Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1964/2024 18.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki adı Bakı şəhəri X5 üzrə Baş İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********787700 nömrəli Qərarın, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********7613 nömrəli qərarın, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********7596 nömrəli Qərarın, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********124200 nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********787700 nömrəli Qərarına əsasən iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd edilən qərarın ləğv edilməsinə dair edilən müraciətə 20 iyul 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və şikayət təmin edilməmişdir.Cavabdehin "X3nin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********4973 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən elektrik malları mağazasında X3 tədbiri keçirilmiş və xx.xx.2023-cü il tarixli DVX seriyalı 000785 nömrəli Akt tərtib edilmişdir. Həmin akt əsasında "Vergi ödəyıcısının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7613 nömrəli qərar ilə iddiaçı barədə 2352,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. X3nin nəticələrindən Dövlət Vergi Xidmətinə şikayət edilmiş və 14 iyul 2023-cü il tarixli **********027900 nömrəli Qərarla şikayət təmin edilməmişdir.Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “X3nin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********4973 nömrəli qərarına əsasən iddiaçının mağazasında Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş X3 tədbiri nəticəsində xx.xx.2023-cü il tarixli, DVX seriyalı 026039 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Akt rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, **********7596 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. X8 Vergi Xidmətinə şikayət edilmiş və 14 iyul 2023-cü il tarixli **********027900 nömrəli Qərarla Şikayət təmin edilməmişdir.Cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********124200 nömrəli qərarı ilə 2022-ci il üçün 513,61 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. X7 Vergi Xidmətinə şikayət edilmiş və 22 iyul 2023-cü il tarixli, **********775900 nömrəli Qərar ilə inzibati şikayət təmin edilməmişdir. "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir.Vergi orqanı isə Nazirlər Kabinetinin bu Qərarını geri dövrlərə tətbiq edərək 2016-2017-ci illər üzrə aparılan əməliyyatlara tətbiq etmişdir.İddiaçının fəaliyyətə başladığı vaxtdan, yəni 6 il bundan əvvəl 206115,00 manat dəyərində balansında su-kanalizasiya, elektrik və təsərrüfat mal-materialları mövcud olmuş və müvafiq olaraq hər ilin 4-cü rübü üzrə təqdim olunmuş və vergi orqanları tərəfindən qəbul olunmuş illik sadələşdirilmiş vergi bəyannamələrində öz əksini tapmışdır. Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarının tələbləri 2016-2017-ci ildə qüvvədə olmadığı üçün iddiaçıya tətbiq olunmamalıdır. Bundan əlavə, dövlət vergi xidməti orqanları tərəfindən riskin məzmunu aşağıdakı ifadə ilə bildirilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 47,80 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Mufta 32 iç yivli PE Dus Smestiteli, Filtr 25, Üçlük PE
32. Tıxac 32" və sair satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron-qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir".Vergi orqanlarının uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı fəaliyyət növünün "tikinti materiallarının pərakəndə satışı”ndan ibarət olduğu və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ünvanında yerləşən ümumi sahəsi 30 m2 olan, xx.xx.2017-ci il tarixdə vergi orqanında uçota alınmış (obyektin kodu: **********-15001) elektrik malları mağazası” adlı təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir.Elektron qaimə-fakturalarının tətbiqinə dair qanunvericilik isə yalnız 14 mart 2017-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçı fəaliyyətə başlayan zaman elektron qaiməfakturaya dair qanunvericiliyin tələbləri qüvvədə olmadığından satış üçün əldə etdiyi mallara dair bu sənəd də təbii kimi mövcud ola bilməzdi. 206115.44 manat həcmində həmin mallar 26 noyabr 2016-cı il tarixində “Mal və materialların təhvil-təslim haqqında Akt” ilə əldə edilmişdir və satılmayan mallar hesabatlar üzrə növbəti ilə keçirilmişdir.X3nin nəticələrinin əsassızlığı barədə bildirilir ki, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 69 ünvanında yerləşən elektrik, su-santexnika və tikinti mal-materialları mağazasında əhali ilə hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti və iddiaçıya məxsus pul vəsaitlərinin uçotdan gızlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə X3 tədbirləri həyata keçirmiş, obyektdə sahibliyində olan mal-materialların sayıldığını və bazar qiymətinin 23524,58 manat dəyərində qiymətləndirildiyini və nəzarət tədbirinə verdiyi məlumatlar və sənədlərə baxmayaraq, xx.xx.2023-cu ıl tarixli aktla rəsmiləşdirilərək 2352,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2016-cı ilin son aylarınadək bu ünvanda iddiaçının qardaşı X2 fəaliyyət göstərmiş, həmin ilin son aylarında onun sağlamlığında ciddi problem yarandığından qardaşının sahibliyində olan malları noyabr ayında müvafiq təhvil-təslim aktı ilə təhvil alandan sonra 2017-ci ilin mart ayından başlayaraq obyektdə olan malların pərakəndə qaydada satışının davam etdirildiyini, illər üzrə malların satış dövriyyəsinin müvafiq bəyannamələrdə öz əksini tapdığını, təhvil aldığı malların sənədlərinin elektron qaimə-fakturaların tətbiqinə qədər əldə olunduğunu, Ruslan Aslanovun adına ciddi hesabat blanklarında tərtib olunduğunu, 2-ci surəti solmuş və oxunması tamamilə çətinləşmiş çoxsaylı qaimələrin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə təqdim olunduğunu, təqdim etdiyi xx.xx.2016-cı il tarixli mal və materialların təhvil-təslim aktını, bütün izahatlarını, maliyyə sənədlərini və hesabatları vergi orqanları nəzərə almamışdır. Tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********7613 nömrəli qərarı əsasında vergi ödəyicisi barəsində 2352,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə X3 İddiaçı açıldığı halda, vergi orqanları əsassız olaraq Aslanov Ruslanın yoxlanılmasını həyata keçirmiş və 2015-cı illərin məlumatlarını tədqiq etmişlər. X3nin (xx.xx.2023-cü il tarixli) nəticələrinin əsassızlığı barədə qeyd edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “X3nin həyala keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********4973 nömrəli qərarına əsasən iddiaçının mağazasında Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:28-də həyata keçirilmiş X3 tədbiri zamanı alınmış mala görə ödənilmiş 4,50 manat məbləğin nəzarət-kassa aparatının yaddaşına mədaxil olunduğu, lakin nəzarət-kassa aparatının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələlərinin pozulduğu müəyyən edilərək, X3 tədbirinin nəticəsinin xx.xx.2023-cü il tarixli DVX seriyalı 026039 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı, bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, **********7596 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı hesab edir, NKA-ya vurulan çek qanunvericiliyin tələblərinə cavab verir və məbləğ düzgün qeyd olunmuşdur. 2022-ci il üçün 513,61 manat gəlir vergisi hesablanmasının əsassızlığı barədə qeyd edirik ki, kameral vergi yoxlaması zamanı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixlı 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmiş və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və qeyd olunanlar ilə əlaqədar olaraq təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 513,61 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial ğorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü İl tarixli **********124200 nömrəli Qərar qəbul olunmuşdur. Vergi orqanlarının gəldiyi nəticə ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində 72257,06 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaiməfakturalarının təqdim edildiyi, mal alışı ilə bağlı elektron qaimə- fakturaların və malların elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir, halbuki, Aslanov Ruslan ( ya Şahin) Xanoğlan oğlu tərəfindən xx.xx.2018-ci il tarixdə tam əsaslı olaraq 2016-cı ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək 1 N-li Əlavədə 1.3.2-ci (Mallar) sətrinin "Hesabat dövrünün əvvəlinə" sütununda mal qalığı olmadığını, “Dövr ərzində daxil olmuşdur" sütununda 206115,44 manat, “Təqdim edilmiş" sütununda 206115,44 manat, “Hesabat dövrünün sonuna” sütununda mal qalığı qalmadığını bəyan edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********787700 nömrəli qərarın ləğv edilməsi hissəsi ilə əlaqədar bildirilir ki, İddiaçı fəaliyyətinin təhlili zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 65.5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "kaplin te 75, pp mufta 110, tulpan, gidrafor Һ6, filtr 25" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.Qeyd edilənləri nəzərə alaraq İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş, xx.xx.2022-ci il tarixli **********531800 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə" Bildiriş və xx.xx.2023-cü il tarixli **********787700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı 13 riskli elektron qaimə-fakturanın dəyişdirilmədiyi və ya ləğv edilmədiyi aşkar olunmuşdur.Beləliklə araşdırmanın nəticəsi olaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral vergi yoxlamasına münasibətdə isə bildirmək istəyirik ki, İddiaçı riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi ilə əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir.Vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin "Hesabat dövrünün gəlirləri” hissəsində 2617,45 manat pərakəndə satışdan gəlir, 55207,32 manat topdan satışdan gəlir olmaqla ümumilikdə 57824,77 manat gəlir, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsində isə 930,00 manat əmək haqqı xərci, 447,15 manat sosial sığorta haqları xərci, 52268,88 manat malın dəyərinə çəkilmiş xərclər, 541,08 manat bank xərci, 195,00 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 18,60 manat digər xərclər olmaqla ümumilikdə 54400,71 manat xərc qeyd edildiyi, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini nəzərə alaraq 684,81 manat gəlir vergisi məbləği hesablanmışdır. İddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq olunması mümkün deyildir.Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********362200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur.Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 513,61 manat əlavə vergi məbləği hesablanmışdır.Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********124200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.Bildirmək istəyirik ki, uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci il ərzində 72257,06 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi, mal alışı ilə bağlı elektron qaimə-fakturaların və malların elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir.İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********124200 nömrəli qərarından xx.xx.2023-cü il tarixli **********444400 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının 22 iyul 2023-cü il tarixli **********775900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********7613 nömrəli və **********7596 nömrəli qərarlarla bağlı bildirmək istəyirik ki, araşdırma zamanı cavabdehin xx.xx.2023-cü il tarixli **********4973 nömrəli “X3nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2023cü il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 4 ünvanda yerləşən obyektdə keçirilmiş X3 tədbiri zamanı malların uçota alınmamasına görə xx.xx.2023-cü İİ tarixil DVX seriyalı 000785 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəcisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********7613 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq iddiaçıya 2352,46 manat maliyyə sanksiyası tətbiq edilmişdir. O, cümlədən fiziki şəxs İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2023-cü ıl tarixli DVX seriyalı 026039 nömrəli aktın tərtib edildiyi və tərtib olunan aktın vergi ödəyıcısı tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli, **********7596 nömrəli ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’ Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədləndə sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “tikinti materiallarının pərakəndə satışı" olduğu müəyyən edilmişdir.İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********7613 nömrəli qərarından xx.xx.2023-cü il tarixli **********860200 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının 14 iyul 2023-cü il tarixli **********027900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibatı şikayəti təmin edilməmişdir.Bildiririk ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 5 ünvanda yerləşən elektrik malları mağazasında keçirilmiş X3 tədbiri zamanı vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim etdiyi izahatında obyektdə olan malların İddiaçı məxsus olduğunu, həmin malların sənədinin olmadığını, qeyd olunan malların Sədərək ticarət mərkəzindən ayrı-ayrı şəxslərdən aldığını, həmin mallara 20-25 faiz ticarət əlavəsi qoyulduğunu bildirmişdir.Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 inzibati şikayətə baxılan zaman araşdırmaya təqdim etdiyi izahatında vergi ödəyicisinin 06.03 2017-ci il tarixdən 2017-ci ilin oktyabr ayınadək mağazada satış həyata keçirilmədiyindən bağlı olduğunu, həmin müddət ərzində daşıma fəaliyyəti üzrə məşğul olduğunu göstərsə də, 2017-ci ilin 2-ci və 3-cü rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində müvafiq olaraq 7396,7 və 8750,0 manat təqdim edilmiş mal göstərmişdir. Eləcə də izahatda xx.xx.2023-cü il tarixə 54.512,71 manat mal qalığının olduğunu bildirməsi, lakin X3 tədbiri zamanı 23.524,58 manat mal qalığının müəyyən edilməsi ilə bağlı heç bir əsaslı arqument təqdim edilməmişdir.Həmçinin, X2 tərəfindən təqdim edilmiş 2015-ci ilin 4-cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində mal qalığı göstərməmiş, xx.xx.2017-ci il tarixdə təqdim etdiyi 2016-cı ilin 4-cü rüb cari sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində mal qalığı göstərməmiş, yalnız xx.xx.2018-ci ildə təqdim etdiyi 2016-cı ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində 206.115,44 manat mal qalığının daxil oldudu və həmin məbləğdə mal qalığının təqdlm edildiyi göstərilmiş, 2016-cı ilin sonuna mal qalığı bəyan etməmiş, daha sonra xx.xx.2018-ci il tarixdə kameral vergi yoxlaması ilə qeyd olunan məbləğə düzəliş edilərək silinmiş, fəaliyyətin dayandırılması barədə arayışlarda mal qalığı göstərməmişdir, 200.115,44 manat dəyərində malı vergiyə cəlb etməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə inzibati məhkəmə işinin materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********787700 nömrəli Qərarın ləğv edilməsi hissəsində mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Cavabdeh tərəfindən təqdim edilmiş «Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a əsasən iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, **********787700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” qərarı xx.xx.2023-cü ildə elektron poçtunda oxumuşdur, yəni qərarı artıq xx.xx.2023-cü ildə almışdır. Həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. Məhkəmə o halı da qeyd edir ki, iddiaçı qeyd edilən qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına xx.xx.2023-cü ildə şikayət vermişdir, lakin şikayətlə bağlı vergi orqanı tərəfindən qərar qəbul edilməmişdir. İddiaçı vergi orqanı tərəfindən şikayətə cavab verilməməsinə baxmayaraq həmin şikayəti verdikdən sonra 6 aydan çox müddət ərzində məhkəməyə müraciət etməmiş, qərarı məhkəmə qaydasında mübahisələndirməmişdir ki, məhkəmə bunu qərardan şikayət vermə müddətinin buraxılması kimi qiymətləndirir. Belə olan halda iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, **********787700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddiası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********787700 nömrəli Qərarın ləğv edilməsi hissəsində mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7t Hacıbəyova