Məhkəmə qərarları › İş №8(3-6)-416/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-416/2026

09.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-416/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin öyük icra məmuru Ceyhun Həmidovun hərəkətlərindən (hərəkətsizliyindən) iş üzrə tələbkarlar tələbkar2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkarlar tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Tələbkarlar tələbkar2 İvanovna və Fomin Vadim Nikolayeviç şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun ## ### 2026-cı il tarixli ərizəçilərin müraciəti üzrə qanunla nəzərdə tutulmuş tədbirləri görməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi, böyük icra məmuru Ceyhun Həmidovun yol verdiyi qanun pozuntularını dərhal aradan qaldırması, borclu Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi və materialları baxılması üçün səlahiyyətli məhkəməyə göndərməsinin öhdəsinə qoyulması, böyük icra məmuru Ceyhun Həmidovun qanunsuz hərəkətsizliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvanına xüsusi qərardad çıxarılması, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinə əsasən, Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılması və materialların prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun icraatında Borclu ərizəçilərin xeyrinə borcun tutulmasına dair icra sənədi mövcuddur. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarını 5 ildən artıq müddət ərzində, borc öhdəliyini isə 8 ildən artıq müddət ərzində qəsdən və davamlı şəkildə icra etməkdən yayınır. Hazırkı vaxta qədər məhkəmə icraçısı tərəfindən qanunla nəzərdə tutulmuş heç bir tədbir görülməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim İlahə Abbasova) şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan tələbkarlar şikayət verərək qərardadın ləğv olunmasını, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları araşdırılmamış, icra məmurunun mübahisələndirilən iş üzrə hansı tədbirlər görməsi müəyyənləşdirilməmişdir. Məhkəmə bunun əvəzinə icra işində əvvəllər, o cümlədən 2024-cü ildə həyata keçirilmiş ayrıayrı hərəkətlərə istinad etməklə məhkəmə icraçısının ümumilikdə bütün vəzifələrini yerinə yetirdiyi barədə nəticəyə gəlmişdir. Mübahisələndirilən qərardadda məhkəmə belə nəticəyə gəlmişdir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş və zəruri tədbirləri həyata keçirmişdir. Lakin bu nəticənin konkret faktiki əsası qərardadda göstərilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin öyük icra məmuru Ceyhun Həmidovun hərəkətlərindən (hərəkətsizliyindən) iş üzrə tələbkarlar tələbkar2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş, icra sənədinin icrasının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirləri həyata keçirmişdir. İcra məmurunun hərəkətsizliyi və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir. Tələbkarların şikayətdə göstərdikləri hallar iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı icra məmurunun səlahiyyət həddini aşması, qanunvericiliyin tələblərini pozması və ya üzərinə düşən vəzifələri yerinə yetirməməsi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan ## ###### 2024-cü il tarixli Bakı şəhəri Xətai rayon İcra şöbəsinin borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, borclu Borclu barəsində axtarış elan edilmişdir. ## ###### 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov ## ###### 2023- cü il tarixdə icraata başlanmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***-****/****-*** nömrəli, ## ##### 2021-ci il tarixli icra sənədi üzrə icraatda hal şahidlərinin iştirakı ilə borclu Borclu ünvanı Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanına baxış keçirildi və həmin şəxs bu ünvanda aşkar edilməmişdir. ## ### 2026-cı il tarixdə Fomin Vadim tərəfindən imzalanmış qəbzdən görünür ki, Fomin Vadim Nizami Rayon Məhkəməsinin *(***)-**** nömrəli, ## ##### 2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 300 manat pul aldığını təsdiq etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda 2024-cü il üzrə görülmüş tədbirləri sadalamaqla icra məmurunun öz üzərinə düşən vəzifələri icra etməsini bildirmişdir. Lakin icra məmurunun sorğular göndərilməsi və nəticədə borclunun heç bir aktivinin olmaması, icra məmurunun digər bir sıra icra hərəkətlərini həyata keçirməsi və s. kimi məqamlar əks olunsa da, məhkəmə işin sözügedən hallarını lazımi qədər araşdırmamış, qeyd olunanların, o cümlədən işin bütün həqiqi hallarının müəyyən edilməsi istiqamətində hər hansı addım atmamışdır. Halbuki məhkəmə tərəfindən icra sənədinin hazırki vəziyyəti, qətnamənin icra qaydası və üsulunun aparılma forması, o cümlədən sözügedən tədbirlərin həyata keçirilməsinin həqiqiliyi öyrənilməli idi və yalnız işin bütün hallarına məcmu halında qiymət verdikdən sonra icra məmurunun hərəkətsizliyinə dair əsas olub-olmaması barədə hansısa qənətə gəlmək düzgün olardı. Həmçinin iş materiallarındakı məhkəmənin iclas protokollarında icra işinin tələb edilərək araşdırıldığı, icra vərəqəsinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla tələbkarlar tələbkar2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun hərəkətlərindən (hərəkətsizliyindən) iş üzrə tələbkarlar tələbkar2 İvanovna və Fomin Vadim Nikolayeviç tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar