Məhkəmə qərarları › İş №e-2-1(112)-15934/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15934/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15934/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Filialının nümayəndəsi X3, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Filialına qarşı “işsizlikdən sığorta ödənişinin verilməsi” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdən nəzərə alınmaqla işsizlikdən sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində "xxxx" MMCdən ştatların ixtisarı ilə əlaqədar işdən çıxarılmışdır. Bu barədə əmr və digər sənədlərini xx.xx.2025-ci il tarixində DOST Agentliyinin 4 saylı Filialnıa yaxınlaşaraq təqdim etmişdir. Həmin gün işsiz kimi qeydiyyata alınmışdır. “İşsizlikdən sığorta haqqında” Qanunun 17.1ci maddəsinə əsasən Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. 17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. Göründüyü kimi, müraciətindən 10 gün keçsə də, rəsmi ona ödənişin təyin edilməsi və ya imtina edilməsi barəd məlumat verilməmiş, xx.xx.2025-ci il tarixində özü hesabat vermək üçün DOST Agentliyinə yaxınlaşdıqda ona bildirilmişdir ki, yeni qərara əsasən indi yox dekabr ayında ödəniş ediləcək. Yeni qaydanın nə olduğunu soruşanda isə cavab verməkdən çəkinmişlər. Çünki, özləri də, bilir ki, elə bir qayda yoxdur. Bundan başqa həmin gün yəni, xx.xx.2025-ci il tarixində o rəsmi ərizə ilə Agentliyə müraciət etmişdir ki, ona yeni qayda haqqında məlumat verilsin. Lakin, cavab hələ də daxil olmamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət edərək iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Filialının cavabdeh qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəməyə vəsatətlə müraciət edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əsasən Agentlik tərəfindən İddiaçı 1 sentyabr 2025-ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və cari ilin sentyabr və oktyabr ayları üçün hesablanmış sığorta ödənləri müvafiq olaraq 31 oktyabr 2025-ci il və 18 noyabr 2025-ci il tarixlərində iddiaçının kart hesabına köçürülmüşdür. Agentlik tərəfindən işsizlikdən sığorta ödənişinin qanunamüvafiq qaydada ödənilməsi artıq iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olmadığını sübut edir. Odur ki, cavabdehə qarşı işsizlikdən sığorta ödənişinin verilməsi tələbi mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı 1 sentyabr 2025-ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və cari ilin sentyabr və oktyabr ayları üçün hesablanmış sığorta ödənişləri müvafiq olaraq 31 oktyabr 2025-ci il və 18 noyabr 2025-ci il tarixlərində iddiaçının kart hesabına köçürülmüşdür. İşsizlikdən sığorta ödənişinin qanunamüvafiq qaydada ödənilməsi isə artıq iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olmadığını sübut edir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətində bu halı özü də, təsdiq etmiş, lakin noyabr ayı üçün sığorta ödənişinin ödənilməməsindən narazılığını bildirərək sığorta ödənişinin ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron formada təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənilir. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya əvvəlki dövlər üzrə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi cavabdeh tərəfindən icra oluduğundan, iddiaçıya sığorta ödənişlərinin ödənilməsi hər növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron formada təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənildiyindən hazırda noyabr ayı üçün iddiaçıya ödənilməli işsizlikdən sığorta haqqının ödənilməsi ilə bağlı isə sözügedən şərtlərin ödənildiyi və buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı əsaslandırılmadığından göstərilən hallar isə ümumilikdə iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq olaraq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna etdiyindən iddiaçının tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar