Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-57/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 məruzəsi ilə, X12 və X11 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin **(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli və **(*-**)-***/**** nömrəli, ##.##.****-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.****-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-****/**** nömrəli və Bakı Kommersiya Məhkəməsinin ##.##.****-cı il tarixli, **(*-**)- ***/**** nömrəli icra sənədlərinin icrası ilə əlaqədar borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə aktlarının tələblərini pozmadığını bildirərək təqdimata etiraz etmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət etmiş, Agentliyin ##.##.****-cı il tarixli cavab məktubuna əlavə edilmiş araşdırma rəyində isə təqdim olunmuş elektron məktubların texniki təhlili nəticəsində elektron poçt ünvanının saxtalaşdırılması əlamətlərinin müəyyən edildiyi və mövcud texniki məlumatlar əsasında elektron məktubu faktiki göndərmiş şəxsin kimliyinin qəti şəkildə müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Buna baxmayaraq, icra məmuru borclunun məhkəmə aktlarının tələblərini icra etmədiyini əsas gətirərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət təqibi məsələsinin həll edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.****-cı il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X4 təqdimatı təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin **(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, **(*-**)-***/**** nömrəli, ##.##.****- cı il tarixli icra sənədlərinin icrası ilə bağlı– ##.##.1992-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu (FİN: *******; AZE********) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Həmin qərardaddan borclu Borclu tərəfindən ##.##.****-cı il tarixdə şikayət verilmiş və qərardadın ləğv edilərək, təqdimatın rədd edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə aktı qəbul edildikdən sonra borclu tərəfindən "Instagram" və ya "xxxx" şirkətinə qadağan edilmiş hesablarla bağlı hər hansı şikayət xarakterli müraciətlər edilməmişdir. Daha mühüm məqam ondan ibarətdir ki, həmin elektron müraciətlərin məhz borclu tərəfindən göndərildiyini təsdiq edən mötəbər və obyektiv sübutlar da mövcud deyildir. Qeyd edilən şikayət xarakterli müraciətlər borclu tərəfindən həyata keçirilmədiyi üçün işin tam və obyektiv araşdırılması, eyni zamanda şikayət xarakterli müraciətlərin əslində kim tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi məqsədilə borclu tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edilmişdir. Borclu tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə ünvanlanmış ##.##.****-cı il tarixli,3-27-101/1- 353/**** qeydiyyat nömrəli müraciət əsasında araşdırma aparılmış və həmin araşdırmanın nəticələrinə dair Agentliyin ##.##.****-cı il tarixli, 3-27-101/2-997/**** qeydiyyat nömrəli rəyi təqdim edilmişdir. Agentliyin ##.##.****-cı il tarixli, 3-27-101/2-997/**** qeydiyyat nömrəli rəyi hazırkı iş üçün mühüm əhəmiyyət daşıyan sübutdur. Həmin rəyə əsasən “@xxxx.aze” Instagram hesabının aktivləşdirilməsi məqsədilə ## ### ****-cı il tarixində “elektron ünvan 1” ünvanına elektron məktub göndərilmişdir. Məktubda göndərən kimi “info@xxxx.az” ünvanı göstərilsə də, məktubun həmin ünvanın və ya “xxxx.az” domeninin elektron poçt infrastrukturu vasitəsilə göndərildiyini təsdiq edən texniki məlumat müəyyən edilməmişdir. Məktubun texniki göndərilmə mənbəyi “emkei.cz” infrastrukturu ilə əlaqəlidir. “info@xxxx.az” ünvanının “From” və “Errors-To” sahələrində göstərilməsi həmin ünvanın göndərən kimi saxtalaşdırılması ehtimalını gücləndirən texniki göstəricidir. “X6 to Sender” bildirişinin 17iyun ****-cı il tarixində “info@xxxx.az” ünvanına daxil olması həmin ünvandan faktiki olaraq məktub göndərildiyini təsdiq etmir. Sözügedən bildiriş ## ### ****-cı il tarixində göndərilmiş və çatdırılmamış məktuba dair gecikmiş avtomatik bildirişdir. “office@xxxxandco.com” ünvanının məktubun “CC” və “Reply-To” sahələrində göstərilməsi həmin ünvanın məktubun texniki başlıqlarında əlaqəli məlumat kimi əks olunduğunu göstərir. Lakin bu fakt “xxxxandco.com” domeninin sahibinin və ya həmin domenlə əlaqəli şəxslərin məktubu göndərdiyini və yaxud hadisədə iştirak etdiyini təsdiq etmir. Göründüyü kimi səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış texniki araşdırma nəticəsində iş üzrə əsas götürülmüş elektron müraciətlərin borclu tərəfindən göndərildiyi təsdiq edilməmiş, əksinə istifadə olunmuş elektron poçt ünvanlarının saxtalaşdırılması müəyyən edilmiş və mövcud texniki məlumatlarla həmin müraciətlərin müəllifinin kimliyinin müəyyən edilməsinin mümkün olmadığı rəsmi qaydada təsbit edilmişdir. Bu isə onu göstərir ki, sözügedən elektron müraciətlər borclu tərəfindən göndərilməmişdir və borclu tərəfindən göndərilməsi barədə mötəbər sübutlar da mövcud deyildir. Əksinə araşdırmanın nəticələrinə dair rəy həmin müraciətlərin cavabdeh və ya üçüncü şəxslər tərəfindən göndərilməsini, eyni zamanda elektron poçt məlumatlarının saxtalaşdırılmasını istisna etmir. Nəticə etibarilə hazırkı mərhələdə sözügedən elektron müraciətlərin konkret olaraq kim tərəfindən göndərildiyi müəyyən edilməmişdir. Belə olan halda yalnız ehtimallara və tam təsdiqini tapmamış texniki məlumatlara əsaslanaraq borclunun həmin müraciətləri göndərdiyi qənaətinə gəlmək hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Bundan əlavə borclu Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qərardadlarının borclu üçün məcburi hüquqi qüvvəyə malik olduğunu bilir və həmin qərardadların tələblərinə də hazırki vaxtadək əməl edir. Müəllifi müəyyən edilməmiş elektron müraciətlərin avtomatik olaraq borclu tərəfindən göndərildiyi qənaətinə gəlinməsi yolverilməzdir. Belə olan halda borclunun etmədiyi hərəkətə görə məhkəmə qərarının tələblərini pozmuş hesab edilməyi və bu əsasla borclu barəsində icra tədbirlərinin davam etdirilməsi qanunauyğun hesab oluna bilməz. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız o halda tətbiq edilə bilər ki, borclu icra sənədində nəzərdə tutulmuş tələbi könüllü icra üçün müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirməsin. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün ilk növbədə həmin şəxsin məhkəmə aktının tələblərini faktiki olaraq icra etmədiyi və bunu bilərəkdən və ya üzrsüz səbəbdən etdiyi konkret və mötəbər sübutlarla müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə bir hal mövcud deyildir. Belə ki, borclunun məhkəmə aktının tələblərini yerinə yetirmədiyimə dair hər hansı konkret və mötəbər sübut təqdim edilməmişdir. Borclu tərəfindən məhkəmə aktının tələblərinə zidd olaraq hər hansı hərəkət edilməmiş, əksinə həmin tələblərə əməl edilmişdir. Borclu barəsində məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə əsas kimi göstərilən elektron müraciətlərin isə məhz borclu tərəfindən göndərildiyi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin ##.##.****-cı il tarixli,3- 27-101/2- 997/**** qeydiyyat nömrəli rəyində elektron məktubların texniki məlumatları araşdırılmış və həmin məlumatların saxtalaşdırılması ehtimalını göstərən əlamətlər müəyyən edilmişdir. Həmçinin araşdırma nəticəsində elektron məktubun faktiki olaraq kim tərəfindən göndərildiyini mövcud texniki məlumatlar əsasında müəyyən etmək mümkün olmamışdır. Bu hal xüsusilə mühüm əhəmiyyət daşıyır. Çünki iş üzrə elektron müraciətlərin onun tərəfindən göndərildiyi iddia olunur, lakin səlahiyyətli dövlət orqanının apardığı texniki araşdırma isə həmin iddianı təsdiq etmir. Əksinə araşdırmanın nəticələri elektron poçt məlumatlarının saxtalaşdırıldığını və müraciəti göndərən şəxsin kimliyinin müəyyən edilmədiyini göstərir. Digər tərəfdən borclu həmin müraciətlərin müəllifinin müəyyən edilməsi üçün öz təşəbbüsü ilə Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət etmişdir. Əgər həqiqətən həmin müraciətləri o etmiş olsaydı, onların kim tərəfindən göndərildiyinin müəyyən edilməsi üçün aidiyyəti dövlət orqanına müraciət etməyinin heç bir məntiqi əsası olmazdı. Əksinə bu addımın həmin elektron müraciətlərin borclu tərəfindən edilmədiyini və onların kim tərəfindən göndərildiyinin müəyyən edilməsində maraqlı olduğunu göstərir. Bu səbəbdən borclunun məhkəmə aktının tələblərini bilərəkdən, qərəzli və ya üzrsüz səbəbdən yerinə yetirmədiyi barədə nəticəyə gəlmək üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud deyildir. Məhkəmə aktının icra edilməməsi ilə bağlı hüquqi məsuliyyətin və ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi ciddi tədbirin tətbiqi üçün şəxsin konkret hərəkətlərinin sübuta yetirilməsi zəruridir. Borclu tərəfindən edilməyən və kim tərəfindən edildiyi müəyyən olunmayan elektron müraciətlərə görə borclunun məhkəmə aktını pozmuş şəxs kimi qiymətləndirilməyi isə ədalətli və əsaslı hesab edilə bilməz. Prosessual normaların pozulmasına münasibətdə bildirmək istəyir ki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qərar çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qərarı o zaman əsaslı olar ki, o,məhkəmə iclasında qanunvericiliyə əməl olunmaqla hərtərəfli və tamaraşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Məhkəmə faktiki halların tam şəkildə müəyyən edilməsini təmin etmək üçün təqdim olunan sübut və vəsatətləri diqqətlə araşdırmalı, onların iş üçün əhəmiyyətini qiymətləndirməli, zərurət yarandıqda mütəxəssis rəyi almalı, aidiyyəti dövlət qurumlarına sorğular göndərməlidir. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən qeyd olunan tələblərin heç birinə riayət edilməmiş, əlavə sübutların toplanması üçün zəruri prosessual hərəkətlər həyata keçirilməmişdir. Nəticə də işin faktiki hallarının tam araşdırılması təmin edilməmiş və çıxarılan qərar qanuniliyini itirmişdir. Məhkəmə mübahisəli məsələnin həlli zamanı ##.##.****-cı il tarixdə borclu tərəfindən təqdim edilmiş vəsatəti nəzərə almamışdır. ##.##.****-cı il tarixdə borclu tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə məhz qeyd olunan hallara diqqət çəkilmiş və işin tam və obyektiv araşdırılması üçün Agentliyin rəyinin nəzərə alınması xahiş edilmişdir. Lakin məhkəmə həmin vəsatəti və səlahiyyətli dövlət orqanı, yəni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin ##.##.****-cı il tarixli, 3-27-101/2-997/**** qeydiyyat nömrəli rəyini lazımi qaydada qiymətləndirməmişdir. Əksinə məhkəmə qadağa qoyulmuş müraciətlərin hüquqi marağı olmayan naməlum üçüncü şəxs tərəfindən sistemli şəkildə edilməsinə dair iş materiallarında hər hansı inandırıcı sübutun mövcud olmadığını qeyd etmişdir. Halbuki həmin rəy iş üzrə mübahisənin həlli baxımından birbaşa əhəmiyyət daşıyır. Çünki məhkəmənin borclu barəsində məhdudlaşdırıcı tədbir tətbiq etməsinin əsasını təşkil edən elektron müraciətlərin borclu tərəfindən göndərilib-göndərilməməsi məsələsinə dair rəsmi texniki araşdırmanın nəticələrini özündə əks etdirir. Həmin araşdırma rəyində təqdim olunmuş elektron məktubların texniki təhlili nəticəsində elektron poçt ünvanının saxtalaşdırılması əlamətlərinin müəyyən edildiyi və mövcud texniki məlumatlar əsasında elektron məktubu faktiki göndərmiş şəxsin kimliyinin qəti şəkildə müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Buna baxmayaraq icra məmuru borclunun məhkəmə aktlarının tələblərini icra etmədiyini əsas gətirərək borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət təqibi məsələsinin həll edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, dövlət orqanın verdiyi rəy onun birbaşa olaraq inzibati xəta törətməyini istisna edir, bununla bağlı Nərimanov İcra şöbəsinəicra işinin xitam edilməsi ilə bağlı müraciət etmiş, həmçinin bu kibercinayətin kim tərəfindən törədilməsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə də borclu tərəfindən müraciət edilmişdir. Səlahiyyətli dövlət orqanının rəyi elektron müraciətlərin müəllifinin müəyyən edilmədiyini və elektron poçt məlumatlarının saxtalaşdırılması ehtimalının mövcud olduğunu göstərdiyi halda, həmin sübutun heç bir əsaslandırma verilmədən kənarda saxlanılması işin tam və obyektiv araşdırılması tələbinə uyğun deyildir. Bu səbəbdən də təqdimatın qənaətbəxş olmadığı nəticəsinə gəlmək üçün kifayət qədər hüquqi və faktiki əsaslar olduğu üçün Bakı Kommersiya Məhkəməsinin ##.##.****-cı il tarixli *-*(*-**)-***/**** saylı qərardadı ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.****-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətə yazılı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, -Tələbkar MMC-in təsisçisi X3 2015-ci ilin sentyabr ayının 9-da yuxarıdakı xxxx nişanını yaradır, bu nişan altında həmin ay Parlament prospekti 52F ünvanında gül mağazası və “xxxx.aze” instagram səhifəsini açır. O. 2016-cı ilin fevralında “xxxx” MMC, 2018-ci ildə "X1” MMC-ni təsis edir. Brendin yaradıldığı vaxtdan 10 ilə yaxın bir müddət keçir. X5 brendi 3 şəhərdə (Dubai, Moskva və Bakı) fəaliyyət göstərən premium seqment bir gül brendinə çevrilir. Borclu qanunsuz yolla “xxxx” əmtəə nişanını öz adına qeydə aldırır və 2025-ci ildə Bünyad Sərdarov 20 ünvanında və eyniadlı gül salonu açır. Borclu həmçinin “xxxx.azerbaijan” instagram səhifəsini də yaradır. O, Nazim Şükürovu və onun şirkətlərini məhkəməyə verir, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edir. Qanuni yolla nəticə ala bilməyən Borclu əlindəki əmtəə nişanından maddi mənfəət əldə etmək və satışlarını artımaq üçün “X1” MMC-yə məxsus “xxxx.aze”. “xxxxandcomoscow”, “xxxx.plants” adlı instagram hesablarını müxtəlif vaxtlarda çoxsaylı qanunsuz şikayətlər edərək blokladır. Növbəti mərhələdə tərəflər arasınakı inzibati və məhkəmə proseslərinin siyahısını məhkəmənin diqqətinə çatdırır: -Şirvan İnzibati Məhkəməsinin iddiaçı Tələbkar MMC-in cavabdeh AR Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: Borclu) “əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi” tələbi üzrə № *-1(120)- ****/**** nömrəli məhkəmə işi üzrə ##.##.****-cı il tarixində yekun Qərar qəbul etmişdir. Müvafiq Qərara əsasən Tələbkar MMC-in tələbi təmin edilmiş, Borclui oğlunun adına qeydiyyata alınmış N **** **** nömrəli əmtəə nişanı Şəhadətnaməsi etibarsız hesab edilmişdir. Cavabdeh AR Əqli Mülkiyyət Agentliyi və üçüncü şəxs Borclui oğlu Şirvan İnzibati Məhkəməsinin ##.##.****-cı il tarixli *-*(***)-****/**** nömrəli Qərarında Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.****-cı il tarixli 2-1 (*-*)-***/**** nömrəli Qərarı ilə Şirvan İnzibati Məhkəməsinin iş üzrə müvafiq Qərarı qüvvədə saxlanılmışdır. Nəticə etibarilə Borclui oğlunun adına qeydiyyata alınmış N **** **** nömrəli əmtəə nişanı Şəhadətnaməsinin etibarsızlığı bir daha tanınmışdır. Cavabdeh və üçüncü şəxs Qərardan kassasiya şikayəti vermişdir və hal-hazırda iş kassasiya instansiya məhkəməsində icraatdadır. Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən e-16( 113)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli Qərardad qəbul edilmişdir. Müvafiq Qərardada əsasən, Tələbkar MMC-yə məxsus “instagram” sosial şəbəkəsindəki“xxxx.aze” adlı hesab barədə “instagram” vəonun daxil olduğu “xxxx” Şirkətinə şikayət xarakterli müraciətlər edilməsi Borclu qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən e-16(4-11)- ***/**** nömrəli ##.##.****-cı il tarixli Qərardad qəbul edilmişdir. Müvafiq Qərardada əsasən, Tələbkar MMC-yə məxsus “instagram” sosial şəbəkəsindəki “xxxx.plants”, “xxxxandcomoscow”, “xxxx.arts” adlı hesablar barədə “instagram” və onun daxil olduğu “xxxx” Şirkətinə şikayət xarakterli müraciətlər edilməsi Borclu qadağan edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.**** tarixli *(*-**)-***/**** nömrəli Qərarla Borclu Bakı Kommeriya Məhkəməsinin e-16( ***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli Qərardadını icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi Qərarı dəyişdirmədən saxlamışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.**** tarixli 3(5-97)-22l */**** nömrəli Qərarla Borclu Bakı Kommeriya Məhkəməsinin e-16( ***)-l***/**** nömrəli ##.##.2025-ci il tarixli Qərardadını icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli ##.##.**** tarixli Qərarı ilə Nərimanov rayon məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.**** tarixli *(*-**)-****/**** nömrəli Qərarla Borclu Bakı Kommeriya Məhkəməsinin e-16(4-1 D-***/**** nömrəli ##.##.****-cı il tarixli Qərardadını icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin *(*-*)- ****/**** nömrəli ##.##.**** tarixli Qərarı ilə Nərimanov rayon məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Borclu barəsində “Rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılmasına başlanması haqqında” ##.##.****-cı il tarixli AİBNDA/Q- ***/**** nömrəli Qərar qəbul edilmişdir. Araşdırma nəticəsində Rəqabət Məcəlləsinin 25.1.3 və 25.1,5-ci maddələrinin (haqsız rəqabət) tələblərinin pozulması əlamətləri müəyyən edilmiş və şəxs barəsində iş qaldırılmışdır. -Borclunun Apellyasiya Şikayətinin əsasını təşkil edən Agentliyin ##.##.****-cı il tarixli, 3-27-101/2-997/**** qeydiyyat nömrəli rəyi cari məhkəmə mübahisəsinə aid deyil. Belə ki, Rəyin ilk abzasında yazılır: “@xxxx.azerbaijan" Instagram hesabı ilə bağlı xxxx platforması tərəfindən tətbiq edilmiş məhdudiyyətlərə dair elektron poçt yazışmaları araşdırılması üçün təqdim olunmuşdur. ” Müvafiq icra sənədləri üzrə isə xxxx tərəfindən şikayətlər əsasında məhdudiyyət tətbiq olunmuş instagram sosial şəbəkə hesabı Tələbkar MMC-yə məxsus “xxxx.aze” instagram hesabıdır. Müvafiq Rəy Borclu məxsus “xxxx.azerbaijan” instagram hesabı üzərindəki “məhdudiyyətlər”ə münasibətdə verilmişdir. Ən əsası isə, Rəyin predmetini təşkil edən elektron məktub icra sənədləri üzrə mübahisələndirilən şikayət xarakterli elektron məktublar deyil. Tam əksinə, müvafiq Rəyin ikinci abzasında yazılır: “Məktubda. konkret otaraq. 4296635657271601 və *************** nömrəli müəlliflik hüququ pozuntusu bildirişlərinin geri götürülməsi və xxxx.aze" hesabının aktivləşdirilməsi tələb olunmuşdur.'’' Aydın məsələdir ki, icra sənədləri borcluya "xxxx.aze” instagram hesabı barəsində şikayət xarakterli müraciətlər etməyi qadağan edir. Borclu Borclu məhz “xxxx.aze” instagram hesabının bloklanmasına səbəb olan şikayətlər etdiyi (şikayət xarakterli e-maillər göndərdiyi) üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edilib. Rəyin predmetini təşkil edən elektron məktub isə tam əksinə “xxxx.aze” hesabının aktivləşdirilməsi və şikayətlərin geri götürülməsi barəsindədir. Göründüyü kimi ümumiyyətlə rəyin hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən şikayət xarakterli müraciətlər (e-maillər)lə əlaqəsi yoxdur. Borclu Borclu isə Rəyin qarışıq və mürəkkəb terminologiyalarla çox olmasından sui-istifadə edərək məhkəməni və iş üzrə digər tərəfləri aldatmağa çalışmışdır. O müvafiq Rəyi əsas gətirib icra sənədləri üzrə ona qadağan edilmiş şikayətləri özünün göndərmədiyini bildirir. Agentliyin verdiyi rəy o halda məhkəmə baxışının araşdırma predmeti ola bilərdi ki, rəyin özü borclu tərəfindən mübahisələndirilən şikayət e-mailləri əsasında verilmiş olsun. Halbuki Rəy şikayət e-mailləri və yaxud onları kimin göndərməsi ilə bağlı hər hansı bir məlumat və yaxud mövqe ehtiva etmir. -Əlavə olaraq, borclu Borclu əməllərində inzibati xəta tərkibinin mövcudluğu, yəni şəxsin müvafiq inzibati xətam törətməsi bundan əvvəlki 6 ayrı məhkəmə qərarı ilə (3 birinci instansiya, 3 apellyasiya) təsdiq olunub. Daha aydın ifadə etsə, hüquqi müstəvidə məhz Borclu "X1.” MMC-yə məxsus sosial şəbəkə hesablarını əlindəki əmtəə nişanından istifadə edərək şikayət edib bağlatdırması preyudisial məhkəmə qərarları ilə artıq sübuta yetirilib. Borclu həmin məhkəmə qərarlarından apellyasiya qaydasında şikayətlər edib, apellyasiya məhkəmələri şikayətləri təmin etməyərək qərarları tam qüvvədə saxlayıb. Bu baxımdan borclu Borclu cari apellyasiya şikayətində özünü təmizə çıxarmaq cəhdləri hüquqi müstəvidə əhəmiyyət kəsb etməməlidir. Borclu Borclu məqsədli şəkildə iki ayrı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini artıq dəfələrlə və qəsdən icra etmir. Baxmayaraq ki Borclu ayrı-ayrı vaxtlarda 500 AZN, 1200 AZN və 1200 AZN məbləğlərində cərimələnib, şəxs öz qanunsuz əməllərini dayandırmır. İşin cari vəziyyəti onu deməyə əsas verir ki, cərimə növündə inzibati məsuliyyət borclu Borclu islah etmək üçün kifayət etmir, çünki Tələbkar MMC-in sosial şəbəkə hesablarının bloklanması hər gün gül satışından Borclu on minlərlə manat əlavə vəsait qazandırır. Əksinə sosial şəbəkə hesablarının bağlanması “X1." MMC üçün isə hər gün on minlərlə manat zərər və yaxınlaşan müflislik deməkdir. Borclu Borclu qanunsuz əməlləri nəticəsində “X1." MMC-in 20-yə yaxın işçisi öz iş yerini itirmişdir. İctimai münasibətlərə vurduğu ağır zərərləri nəzərə alaraq, Borclu cari icra sənədlərini icra etmədiyi təqdirdə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin labüd olduğu qənaətindədirlər. Bu baxımdan borclu Borclu ölkədən çıxışına məhdudiyyət qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin qərardadının qüvvədə qalması xüsusilə əhəmiyyətlidir. Etirazın hüquqi əsası kimi, “Elektron Ticarət haqqında” Azərbaycan Respublikası qanununun 4.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: -Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-****/**** nömrəli icra sənədinə əsasən borclu Borclu "Instagram" sosial şəbəkəsindəki "xxxx.aze" adlı hesab barədə "Instagram" və onun daxil olduğu "xxxx" şirkətinə şikayət xarakterli müraciətlər edilməsi qadağan edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.****-cı il tarixli, **(*-**)- ***/**** nömrəli icra sənədinə əsasən isə borcluya "Instagram" sosial şəbəkəsindəki "xxxx.plants", "xxxxandcomoscow" və "xxxx.arts" adlı hesablar barədə "Instagram" və onun daxil olduğu "xxxx" şirkətinə şikayət xarakterli müraciətlər edilməsi qadağan edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-****/**** nömrəli və Bakı Kommersiya Məhkəməsinin ##.##.****-cı il tarixli, **(*-**)-***/**** nömrəli icra sənədləri ##.##.2025-ci il və ##.##.****-cı il tarxilərində icraya yönəldilmiş, borcluya icraata başlanılması barədə qərar göndərilərək məhkəmə aktlarının tələblərini könüllü qaydada icra etməsi tələb olunmuşdur. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.****-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat, həmin məhkəmənin ##.##.****-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli və ##.##.****-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarları ilə isə eyni maddə ilə təqsirli bilinərək hər bir qərar üzrə 1200 manat məbləğində inzibati cərimə edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin ##.##.****-cı il tarixli, 3(3-6)- ****/**** nömrəli və ##.##.****-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarları ilə göstərilən məhkəmə qərarları qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin ##.##.****-cı il tarixli *-**-***/*-***/**** nömrəli müraciət üzrə ##.##.****-cı il tarixli cavab məktubundan görünür ki, cavabdehin müraciəti əsasında təqdim edilmiş məlumatlar Agentlik tərəfindən araşdırılmış, aparılmış araşdırmanın nəticələri isə məktuba əlavə edilməklə müraciət edən şəxsə təqdim edilmişdir. Araşdırmanın nəticələrinə dair rəydə qeyd edilmişdir ki, vətəndaş Borclu tərəfindən ünvanlanmış müraciət çərçivəsində, müraciət edən şəxsin idarə etdiyi və istifadə etdiyi “@xxxx.azerbaijan” Instagram hesabı ilə bağlı xxxx platforması tərəfindən tətbiq edilmiş məhdudiyyətlərə dair elektron poçt yazışmaları araşdırılması üçün təqdim olunmuşdur. Təqdim edilmiş elektron poçt məlumatlarının, o cümlədən ## #### ****-cı il tarixində “info@xxxx.az” elektron poçt ünvanına daxil olmuş “X6 to Sender” başlıqlı avtomatik bildirişin və həmin bildirişə əlavə edilmiş ilkin elektron məktubun texniki başlıqlarının təhlili nəticəsində ## ### ****-cı il tarixində “info@xxxx.az” ünvanından göndərilmiş kimi göstərilən və “elektron ünvan 1” ünvanına yönləndirilmiş elektron məktubun mövcud olduğu müəyyən edilmişdir. Həmin elektron məktubda “@xxxx.aze” hesabına müəlliflik hüquqlarının pozulması ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması və hesabın yenidən aktivləşdirilməsi xahiş edilmişdir. Məktubda, konkret olaraq, 4296635657271601 və *************** nömrəli müəlliflik hüququ pozuntusu bildirişlərinin geri götürülməsi və “@xxxx.aze” hesabının aktivləşdirilməsi tələb olunmuşdur. Təqdim edilmiş materiallar arasında, həmçinin ## #### ****-cı il tarixində “mail.instagram.com” domenindən “info@xxxx.az” ünvanına göndərilmiş və “@xxxx.azerbaijan” hesabına tətbiq edilmiş məhdudiyyətə dair ayrıca elektron məktub mövcuddur. Hər iki məktubun məzmununun və texniki məlumatlarının müqayisəsi “@xxxx.azerbaijan” və “@xxxx.aze” hesablarının fərqli Instagram hesabları olduğunu göstərir. Buna görə həmin hesablar bu rəy çərçivəsində eyni hesab kimi qiymətləndirilməmişdir. Elektron məktubun texniki başlıqlarının təhlili nəticəsində müəyyən edilmişdir ki, məktubda göndərən kimi “xxxx info@xxxx.az” göstərilsə də, məktub “info@xxxx.az” ünvanına xidmət göstərən elektron poçt infrastrukturundan göndərilməmişdir. Məktubun “Received”, “Message-ID”, “Reporting-MTA” və digər texniki sahələrindəki məlumatlar onun “emkei.cz” infrastrukturu vasitəsilə göndərildiyini göstərir. Beləliklə, məktubda göndərən kimi göstərilmiş “info@xxxx.az” ünvanı ilə məktubun faktiki texniki göndərilmə mənbəyi arasında uyğunsuzluq müəyyən edilmişdir. Bu uyğunsuzluq “info@xxxx.az” elektron poçt ünvanının göndərən ünvan kimi saxtalaşdırılması — “email spoofing” əlaməti kimi qiymətləndirilə bilər. Məktubun “ErrorsTo” sahəsində də “info@xxxx.az” ünvanının göstərilməsi nəticəsində ilkin məktubun çatdırılmaması barədə avtomatik bildiriş həmin ünvana yönləndirilmişdir. Buna görə “info@xxxx.az” ünvanına daxil olmuş “X6 to Sender” bildirişi həmin elektron poçt ünvanından faktiki olaraq göndərilmiş məktuba verilmiş cavab hesab edilə bilməz. Başqa sözlə, mövcud texniki məlumatlar göstərir ki, üçüncü tərəf tərəfindən “info@xxxx.az” ünvanı göndərən ünvan kimi göstərilməklə elektron məktub formalaşdırılmış, məktubun çatdırılmaması barədə avtomatik bildirişin də həmin ünvana yönləndirilməsi təmin edilmişdir. İlkin məktubun elektron ünvan 1 ünvanına göndərilməsi ## ### ****-cı il tarixində həyata keçirilmişdir. Qarşı tərəfin poçt infrastrukturu tərəfindən məktubun qəbulu zamanı “Blocked” cavabı qaytarılmış və göndərən IP ünvanının Instagram tərəfindən istifadə olunan Proofpoint sistemi tərəfindən bloklandığı bildirilmişdir. Bu səbəbdən məktubun elektron ünvan 1 ünvanına çatdırılması baş tutmamışdır. Bununla belə, çatdırılmama barədə avtomatik bildiriş ## ### ****-cı il tarixində deyil, ## #### ****- cı il tarixində info@xxxx.az ünvanına daxil olmuşdur. Texniki məlumatlardan görünür ki, ilkin məktub 05 may tarixindən ## #### ****-cı il tarixinədək emkei.cz infrastrukturu ilə əlaqəli poçt emalı prosesində müxtəlif tarixlərdə yenidən emal edilmişdir. Nəticə etibarilə, ## #### ****-cı il tarixində daxil olmuş bildiriş ayrıca və yeni elektron poçt hadisəsi deyil, ## ### ****-cı il tarixində göndərilmiş, lakin çatdırılmamış ilkin məktuba dair gecikmiş avtomatik bildirişdir. Araşdırma zamanı məktubun “CC” sahəsində office@xxxxandco.com, “ReplyTo” sahəsində isə eyni elektron poçt ünvanının göstərildiyi müəyyən edilmişdir. Bu hal “xxxxandco.com” domeninə aid ünvanın araşdırılan məktubun texniki başlıqlarında əlaqəli məlumat kimi əks olunduğunu göstərir. Nəzərə alınmalıdır ki, araşdırılan elektron məktub elektron poçt göndərən ünvanının fərqli göstərilməsinə imkan verən emkei.cz xidməti vasitəsilə göndərilmişdir. Açıq mənbələr üzrə aparılmış yoxlama nəticəsində müəyyən edildiyi kimi, emkei.cz “Emkei's Fake Mailer” adı ilə tanınan və istifadəçiyə elektron məktubun göndərən ünvanı (“From”) və digər elektron poçt başlıqlarında göstərilən məlumatları müəyyən etməyə imkan verən ictimai istifadəyə açıq veb-xidmətdir. Bu xüsusiyyət nəzərə alınmaqla, məktubun “ReplyTo” və “CC” sahələrində “office@xxxxandco.com” ünvanının göstərilməsi həmin məlumatın məktubu formalaşdıran və ya göndərən şəxs tərəfindən daxil edilmiş ola biləcəyini göstərən texniki hal kimi qiymətləndirilə bilər. Bununla belə, “office@xxxxandco.com” ünvanının məktubun texniki başlıqlarında göstərilməsi özlüyündə “xxxxandco.com” domeninin sahibinin və ya həmin domenlə əlaqəli şəxslərin məktubu göndərdiyini, onun hazırlanmasında iştirak etdiyini və yaxud araşdırılan hadisə ilə bilavasitə əlaqəli olduğunu təsdiq etmir. Bu baxımdan, xxxxandco.com domeninin araşdırılan hadisə ilə mümkün əlaqəsi əlavə araşdırma tələb edən istiqamət kimi qiymətləndirilə bilər. Lakin yalnız mövcud elektron məktubun texniki başlıqları əsasında həmin domenin sahibinin və ya onunla əlaqəli şəxslərin hadisənin təşəbbüskarı, məktubu göndərən tərəf və ya digər iştirakçı olması barədə qəti nəticəyə gəlmək mümkün deyil. ## #### ****-cı il tarixli “X6 to Sender” bildirişinin və ona əlavə edilmiş ilkin elektron məktubun orijinal texniki başlıqlarının ayrıca yoxlanılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir: ● ## ### ****-cı il tarixində elektron ünvan 1 ünvanına göndəriş: təsdiqlənir — daxili mesajın “Arrival-Date” və “Date” sahələri “Tue, 5 May **** 18:20:35 +0200” tarixini göstərir. ● Göndərən kimi info@xxxx.az ünvanının göstərilməsi: təsdiqlənir — “From” sahəsi“xxxx” info@xxxx.az formatındadır. ● Məktubun emkei.cz infrastrukturu ilə əlaqəsi: təsdiqlənir — “Received” sətirləri və “Message-ID” (…@emkei.cz) məlumatları emkei.cz serverini göstərir. ● “CC” və “Reply-To” sahələrində office@xxxxandco.com ünvanının göstərilməsi: təsdiqlənir — hər iki sahədə həmin ünvan eyni formada göstərilmişdir. ● “Errors-To” sahəsində info@xxxx.az ünvanının göstərilməsi və bildirişin həmin ünvana yönləndirilməsi: təsdiqlənir — DSN bildirişinin “To” sahəsində də info@xxxx.az ünvanı göstərilmişdir. ● Proofpoint tərəfindən bloklanma: təsdiqlənir — “Diagnostic-Code” sahəsində “550 5.7.0 Blocked” cavabı və ipcheck.proofpoint.com keçidi mövcuddur. ● Bildirişin ## #### ****-cı il tarixində, gecikmə ilə daxil olması: təsdiqlənir — DSNin “Date” başlığı ## #### ****-cı il, saat 03:35 (CEST) tarixini göstərir, halbuki orijinal mesaj ## ### ****-cı il tarixlidir. ● emkei.cz serverində təkrar emal: təsdiqlənir — 05 may–17 iyun tarixləri arasında, təxminən hər gecə yarısı vaxtında, təxminən 43 ədəd ardıcıl “Received: by emkei.cz (Postfix, from userid 106)” sətri mövcuddur. Bu məlumatlar mesajın həmin serverin poçt emalı prosesində təkrarən emal edildiyini göstərir. Beləliklə, aparılmış araşdırma və təqdim edilmiş materialların məcmu təhlili əsasında aşağıdakı nəticələrə gəlinmişdir: 1. “@xxxx.aze” Instagram hesabının aktivləşdirilməsi məqsədilə ## ### ****-cı il tarixində “elektron ünvan 1” ünvanına elektron məktub göndərilmişdir. 2. Məktubda göndərən kimi “info@xxxx.az” ünvanı göstərilsə də, məktubun həmin ünvanın və ya “xxxx.az” domeninin elektron poçt infrastrukturu vasitəsilə göndərildiyini təsdiq edən texniki məlumat müəyyən edilməmişdir. 3. Məktubun texniki göndərilmə mənbəyi “emkei.cz” infrastrukturu ilə əlaqəlidir. “info@xxxx.az” ünvanının “From” və “Errors-To” sahələrində göstərilməsi həmin ünvanın göndərən kimi saxtalaşdırılması ehtimalını gücləndirən texniki göstəricidir. 4. “X6 to Sender” bildirişinin ## #### ****-cı il tarixində “info@xxxx.az” ünvanına daxil olması həmin ünvandan faktiki olaraq məktub göndərildiyini təsdiq etmir. Sözügedən bildiriş ## ### ****-cı il tarixində göndərilmiş və çatdırılmamış məktuba dair gecikmiş avtomatik bildirişdir. 5. “office@xxxxandco.com” ünvanının məktubun “CC” və “Reply-To” sahələrində göstərilməsi həmin ünvanın məktubun texniki başlıqlarında əlaqəli məlumat kimi əks olunduğunu göstərir. Lakin bu fakt “xxxxandco.com” domeninin sahibinin və ya həmin domenlə əlaqəli şəxslərin məktubu göndərdiyini və yaxud hadisədə iştirak etdiyini təsdiq etmir. Təqdim edilmiş elektron məktubun texniki başlıqları əsasında məktubu faktiki göndərmiş fiziki və ya hüquqi şəxsin kimliyini qəti şəkildə müəyyən etmək mümkün deyil. Belə identifikasiya üçün müvafiq elektron poçt xidmətinin server qeydlərinin, bağlantı məlumatlarının və digər əlavə texniki sübutların əldə edilərək araşdırılması tələb olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. -84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. AR Mülki Prosessual Məcələsinin: -231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda borclu Borclu Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildikdən və könüllü icra barədə bildiriş göndərildikdən sonra icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, göstərilən hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.****-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Nəticə etibarilə, adıçəkilən icra sənədi üzrə tələblərin borclu tərəfindən qərəzli surətdə icra edilmədiyini, bununla bağlı borclunun dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatı əsasında Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Kibertəhlükəsizlik Agentliyinin rəyinə münasibətdə kollegiya tələbkarın etirazının dəlilləri ilə razılaşır ki, həmin rəydə xxxx.aze səhifəsinin aktivlərdirilməsi və şikayətin geri götürülməsi barədə elektron məktubu göndərən şəxsin kimliyi ilə bağlı araşdırmanın nəticələri əks edilmişdir. Halbuki borclunun icra sənədinin icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi və hal-hazırda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun tərəfindən xxxx.aze səhifəsinin aktivləşdirilməsi və şikayətin geri götürülməsi barədə məktubun göndərilməsi ilə deyil, əksinə qeyd edilən səhifə barəsində xxxx şirkətinə şikayətlər ünvanlanması ilə bağlı olmuşdur. Odur ki, həmin rəyin baxılan məsələyə hər hansı aidiyyətinin olması müəyyən edilmir. Beləliklə, kollegiya hesab edir ki, təqdimatın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.****-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(3-6)-57/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-57/2026
10.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver