Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10222/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Nümayəndə1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Sranislavovnanın cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Sranislavovna cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında söküntüyə əsasverici sərəncamın təqdim olunması və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, real istifadə olunan sahəsi 105,7 kv.m olan sahə əvəzinə 500 metr radiusda eyni təyinatlı, eyni ölçülü sahə birinci mərtəbədə ofis üçün istifadəyə yararlı eyni sahənin iddiaçının mülkiyyətinə verilməsi yaxud daşınmaz əmlak bazarının dəyərləndirilməsinə əsasən 750000 (yeddi yüz əlli min) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birmərtəbəli tikili olan ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÖM seriyalı 204603 saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Yusif Səfərov küçəsində yolkənarı, "Azəriqaz” İstehsalat Birliyinin inzibati binası ilə üzbəüz yerləşən Yusif Səfərov küçəsi, 24/30 ev alındığı 2004-cü ildən ofis-mağaza kimi istifadə olunur. 2024-cü ilin may ayının 5-də ofis-mağazanın qabağından Yusif Səfərov küçəsi boyunca, digər qonşu obyektlərlə birlikdə, o cümlədən iddiaçının obyektinin qabağından aliminium materialdan hündür hasar çəkilmişdir. Xətai rayonu Yusif Səfərov küçəsi, "Azəriqaz” İstehsalat Birliyinin inzibati binası ilə üzbəüz ("Sevgi Parkı"nın yanı) ofis yerləşən ərazidəki tikililərin sökülərək yerində park salınacağı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir. Xətai Rayon İcra hakimiyyətində may ayının 6-sı söküntüyə düşən ərazidəki vətəndaşlar 15-20 nəfər Xətai RİH Başçısının müavini Etibar Əhmədovun yanında qəbulda olmuşlar, lakin park salınması ilə bağlı təsdiqedici sənədi ala bilməmişlər. İşləyən obyektlərn qabağından hasarı çəkilməsi bizə və digər mağaza sahiblərinin mülkiyyət və digər hüquqlarını pozur və ciddi maddi ziyan vurur. Xətai Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 1 kv.m sahəyə görə 3000 manatdan çox pul ödənilməyəcək. Razılaşmayaraq bu məbləğin çox kiçik olduğunu, heç cürə bu məbləğə uyğun bir ofis ya yer alınmasının mümkün olmadığı bildirilmişdir. 23 may 2024-cü il tarixində səhər saatlarında bir dəstə şəxs gələrək zorakılıq edib ofislərin şüşələrini, qapılarını sındırmağa başlayıblar. İddiaçı Nataliya Yeşilə məxsus ofisin şüsəsi də sındırılmışdır. Hal-hazırda cavabdeh Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti tikinti aparılması ilə əlaqadar müəyyən edilmiş tələblərə riayət etmədən söküntü işlərinə başlamışdır və iddiaçıya məxsus ofis-mağaza məqsədli olaraq qəzalı vəziyyətə salınmışdır. Bu isə İidiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti qanunsuz olaraq xüsusi mülkiyyət hüququnu pozaraq qanuni əsaslarla iddiaçıya məxsus olan daşınmaz əmlakı məhv etmək niyyətindədir. Hal-hazırda ofisdən təyinatı üzrə istifadə edilə bilinmir. Tərəflərindən ünvan 1 ünvanında yerləşən evin tamlığının pozulması, o cümlədən giriş qapısının, pilləkən hissəsinin, pəncərələrə, binanın damına, mənzilə daxil olan kommunikasiya sistemlərinə (qaz, su, elektrik, telefon, internet xətləri təchizatı) zərər vurulması təhlükəsi yaradan kəsmə, söküntü, tikinti işlərinin aparılması, binanın qarşısına gediş- gəlişə maneə yaradan hərəkətlər, tikinti tullantıları ilə zibillənmə cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və onun subpodratçılarına qadağan edilməsinə dair Müvəqqəti xarakterli müdafiə tədbiri olaraq qərardad qəbul edilməsi ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması müvafiq dövlət qurumlarının vəzifələrinə daxil edilmişdir. Lakin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti tərəfindən ərizəçinin mülkiyyətində olan ofis-mağazaya iddiaçıya kompensasiya ödəmədən və ya yeni ofis sahəsi ilə təmin etmədən həmin ünvanda söküntü işlərinə başlamaq istəməsi, ona rəhbərlik edilməsi, habelə ərazidə olan ofis mağazanın pəncərələrinin sındırılması təhlükəsizlik qaydalarının pozulması ilə müşahidə olunmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış, sağlam və təhlükəsiz yaşayış və istirahət şəraiti ilə bağlı sosial minimumlardan məhrum edərək, təhlükəsizliyi təhdid altında qoymuşdur. Hazırki iddia ərizəsi ilə hüquqların bərpa olunması, park salınması ilə əlaqədar müvafiq sərancamın mövcud olması halında, mülkiyyətində olan mənzil əvəzi olaraq mülkiyyət hüququ olan eyni şəraitli ofis ilə təmin olumağını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Xətai Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, iddia tələbi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhv edilmiş əmlakın əvəzinə ünvan 1 ünvanında 500 metr radiusda, təmirli, 1-ci mərtəbədə, sahəsi 105 kv.m olan ofislə təmin edilmə vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı “cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhv edilmiş əmlakın əvəzinə ünvan 2 ünvanında 500 metr radiusda, təmirli, 1ci mərtəbədə, sahəsi 105 kv.m olan ofislə təmin edilmə” barədə dəqiqləşdirilmiş iddiaya Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Öncə təqdim edilmiş mülahizədə olduğu kimi, inzibati işə maddi və prosessual hüquq normalarına əsasən baxılmasına hər hansı bir etirazın olmadığı bildirilir. Eyni zamanda bildirilir ki, sözügedən daşınmaz əmlakın sökülməsi bir faktdır və daşınmaz əmlakın müqabilində iddiaçıya 300 000 (üç yüz min) AZN vəsait təklif edilsə də, o bununla razılaşmamışdır. İddiaçının tələbi ilə sözügedən daşınmaz əmlakın digər daşınmaz əmlakla əvəzləşdirilməsi tələbinə münasibətdə isə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın digər bir maddəsi ilə (29-cu maddə) hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Həmçinin, Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini rəhbər tutaraq, sözügedən daşınmaz əmlakın digər daşınmaz əmlak ilə əvəzləşdirilməsi təmin olunacaq və bu barədə iddianın təmin edilməsinə dair məhkəmə qərarı icra ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddiaçıya məxsus mənzilin söküldüyünü və dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq, tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbini etiraf edərək bildirdi ki, iddiaçıya məxsus sözügedən daşınmaz əmlak sökülmüşdür və iddia tələbi təmin edildiyi təqdirdə əmlakın digər daşınmaz əmlakla əvəzləşdirilməsi təmin olunacaq və bu barədə iddianın təmin edilməsinə dair məhkəmə qərarı icra ediləcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 204603 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Y.Səfərov küçəsi, 24 saylı evin 80,0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 saylı mənzil İddiaçı adına 20,0 kv.m payda, digər paylar üzrə 1 otaq; X2 1 otaq, X1 1 otaq, X4 1 otaq xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 706 saylı reyestr kitabında 30/20463 nömrəsi ilə xx.xx.2004-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına tərtib edilən xx.xx.1998-ci il tarixli şəxsi mülkiyyətində olan mənzilin texniki pasportundan görünür ki, otağın sayı 1 (bir), ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 20,0 kv.m, 1-ci otaq 20,0 kv.m, mətbəxi 15,0 kv.m, öndırış 6,0 kv.m və anbarı 8,0 kv.m təşkil edir. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 7 may 2024-cü il tarixli, 3-23/3-1-274/2024 nömrəli Əmri ilə ayrılmış vəsaitlə Bakı şəhərinin Xətai rayonu ərazisində köçürülmə işlərinin təşkil edilməsi haqqında” 08 may 2024-cü il tarixli, 79 nömrəli sərəncamından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Serqey Senyuşkin küçələrinin əhatəsində yerləşən 2.75 ha ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 7 may 2024-cü il tarixli, 3-23/3-1-274/2024 nömrəli əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutlan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunmuş, Xətai Rayon İcra Hakimiyyəti bu sərəncamla ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Serqey Senyuşkin küçələrinin əhatəsində yerləşən 2.75 ha ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını, həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin etməsi qərara alınmışdır. Xətai rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Xətai rayonu “Yusif Səfərov, Sergey Senyuşkin küçələrinin ərazisində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini təmin etmək məqsədilə komissiyanın yaradılması haqqında” 10 may 2024cü il tarixli 154 nömrəli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 08 may 2024-cü il tarixli, 79 saylı Sərəncamının icrası ilə bağlı Yusif Səfərov, Sergey Senyuşkin küçələrinin ərazisində və eləcə də layihəni əhatə edən ünvanlar üzrə işlərin davam etdirilməsi, kompensasiya ödənilməklə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə aşağıdakı (....) komissiya yaradılmışdır.” Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, **********3nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 24, 30 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 24 ünvanında yerləşən sahəsi 80 kv.m olan 30 saylı 4 otaqlı mənzilin 20 kv.m (1 otaq) paylı mülkiyyət hüququ ilə İddiaçı, 1(bir) otaq X4 məxsusdur. 25,0 kv.m olan 1(bir) otaq Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin adına xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -1205246 nömrəli xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı X3 ünvan 3 ünvanında yerləşən 1 otaqlı sahəsi 25 kv.m olan hissəsini alıcı Xətai rayon İcra Hakimiyyətinin mülkiyyətinə verir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-11/2-385/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakirniyyəti Başçısının (xx.xx.2024-cü il tarixli, 79 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhən Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyriyaşayış obyektlərinin köçürülməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq emrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin edilmiş və Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazıl söküntü işlərinin aparılmasını həmçinin sözügedən ərazinin tullantılardan daşınmasının zəruri tədbirlər görməklə təmin edilməsi həvalə edilmiş və bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı sərəncamı ilə təsis olunmuş komissiya yaradılmışdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İer Hakimiyyətində yaradılmış komissiya həmin ərazilə müvafiq tədbirlərin həyat keçirilməsini təmin edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 49,0 kv.m olmaqla xx.xx.2004-cü il tarixindən İddiaçı paylı mülkiyyətindədir. Sözügedən əmlak mənzil təyinatlı olaraq reyestrdə qeydiyyata alınmış olsa da faktiki olaraq 105.7 kv.m ölçüdə (ərizəçinin təqdim etdiyi "xxxx" MMC-nin 2024-cü il tarixli eksiz layihəsinə əsasən) qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 79 nömrəli sərəncamına görə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Serqey Senyuşkin küçələrinin əhatəsində yerləşən 2.75 ha ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi qərara alınmış, Xətai RİH ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi və ayrılmış vəsait üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunmuş, sərəncamın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamı ilə köçürülmə işlərinin həyata keçirilməsi ilə bağlı komissiya yaradılmışdır. İddiaçının mülkiyyətində olan mənzil qeyd edilən sərəncama əsasən abadlıq işlərinin aparılması nəzərdə tutulan ərazinin əhatə dairəsində yerləşmiş və hazırda həmin əmlak qeyd edilən abadlıq işləri ilə əlaqədar cavabdeh tərəfindən sökülmüşdür. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. -247.2. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır: 247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya; 247.2.3. torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti; 247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. -247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir: 247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; 247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; 247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; 247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; 247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; 247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; 247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. 247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. -248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: - 5.4-cü maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. -52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. -191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 79 nömrəli sərəncamına əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak sökülmüş və köçürülmə ilə əlaqədar iddiaçıya məxsus əmlakın əvəzi ödənilməmişdir. Hazırkı iddia üzrə iddiaçı alınmış əmlakın əvəzi kimi ünvan 1 ünvanından 500 metr radiusda, təmirli, 1-ci mərtəbədə, sahəsi 105 kv.m olan ofislə təmin edilməsini xahiş edir və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaya yazılı münasibətində, eləcə də cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmədə verdiyi izahatda iddia tələbinə etirazı olmadıqları, iddianı qəbul etdiklərini bildirir. Beləliklə, iddia tələbi hazırkı halda cavabdeh tərəfindən etiraf olunduğundan iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas da mövcuddur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı Sranislavovnanın ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsi ilə əlaqədar ünvan 1 ünvanından 500 metr radiusda, təmirli, 1-ci mərtəbədə, sahəsi 105 kv.m olan ofislə təmin edilmə vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Sranislavovnanın ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsi ilə əlaqədar ünvan 1 ünvanından 500 metr radiusda, təmirli, 1-ci mərtəbədə, sahəsi 105 kv.m olan ofislə təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10222/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10222/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver