Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-76/2026 24.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə, Saatlı rayon Notariat Ofisinin 8i-5572 saylı, xx.xx.2025-ci və 8i-5573 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı rayon Notariat Ofisinin 8i-5572 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3352,58 manat və 8i-5573 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1847,27 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “VAZ 21063 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı rayon Notariat Ofisinin 8i-5572 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3352,58 manat və 8i-5573 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1847,27 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2025-ci il tarixdə Saatlı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surətləri bildirişlərlə bərabər icra sənədləri üzrə Borclu icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədləri üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21063 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, yaxın vaxtda borcunu tam şəkildə ödəyəcəkdir. Ona görə də, təqdimatın təmin edilməməsini xahiş etdi. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş şəxsin kartoçkasından görünür ki, Borclu adına “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı rayon Notariat Ofisinin 8i-5572 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3352,58 manat və 8i-5573 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1847,27 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildirişlər göndərilmişdir. İcra sənədlərinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına “VAZ 21063 minik” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı rayon Notariat Ofisinin 8i-5572 saylı, xx.xx.2025-ci il tarixli və 8i-5573 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “VAZ 21063 MİNİK” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(5-150)-76/2026
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-76/2026
24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver