Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-402/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra ödənişinin alınması barədə” ##.##.2025-ci il tarixli qərarından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə dair iş üzrə (açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra ödənişinin alınması barədə” ##.##.2025-ci il tarixli qərarından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili Vəkil) Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra ödənişinin alınması barədə” ##.##.2025-ci il tarixli qərarından şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi əsasında verilmiş ##.##.2025-ci il tarixli icra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmuru İsayev Elzamin Rövşən oğlunun ## ###### 2025-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarının əsassız olduğundan ləğv edilməsi və borcun Ərizəni verən şəxs tərəfindən vaxtında ödənilmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra ödənişinin alınması barədə” ##.##.2025-ci il tarixli qərarından borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri “Hyundai Azera” minik markalı avtomobil üzərində ½ hissədə paylarının mövcudluğu müəyyən (təsbit) olunmaqla, Ərizəni verən şəxs həmin avtomobilin özgəninkiləşdirilməsi səbəbindən 12.000 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə verilməli, mediasiya xərci olan 61 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul Ərizəni verən şəxs tutularaq Tələbkar ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Ərizəni verən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ01360100000000003944, X9, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE00000000000002088501, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İcra sənədi icra olunmasından ötrü ##.##.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, borclu Ərizəni verən şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbin könüllü icrası barədə bildiriş sonuncuya ünvanlanmışdır. İşdə olan sənədlərlə borcluya təkcə ünvanı üzrə bildirişin deyil, eyni zamanda “sms” bildirişin də göndərildiyi müəyyən olunur. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilməyincə icra məmuru ##.##.2025-ci il tarixdə icra ödənişinin borcludan alınması barədə qərar qəbul etmişdir ki, hazırda həmin qərarın qanuniliyi mübahisələndirilir. Borclu tərəfin qeyd etdiklərinə görə icra sənədi üzrə tələb tərəflərindən müddət ötürülmədən icra edilmişdir. Belə ki, borclu xarici ölkədə yaşayır və orada təhsil alır. Könüllü icra barədə bildirişi xaricdə yaşaması səbəbilə almasa da, “sms” bildirişi almış və dərhal icra məmuru ilə əlaqə saxlamışdır. İcra məmurunun qeyd etdiyi kimi davranmış və tələbkardan ödəniş edə bilməsi üçün hesab istəmişdir. Tələbkarın ilk təqdim etdiyi hesab aktiv olmamış, ona görə də hesabın yenisini istəmişdir. Yeni hesab təqdim edildikdən sonra isə ödənişi həyata keçirmişdir. Tələbi təmin etməsinə baxmayaraq, icra məmuru əsassız olaraq barəsində icra ödənişinin alınması barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, borclunun qeyd etdiklərinin araşdırılması məqsədilə ilkin olaraq icra işində olan sənədlərə baxış keçirmiş, icra icraatı üzrə hər bir tərəfin iştirakını təmin edərək izahatını dinləmiş, eləcə də, bank hesablarının mövcudluğu və kimlərə məxsus olması barədə qərardad qəbul edərək, daxil olmuş sənədlərə məcmu şəkildə baxıb qiymət vermişdir. Xronoloji ardıcıllığa baxdıqda müəyyən etmək olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi ##.##.2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, ertəsi gün, yəni ##.##.2025-ci il tarixdə icraata başlanılmaqla, borcluya könüllü icra üçün bildiriş göndərilmiş və borclu icra sənədi üzrə ekspertiza xərcini ##.##.2025-ci il tarixdə mərkəzin hesabına, 12.000 manat ödənişi isə ##.##.2025-ci il tarixdə tələbkarın hesabına ödəmişdir. İşdə olan “WhatsApp” tətbiqi üzərindən aparılan telefon danışıqları ilə borclu Ərizəni verən şəxs icra məmuru ilə əlaqə yaratdığı müəyyən olunduğu kimi, məhkəmə iclasında iştirak edən tələbkarın hər nə qədər inkar etmiş olsa belə, tələbkarla da aralarında danışığın aparıldığı öz təsdiqini tapır. Belə ki, borclu icra sənədi üzrə tələbi yerinə yetirmək üçün “Parvana” adlı şəxsdən bank hesabını istəmiş, məhkəmə qərardadı əsasında daxil olmuş məktubla yazışmaların aparıldığı həmin şəxs tərəfindən təqdim edilən hesabların həqiqətən də tələbkara məxsus olduğu təsdiqlənmişdir. Lakin işdə olan əsas məqamlardan biri ondan ibarətdir ki, icra sənədi üzrə təmin edilməli olan tələb daha çox olduğu halda borclu tələbkara 12.000 manat, ekspertiza mərkəzinin hesabına isə 100 manat ödəniş etməklə, qalıq qalmış və tələbkara ödəməli olduğu dövlət rüsumunun əvəzi olaraq 50 manat və mediasiya xərcinin əvəzi olaraq 61 manat, cəmi 111 manat ödənişi ödəməmişdir ki, bununla da icra sənədi üzrə tələbin tam şəkildə yerinə yetirilmədiyi müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, borclu təkcə ödəməli olduğu məbləğin 12.000 manat təşkil etdiyini bildirsə də, özünün təqdim etdiyi qəbzlərlə təkcə həmin vəsaiti deyil, eləcə də, 100 manat ekspertiza xərcinə görə ekspertiza mərkəzinin hesabına ödəniş etdiyi müəyyən olunur. Eyni zamanda, işdə olan və yuxarıda iş materialları sırasında yer alan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə borclunun barəsində qəbul edilmiş məhkəmə qətnaməsindən şikayət verdiyi, lakin məhkəmə tərəfindən şikayətin geri qaytarıldığı müəyyən olunur. Bütün bu hallar isə borclunun icra sənədinin məzmunundan məlumatsız olmasına dair dəlilinin əsassız olması kimi qiymətləndirilir. Bundan başqa, “CD” diskdə olan danışıqlara əsasən icra sənədi üzrə ödənişin edilməsi üçün bank hesabı istənilmiş, təqdim edilmiş bank hesabı düzgün olmayınca yenisi istənilmiş, danışıqlarda yeni hesab təqdim edilməyəcəyi halda ödənişin icranın depozit hesabına həyata keçiriləcəyi bildirilmişdir. Məhkəmə bir daha vurğulayır ki, hər nə qədər tələbkar borclu ilə aralarında “WhatsApp” tətbiqi üzərindən danışıqların aparılmasını inkar etsə belə, borclu bu sübutu özü təqdim edib, danışıqların tələbkarla arasında baş tutduğunu göstərmişdir. Həmin danışıqlara diqqət yetirdikdə həqiqətən də qarşı tərəfin təqdim etdiyi ilkin hesabın aktiv olmadığı (hərçənd məhkəməyə təqdim olunmuş məktubda hesabın istifadə müddətinin bitməsi səbəbindən ##.##.2025-ci il tarixdə bağlandığı qeyd edilmişdir), buna görə də, yeni hesabın istənildiyi müəyyən olunduğu kimi, borclunun yeni hesab təqdim edilməyəcəyi halda ödənişi depozit hesaba ödəyəcəyi bildirilmişdir ki, bununla da borclunun belə bir hesabın mövcudluğundan xəbərsiz olması inandırıcı hesab edilmir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu sahəvi akt olmaqla icra sənədlərinin icrası qaydalarını və şərtlərini tənzimləyir. Qanunun 81-1-ci maddəsində isə icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirildiyi imperativ şəkildə təsbit edilmişdir. Borclu ödənişi həyata keçirmək üçün tələbkarın hesab təqdim etməsini gözləmək əvəzinə ödənişi qanunla müəyyən edilmiş qaydada icra xidmətinin depozit hesabına ödəməli idi. Bütün yuxarıda göstərilənlər isə borclunun təkcə icra sənədi üzrə tələbi tam təmin etməməsini təsdiq etdiyi kimi, ödənişi qanunla müəyyən edilmiş müddət çərçivəsində qanunla yol verilən qaydada icra etmədiyini də təsdiq edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmənin qənaətinə görə şikayətin təmin edilməsi mümkün hesab edilmir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs şikayət verərək qərardadın ləğv edilməsini, şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh Ərizəni verən şəxs qarşı “tərəflərin birgə nigah dövründə əldə etdikləri “Hyundai Azera” markalı minik avtomobili üzərində ½ hissədə paylarının mövcud olması barədə” iddia tələbi təmin edilərək Ərizəni verən şəxs həmin avtomobilin özgəninkiləşdirilməsi səbəbindən 12.000 manat pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, mediasiya xərci olan 61 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun və 100 manat məbləğində ekspertiza xərcinin Ərizəni verən şəxs tutulması qət edilmişdir. Həmin qətnamə əsasında Nərimanov rayon İcra şöbəsinə ##.##.2025-ci il tarixli icra sənədi göndərilmiş və həmin icra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmuru İsayev Elzamin Rövşən oğlu tərəfindən ## ####### 2025-ci il tarixdə Almaniya Respublikasında yaşayan və orda tibb üzrə rezidentura təhsili alan Ərizəni verən şəxs SMS vasitəsilə qətnamənin icrası barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, nikah dövründə əldə edilmiş “Hyundai Azera” markalı minik avtomobilinin 1/2 hissəsinə görə 12.000 (on iki min) manat məbləğində vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Həmin vaxt Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına baxmayaraq dərhal icra məmuru İsayev Elzamin ilə əlaqə saxlamış və icra məmuru qeyd olunan məbləği birbaşa qarşı tərəfin bank hesabına köçürməsini tələb etmişdir. Bu məqsədlə keçmiş həyat yoldaşı Tələbkar ilə əlaqə saxlamışdır. Tələbkar isə bank hesabının olmadığını, yaxın günlərdə açacağını bildirmişdir. Lakin buna baxmayaraq Ərizəni verən şəxs ## ####### 2025-ci il tarixində 100 manat dövlət rüsumunu göstərilmiş bank hesabına köçürmüşdür. Tələbkar Tələbkar # ###### 2025-ci il tarixində bank hesabı təqdim etdikdən sonra əsas borc olan 12.000 manat məbləğ tam şəkildə qarşı tərəfin bank hesabına köçürülmüşdür. Mediasiya xərci 61 manat və dövlət rüsumu 50 manat da Tələbkar şəxsi kartına göndərilmişdir. Daha sonra # ###### 2025-ci il tarixində Pərvanə Əmrahova tərəfindən 3 noyabrda bank hesabı təqdim edildikdən sonra, əsas borc olan 12.000 manat məbləğ tam şəkildə onun bank hesabına köçürülmüşdür. Borclu Ərizəni verən şəxs ödənişi etdikdən dərhal sonra icra məmuru Elzamin İsayevlə yenidən əlaqə saxlamış, o, isə hazırda xəstə olduğunu bildirərək 15 noyabr tarixində əlaqə saxlamasını xahiş etmişdir. ## ###### 2025-ci il tarixində əlaqə saxladıqda isə icra məmuru ona bildirmişdir ki, guya könüllü icra müddətini 10 gün gecikdirdiyinə görə məbləğin 10 faizi həcmində icra haqqı ödəməlidir. Bununla bağlı icra məmuru Elzamin İsayev isə ## ###### 2025-ci il tarixdə “İcra ödənişinin aparılması barədə” qərar qəbul etmiş və həmin qərarda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi əsasında verilmiş ##.##.2025ci il tarixli icra sənədi üzrə Ərizəni verən şəxs 12.050 manat borcun 10% həcmində 1.205 manat pul vəsaitinin Nərimanov rayon İcra şöbəsinin göstərilən hesabına köçürülməsi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin ## ###### 2025-ci il tarixdə “İcra ödənişinin aparılması barədə” qərarından verdiyi şikayət təmin edilməmişdir. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı tamamilə qanunsuz və əsassızdır. Belə ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru İsayev Elzamin Rövşən oğlunun “İcra ödənişinin aparılması barədə” ## ###### 2025-ci il tarixli qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, icra məmuru Elzamin İsayev ## ####### 2025-ci il tarixdə Almaniya Respublikasında yaşayan və orda tibb üzrə rezidentura təhsili alan Ərizəni verən şəxs SMS vasitəsilə qətnamənin icrası barədə bildiriş göndərmiş, Ərizəni verən şəxs 10 gün keçməmiş ##.##.2025-ci il tarixdə dövlət rüsumu qismində ödənilmiş 50 manat pulu X4nın kart hesabına, ## ####### 2025-ci il tarixdə 100 manat dövlət rüsumunu icraçının göstərdiyi bank hesabına köçürmüşdür. İcra məmuru Elzamin İsayev borclu Ərizəni verən şəxs avtomaşına görə ödəyəcəyi 12.000 manat pulun tələbkar Tələbkar hesabına köçürməsini tələb etmiş və Ərizəni verən şəxs həmin məbləği Tələbkar ##.##.2025-ci il tarixdə təqdim etdiyi karta ##.##.2025-ci il tarixdə tam ödəmişdir. Ərizəni verən şəxs icra sənədi üzrə tələb olunan məbləği mediasiya xərci 61 manat və dövlət rüsumu olan 50 manatı da Tələbkar şəxsi kartına göndərmişdir. Borclu tərəfindən icra sənədi üzrə göstərilən məbləğ ##.##.2025-ci il tarixdə tam ödənilməsinə baxmayaraq icra məmuru Elzamin İsayev ##.##.2025-ci il tarixdə 1.205 manat pul vəsaitinin tutulması barədə qərar qəbul edir. İcra məmuru Elzamin İsayev xəstəliyini əsas gətirərək borclu Ərizəni verən şəxs obyektiv əsasla ##.##.2025-ci il tarixdə tam ödəməsini könüllü icra etməkdən imtina kimi qiymətləndirmiş və nəticədə 11 gündən sonra əsassız olaraq ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir. Borclu Ərizəni verən şəxs Almaniya Federativ Respublikasında yaşayır və işləyir. İcraçı tərəfindən onun ünvanına göndərilən məktub ünvanda yaşamaması səbəbilə geri qayıtmışdır (məhkəmə icraçısı E.İsayev bunu məhkəmədə təsdiq etdi). İcraçı tərəfindən borclu Ərizəni verən şəxs hüququ və vəzifələri barədə bildirilməmiş və o bundan xəbərsiz olmuşdur. Ona göndərilən SMS bildirişindən dərhal sonra özü icraçı E.İsayevə zəng edərərk məhkəmə qətnaməsi ilə müəyyən edilən borcu ödəmək istədiyini bildirmişdir. Qanunla müəyyən edilmiş 10 gün müddətində Ərizəni verən şəxs 100 manat ekspertiza xərcini icraçının ona göndərdiyi hesaba köçürmüş, 50 manat dövlət rüsumu və mediasiya xərcini isə tələbkar P.Alimetovanın kartına göndərmişdir (qəbzlər əlavə edilir). X4 özü məhkəmədə etiraf etdi ki, vəkili və nümayəndəsi icraçı E.İsayevin qəbuluna gedərək məhkəmə qətnaməsi ilə ona çatası pulların depozitə deyil, onun özünə göndərilməsini tələb etmişdir. Məhz bu səbəbdən də Ərizəni verən şəxs dövlət rüsumunu, mediasiya xərcini ##.##.2025-ci il tarixdə, ekspertiza xərci olan 100 manat pulu isə ##.##.2025-ci il tarixdə icra üçün müəyyən edilmiş 10 gün müddətində ödəmişdir. 12.000 manat pulun isə ödənilməsi tələbkarın və icraçı Elzamin İsayevin süründürməçiliyi nəticəsində ##.##.2025-ci il tarixdə hesaba ödənilmişdir. Ərizəni verən şəxs həmin pulu atası Sergey Alimetov vasitəsilə ödəmişdir. Onun atası banka gedərək 12.000 manat pulu ödəmək istəsə də P.Alimetovanın onlara təqdim etdiyi bank hesabına yerləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı Ərizəni verən şəxsla X4 arasında SMS yazışması və whatsapp üzərindən danışıqlar aparılmış və nəhayət P.Alimetova ##.##.2025-ci il tarixdə bank hesabını yeniləsə də həmin hesabı ##.##.2025-ci il tarixdə axşam saat 20:20-də whatsapp üzərindən Ərizəni verən şəxs göndərmiş və borclu Ərizəni verən şəxs səhəri gün atası S.Alimetovun vasitəsilə 12.000 manat pulu təqdim edilən hesaba köçürmüşlər. Məhkəmədə tələbkar P.Alimetova whatsapp yazışmalarını etiraf etsə də, whatsapp danışıqlarında ona aid olan səsləri inkar etmişdir. Bundan başqa məhkəmə Ərizəni verən şəxs icra ilə bağlı icraçı E.İsayev və icra şöbəsinin rəisi Rəşad adlı şəxslə telefonla danışığı aparmasına düzgün qiymət verməmişdir. Ərizəni verən şəxs icra hərəkəti ilə bağlı hüquq və vəzifələri elan edilmədən, ödəmə aparılması üçün heç bir hesab təqdim edilməməsinə baxmayaraq xaricdə yaşaması və işləməsinə rəğmən Bakıda yaşayan atası Sergey Alimetov vasitəsilə tələb olunan məbləği könüllü ödəmək istəmiş və buna cəhd etmiş, lakin icraçı və tələbkarın qanunsuz hərəkəti nəticəsində 12.000 manat pulun ödənilməsi ##.##.2025-ci il tarixdə reallaşmışdır. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən verilmiş icra sənədində göstərilən digər məbləğlərin 10 gün ərzində, 12.000 manat pulun isə tələbkarın bank hesabını məhz ##.##.2025-ci il tarixdə almasına baxmayaraq ##.##.2025-ci il tarixdə axşam saat 20:20-də borclu Ərizəni verən şəxs göndərməsinə obyektiv qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Borclu Ərizəni verən şəxs tibbi təhsillə bağlı Almaniyada yaşadığından və orada işlədiyindən icra məmuru tərəfindən yalnız ona icra barədə SMS göndərilmiş, lakin buna baxmayaraq borclu Ərizəni verən şəxs öz təşəbbüsü və dərhal reaksiyası ilə borcun tam ödənilməsini təmin etmişdir. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ləğv edilməli və şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Borclu Ərizəni verən şəxs nümayəndəsi (vəkili) Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından hüquqlarını müdafiə etdiyi borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə, təqdim etdiyi çoxsaylı SMS, whatsapp yazışmalarının və səs yazılarının borclu tərəfin, icra məmurunun və tələbkarın iştirakı ilə araşdırılmaqla obyektiv qərar qəbul edilməsi zərurəti yarandığından, şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Kollegiya vəsatətdə qeyd olunan halların araşdırlması məqsədi ilə şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmasına zərurət olmadığını qeyd edərək vəsatəti təmin etməməklə, şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 8.1. İcra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədində satılmalı əmlak müəyyən edildikdə borclu bildiriş ona rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra” informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü müddətində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət daxil olduğu gündən 1 iş günü müddətində icra məmuru bu barədə qərar qəbul edərək əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edir. Borclu əmlakı onun icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər. Əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra” informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir. Belə əmlak 2 ay müddətində açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqısatqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. Əmlak 2 ay müddətində açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən bu Qanunda ipoteka predmetinin satılması ilə bağlı müəyyən edilmiş qaydada məcburi icra edilir. Maddə 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 11.1. İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər. Maddə 11.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Maddə 11.3. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir. Maddə 11.4. Bu Qanunun 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş hallarda icra hərəkətləri yalnız icra qurumunun rəhbərinin yazılı icazəsi ilə həyata keçirilir. Maddə 26.İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. Maddə 78.2. icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Maddə 78.2-1. İcra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. Bu icraat çərçivəsində icra ödənişinin alınması barədə qərarın tam icrası mümkün olmadıqda, icra ödənişinin alınması barədə qərarın icrası müstəqil icraat çərçivəsində davam etdirilir. İcra ödənişinin alınması barədə qərarın müstəqil icraat çərçivəsində icrası zamanı həmin qərarın icrası ilə bağlı icra ödənişi tutulmur. Maddə 81-1.1. İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir. Maddə 81-1.2. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir. Maddə 81-1.3. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri “Hyundai Azera” minik markalı avtomobil üzərində ½ hissədə paylarının mövcudluğu müəyyən (təsbit) olunmaqla, Ərizəni verən şəxs həmin avtomobilin özgəninkiləşdirilməsi səbəbindən 12000 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə verilməli, mediasiya xərci olan 61 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul Ərizəni verən şəxs tutularaq Tələbkar ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Ərizəni verən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ 01360100000000003944, X9, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE00000000000002088501, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Ərizəni verən şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. “e-icra” portalından “sms” bildirişə əsasən borclu Ərizəni verən şəxs tərəf olduğu məhkəmə qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icraata başlamaq haqqında qərarın qəbul olunduğu bildirilmiş, 10 gün könüllü icra müddəti ərzində icranı təmin etməsi xahiş olunmuşdur. Bildiriş ##.##.2025-ci il tarixdə, saat 14:19-da çatdırılmışdır. ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəni verən şəxs tərəfindən ekspertiza xərci ilə əlaqədar olaraq X11 hesabına 100 manat məbləğində ödəniş həyata keçirilmişdir. ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəni verən şəxs tərəfindən *(***)-***/**** saylı məhkəmə aktına əsasən Tələbkar 410100L94410196000226 hesab nömrəsinə 12.000 manat ödəniş həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra ödənişinin alınması barədə” ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədinin icrası ilə bağlı Ərizəni verən şəxs tərəfindən ödənilməli olan 12.050 manat borcun 10%-i həcmində 1205 manat pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin (kodu 210005, VÖEN **********, M/h: AZE41NABZ0136010000000003944, SW.İ.F.T BİKCTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsi kitabı 142330, büdcə səviyyəsinin kodu 7, VÖEN: **********, hesab nömrəsi: AZ84CTRE000000000000088571) hesabına tutulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı Tələbkar cavabdeh Ərizəni verən şəxs qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə cavabdeh Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. “WhatsApp” tətbiqi üzərindən “Parvana” adlı şəxslə aparılan yazışmalara əsasən ##.##.2025ci il tarixdə “Parvana” adlı şəxsdən bank hesabının təqdim edilməsi istənilmiş, həmin şəxs tərəfindən ##.##.2025-ci il tarixdə “AZ11AIIB38810944009520691299” hesab nömrəsi, ##.##.2025-ci il tarixdə isə “AZ51AIIB410100L9441019600226” hesab nömrəsi təqdim edilmişdir. “WhatsApp” tətbiqi üzərindən aparılan telefon danışıqlarına əsasən “+*** ** *** ** **” nömrəsinə ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə borclu tərəfindən zəng olunmuşdur. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş “qısa məzmun” adlı ərizədə bildirilir ki, icradan ##.##.2025-ci il tarixdə ona SMS gəlmişdir. ##.##.2025-ci il tarixdə Elzamin İsayev ilə (Nərimanov rayon İcra) əlaqə saxlamışdır. Ona söyləmişdir ki, ödənişi Pərvanə xanımın (iddiaçı) bank hesabına köçürsün və çeki ona göndərsin. Elzamin İsayevin “WhatsApp” proqramı 24 saat sonra avtomatik silinir. ##.##.2025-ci il tarixdə atası (X2) 100 manat ekspertiza ödənişini göstərilən dövlət hesabına köçürüb. ##.##.2025-ci il tarixdə (cümə günü) Pərvanə xanım (iddiaçı) axır ki, özünə “xxxx”da hesab açdı və ona öz bank hesabını göndərdi. Sonra şənbə-bazar olub, ##.##.2025-ci il tarixdə atası 12.000 manatı Pərvanə xanımın (iddiaçı) hesabına köçürüb. ##.##.2025-ci il tarixdə təzədən Elzamin İsayevə zəng etmiş, ona deyilmişdir ki, xəstədir, 15 noyabrdan sonra əlaqə saxlasın. 15 noyabrdan sonra zəng etmiş, ona deyilmişdir ki, gecikdirdiyi üçün əlavə pul ödəməlidir. ##.##.2025-ci il tarixdə o, Rəşad bəyə (Nərimanov İcra rəis) zəng edib vəziyyəti izah etmiş, lakin xeyri olmamışdır. Elzamin İsayev qərar qəbul etmişdir ki, ondan 1.205 manat (10%) tutulsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə AZ**AIIB******************** nömrəli bank hesabının mövcud olub-olmadığı, mövcud olduğu halda, kimin adına, hansı tarixdə açıldığı, hazırda bağlanıb-bağlanmadığı, bağlandığı halda hansı tarixdə və kimin müraciəti əsasında bağlanıldığı; AZ51AIIB4 *****L************* nömrəli bank hesabının kimin adına, hansı tarixdə açıldığı, hazırda bağlanıb-bağlanmadığı, bağlandığı halda hansı tarixdə və kimin müraciəti əsasında bağlanıldığı barədə məlumatların “xxxx” ASC tərəfindən 5 gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, ****/***/***** nömrəli məktubu ilə müəyyən olunur ki, 38810944009520691299 və AZ**AIIB******L************* nömrəli hesablar Tələbkar istifadəsindədir. ******************** nömrəli hesaba bağlı plastik kart ##.##.2022-ci il tarixdə açılmış və istifadə müddətinin bitməsi səbəbindən ##.##.2025-ci il tarixdə bağlandığından hesab aktiv deyildir. AZ**AIIB******L************* nömrəli hesab isə ##.##.2025-ci il tarixdə açılmışdır və cari tarixə aktivdir. “CD” diskdə olan danışıqlara əsasən icra sənədi üzrə ödənişin edilməsi üçün bank hesabı istənilmiş, təqdim edilmiş bank hesabı düzgün olmayınca yenisi istənilmiş, yazışmalarda yeni hesab təqdim edilməyəcəyi halda ödənişin icranın depozit hesabına həyata keçiriləcəyi bildirilmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, qanuni qüvvəsini alan məhkəmkə aktı əsasında verilən icra sənədi icra olunmasından ötrü ##.##.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, borclu Ərizəni verən şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbin könüllü icrası barədə bildiriş sonuncuya ünvanlanmış, eyni zamanda “sms” bildiriş də göndərilmişdir. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən icra məmuru ##.##.2025-ci il tarixdə icra ödənişinin borcludan alınması barədə qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, icra sənədi üzrə borclu icra sənədi üzrə tələbi müddət ötürülmədən icra etdiyini bildirsə də, araşdırma zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi ##.##.2025-ci il tarixdə İcra şöbəsinin icraatına daxil olmuş, ##.##.2025-ci il tarixdə icra icraatına başlanılmaqla, borcluya könüllü icra üçün bildiriş göndərilmiş və borclu icra sənədi üzrə ekspertiza xərcini ##.##.2025-ci il tarixdə mərkəzin hesabına, 12.000 manat ödənişi isə ##.##.2025-ci il tarixdə tələbkarın hesabına ödəmişdir. İcra sənədi üzrə təmin edilməli olan tələb daha çox olduğu halda borclu tələbkara 12.000 manat, ekspertiza mərkəzinin hesabına isə 100 manat ödəniş etməklə, qalıq qalmış və tələbkara ödəməli olduğu dövlət rüsumunun əvəzi olaraq 50 manat və mediasiya xərcinin əvəzi olaraq 61 manat, cəmi 111 manatında ödənilməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, bununla da icra sənədi üzrə tələbin tam şəkildə yerinə yetirilmədiyi müəyyən edilir. Kollegiya borclunun xaricdə yaşaması, ona icra məmurunun icra sənədi üzrə borcu tələbkarın hesab nömərəsinə köçürülməsini deməsi, hesab nömrəsinin vaxtında ona təqdim edilməməsi, təqdim olunan hesab nömrəsinin aktiv olmaması və s. bu kimi dəlilləri üzrə qeyd edir ki, icra sənədini könüllü olaraq 10 gün müddətində icra etməli olmasına dair bildirişi ##.##.2025-ci il tarixdə alan borclu, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilməsini, icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkarın ona deyil, icra məmuruna təqdim etməli olmasını bilməli idi. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-402/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-402/2026
27.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver