Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15000/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-nə qarşı “iddiaçının müsabiqənin keçirilməsi vaxtı nəzərə alınmadan cavabdehin xx.xx.2025-ci il tarixdə elan etdiyi ******* ştat kodlu Sosial Xidmətlər Agentliyinin Aparat/Hüquq şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Cavabdeh PHŞ-nə qarşı “iddiaçının müsabiqənin keçirilməsi vaxtı nəzərə alınmadan cavabdehin xx.xx.2025-ci il tarixdə elan etdiyi ******* ştat kodlu Sosial Xidmətlər Agentliyinin Aparat/Hüquq şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh publik hüquq şəxsin elan etdiyi vakansiya müraciət etmiş, vakansiya tələblərində minimum iş stajına dair tələb qeyd edilməmişdir. Vakansiya tələblərinin “Minimum təhsil səviyyəsi” bölməsində “Ali təhsilbakalavriat” qeyd edilib. İddiaçı Milli Aviasiya Akademiyasının “Dünya İqtisadiyyatı” ixtisasını bakalavr səviyyəsində bitirmişdir. Müraciətinə cavabdeh tərəfindən imtina edilmiş, imtinanın səbəbi kimi ixtisas və təcrübənin mövcud vakansiyaya uyğun olmadığı qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı Nazirlik tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması haqqında müsabiqə elan etmişdir. İş materiallarından görünür ki, həmin qurumlarda olan vakansiyalara müraciət etmiş və onun müraciət etdiyi əksər vakansiyalar üzrə “təhsili və iş tərcübəsinin uyğun gəlməməsi” səbəbilə müraciətinə imtina edilmişdir. İmtinalardan biri də Agentliyin Hüquq şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə olmuşdur. Həmin vakansiya elanının məlumat hissəsində vəzifə üzrə namizədin əmək funkiyası qeyd edilmişdir. Beləliklə Agentliyin və struktur qurumlarının fəaliyyət istiqamətini tənzimləyən hüquqi sənədlərin (Nizamnamə və s) hazırlanması və daimi nəzarətdə saxlanılması və ya Agentiyin Aparat va digər struktur bölmələri tərəfindən hazırlanaraq hüquqi ekspertizasının həyata keçirilməsi üçün şöbəyə təqdim olunmuş sənəd layihələrinin məktub, arayış, sorgu, normativ akt və s.) hüquqi ekspertizasını həyata keçirilməsi və.s vəzifələr qeyd edilmişdir ki, bunların da yerinə yetirilməsi üçün namizədin hüquq təhsilinin eyni zamanda bu sahədə iş təcrübəsinin olması vacib şərtdir. Belə ki, iddiaçının ərizəyə əlavə etdiyi Bakalavr diplomunun surətindən də görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçı Dünya iqtisadiyyatı ixtisasına yiyələnmişdir. Məlumdur ki, ”Dünya iqtisadiyyatı” ixtisasına yiyələnən tələbələr nəinki dövlətlərarası formalaşan iqtisadi mexanizmi və habelə siyasi və hüquqi tənzimləmə mexanizmlərinin də necə işləməsini öyrənir. Bu ixtisas üzrə formalaşan tələbələr makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, beynəlxalq ticarət və logistika, beynəlxalq iqtisadi təşkilatlar, beynəlxalq investisiyalar, beynəlxalq biznes və statistika kimi dünya iqtisadiyyatının alt ixtisaslarına da hərtərəfli yiyələnə bilirlər. Nazirlik tərəfindən elan olunmuş vakansiya üzrə əmək funksiyasının xarakterinə görə iddiaçının təcrübəsi və ixtisası uyğun olmamışdır. İddiaçının müraciəti Agentlik tərəfindən imtina edilmədiyindən hazırkı iş üzrə Agentlik tərəfindən iddiaçının hər hansı hüququnun pozulmasından söhbət gedə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabını almışdır, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. ƏSƏSLANDİRMA HİSSƏSİ Tədqiq edilmiş sənədlər Təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı dünya iqtisadiyyatı ixtisası üzrə Milli Aviasiya Akademiyasını bitirmiş, Cavabdeh PHŞ tərəfindən elan edilmiş aparıcı mütəxəssis, aparat/hüquq şöbəsi vakansiyası üzrə müraciət etmiş, lakin müraciətindən cavabdeh tərəfindən ixtisas və təcrübəsinin mövcud vakansiyaya uyğun olmaması səbəbindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi « Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: Maddə 27. Dövlət qulluğuna qəbul edilmək hüququ 27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. (...) 27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır. Maddə 28. Dövlət qulluğuna qəbul 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və mediada verilir. 28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim olunmuş namizədlər sırasından seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir. Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma (məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-X1 Şurasına), Şuraya və məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən: 1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2ci maddəsinin ikinci abzasına və 28-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, 1-5ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına (Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri istisna olmaqla) uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir 3.1. Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. 3.2. Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin rəsmi internet saytı vasitəsilə onlayn qeydiyyatdan keçir və Mərkəzin rəsmi internet saytı vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. 3.3. Test imtahanının keçirilməsi məqsədi ilə Mərkəz tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir. 3.4. Test imtahanı qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir. 3.5. Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış Mərkəzin rəsmi internet saytında məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi internet saytında yerləşdirir və namizəd onu çap edərək əldə edir. 3.6. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 3.7. İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir. 3.8. İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir: 3.8.1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə; 3.8.2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə; 3.8.3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə. 3.9. Namizəd ona ayrılmış vaxtdan istifadə etməkdə sərbəstdir. 3.10. Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən aparıla bilər. 3.11. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin rəsmi internet saytında yerləşdirilir. 3.12. Namizədin müraciəti əsasında Mərkəz tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir. 4.3. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr Mərkəzin rəsmi internet saytında yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin” Nizamnaməsinə əsasən: 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı müsabiqənin keçirilməsi vaxtı nəzərə alınmadan cavabdehin xx.xx.2025-ci il tarixdə elan etdiyi ******* ştat kodlu Sosial Xidmətlər Agentliyinin Aparat/Hüquq şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməsindən ibarətdir. Məhkəmə bildirir ki, dövlət qulluğuna qəbul və vakant vəzifələrin tutulması qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir, vakant vəzifələr üzrə namizədlərin uyğunluğu onların ixtisasına, peşə hazırlığına və iş təcrübəsinə əsasən müəyyən edilir, namizəd yalnız elan edilmiş vəzifənin ixtisas tələblərinə uyğun olduqda növbəti mərhələyə buraxıla bilər. İşin faktiki hallarına əsasən iddiaçı “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Cavabdeh tərəfindən elan edilmiş ******* ştat kodlu “Aparıcı mütəxəssis” (Aparat/Hüquq şöbəsi) vakansiyası hüquq sahəsi üzrə ixtisas və müvafiq iş təcrübəsi tələb etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən onun hüquq ixtisası və ya həmin sahə üzrə tələb olunan iş təcrübəsi müəyyən olunmamışdır. “Dünya iqtisadiyyatı” ixtisası iqtisadi yönümlü olmaqla, beynəlxalq iqtisadi münasibətlər, makroiqtisadiyyat və digər iqtisadi fənləri əhatə etsə də, bu hal onun hüquq ixtisasına bərabər tutulmasına və ya hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsinin funksional tələblərinə avtomatik uyğun hesab edilməsinə əsas vermir. Cavabdeh vakant vəzifə üzrə ixtisas tələblərini müəyyən etməkdə diskresion səlahiyyətə malikdir və məhkəmə yalnız həmin səlahiyyətin qanuna zidd istifadə edilib-edilmədiyini, ayrı-seçkiliyə yol verilib-verilmədiyini, aşkar özbaşınalıq halının olub-olmadığını yoxlaya bilər. Hazırkı iş üzrə cavabdehin qərarı namizədin ixtisas və təcrübəsinin uyğun olmaması ilə əsaslandırılmışdır. İddiaçı tərəfindən cavabdehin qərarının ayrı-seçkilik xarakterli olması və ya qanunsuz meyarlara əsaslanması barədə hər hansı dəlil təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-nə qarşı “iddiaçının müsabiqənin keçirilməsi vaxtı nəzərə alınmadan cavabdehin xx.xx.2025-ci il tarixdə elan etdiyi ******* ştat kodlu Sosial Xidmətlər Agentliyinin Aparat/Hüquq şöbəsində "Aparıcı mütəxəssis" vakansiyası üzrə növbəti mərhələyə keçirilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-15000/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15000/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver