Məhkəmə qərarları › İş №e-2-1(112)-1070/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1070/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1070/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi İsayeva Gülay Rəhim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sorğuya cavab verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra dəyişdirilməsinə dair ərizə verərək, məhkəmədən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə qərarın, sərəncamın təqdim edilməsi barədə sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 457.9 kv.m torpaq sahəsində inşa edilmiş 389.11 kv.mdən ibarət yaşayış sahəsi, 155 kv.m tikintialtı sahəsi olan fərdi yaşayış evinin qeydiyyata alınması barədə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixli 34 nömrəli sərəncam verilmişdir. Həm ev, həm də torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən əraziyə xidmət göstərən 64 saylı Mənzil Kommunal İstismar Sahəsinə iddiaçının nümayəndəsi Qanuni nümayəndə dəvət olunmuş və özünü BŞİH-in əməkdaşı kimi təqdim edən Zülfəli müəllim MKİS-in rəisinin iş otağında və sonuncunun yanında bildirmişdir ki, həmin evin yerləşdiyi ərazi dövlət ehtiyacları üçün alınır və bu məqsədlə evin və torpağın hər kv.m üçün 2200 manat kompensasiya təklif etmişdir. Bu zaman heç bir rəsmi bildiriş, icra hakimiyyəti orqanının qərarı (sərəncamı) təqdim edilməmişdir. İddiaçının nümayəndəsi torpaq sahələrinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarını, sərəncamının təqdim edilməsi barədə sorğu ilə cavabdeh orqana müraciət etmiş, lakin sorğuya heç bir cavab verilməmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cаvаbdеh Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli iddiaya etirazında iddiaçının sorğusuna 3-52/2-1658/2023 nömrəli məktubla cavab verildiyinə istinad edib, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, bildirdi ki, cavabdeh istinad etdiyi məktubda onun sorğusunun mahiyyətinə aid hər hansı məlumat verməyib. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə iddianın mümkün iddia olması ilə bağlı qeyd etmək istəyir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu məlumat azadlığının həyata keçirilməsinin fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamasını, məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsi nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 457,9 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 2şən qarajın yerləşdiyi torpaq sahələrinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə qərarın, sərəncamın təqdim edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının nümayəndəsinin müraciəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-1658/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Bakı şəhərinin ayrı-ayrı hissələrində qanunvericiliyin tələbləri gözlənilməklə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri həyata keçirilməkdədir. Sorğunuzda qeyd etdiyiniz ünvan 3 ünvanlarında da yenidənqurma və abadlıq işləri mövcud qaydalara uyğun olaraq aparılır.” İddianın maddi hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1.Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 27-1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş Maddənin 29.1.1- 29.1.34-cü maddəərində nəzərdə tutulan informasiyaları açıqlamalıdır: Qanunvericiliyin tələbindən də göründüyü kimi vətəndaşın şikayət və ərizə xarakterli müraciətlərinə yuxarıda adıçəkilən Qanunun tələblərinə uyğun müddət ərzində baxılması və cavalandırılması cavabdehin vəzifəsidir. Müraciət edən şəxs isə müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq hüququna malikdir. Qeyd olunmalıdır ki, informasiya sorğusunu verən informasiya sahibinə informasiyasının təqdim edilməsi ilə bağlı müraciət edərkən, nəzərə almalıdır ki, qanunvericilik konkret olaraq informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Hazırki tələbdən görünür ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayın evinin yerləşdiyi torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarının, sərəncamının təqdim edilməsi barədə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin sonuncu onun müraciətinə xx.xx.2023-cü il tarixli məktubla müraciəti mahiyyəti üzrə həll etməyən məzmunda məktubla cavab verməklə, faktiki olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin: 3.1.16-cı yarımbəndinə əsasən, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edilməsi icra hakimiyyətinin başçısının vəzifəsidir. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək mülkiyyətində olan fərdi yaşayın evinin yerləşdiyi torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarının, sərəncamının təqdim edilməsini arzulamış, lakin cavabdeh iddiaçının müraciətinə mahiyyəti üzrə cavab verməkdən imtina etmişdir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, informasiyanın təqdim edilməsini istisna edən hallar yuxarıda qeyd olunan Qanunun 2.4-1. 21.1 və 21.2-ci maddələri müəyyən edilmişdir ki, hazırkı iş üzrə həmin hallar müəyyən edilməmişdir. Beləliklə, öhdəliyin icrası haqqında iddia tələbi ilə bağlı iddianın təmin edilməsini istisna edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən sorğunun cavablandırılmasını istisna edən digər hallar da müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarının, sərəncamının təqdim edilməsi” barədə sorğusuna cavab verilməsi öhdəliyi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5rardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar