Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10396/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli № **********195700 saylı və xx.xx.2024-cü il tarixli № **********041500 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli № **********195700 saylı, xx.xx.2024-cü il tarixli № **********686200 saylı, xx.xx.2024-cü il tarixli № **********041500 saylı və xx.xx.2024-cü il tarixli № **********524800 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Müəssisənin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2020-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı QSC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № **********041500 saylı qərarla 122.646,00 AZN (yüz iyirmi iki min altı yüz qırx altı) 2024- cü ilin mart ayı, 02 may 2024-cü il tarixli №**********195700 saylı qərarla 92.689,48 AZN (doxsan iki min altı yüz səksən doqquz, 48 q.) 2024-cü ilin fevral ayı üçün ƏDV məbləğləri hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair xx.xx.2024cü il tarixdə müraciət edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən təsərrüfat fəaliyyətindən irəli gələn işlərin görülməsi üzrə 01 mart 2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN: **********) ilə xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid müqavilədə göstərilən ərazilər üzrə kabel xətlərinin çəkilməsi və sair elektrik işləri görülmüşdür, mallar alınmışdır. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında göstərilən müəssisələr ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, iddiaçı müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinim 13.2.82ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdırlar. Bu özü göstərir ki, həmin şirkətlər real mal təqdim edən şirkətdir, belə ki, onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının İddiaçı QSC-yə münasibətdə ƏDV hesablamasının aparılması ədalətsiz və qanunsuzdur. ƏDV hesablanması barədə qərardan isə müraciətlərin heç birinə cavab verilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər riskli vergi ödəyicisi olmayan müəssisələr kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********195700 saylı və xx.xx.2024-cü il tarixli **********041500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın həmçinin “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarınında ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Öncəliklə qeyd edilir ki, mübahisələndirilən 2024-cü ilin fevral ayı ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli **********686200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2024-cü il tarixli **********195700 saylı qərarı ləğv edilmişdir. Odur ki, hesab edirik iddia həmin hissədə mümkün hesab edilməməlidir. Həmçinin, iddiaçının dəqiqləşdirilmə ərizəsinə cavabdeh vergi orqanı vəsatətlə münasibət bildirmişdir. Mübahisələndirilən digər qərarlara dair bildirilir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin mart ayı üzrə ƏDV vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü ilin mart ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********067500 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 122646.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 122646.0 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********067500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 122646.0 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********041500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmnçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən, bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən, bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Odur ki, yuxarda qeyd olunan “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə bu hallar riskli əməliyyatlar olaraq qiymətləndirilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı QSC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə 2 612 717,58 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir və qeyd edilən müəssislər “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdirlər. Qeyd olunan vergi ödəyicilərinin təsərrüfat subyektlətinə (obyektlərinə) operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. "xxxx" MMC-nin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X6 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Fiziki şəxs X3 (VÖEN **********) tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 1222,2 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “İki tərəfli rəngli şüşə” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********553500 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə, ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2023-cü il taixli **********135100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarix aralığında "xxxx" MMC tərəfindən e-qaimə faktura məlumatlarına 69 500 manat (ƏDV-siz) dəyərində "400 KVA KTM 10/0.4 kv, KTM 100 kva, KTM 250kvA" və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən təqdim edilmiş mallar müəssisənin alışında və idxalında olmadığı müəyyən edildiyi üçün əməliyyat riskli hesab edilir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci, 2.1.3-cü, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il taixli **********047700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 55,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Keromoqranit, Laminat, Pilleken isiqlar, Qranitler, Sanuzel kafel və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il taixli **********367200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82- ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011 -ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 83.2.4-cu maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı' digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmçinin Vergi Məcəlləsinin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********195700 nömrəli Qərara əsasən: Bəyannamə və hesavat dövrü: Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Fevral 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 5.345,05 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 87.344,43 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 92.689,48 manat ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 737591 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1039.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1039.5 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 852474 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 90947.92 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 90947.92 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 918264 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrı 540.02 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 540,02 manat kənarlaşma yaranmışdır.
6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********686200 nömrəli Qərara əsasən: Bəyannamə və hesavat dövrü: Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Fevral 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 87.344,43 manat Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 87.344,43 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 92.866,16 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5.521,73 Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.7 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə -5521.73 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********041500 nömrəli Qərara əsasən: Bəyannamə və hesavat dövrü: Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Mart 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 2.718,80 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 125.364,80 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 122.646,00 manat ƏDV bəyannaməsində (06.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 795961 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 8100.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 8100.0 manat kənarlaşma yaranmışdır.Tərəfınizdən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmi EBDJ seriyalı 850419 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 98526.95 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 98526.95 manat kənarlaşma yaranmışdır.
8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********524800 nömrəli Qərara əsasən: Bəyannamə və hesavat dövrü: Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Aprel 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 1.787,24 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 121.529,36 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 119.742,02 manat Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1 sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.43 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -405 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannaməsində ( 04.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDD seriyalı 236805 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 119337.02 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 119337.02 manat kənarlaşma yaranmışdır.
9. Müvafiq sənədlərin surəti iş materiallarına əlavə edilmişdir: - İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/07 nömrəli Müqavilə, xx.xx.2023-cü il tarixli X7; - İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli DK/01-23 nömrəli Malların Alğı-satqı Müqaviləsi, xx.xx.2023-cü il tarixli 01 №-li Malların Alqı-saqı Müqaviləsinə Əlavə; - İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03 nömrəli Müqavilə, Qiymətlərin razılaşdırılması Protokolu, xx.xx.2023-cü il tarixli X8(lar)ı; - İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035/23 nömrəli Subpodrat Müqaviləsi, Subpodrat Müqaviləsinə əsasən № 035/23 əsasən yerinə yetirilmiş işlərin Təhvil-Qəbul Akt(lar)ı - Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar.
10. Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə” Xəbərdarlıqda qeyd edilmişdir: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********617700 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 852474 nömrəli ) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********499600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 835313 nömrəli, xx.xx.2023 tarixli EBDL seriyalı 918264 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 737591 nömrəli ) elektron qaiməfaktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********372900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 850419 nömrəli, xx.xx.2023 tarixli EBDH seriyalı 795961 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********617900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDD seriyalı 236805 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
11. Dövlət Vergi Xidmətinin “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi”nə dair açıq məlumat bazasına əsasən: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********617700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********499600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********617900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********195700 saylı və xx.xx.2024-cü il tarixli **********041500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavədə qeyd etdiyi qərardan kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinini tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd edilən qərardan iddiaçınin kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, İddiaçı QSC xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2012-ci il 30 dekabr tarixli **********530000 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmçinin, iddiaçı ilə vergi orqanı arasında müvafiq (xx.xx.2020-ci il tarixlərdə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında”) müqavilə bağlandığından və həmin müqavilə ləğv edilmədiyindən, eləcə də sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilən müqavilələrin tələblərinə əsasən “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********686200 saylı qərar iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Qeyd edilən müqavilələrin tələblərinə əsasən “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********524800 saylı qərar iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin məcəllənin 70.2-1 -ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, (maddə 70.2-1.3) Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinin tələbi baxımından inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isJ göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Beləliklə, iddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********686200 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə oxumuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Beləliklə, iddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********524800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə oxumuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinib mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəlləsinin 24.1 -ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda/ məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin (xx.xx.2018-ci il tarixli, 2-1(102)-1636/2018, xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 saylı) qərarlarında göndərilən sənədlər elektron qaydada oxunduqdan sonra 30 gün müddətində mübahisələndırilmədiyində kassasiya şikayəti təmin edilmir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-cü maddəsində göstərilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı QSC-nin iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmamasını barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
13. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********195700 saylı qərarının; xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarının; xx.xx.2024-cü il tarixli **********041500 saylı qərarının və xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarının ləğv edilməsini tələb etmişdir.
16. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərarla (6-cı bənddə qeyd edilir) xx.xx.2024cü il tarixli qərar ləğv edilmiş olduğu göstərilsə də, həmin xx.xx.2024-cü il tarixli qərarla aparılmış hesablamanın nəticələri aradan qaldırılmamış, şəxsi vərəqədə düzəliş aparılmamış, sonrakı xx.xx.2024-cü il tarixli qərarla hətta xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmiş hesablamadan əlavə hesablama aparılmışdır. Odur ki, eyni tədiyyə üzrə eyni hesabat dövrünə aid olmuş olsa da (fevral 2024-ƏDV hesabatı), iddiaçının hər iki inzibati aktı mübahisələndirmək hüququ var.
17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
19. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
20. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Cavabdeh vergi orqanı məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********524800nömrəli qərar vergi ödəyicisi (iddiaçı) tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuş, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir, eyni zamanda xx.xx.2024-cü il tarixli **********686200 nömrəli qərar vergi ödəyicisi (iddiaçı) tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuş, həmin qərarın ləğv edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
23. “Elektron imza və elektron sənəd haqqında” Qanunu: ...1.1.4. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər ...1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontent; 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: ... 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”
3. ELEKTRON SƏNƏDİN FORMALAŞDİRİLMASİ 3.1. Elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-ci maddəsində göstərilmiş quruluşda formalaşdırılır. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barəsində məlumatlar ümumi hissədə qeyd edilir. Elektron sənəddə elektron imza ilə yanaşı, bir qayda olaraq, sənədin qeydiyyat nömrəsi, tarixi, ünvanı, göndərən təşkilatın (şəxsin) rekvizitləri əks etdirilməlidir.
4. ELEKTRON SƏNƏDİN GÖNDƏRİLMƏSİ VƏ ALİNMASİ 4.1. Elektron sənədin göndərilməsindən əvvəl onun düzgün tərtibatı (elektron imzaya, əsas və əlavə rekvizitlərə malik olması) və ünvanlanması yoxlanılır.
5. ELEKTRON SƏNƏDİN HƏQİQİLİYİNİN YOXLANİLMASİ 5.1. Elektron sənədin yoxlanılması elektron imza vasitələrindən istifadə edilməklə, aşağıdakı mərhələlər üzrə aparılır: 5.1.1. elektron sənədin müəyyən olunmuş formaya uyğunluğu və zəruri rekvizitlərə malik olmasının yoxlanılması; 5.1.2. elektron sənəddəki elektron imzanın həqiqiliyinin yoxlanılması.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilik normalarının təhlilindən görünür ki, elektron sənəd identikləşdirməyə imkan verən rekvizitlərə (sənədin qeydiyyat nömrəsi, tarixi, ünvanı, göndərən şəxsin rekvizitləri, elektron imza) malik olmalı və elektron sənədi alan şəxsə göndərilməmişdən əvvəl düzgün tərtibatı (elektron imzaya, əsas və əlavə rekvizitlərə malik olması) yoxlanılmalıdır.
26. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. İş materiallarına əsasən cavabdeh mübahisələndirilən qərarın elektron sənəd olduğu və elektron imza ilə imzalandığını bildirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21-ci maddəsi elektron sənədə dair tələbləri müəyyən edir və bu tələblər aşağıdakılardır: 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
27. Məhkəmə nəzərə alır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********686200 nömrəli Qərarın və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli Qərarın vergi ödəyicisinə (İddiaçı MMC-ə) elektron sənəd formasında təqdim edildiyi iddia olunur. Mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz.
28. Mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur.
29. Məhkəmə iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların surətini nəzərdən keçirərək müəyyən edir ki, vergi ödəyicisinə elektron sənəd formasında təqdim edilmiş müvafiq inzibati aktlarda (xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli qərarlar) identikləşdirməyə (eyniləşdirməyə) imkan verən rekvizitlər (xüsusilə elektron imza, rəqəmsal məlumat-QR Code) əks olunmamışdır, yəni elektron sənədin həqiqiliyi və mötəbərliliyi təsdiqləmək mümkün deyil. Odur ki, elektron sənədin göndərilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər vergi orqanı tərəfindən icra edilməmişdir.
30. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, müvafiq inzibati aktlar qanunvericilikdə nəzərdə tutulan forma tələblərinə uyğun olaraq təqdim edilmədiyindən məhkəməyə müraciət üçün nəzərdə tutulan müddətlər ötürülmüş hesab edilə bilməz.
31. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
32. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********195700 saylı qərarının; xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarının; xx.xx.2024-cü il tarixli **********041500 saylı qərarının və xx.xx.2024-cü il tarixli № **********524800 saylı qərarının ləğv edilməsini tələb etmişdir.
33. Mübahisənin yaranmasının səbəbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı "xxxx" MMC (VÖEN: **********); xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********); xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********) və xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər.
35. Həmin əməliyyatlar ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
36. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
37. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
39. Məhkəmə tərəflərin iş materiallarına əsasən müəyyən edir: - İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış, xx.xx.2023-cü il tarixli EBDJ 852474 seriya nömrəli elektron qaimə-fakturaya əsasən müqavilədə nəzərdə tutulan mallar İddiaçı QSC tərəfindən "xxxx" MMC-dən alınmışdır. Daha sonra "xxxx" MMC xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və bununla bağlı İddiaçı QSC-ə xəbərdarlıq məktubu ünvanlanmışdır. - İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış, xx.xx.2023-cü il tarixli EBDA 737591 seriya nömrəli, xx.xx.2023-cü il tarixli EBDJ 835313 seriya nömrəli və xx.xx.2023-cü il tarixli EBDL 918264 nömrəli elektron qaimə-fakturalara əsasən müqavilədə nəzərdə tutulan mallar İddiaçı QSC tərəfindən "xxxx" MMC-dən alınmışdır. Daha sonra "xxxx" MMC xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və bununla bağlı İddiaçı QSC-ə xəbərdarlıq məktubu ünvanlanmışdır. - İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış, xx.xx.2023-cü il tarixli EBDH 795961 seriya nömrəli və xx.xx.2023-cü il tarixli EBDJ 850419 nömrəli elektron qaimə-fakturalara əsasən müqavilədə nəzərdə tutulan mallar İddiaçı QSC tərəfindən "xxxx" MMC-dən alınmışdır. Daha sonra "xxxx" MMC xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və bununla bağlı İddiaçı QSC-ə xəbərdarlıq məktubu ünvanlanmışdır. - İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış, xx.xx.2023-cü il tarixli EBDD 236805 seriya nömrəli elektron qaimə-fakturaya əsasən müqavilədə nəzərdə tutulan mallar İddiaçı QSC tərəfindən "xxxx" MMC-dən alınmışdır. Daha sonra "xxxx" MMC xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və bununla bağlı İddiaçı QSC-ə xəbərdarlıq məktubu ünvanlanmışdır.
40. Məhkəmə qeyd edilən halları qiymətləndirərək müəyyən edir ki, İddiaçı QSC tərəfindən elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında olmamışdır, iddiaçı bu fakt barədə (riskli vergi ödəyiciləri olmaqları) yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra məlumat eldə etmişdir (xəbərdarlıq məktubları iş materiallarına əlavə olunmuşdur).
41. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı QSC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
42. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
43. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
44. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
45. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" QSC (VÖEN **********) münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********195700 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********686200 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********041500 nömrəli qərar və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva