Məhkəmə qərarları › İş №8(3-6)-369/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-369/2026

17.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-369/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İsmayılov Nadir Mahmud oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İsmayılov Nadir Mahmud oğlu Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra Səbuhi Əhmədovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu tərəf olduğu icra işi Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuri Səbuhi Əhmədovun icraatındadır. Belə ki, borclu tərəf olduğu icra işi üzrə tərəfindən icra ödənişləri ödənilməkdədir. Hətta ##.##.2026-ci il tarixdə Səbail Rayon İcra Şöbəsi tərəfindən verilmiş hesab nömrəsinə 14.700 (on dörd min yeddi yüz) manat icra ödənişi etmişdir. İcra ödənişini mütamadi olaraq ödəməyinə baxmayaraq, icra məmuru ona qanunsuz əsasız olaraq təzyiqlər göstərərək bildirir ki, “ya ödənişi tam şəkildə ödə ya da ki, evlərin əlindən gedəcək". Buna baxmayaraq Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən qanunsuz və əsasız olaraq onun razılığı olmadan ona məxsus Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən ** nömrəli mənzilin 1/4 hissəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, ev 10 ünvanında (Yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin qiymətləndirilməsinə dair qərar qəbul edilərək “xxxx” MMC-yə göndərilmişdir. Qiymətləndirmənin nəticələrinə dair “xxxx" MMC tərəfindən ##.##.2026-cı il tarixli, ****/** saylı və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəylər alınmışdır. Lakin hesab edir ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-c1 il tarixli, ****/** saylı və ##.##.2026-c1 il tarixli, ****/** saylı mütəxəssis rəyləri etibarsızdır. Sözügedən rəylər qiymətləndirmənin predmeti olan əmlakların real bazar dəyərini əks etdirmir və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, 10cu Kiçik Qala küçəsində yerləşən daşınmaz əmlak ölkənin ən yüksək bazar dəyərinə malik ərazilərindən birində yerləşir. Bu ərazidə daşınmaz əmlakın qiymətləri digər ərazilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Buna baxmayaraq, həmin əmlakın 1/4 hissəsinin 50.610 manat kimi giymətləndirilməsi real bazar vəziyyətinə uyğun deyildir və açıq-aşkar şəkildə aşağı göstərilmişdir. Eyni qaydada, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 65.007 manat məbləğində qiymətləndirilməsi də həmin ərazi üzrə formalaşmış bazar qiymətlərindən xeyli aşağıdır və əmlakın həqiqi dəyərini əks etdirmir. Bir daha qeyd edir ki, onun qiymətləndirmədə iştirakı təmin edilməmiş və əmlaka baxış onun iştirakı olmadan həyata keçirilmişdir. Halbuki qiymətləndirmə fəaliyyəti mübahisəli hüquq münasibətlərinə birbaşa təsir göstərdiyi hallarda maraqlı şəxslərin iştirakının təmin edilməsi, onların izahat vermək və mövqelərini bildirmək hüququnun qorunması hüquqi ədalət prinsipinin tərkib hissəsidir. Bu hüququn pozulması qiymətləndirmənin birtərəfli və qeyri-obyektiv aparıldığını göstərir. Bu hal qiymətləndirmənin birtərəfli qaydada aparıldığını göstərir və nəticələrin obyektivliyinə ciddi şübhə yaradır. Onun iştirakı təmin edilməməsi onun hüquqlarının pozulması ilə yanaşı, qiymətləndirmənin düzgünlüyünü də sual altına qoyur. Rəylərin məzmunundan görünür ki, qiymətləndirmə yalnız vizual baxış əsasında aparılmış, əmlakların texniki göstəricilərini təsdiq edən sənədlər təqdim olunmamışdır. Halbuki daşınmaz əmlakın qiymətləndirilməsi zamanı texniki sənədlər-sahə, plan, konstruktiv xüsusiyyətlər və digər mühüm parametrlər mütləq şəkildə rəsmi sənədlər əsasında müəyyən edilməlidir. Bu sənədlər olmadan aparılan qiymətləndirmə qeyri-dəqiq və ehtimal xarakterli olur. Bundan əlavə, qiymətləndirmə zamanı istifadə olunmuş analoqlar real satış əməliyyatlarına deyil, internet elanlarına əsaslanmışdır. Məlumdur ki, bu cür elanlarda göstərilən qiymətlər real bazar qiymətlərini əks etdirmir və yalnız təklif xarakteri daşıyır. Belə məlumatların əsas götürülməsi qiymətləndirmənin obyektivliyini aradan qaldırır. Həmçinin müqayisə edilən obyektlərin xüsusiyyətləri qiymətləndirilən əmlaklarla tam uyğun olmadığı halda formal düzəlişlərin tətbiq edilməsi qiymətləndirmə metodologiyasının düzgün tətbiq edilmədiyini göstərir. Rəylərdə tətbiq edilmiş düzəliş əmsallarının hansı əsaslara söykəndiyi göstərilməmiş, hesablamaların aparılma mexanizmi açıqlanmamışdır. Bu isə qiymətləndirmənin subyektiv yanaşma əsasında aparıldığını göstərir. Qiymətləndirmə fəaliyyəti isə qanunvericiliyə əsasən əsaslandırılmış və şəffaf olmalıdır. Hər iki əmlak paylı mülkiyyət obyekti olduğundan onların qiymətləndirilməsi zamanı likvidlik, istifadənin məhdudluğu və bazarda realizə imkanları kimi amillər nəzərə alınmalı idi. Lakin təqdim olunmuş rəylərdə bu hallar nəzərə alınmamış və nəticədə qiymətləndirmə natamam və qüsurlu aparılmışdır. Qeyd edir ki, icra sənədinin icrası çərçivəsində həyata keçirilən qiymətləndirmə nəticələri icra prosesinin mühüm tərkib hissəsi olmagla, əmlakın satış qiymətinə və dolayısı ilə tərəflərin hüquq və mənafelərinə birbaşa təsir göstərir. Həmçinin hazırkı qiymətləndirmə "Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına və X5 zidd şəkildə həyata keçirilmişdir.Göstərilənlərə əsasən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən qanunsuz və əsassız təziqlər göstərməsinə dair hərəkətlərin, əmlakın qiymətləndiriməsinin onun iştirakı olmadan keçirilməsi barədə hərəkətlərin, qiymətləndirmənin yenidən keçirilməsinə dair hərəkətsizliyinin və ona məxsus olan daşınmaz əmlakın qiymətləndirilməsinin yenidən keçirilməsinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə İsmayılov Nadir Mahmud oğlu tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qərardaddan İsmayılov Nadir Mahmud oğlu şikayət verərək, qərardadın tam ləğv edilərək, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayət ərizəsinin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının kobud pozuntularına yol vermiş, işin faktiki hallarını hərtərəfli, tam, obyektiv şəkildə araşdırmamış, tərəflər arasında olan qarşılıqlı hüquq münasibətlərini düzgün aydınlaşdırmamış, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş və yekun nəticədə tam qərəzli olaraq qanunsuz bir qərardad qəbul etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu tərəf olduğu icra işi Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuri Səbuhi Əhmədovun icraatındadır. Belə ki, borclu tərəf olduğu icra işi üzrə tərəfindən icra ödənişləri ödənilməkdədir. Hətta ##.##.2026-cı il tarixdə Səbail Rayon İcra Şöbəsi tərəfindən verilmiş hesab nömrəsinə 14.700 (on dörd min yeddi yüz) manat icra ödənişi etmişdir (ödəniş qəbzi şikayətə əlavə edilir). İcra ödənişini mütamadi olaraq ödəməsinə baxmayaraq, icra məmuru ona qanunsuz əsasız olaraq təzyiqlər göstərərək bildirir ki, “ya ödənişi tam şəkildə ödə ya da ki, evlərin əlindən gedəcək”. Buna baxmayaraq Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən qanunsuz və əsasız olaraq onun razılığı olmadan onaməxsus Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən ** nömrəli mənzilin 1/4 hissəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, ev 10 ünvanında (Yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin qiymətləndirilməsinə dair qərar qəbul edilərək “xxxx” MMC-yə göndərilmişdir. Qiymətləndirmənin nəticələrinə dair “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixli, ****/** saylı və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəylər alınmışdır. Lakin hesab edir ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****/** saylı və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyləri etibarsızdır. Sözügedən rəylər qiymətləndirmənin predmeti olan əmlakların real bazar dəyərini əks etdirmir və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən daşınmaz əmlak ölkənin ən yüksək bazar dəyərinə malik ərazilərindən birində yerləşir. Bu ərazidə daşınmaz əmlakın qiymətləri digər ərazilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Buna baxmayaraq, həmin əmlakın 1/4 hissəsinin 50.610 manat kimi qiymətləndirilməsi real bazar vəziyyətinə uyğun deyildir və açıq-aşkar şəkildə aşağı göstərilmişdir. Eyni qaydada, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 65.007 manat məbləğində qiymətləndirilməsi də həmin ərazi üzrə formalaşmış bazar qiymətlərindən xeyli aşağıdır və əmlakın həqiqi dəyərini əks etdirmir. Bir daha qeyd edir ki, qiymətləndirmə prosesi onun iştirakı olmadan həyata keçirilmiş, əmlaklara baxış zamanı ona məlumat verilməmişdir. Belə ki, onun qiymətləndirmədə iştirakı təmin edilməmiş və əmlaka baxış onun iştirakı olmadan həyata keçirilmişdir. Halbuki qiymətləndirmə fəaliyyəti mübahisəli hüquq münasibətlərinə birbaşa təsir göstərdiyi hallarda maraqlı şəxslərin iştirakının təmin edilməsi, onların izahat vermək və mövqelərini bildirmək hüququnun qorunması hüquqi ədalət prinsipinin tərkib hissəsidir. Bu hüququn pozulması qiymətləndirmənin birtərəfli və qeyri-obyektiv aparıldığını göstərir. Bu hal qiymətləndirmənin birtərəfli qaydada aparıldığını göstərir və nəticələrin obyektivliyinə ciddi şübhə yaradır. İştirakının təmin edilməməsi onun hüquqlarının pozulması ilə yanaşı, qiymətləndirmənin düzgünlüyünü də sual altına qoyur. Rəylərin məzmunundan görünür ki, qiymətləndirmə yalnız vizual baxış əsasında aparılmış, əmlakların texniki göstəricilərini təsdiq edən sənədlər təqdim olunmamışdır. Halbuki daşınmaz əmlakın qiymətləndirilməsi zamanı texniki sənədlər sahə, plan, konstruktiv xüsusiyyətlər və digər mühüm parametrlər mütləq şəkildə rəsmi sənədlər əsasında müəyyən edilməlidir. Bu sənədlər olmadan aparılan qiymətləndirmə qeyri-dəqiq və ehtimal xarakterli olur. Bundan əlavə, qiymətləndirmə zamanı istifadə olunmuş analoqlar real satış əməliyyatlarına deyil, internet elanlarına əsaslanmışdır. Məlumdur ki, bu cür elanlarda göstərilən qiymətlər real bazar qiymətlərini əks etdirmir və yalnız təklif xarakteri daşıyır. Belə məlumatların əsas götürülməsi qiymətləndirmənin obyektivliyini aradan qaldırır. Həmçinin müqayisə edilən obyektlərin xüsusiyyətləri qiymətləndirilən əmlaklarla tam uyğun olmadığı halda formal düzəlişlərin tətbiq edilməsi qiymətləndirmə metodologiyasının düzgün tətbiq edilmədiyini göstərir. Rəylərdə tətbiq edilmiş düzəliş əmsallarının hansı əsaslara söykəndiyi göstərilməmiş, hesablamaların aparılma mexanizmi açıqlanmamışdır. Bu isə qiymətləndirmənin subyektiv yanaşma əsasında aparıldığını göstərir. Qiymətləndirmə fəaliyyəti isə qanunvericiliyə əsasən əsaslandırılmış və şəffaf olmalıdır. Hər iki əmlak paylı mülkiyyət obyekti olduğundan onların qiymətləndirilməsi zamanı likvidlik, istifadənin məhdudluğu və bazarda realizə imkanları kimi amillər nəzərə alınmalı idi. Lakin təqdim olunmuş rəylərdə bu hallar nəzərə alınmamış və nəticədə qiymətləndirmə natamam və qüsurlu aparılmışdır. Qeyd edilməlidir ki, icra sənədinin icrası çərçivəsində həyata keçirilən qiymətləndirmə nəticələri icra prosesinin mühüm tərkib hissəsi olmaqla, əmlakın satış qiymətinə və dolayısı ilə tərəflərin hüquq və mənafelərinə birbaşa təsir göstərir. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****/** saylı və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyləri Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin tələblərinə də uyğun tərtib edilməmişdir. Belə ki, həmin Qanunun 10.2-ci maddəsinə əsasən qiymətləndirmə hesabatında qiymətləndirmənin aparıldığı müddət, dəyərin müəyyən edildiyi konkret tarix, obyektin texniki və hüquqi göstəricilərini təsdiq edən sənədlər, istifadə edilmiş məlumatların mənbələri, tətbiq edilmiş yanaşma və metodların əsaslandırılması, eləcə də bu metodların seçilməsinin səbəbləri ətraflı və aydın şəkildə göstərilməlidir. Lakin təqdim olunmuş rəylərdə bu məlumatlar ya ümumi və formal xarakter daşıyır, ya da ümumiyyətlə göstərilməmişdir. Xüsusilə qeyd edir ki, qiymətləndirmə zamanı istifadə olunmuş məlumat mənbələri konkret şəkildə açıqlanmamış, yalnız internet elanlarına istinad olunmaqla kifayətlənilmiş, lakin həmin elanların etibarlılığı, real satış göstəricilərinə uyğunluğu və seçilmə meyarları əsaslandırılmamışdır. Eyni zamanda, qiymətləndirmə obyektinin kəmiyyət və keyfiyyət göstəricilərini təsdiq edən rəsmi sənədlərin mövcud olmadığı bir şəraitdə belə məlumatların siyahısı və mənbələri qanunun tələb etdiyi səviyyədə təqdim edilməmişdir. Bundan əlavə, qanunun 10.2.5-ci maddəsinə əsasən qiymətləndirmə zamanı istifadə olunan metodlar və yanaşmalar yalnız sadalanmalı deyil, həm də onların seçilməsinin səbəbləri əsaslandırılmalıdır. Halbuki hər iki rəydə tətbiq edilmiş müqayisəli yanaşma və düzəliş əmsaları yalnız formal şəkildə göstərilmiş, lakin həmin düzəlişlərin hansı iqtisadi göstəricilərə əsaslandığı, necə hesablandığı və nəticəyə necə təsir etdiyi izah edilməmişdir. Bu isə hesabatın əsaslandırılmışlıq meyarına cavab vermədiyini göstərir. Həmin qanunun 10.2.8-ci maddəsinin tələbinə uyğun olaraq qiymətləndirmədə istifadə edilmiş sənədlərin və məlumat mənbələrinin tam siyahısı təqdim olunmalı olduğu halda, hər iki rəydə bu tələb də lazımi qaydada yerinə yetirilməmişdir. Nəticə etibarilə, qeyd olunan çatışmazlıqlar göstərir ki, qiymətləndirmə təşkilatı tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyləri qanunun 10-cu maddəsinin tələblərinə uyğun hazırlanmadığından hüquqi baxımdan etibarlı deyildir. Əmlakın yenidən qiymətləndirilməsi, əmlakın satış dəyərinə, mümkün icra nəticələrinə, onun gələcək hüquqi vəziyyətinə birbaşa təsir göstərir. Buna baxmayaraq, o, prosesdən kənarda saxlanılmışdır. Qiymətləndirmə yalnız tələbkarın mövqeyi əsasında aparılmış, qarşı tərəfin arqumentləri dinlənilməmişdir. Bu hallar əhəmiyyətli prosessual pozuntu hesab olunur və məhkəmə qərardadının ləğvi üçün müstəqil əsasdır. Daşınmaz əmlakın bazar dəyəri stabil deyil və zaman amilindən birbaşa asılıdır. Xüsusilə 2025–2026-cı ilər ərzində Bakı şəhərində, o cümlədən Xəzər və Səbail rayonlarında fərdi yaşayış evləri üzrə daşınmaz əmlak bazarında sürətli və davamlı qiymət artımı müşahidə edilmişdir. Məhkəmə və icra təcrübəsində də formalaşmış mövqeyə əsasən, aparılmış qiymətləndirmələr arasında dəyər fərqinin olması özüözlüyündə qanunsuzluq və ya əsassızlıq təşkil etmir. Əksinə, inflyasiya, tikinti materia llarının bahalaşması, şəhərsalma dəyişiklikləri və kommersiya obyektlərinə tələbatın artması fonunda qiymətlərin yüksəlməsi qaçılmaz iqtisadi reallıqdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, araşdırılması zamanı müəyyən edilmişdir ki, icra məmuru icra sənədi icraata daxil olduğu andan “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun icraata başlamaq haqqında qərar qəbul etmiş, icra hərəkətləri çərçivəsində tələbin yönələcək əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətlədiricinin dəvət edilməsi haqqında qərar qəbul etmiş, həmin qərar əsasında mütəxəssis əmlaka baxış keçirmiş, baxışda iştirakla bağlı borclu N.İsmayılov dəvət olunsa da iştirak etməmiş, əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, həmçinin təkrar qiymətləndirilmənin keçirilməsi barədə borclunun müraciətinə icra məmuru tərəfindən münasibət bildirilmiş və ona məktub ünvanlamışdır. Qeyd edir ki, icra məmurunun icra sənədinə borclu Nadir İsmayılova qiymətləndirmənin keçirilməsi ilə bağlı göndərmiş olduğu məktub ona çatmamış, icra məmuru məktubun çatmasını təsdiq edən sənədi (qəbzi və.s) təqdim etməmişdir. Nəticədə qiymətləndirmə Nadir İsmayılovun iştirakı olmadan qanunsuz olaraq keçirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən İsmayılov Nadir Mahmud oğlundan 124.000 manat məbləğində pul vəsaiti və 12.400 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 136.400 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulmalıdır. Qeyd edilən icra sənədinə əsasən Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədov ##.##.2025-ci il tarixdə icraat başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda İsmayılov Nadir Mahmud oğlu şikayətinin əsası kimi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən qanunsuz və əsassız təziqlər göstərməsini, əmlakın qiymətləndiriməsinin onun iştirakı olmadan keçirilməsini, qiymətləndirmənin yenidən keçirilməsinə dair hərəkətsizliyini və qiyətləndirmənin real olmamasını göstərmişdir. Birinci instansiya məhkəməsi şikayətin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, icra məmuru icra sənədi icraata daxil olduğu andan “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun icraata başlamaq haqqında qərar qəbul etmiş, icra hərəkətləri çərçivəsində tələbin yönələcək əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətlədiricinin dəvət edilməsi haqqında qərar qəbul etmiş, həmin qərar əsasında mütəxəssis əmlaka baxış keçirmiş, baxışda iştirakla bağlı borclu N.İsmayılov dəvət olunsa da iştirak etməmiş, əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, həmçinin təkrar qiymətləndirilmənin keçirilməsi barədə borclunun müraciətinə icra məmuru tərəfindən münasibət bildirilmiş və ona məktub ünvanlamışdır. Yəni məhkəmə araşdırması zamanı ərizəçinin şikayətində göstərdiyi hallar: icra məmuru tərəfindən ona təzyiqlər göstərilməsi, ərizəsinə münasibət bildirilməməsi kimi icra məmurunun hərəkət və hərəkətsizliyi təsdiq olunmamışdır. Məhkəmə eyni zamanda borclu tərəfindən mütəxəssis rəyində əmlakın qiymətləndirilməsinə dair gəldiyi nəticənin real olmaması, əmlakın real bazar qiymətinin kifayət qədər çox olmasına dair sübutlar da ərizəçi tərəfindən məhkəməyə təqdim edilməməsini qeyd etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam olaraq araşdırılmamışdır. Belə ki, Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, İsmayılov Nadir Mahmud oğlunun əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, əmlakın qiymətləndiriməsinin onun iştirakı olmadan keçirilmişdir. Birinci instansiya məhkəməsi isə borclunun lazımi qaydada və vaxtında xəbərdar olunubolunmamasını (xəbərdarlıq bildirişinin, poçt qəbzinin və ya imzanın mövcudluğunu) araşdırmayaraq, qeyd etmişdir ki, "baxışda iştirakla bağlı borclu N.İsmayılov dəvət olunsa da iştirak etməmişdir”. Halbuki icra məmurunun borclunu formal olaraq "dəvət etməsi" onun real iştirak imkanının təmin olunması demək deyildir. Borclunun iştirakı olmadan keçirilən qiymətləndirmə onun obyektivliyinə şübhə yaradır. Bundan başqa məhkəmə borclunun əmlakın real bazar qiymətindən ucuz qiymətləndirilməsinə dair sübut təqdim edə bilməməsini şikayətin rədd edilməsinə əsas gətirmişdir. Lakin tərəflər arasında qiymətləndirmənin reallığı ilə bağlı ciddi mübahisə olsa da, məhkəmə işin ədalətli həlli üçün qiymətləndiricini məhkəmə iclasına dəvət edib dindirməli və ya tərəflərə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi hüququnu və imkanını izah etməli idi. Məhkəmənin bu addımları atmadan şikayəti rədd etməsi sübutetmə prosesində tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsində qeyd olunur ki, əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2-ci maddəsində qeyd olunur ki, qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Göründüyü kimi bu norma qiymətləndirmənin məhkəmənin və ya icra məmurunun sifarişi əsasında aparıldığı halda qiymətləndiricinin seçilməsi ilə bağlı aşağdakı ardıcıllığı müəyyən edir: qiymətləndirici qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçilir; belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. İşin hallarından görünür ki, icra məmuru tərəfindən qeyd olunan normanın tələblərinə riayət olunmamış, eyni nöqsan şikayətə baxan birinci instansiya məhkəməsi tərəfindən təkrarlanmışdır. Qiymətləndiricinin seçilməsində bu normanın tələbinə riayət olunmadığına görə birinci instansiya məhkəməsinin bu mübahisənin həlli üçün 2 imkanı mövcud olmuşdur: qiymətləndiricinin seçilməsində normanın tələbinə riayət olunmadığı üçün şikayəti təmin edərək yenidən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndiricinin seçilməsi vəzifəsini icra məmurunun üzərinə qoymaq; şikayəti təmin etməklə yanaşı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndiricinin seçilməsini özü həyata keçirməklə əmlakın satış qiymətini müəyyən edərək həmin qiymətin əsas götürülməsi vəzifəsini icra məmurunun üzərinə qoymaq. Məhkəmə Kollegiyasının qənaətinə görə artıq icra məmuru tərəfindən ilkin satış qimyətinin müəyyən olunmasında qanunvericiliyin tələbləri pozulduğundan yenidən qiymətləndiricinin seçilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması məqsədə müvafiq deyildir. Belə olduğu təqdirdə yenidən icra məmurunun hərəkətlərinin borclu və ya tələbkar tərəfindən mübahisələndirilməsi ehtimalı mövcud olur ki, bu hal tərəflərə icra prosesinin əsassız olaraq yubadılması imkanını verir. Mübahisənin düzgün həlli üçün məhkəmənin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndiricinin seçilməsini özü həyata keçirməklə əmlakın satış qiymətini müəyyən edərək həmin qiymətin əsas götürülməsi vəzifəsini icra məmurunun üzərinə qoyması məqsədə müvafiqdir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, bu qərardadın təsviri hissəsində qeyd edilənlər əsasında şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və göstərişlərə uyğun olaraq İsmayılov Nadir Mahmud oğlu tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayət yenidən araşdırılmalı və nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İsmayılov Nadir Mahmud oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İsmayılov Nadir Mahmud oğlu tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar