Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1417/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "ödənilmiş pul vəsaitinin qaytarılması" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "ödənilmiş pul vəsaitinin qaytarılması" barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşməsi üçün ödədiyi ümumilikdə 39.924 (otuz doqquz min doqquz yüz iyirmi dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında 404,8 kv.metr torpaq sahəsində yerləşən 361,7 kv.metr qeyri-yaşayış binası icarəyə verilmiş əmlakın 5573 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilasinə əsasən xx.xx.2015-ci il tarixdə iddiaçının adına qeydiyyata alınaraq bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə yüklülük haqqında Forma-1 arayışı alarkən iddiaçıya məlum olmuşdur ki, qeyri-yaşayış binasının balans saxlayıcısı olmuş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin müraciəti əsasında, keçmiş Əmlak Məsələri Dövlət Komitəsinin sədrinin 22 dekabr 2015-ci il tarixli, 323 nömrəli sərəncamı ilə özəlləşdirmənin nəticələri ləğv olunmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən qeyri-yaşayış binasının özəlləşdirilməsi üçün dövlət büdcəsinə 01 noyabr 2015-ci il tarixdə 02 nömrəli qəbz əsasında 37.981 (otuz yeddi min doqquz yüz səksən bir manat) pul vəsaiti, əmlakın qiymətləndirilməsi üçün 544611 nömrəli kassa mədaxil orderi qəbzi əsasında 950 manat (doqquz yüz əlli manat) pul vəsaiti, çıxarışın xidmət haqqı üçün 5606 nömrəli qəbz əsasında 943,73 (doqquz yüz qırx üç manat yetmiş üç qəpik) və dövlət rüsumu üçün 50 manat ödənilmişdir. İddiaçı cavabdehlərə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsi üçün ödənilən ümumilikdə 39.924 manat 73 qəpik pul vəsaitinin ona qaytarılmasını xahiş etsə də, tələbinin təmin edilməsindən imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti etirazında bildirmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyd edilən vəsait dövlət büdcəsindən ödənildiyindən, Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə və imkanına malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 37.981 (otuz yeddi min doqquz yüz səksən bir) manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün onun tərəfindən ödənilmiş 943 (doqquz yüz qırx üç) manat 73 (yetmiş üç) qəpik, əmlakın qiymətləndirilməsi üçün 950 (doqquz yüz əlli) manat və 50 (əlli) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əsas tələbi rədd edilməli olduğundan, qeyri-yaşayış sahəsinə çıxarış alınması üçün və eləcə də digər çəkilmiş xərclərin ödənilməsinə dair əlavə tələbi də təmin edilə bilməz. Bundan əlavə qeyri-yaşayış sahəsinə dair yuxarıda qeyd olunan sərəncamın çıxarılması tarixindən 8 ilə yaxın vaxt keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaya dair münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5573 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 361.7 kv.metr qeyri-yaşayış binası dəyəri 37981,00 (otuz yeddi min doqquz yüz səksən bir) manat ödənilməklə İddiaçı satılmışdır. - İşdə olan qəbzlərin surətlərindən görünür ki, 01 noyabr 2014-cü il tarixli 02 nömrəli qəbz əsasında 37.981 manat (otuz yeddi min doqquz yüz səksən bir) pul vəsaiti, əmlakın qiymətləndirilməsi üçün 544611 nömrəli kassa mədaxil orderi qəbzi əsasında 950 manat (doqquz yüz əlli manat) pul vəsaiti, 5606 nömrəli qəbz əsasında çıxarışın xidmət haqqı üçün 943,73 (doqquz yüz qırx üç manat yetmiş üç qəpik) və dövlət rüsumu üçün 50 manat pul məbləği ödənilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin 22 dekabr 2015-ci il tarixli, 323 nömrəli “Bir sıra qeyri-yaşayış sahələri və torpaq sahələrinin özəlləşdirilməsinin ləğvi haqqında” Sərəncamından görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin balansında olmuş və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sərəncama götürülmüş, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsində yerləşən qazanxana binası dövlət ehtiyacları üçün istifadəsi zəruriliyinin yaranması ilə bağlı və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə Nazirliyin balansına qaytarılması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.2015-ci il tarixli xx/xx-4247 nömrəli məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 5.8.7-ci yarımbəndini rəhbər tutaraq ünvan 5 ünvanında yerləşən 361,7 kv.metr qeyri-yaşayış binasının satılmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5573 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın kompensasiyanın ödənilməsi iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsində yerləşən 361.7 kv.metr qeyri-yaşayış binası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5573 saylı alqı-satqı müqaviləyə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 7 dekabr 2015-ci il tarixli xx/xx-4247 nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin 22 dekabr 2015-ci il tarixli 323 nömrəli sərəncamı ilə qeyd olunan alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi Komitənin müvafiq sərəncamı ilə ləğv edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pulun və digər vəsaitlərin geri qaytarılmasını xahiş edir. Yuxarıda qeyd edilən normalara əsasən qərar icra edilərkən ödənilmiş məbləğin 25% hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75% hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşməsi üçün ödənilən 39.924 (otuz doqquz min doqquz yüz iyirmi dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşməsi üçün ödənilən 39.924 (otuz doqquz min doqquz yüz iyirmi dörd) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8
Hakim Mehriban Qarayeva