Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-22/2026 23.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə X1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-580/2025 nömrəli, xx.xx.2025 tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi İddiaçı "xxxx" ASC cavabdehlər X8, Borclu2, Borclu3 və Borclu1 MTK-ya qarşı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, Borclu1 və Borclu3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016-RO- X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 manat, faiz borcu üzrə 30847.69 manat olmaqla, cəmi 125175.32 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 415.18 manat dövlət rüsumu və 1.42 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: cavabdeh X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka X4 və Borclu2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayəetmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, "xxxx" ASC MPM-in 53-cü maddəsinə istinad edərək dəqiqləşmə barədə ərizə ilə müracət edərək, cavabdehlər X9, Borclu1 və Borclu3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 37157.09 AZN olmaqla, cəmi 131484.72 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 422 AZN dövlət rüsumu və 1.82 AZN xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: cavabdehlər ½ hissədə X9 və ½ hissədə Borclu2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi: ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka X4 və Borclu2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) - iddia qismən təmin edilərək, Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Borclu3 və Borclu1 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 94327,63 manat məbləğində əsas, 30746,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 125074,21 manat, ödənilmiş dövlət rüsumu üçün 415,07 manat, xidmət haqqı 0,62 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, - Tutmanın ½ hissədə Həsənova (Mayılova) Vüsalə Həsən qızına və ½ hissədə Borclu2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 120350 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, - Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Borclu3 və Borclu1 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulması, - Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Həsənova (Mayılova) Vüsalə Həsən qızı və Borclu2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməklə onlarən əmlakları ilə birgə həmin evdən çıxarılmaları - Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 250 manat məbləğində pul vəsaitinin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Borclu3 və Borclu1 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) köçürülməsi və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Borclu3 və Borclu1 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Borclu2 və cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-580/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək – ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 104 000 (bir yüz dörd min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 300 manat hesab xərci müştərək qaydada Mayılova (Həsənova) Vüsalə Həsən qızı və Borclu2 alınaraq "xxxx" MMC-nin VÖEN **********, AZ06AİİB400600C**********103, Kapital Bank ASC, Yasamal filialı 200037 VÖEN ********** S.W.İ.F.T, AİİBAZ2X, AZ37NABZ******************** hesabına ödənilməsi qət edilmişdir Cavabdeh X8 məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-580/2025 nömrəli, xx.xx.2025 tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləmir. Maddi vəziyyəti isə çox ağırdır. Hazırda övladları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Məhkəmə qətnaməsini birdəfəlik icra etmək iqtidarında deyil. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki prosessual qanunvericilik hakimə qanunla müəyyən edilmiş halların mövcudluğu halında, çıxardığı qərarın icrasına möhlət vermək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və ya bundan imtina edilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Göründüyü kimi qətnamənin “icra edilməsinə möhlət verilməsi” barədə vəsatət ilkin olaraq apellyasiya məhkəməsi tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. Lakin borclu Vüsalə Həsənova hazırkı ərizə ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, birbaşa apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir ki, bu da yuxarıda qeyd olunan Plenum qərarının tələbi baxımından yolverilməzdir. Azərbaycan Repsublikası MPM-in 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu X8 tərəfindən verilmiş “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizə geri qaytarılsın. Borclu X7 eyniməzmunlu ərizə ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-22/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-22/2026
23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver