Məhkəmə qərarları › İş №e-2-1(112)-11419/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11419/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11419/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2ə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2ə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri 18 noyabr 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 K-541 nömrəli 27 dekabr 2022-ci il tarixli əmrinin ləğv edilməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri (kənarlaşmada olduğum vəzifəmin icrasına başlamağım) vəzifəsində işə buraxılması, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-562/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün ona hesablanmış 18811,98 (on səkkiz min səkkiz yüz on bir manat doxsan səkkiz qəpik) manat əmək haqqı və mükafat, əmək haqqı və mükafatın gecikdirilməsinə görə cəmi 102911,97 (bir yüz iki min doqquz yüz on bir manat doxsan yeddi qəpik) manat ödənc pul vəsaitinin və məhkəmənin qəbul edilmiş yekun aktının icra edildiyi günədək eyni qaydada ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, İddiaçı 13 nömrəli 02 aprel 2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi İdarəsinə kassir vəzifəsinə təyin edilmişdir. 02/K nömrəli 01 iyul 2009-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi İdarəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir. 81/K nömrəli 01 iyun 2010-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi İdarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmişdir. 92/K nömrəli 26 aprel 2011-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmişdir. 106/K nömrəli 12 iyun 2012-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi İdarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 166 nömrəli 29 iyul 2013-cü il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi İdarəsi 6 saylı Ərazi İdarəsi adlandırılmışdır. 230 nömrəli 26 dekabr 2017-ci il tarixli əmrə əsasən 6 saylı Ərazi İdarəsi 6 saylı Beyləqan Ərazi İdarəsi adlandırılmışdır. K-044 nömrəli 22 fevral 2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. K-061 nömrəli 23 fevral 2022-ci il tarixli əmrə əsasən 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə bir ay müddətinə təyin edilmişdir. 16 noyabr 2025ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, istintaqı aparan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqsirləndirilən şəxs kimi 20 dekabr 2022-ci il tarixli ********* saylı məktubu əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 K-541 nömrəli, 27 dekabr 2022-ci il tarixli əmri ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ X2 6 saylı Beyləqan Ərazi İdarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsindən 18 noyabr 2022-ci il tarixdən işdən kənar edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l(099)-22/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin l(106)-562/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protestinin təmin edilməməsi, CM-in 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli l(099)-22/2024 saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-768/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 311.3.2 və 308.1 -ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Barəsində aparılmış cinayət işi üzrə bəraət aldıqdan sonrakı müddət ərzində vəzifəsinin icrasına başlamasına dair, zərərçəkmiş qismində tanınan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfimdən xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətinə X2 17 yanvar 2025-ci il tarixli məktubuna əsasən müraciətində qaldırdığı məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində maddi və mənəvi iztirablara məruz qalmışdır. Ailəsi və iddiaçı maddi zərər çəkmişdir. Öhdəliklərini icra edə bilmədiyi üçün bankdan götürdüyü kreditin üzərinə faiz məbləği gəlmişdir. İşəgötürən məhkəmənin yekun qərarlarının tələblərindən irəli gələn məsələlərə biganə yanaşaraq vaxtında həll etmədiyindən, iddiaçının işgüzar fəaliyyətinə xələl gətirmələrinə, cəmiyyət içərisində iddiaçıya nüfuzunu aşağı salmalarına, iddiaçının və ailə üzvlərinin iztirab çəkmələrinə və maddi zərərlərinin çox olmasına səbəb olduğundan iddiaçının ödənc tələbi beş faizdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiuyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in K-541 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2in 6 saylı Beyləqan Ərazi idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri xx.xx.2022-ci il tarixindən işdən kənar edilmiş, 6 saylı Beyləqan Ərazi İdarəsinə tapşırılmış ki, İddiaçı fəaliyyətində yol verilən nöqsanların araşdırılması məqsədi ilə komissiya yaratmış və araşdırmanın nəticələri barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2ə rəsmi məlumat təqdim etsin. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)- 22/2024 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmiş, İddiaçı barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmişdir. İddiaçı hazırda onun barəsində qəbul edilmiş işdən kənarlaşdırma barədə K-541 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməkjlə məcburi işburaxma dövrünə görə pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən yaranan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İnzibati Prosessual Məcəllənin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçuları nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İşin sadalanan hallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2də Arxiv işinin təçkili şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət qulluqçusu hesab olunmur, inzibati orqanla münasibəti dövlət qulluğu ilə bağlı deyildir, tərəflər arasındakı münasibət əmək müqaviləsi ilə tənzimlənir. İddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinin müddəaları əsas götürülməklə işdən kənarlaşdırılmışdır. Deməli, onun hazırkı tələbi də onunla işəgötürən arasında yaranmış əmək münasibətlərindən irəli gəlməklə, mülki hüquqi xarakterlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 18-ci bəndinə əsasən məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Beləliklə, hazırkı mübahisə predmet baxımından əmək hüquq münasibətlərindən yarandığından və hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar