı il tarixdə borclu hüquqi şəxsin qanuni təmsilçisi Nümayəndə2 sms bildiriş göndərilmişdir. Borclu "xxxx" MMC ərizə ilə Məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Rasim Hüseynovun borclunun bank hesablarına həbs qoyulması barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsaasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılıb, borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də həmin bildirişin borcluya çatdırılması barədə sübut icra işinin materiallarında mövcud deyildir. Tələbin könüllü icra edilməsi barədə borcluya sms xəbərdarlıq isə xx.xx.2026-cı il tarixdə çatdırılmışdır. Borclunun bank hesablarına həbs qoyulması barədə qərar isə sms xəbərdalıqdan iki gün əvvəl, yəni xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, həm tələbin könüllü icrası müddəti gözlənilmədən, həmçinin xəbərdarlıq etmədən məcburi icra tədbiri tətbiq edilərək, borclunun məxsus bank hesablarına həbs qoyulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi icra məmurunun vəzifəsidir. Həmin Qanununun 8-ci maddəsinə əsasən əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa) icra məmurunun hüququdur. Həmin Qanununun 9-cu maddəsinə əsasən icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 saylı icra vərəqəsi üzrə Bakı Şəhəri Yasamal rayon İcra Şöbəsinin borclu "xxxx" MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə xx.xx.2026-cı il tarixli qərarını ləğv etmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8-2(4-11)-56/2026 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-6)-15/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-15/2026
11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver