Məhkəmə qərarları › İş №e-2-1(112)-2077/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2077/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2077/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndələri Nümayəndə və X1, üçüncü şəxs “Allience Logistics” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehə Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz əldə edilmiş mənfəətin ödənilməsi haqqında 28 iyun 2024-cü il tarixli göstərişin inzibati akt kimi təqdim edilməsinin qanunsuz hesab olunması və antiinhisar qanunvericiliyin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, 12 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - ADY) barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri üzrə işin qaldırılması qərara alınmışdır. Daha sonra Xidmət tərəfindən müvafiq araşdırmalar aparılaraq antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli Qərar qəbul olunmuş, həmçinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında 28 iyun 2024-cü il tarixli göstərişlə ADY-yə qarşı bir sıra tələblər irəli sürülmüşdür. Qeyd edilən Qərarın və Göstərişin qəbul edilərək müəyyən işlərin görülməsinin təmin edilməsi tapşırığının verilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən Xidmətin antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında 28 iyun 2024-cü il tarixli Göstərişinin inzibati akt kimi təqdim edilməsi qanunsuz hesab edilməli və 24 iyun 2024-cü il tarixli Qərarı ləğv edilməlidir. Xidmət tərəfindən qəbul edilmiş Qərarın və Göstərişin əsassız və qanunsuz olması ilə bağlı aşağıdakılar qeyd edilir: ADY tərəfindən “mesplan”ların razılaşdırılmasından imtina edilməsi ilə əlaqədar: Xidmətin gəldiyi nəticəyə əsasən “mesplan”ların razılaşdırılmasından imtina olunması mexanizmi istifadə edildikdən sonra ADY-nin törəmə müəssisələrinin müvafiq bazarda daşıma həcmi 37,6%-dən 72,1%ə artmış, "xxxx" MMC-nin daşıma həcmi 58,3%-dən 27,1%-dək azalmış, həmçinin, həmin dövrdə qüvvədə olan müqavilədə debitor borca görə “mesplan”ın razılaşdırılmasından imtina edilməsi öz əksini tapmamışdır. Məhz buna əsasən Xidmət o qərara gəlmişdir ki, ADY “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələblərini pozmuşdur. Qeyd olunmalıdır ki, Xidmət məsələni tam və hərtərəfli araşdırmamış, verilmiş məlumatları düzgün təhlil etməmiş, həmçinin qeyd etdiyi rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, X5 (MDB), Gürcüstan və Baltikyanı dövlətlərin dəmiryolu nəqliyyatlarında daşınan yüklərin planlaşdırılma qaydaları Birliyinin iştirakçı dövlətlərinin X2 (DNŞ) 19 oktyabr 2001-ci il tarixli 30№-li Protokolu və sonrakı illərdə həmin protokola edilən dəyişikliklərlə tənzimlənir. DNŞ-ın təşəbbüsü ilə məlumatların mübadiləsi üçün elektron sistem fəaliyyət göstərir. Dövlətlərin dəmiryolu administrasiyaları tərəfindən daşımaların düzgün təşkili üçün əvvəlcədən daşınacaq yük haqqında bütün məlumatlar razılaşma sənədi olan “mesplan” vasitəsi ilə verilir. “Mesplan” razılaşması olmadan yüklərin dəmiryolu nəqliyyatı vasitəsi ilə daşınmaya qəbul edilməsinə icazə verilmir. xx.xx.2018-ci il tarixdə ADY ilə "xxxx" Məhdud Məsuliyyətyli Cəmiyyəti arasında “Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında” 484 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən ADY müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında "xxxx" MMC-yə yüklərin yerli və beynəlxalq ekspedisiyası zamanı xidmətləri təqdim etməyi, "xxxx" MMC isə xidmətlərdən istifadə müqabilində müqavilənin şərtlərinə uyğun olaraq ödənişləri etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən xidmətlərin ADY tərəfindən təqdim edilməsindən öncə xidmətlərin altkodlara uyğun olaraq hesablanmış ilkin dəyəri ADY tərəfindən "xxxx" MMC-yə təqdim edilir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ilkin dəyər "xxxx" MMC tərəfindən əvvəlcədən tam şəkildə ödənildikdən sonra xidmətlər ADY tərəfindən təqdim edilir. Müqavilənin 3.11-ci maddəsinə əsasən ADY və "xxxx" MMC üzləşmə apardıqları müddət üçün qarşılıqlı borcların olduğunu müəyyən və təsdiq edərlərsə, Tərəflər belə borcların ödənilməsi üçün 5 (beş) bank günü ərzində zəruri tədbirlər görürlər. Müqavilənin 5.1-ci maddəsində əsasən müqavilə üzrə müəyyən edilmiş ödənişlərin həyata keçirilməsini "xxxx" MMC-dən tələb etmək ADY-nin hüququdur. Müqavilənin 5.4.1-ci maddəsinə əsasən xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada vaxtında ADY-yə ödəmək "xxxx" MMC-nin öhdəliyidir. Xidmət müqavilənin 3.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, ADY heç bir halda xidmətlərin təqdim edilməsini dayandırmamalıdır. Lakin Xidmət müqavilənin 3.4-cü maddəsini düzgün tövsif edə bilməmişdir. Müqavilənin 3.4-cü maddəsinə əsasən ADY xidmətləri təqdim etməzdən əvvəl alt-kodlara uyğun olaraq hesablanmış ilkin dəyəri "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilə müqayisə edir. Müqayisə nəticəsində "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilkin dəyərdən az olması müəyyən edilərsə, bu halda ADY dərhal "xxxx" MMC-yə məlumat verir. "xxxx" MMC bu məlumatı aldıqdan sonra ən geci növbəti iş günü ərzində bu halı aradan qaldırmalıdır. ADY heç bir halda xidmətlərin təqdim edilməsini dayandırmamalıdır. Bu maddə o hala şamil olunur ki, artıq "xxxx" MMC-nin ödənişi təsdiq olunub, lakin ilkin dəyərindən az olması müəyyən edilir, belə olan halda ADY "xxxx" MMC-yə məlumat verir, lakin xidməti dayandırmır. Qeyd olunan cümlə o anlama gətirmir ki, "xxxx" MMC heç bir ödəniş etmədən, borclu olduğu halda ADY xidmətini dayandıra bilməz. Baxmayaraq ki, "xxxx" MMC-nin il ərzində debitor borcu 15.134,810 (on beş milyon yüz otuz dörd min səkkiz yüz on) manatdan aşağı olmamış, ADY uzunmüddətli əməkdaşlığı rəhbər tutaraq, "xxxx" MMC-yə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsini fasiləsiz olaraq həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin ADYyə debitor borcu 18.538,584 (on səkkiz milyon beş yüz otuz səkkiz min beş yüz səksən dörd) manat təşkil etmişdir. Bu səbəbdən ADY-nin "xxxx" MMC ilə əməkdaşlığı dayandırmasına tam hüququ çatdığı halda, bunu etməmişdir. Bu halda Xidmət hansı əsasla hesab etmişdir ki, ADY "xxxx" MMC-nin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırır. Xidmət qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ilin oktyabr-noyabr aylarında "xxxx" MMC-yə aid sifarişlə “X7” SC-dən daxil olan 43 ədəd “mesplan”ın razılaşdırılmasından ADY tərəfindən heç bir səbəb göstərilmədən imtina olunmuşdur. İlk nöbvədə qeyd olunmalıdır ki, Xidmət ədalətli araşdırma aparsaydı diqqət yetirərdi ki, Qərarda göstərilən Cədvəl 1-də qeyd olunan 43 ədəd “mesplan”lar "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aiddir. "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında bağlanılan müqavilənin şərtlərinə "xxxx" Şirkəti tərəfindən əməl olunmayıbsa, "xxxx" MMC öz iddialarını ADY-yə deyil, "xxxx" Şirkətinə yönəltməli idi. Bildirilir ki, Xidmət Cədvəl 4-ü təhlil edərkən qərəzli və natamam nəticəyə gəlmişdir. Belə ki, Xidmət qeyd etmişdir ki, “mesplan”ların razılaşdırılması üzrə imtina sayında iyun ayından etibarən artım baş vermişdir, 2023- cü ilin ilk beş ayı ərzində imtina sayı cəmi 31 ədəd olmuş, digər 432 ədəd imtina isə ilin 7 ayında (iyun-dekabr) verilmişdir. Lakin Xidmət nədənsə "xxxx" MMC-nin il ərzində təsdiqlənmiş “mesplan”ların sayını qeyd etməmişdir. 2023-cü ilin ilk beş ayı ərzində "xxxx" MMC-nin 5.335 ədəd “mesplan”ı təsdiq olunduğu halda, 2023-cü ilin 7 ayında (iyun-dekabr) 6.997 ədəd “mesplan”ı təsdiq olunmuşdur. Beləliklə, "xxxx" MMC-nin yüklərin daşınmasında azalma olmamış, əksinə artım baş vermişdir. Xidmətin qərəzli münasibəti Cədvəl 5-in təhlilində də müşahidə olunur. Xidmətin gəldiyi nəticəyə əsasən “mesplan”ların razılaşdırılmasından imtina olunması mexanizmi istifadə edildikdən sonra ADY-nin törəmə müəssisələrinin müvafiq bazarda daşıma həcmi 37,6%-dən 72,1%-ə artmış, "xxxx" MMC-nin daşıma həcmi 58,3%-dən 27,1%-dək azalmışdır. Lakin Xidmət bu nəticəyə gəldikdə hesablamanı nəyə əsasən apardığını qeyd etməmişdir. Cədvəl 5-dən görünür ki, 2023-cü ildə fraxt-agentlərin sırasında "xxxx" MMCnin 12.332 ədəd “mesplan”ı təsdiq edilmiş, 463 ədədi imtina olunmuşdur. "xxxx" MMC-nin 7.075 ədəd “mesplan”ı təsdiq edilmiş, 462 ədədi imtina olunmuş, "xxxx" MMC-nin 2.117 ədəd “mesplan”ı təsdiq edilmiş, 1 ədədi imtina olunmuşdur. Beləliklə, ölkə üzrə 2023-cü ildə daşımaların sayına görə "xxxx" MMC birinci yerdə olmuşdur. ADY-yə qarşı bu cür məqsədli şəkildə olunmuş əsassız və haqsız ittihamlar və şikayətlər əksinə "xxxx" MMCnin haqsız rəqabətin apardığını və bazarda monopolist şirkət kimi qalmaq niyyətində olduğunu təsdiq edir.

3. Uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar Xidmət qeyd edir ki, "xxxx" MMC tərəfindən “Kazatoprom” SC-yə aid uran konsentratı yükünün daşınması ilə əlaqədar baza tarifinin 4.412 ABŞ Dolları müəyyən edildiyi dövrdə (xx.xx.2023-xx.xx.2023-cü il) daha aşağı 2,940 ABŞ dolları tarifi ilə tərəflər arasında müqavilə bağlanılmışdır (xx.xx.2023-cü il). Xidmət qeyd edir ki, "xxxx" MMC təhlükəli yüklərin daşınması ilə bağlı tarifə tətbiq olunmuş 2 əmsalın “Kazatoprom” SC-nin müracəti əsasında ADY tərəfindən aidiyyəti prosedurlar həyata keçirilərək ləğv ediləcəyi barədə əvvəlcədən məlumatlı olmuş və daşımanı aşağı qiymət əsasında həyata keçirmişdir. Buna əsasən Xidmət qərara gəldi ki, ADY “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmuşdur. Qeyd olunanlar bir daha Xidmətin qərəzli mövqeyini nümayiş etdirir. Belə ki, ADY tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9506/2023 nömrəli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. Bu məktubu və Tarif Siyasətinin “Ümumi Müddəalar” adlı 1-ci bəndin 2-ci yarımbəndinin tələblərini nəzərə alaraq, MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli ГП/1803-И nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ Dolları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 417623 nömrəli təleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi tərəfindən Tarif Siyasətində xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla “Kazatomprom” SC ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerlərin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 13-1/2- 10051/2023 nömrəli məktubla ADY “KTJ” SC-nin X8 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərin ləğv edilməsini və xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ Dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli ГППТ-Т-16-01/ГП/18149 nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. ADY xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə “Q-log” MMO arasında “Nəqliyyat ekspedisiya xidmətinə dair” 2023/M-115 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən Ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında Sifarişçinin və onun hesabına ölkədaxili ve beynəlxalq nəqliyyat - ekspedisiya xidmətləri göstərir. "xxxx" MMC öz fəaliyyətinə uyğun müqavilə bağlamışdır. Müqavilədə nə uranın daşıması, nə də xx.xx.2023-cü il tarixdən köhnə tarifin tətbiqi qeyd olunmamışdır. X11 Daşımaları üzrə Sazişin 30-cü maddəsinin 3-cü hissəsinə əsasən yük ödənişləri daşınma müqaviləsi bağlandığı gün qüvvədə olan tariflərə əsasən hesablanır. X11 Daşımaları üzrə Sazişə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Qaimə üzrə hesablaşmalar ştempel (tarix göstərən möhür) vurulduğu gün üçün qüvvədə olan tariflərə əsasən aparılır. “Kazatoprom” SC-nin uran konsentratı ilə bağlı yük qaimələrinin hamısında ştempel (tarix göstərən möhür) vurulduğu gün xx.xx.2023-cü il tarixi qeyd olunub, bu isə bir daha sübuta yetirir ki, ADY tərəfindən "xxxx" MMC üçün heç bir sərfəli şərtlər yaradılmamışdır və yük noyabr ayı üçün nəzərdə tutulmuş tariflə göndərilmişdir. Onu da qeyd etmək lazımdır ki, "xxxx" MMC-nin əməkdaşının “Q-log” MMO-nun səlahiyyətli nümayəndəsi ilə yazışması (WhatsApp) mövcüddur. Həmin yazışma Xidmətə də təqdim olunmuşdur, lakin qərəzli olaraq nəzərə alınmamışdır. Belə ki, yazışmaya əsasən, “Q-log” MMO-nun səlahiyyətli nümayəndəsi xx.xx.2023-cü ildə "xxxx" MMC-nin əməkdaşına müraciət edib, Uran konsentratın daşınması ilə əlaqədar tariflərin təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin əməkdaşı xx.xx.2023-cü ildə mövcüd tarifləri qarşı tərəfə təqdim etmiş və bildirmişdir ki, yüklərin göndərilməsi noyabr ayında baş tutsa o zaman köhnə tarif tətbiq olunacaq, göndəriş dekabr ayında təsadüf etsə, dekabrın 1-dən əlavə olaraq 2 əmsal tətbiq ediləcək. Bundan məlumatsız olan qarşı tərəf bildirir ki, tarifin dəyişilməsi barədə qərar almayıb. Bu isə onu sübuta yetirir ki, xx.xx.2023-cü ildə “Q-log” MMO öz azad seçiminə əsasən "xxxx" MMC-yə müraciət edib. Tariflərin dəyişməsindən məlumatsız olan “Q-log” MMO "xxxx" MMC-nin endirilmiş tariflərə görə məcbur olub müracət etməyib. “Q-log” MMO xx.xx.2023cü ildə "xxxx" MMC ilə ona görə müqaviləni bağlayıb ki, yük təcili olaraq noyabr ayında çıxsın və yükə qaldırılmamış tariflər tətbiq edilsin. Uran yükü ilə bağlı daşınma müqaviləsi (qaimə) xx.xx.2023-cü ildə bağlanılıb. Yük noyabr ayında göndərilib, noyabr ayına isə köhnə tariflər tətbiq olunur, bunu bilən “Q-log” MMO öz seçiminə əsasən "xxxx" MMC və ya digər farxt-agenti ilə müqaviləni bağlaya bilərdi və ödənişdə heç bir fərq olmazdı. "xxxx" MMC digər fraxt-agentlər kimi ADY-nin xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramını aldıqdan sonra tarifin qaldırılmamasından məlumatlı olublar.

4. "xxxx" MMC-yə güzəştlərin tətbiq edilməsi və Hövsan stansiyası tərəfindən aparılmış hesablamalar ilə əlaqədar Xidmət qeyd edir ki, ADY-nin xx.xx.2023-cü il tarixli 13-1-23/3-5-10275/2023 nömrəli Əmri ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinədək tranzit konteyner daşımaları zamanı Ələt və Hövsan stansiyalarından aidiyyəti liman ərazisinə verilib-götürülməsində güzəştlər verilmiş, həmçinin xx.xx.2023-cü il tarixinədək Gürcüstan Dəmiryollarının inventar parkına məxsus vaqonlarından istifadəyə görə 4 (dörd) vaqon/gün müddətində MDB vaqonlarından istifadə haqqının ödənilməsindən azad edilmişdir. Buna əsasən Xidmət qərara gəldi ki, ADY “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmuşdur. Bildiririk ki, Güzəştlər ADY-nin Tarif Komissiyası tərəfindən marşrut istiqaməti, yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla müəyyən olunur. Qeyd olunmalıdır ki, Xidmət nəzərə almamışdır ki, ADY-nin xx.xx.2023-cü il tarixli 13-1-23/3-5-10275/2023 nömrəli Əmri ilə nəzərdə tutulan güzəştlər yalnız "xxxx" MMC-yə təyin edilməyib. Əmrin 1.2.3-cü, 1.2.4-cü, 1.2.12-ci bəndlərində "xxxx" MMC və "xxxx" FZCO üçün də xüsusi güzəştlər nəzərdə tutulub və göründüyü kimi həmin hissələrdə güzəştlər "xxxx" MMC üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən təsdiq edilmiş yuxarı hədd tarifləri çərçivəsində dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri, marşrut istiqaməti, tranzit yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla, güzəştlərin tətbiqində sərbəstdirlər. Onu da qeyd etmək lazımdır ki, "xxxx" MMC-nin ADYyə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubda ona 44/S nömrəli Əmrlə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları” kitabında nəzərdə tutulan bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. Bildiririk ki, bu cür güzəştlər nə "xxxx" MMC-yə nə də digər fraxt-agentlərə tətbiq olunmamışdır, bu səbəbdən "xxxx" MMC-nin müraciəti müsbət nəticələnməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ADY ilə X7 arasında xx.xx.2023-cü ildə bağlanmış Protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023cü ilədək davam edib. Bu isə o anlamına gətirir ki, "xxxx" MMC tərəfindən ADY-yə xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcüd olmamışdır. Göründüyü kimi bu hissədə də Xidmət tərəfindən irəli sürülən tələb əsassızdır. Məlumat üçün bildirilir ki, yuxarıda qeyd olunan əmrdən əlavə, "xxxx" MMC-yə illər ərzində fərqli daşınmalarda daim güzəştlər verilib. Xidmət Qərar qəbul edərkən bu məsələnin də mahiyyətinə getməmiş, hər hansı müqayisə aparmamışdır. “İnzibati İcraat haqqında” Qanuna əsasən inzibati icraat son nəticədə yekunda vahid inzibati aktın qəbulu məqsədlərinə xidmət edir və bu mənada icraatın yekununa dair fəqli adda (Qərar və Göstəriş), lakin eyni məzmunda 2 qərarın qəbulu istisna olunmalıdır.

5. xx.xx.2024-cü il tarixli Göstəriş xx.xx.2024-cü il tarixli əsas inzibati akta - Qərara bağlıdır və həmin inzibati aktdan irəli gəlir. İnzibatı aktın - Qərarın ləğv olunduğu təqdirdə, xx.xx.2024-cü il tarixli Göstərişin əsası aradan qalxdığı üçün həmin Göstəriş də hər hansı hüquqi əhəmiyyətə malik olmayacaq. Lakin, Xidmət Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-469/2024 nömrəli Qərarında Məhkəmənin mövqeyini nəzərə almamış, yenidən Göstərişi inzibati Akt kimi rəsmilləşdirib ADY-nin şikayət etmə hüququnu qeyd etmişdir. Bu səbəbdən Göstərişin ikinci inzibati akt kimi təqdim edilməsi qanunsuzdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasəndövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Qeyd edilən bu və digər tələb və göstərişlər isə “Təbii inhisarlar haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” qanunlardan irəli gəlmir və Xidmətin səlahiyyətlərini aşır.

6. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, "xxxx" QSC tərəfindən “mesplan”ların razılaşdırılmasından imtina edilməsi ilə əlaqədar Cəmiyyət iddia ərizəsində qeyd edir ki, xx.xx.2018-ci il tarixdə ADY ilə "xxxx" Məhdud Məsuliyyətyli Cəmiyyəti arasında “Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında” 484 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən ADY müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında "xxxx" MMC-yə yüklərin yerli və beynəlxalq ekspedisiyası zamanı xidmətləri təqdim etməyi, "xxxx" MMC isə xidmətlərdən istifadə müqabilində müqavilənin şərtlərinə uyğun olaraq ödənişləri etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən xidmətlərin ADY tərəfindən təqdim edilməsindən öncə xidmətlərin altkodlara uyğun olaraq hesablanmış ilkin dəyəri ADY tərəfindən "xxxx" MMC-yə təqdim edilir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ilkin dəyər "xxxx" MMC tərəfindən əvvəlcədən tam şəkildə ödənildikdən sonra xidmətlər ADY tərəfindən təqdim edilir. Müqavilənin 3.11-ci maddəsinə əsasən ADY və "xxxx" MMC üzləşmə apardıqları müddət üçün qarşılıqlı borcların olduğunu müəyyən və təsdiq edərlərsə, tərəflər belə borcların ödənilməsi üçün 5 (beş) bank günü ərzində zəruri tədbirlər görürlər. Müqavilənin 5.1-ci maddəsində əsasən müqavilə üzrə müəyyən edilmiş ödənişlərin həyata keçirilməsini "xxxx" MMC-dən tələb etmək ADY-nin hüququdur. Müqavilənin 5.4.1-ci maddəsinə əsasən xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada vaxtında ADY-yə ödəmək "xxxx" MMC-nin öhdəliyidir.

7. Lakin Xidmət müqavilənin 3.4-cü maddəsini düzgün tövsif edə bilməmişdir. Müqavilənin 3.4-cü maddəsinə əsasən ADY xidmətləri təqdim etməzdən əvvəl alt-kodlara uyğun olaraq hesablanmış ilkin dəyəri "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilə müqayisə edir. Müqayisə nəticəsində "xxxx" MMC tərəfindən ödənilmiş məbləğ ilkin dəyərdən az olması müəyyən edilərsə, bu halda ADY dərhal "xxxx" MMC-yə məlumat verir. "xxxx" MMC bu məlumatı aldıqdan sonra ən geci növbəti iş günü ərzində bu halı aradan qaldırmalıdır. ADY heç bir halda xidmətlərin təqdim edilməsini dayandırmamalıdır. Bu maddə o hala şamil olunur ki, artıq "xxxx" MMC-nin ödənişi təsdiq olunub, lakin ilkin dəyərindən az olması müəyyən edilir, belə olan halda ADY "xxxx" MMC-yə məlumat verir, lakin xidməti dayandırmır. Qeyd olunan cümlə o anlama gətirmir ki, "xxxx" MMC heç bir ödəniş etmədən, borclu olduğu halda ADY xidmətini dayandıra bilməz.

8. Baxmayaraq ki, "xxxx" MMC-nin il ərzində debitor borcu 15.134.810 (on beş milyon yüz otuz dörd min səkkiz yüz on) manatdan aşağı olmamış, ADY uzunmüddətli əməkdaşlığı rəhbər tutaraq, "xxxx" MMC-yə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsini fasiləsiz olaraq həyata keçirmişdir. Bununla əlaqədar bildirilir ki, Cəmiyyətin bu fikri tamamilə əsassızdır. "xxxx" QSC tərəfindən bildirilmişdir ki, imtinalar "xxxx" MMC tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur, lakin burada həlledici rolu "xxxx" MMC-nin 2023-cü ildə müvafiq bazarda əldə etdiyi həcmlərin yenidən "xxxx" QSC-nin törəmə müəssisələrinə keçməsi kimi subyektiv əsas oynamışdır.

9. Belə ki, “mesplan”ların razılaşdırılmasından imtina olunması mexanizmi istifadə edildikdən sonra "xxxx" QSC-nin törəmə müəssisələrinin müvafiq bazarda daşıma həcmi 37,6%-dən 72,1%-ə artmış, "xxxx" MMC-nin daşıma həcmi 58,3%-dən 27,1%-dək azalmışdır. Həmin dövrdə qüvvədə olan müqavilədə debitor borca görə “mesplan”ın razılaşdırılmasından imtina edilməsi öz əksini tapmamışdır. Əksinə, müqaviləyə uyğun olaraq "xxxx" QSC xidmətlərin göstərilməsini heç bir halda dayandırmamalı idi. Ələxsus həmin dövrdə qüvvədə olan müqaviləyə əsasən yük daşımalarının avans ödənişi ilə həyata keçirilməsi şərti müəyyən olunmuş və "xxxx" QSC "xxxx" MMC-nin debitor borcları ilə əlaqədar müqavilədə nəzərdə tutulmamış “mesplan”ların razılaşdırılmasından imtina edilməsi mexanizmi əvəzinə, müqavilə ilə nəzərdə tutulmuş çərçivədə addımlar atmalı idi. Faktiki olaraq isə 2023-cü ildə fəaliyyət göstərmiş 7 fraxt-agentdən (o cümlədən "xxxx" QSC-nin törəmə müəssisələri) yalnız biri (Alliance Logistics FZCO) buna tam riayət etmişdir. Eyni zamanda, borcla daşınma həyata keçirən ekspeditorlara (o cümlədən "xxxx" QSC-nin törəmə müəssisələrinə) münasibətdə debitor borca görə “mesplan”lar üzrə tam şəkildə imtinalar verilməmişdir. Göstərilənləri nəzərə alaraq, Komissiya işə baxılmasının bu hissəsi üzrə hesab edir ki, "xxxx" QSC tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur.

10. Uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar iddiaçı qeyd edir ki, xx.xx.2023-cü il tarixli 13-1/2-9506/2023 nömrəli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. Bu məktubu və Tarif Siyasətinin “Ümumi Müddəalar” adlı 1-ci bəndin 2-ci yarımbəndinin tələblərini nəzərə alaraq, MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt il üçün Tarif Siyasətinin rəsmi mətninə 76 nömrəli dəyişikliyi etmiş, xx.xx.2023-xx.xx.2023-cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ dolları müəyyən edilmişdir və xx.xx.2023-cü il tarixli ГП/1803-И nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023-cü il tarixli 417623 nömrəli təleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxtagentlərə) MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi tərəfindən Tarif Siyasətində xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. Bundan sonra “Kazatomprom” SC xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerlərin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 13-1/2-10051/2023 nömrəli məktubla ADY “KTJ” SC-nin X8 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərin ləğv edilməsini və xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ Dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli ГППТ-Т-16-01/ГП/18149 nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. Cəmiyyət bundan sonra xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. Eyni zamanda, “Kazatoprom” SC-nin uran konsentratı ilə bağlı yük qaimələrinin hamısında ştempel (tarix göstərən möhür) vurulduğu gün xx.xx.2023-cü il tarixi qeyd olunub, bu isə bir daha sübuta yetirir ki, ADY tərəfindən "xxxx" MMC üçün heç bir sərfəli şərtlər yaradılmamışdır və yük noyabr ayı üçün nəzərdə tutulmuş tariflə göndərilmişdir. İddiaçının bu fikrinə münasibətdə bildirilir ki, təhrif edilmiş və yanlış məlumatlar verərək uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınmasına şərait yaratdığını gizlətməyə çalışır. Bununla əlaqədar olaraq, iddiaçının bu fikri tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinin uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar olan hissəsində qeyd edilən tarixlərə baxıldığı zaman iddiaçının ekspeditorları (fraxt-agentləri), o cümlədən "xxxx" MMC-ni, bərabərlik prinsipindən irəli gələrək aidiyyəti üzrə məlumatlandırmamış və ya gec məlumatlandırmış, bununla da uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınmasına şərait yaratmışdır. “Kazatomprom” SC-dən daxil olmuş müraciət və baza tarifinə tətbiq edilmiş 2 əmsalın ləğvi ilə bağlı məktublaşmalardan xəbərdar olmasına baxmayaraq, "xxxx" QSC ekspeditorları (fraxt-agentləri) gecikmə ilə, yəni "xxxx" MMC-nin ekspeditor olduğu uran konsentratı yükü artıq Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra məlumatlandırmışdır. "xxxx" MMC tərəfindən “Kazatomprom” SC-yə aid uran konsentratı yükünün daşınması ilə əlaqədar müqavilə baza tarifinin 4,412.00 ABŞ dolları müəyyən edildiyi dövrdə (xx.xx.2023-xx.xx.2023-cü il) daha aşağı 2,940 ABŞ dolları tarifi ilə bağlanılmışdır (xx.xx.2023-cü il). Təbii ki, bazarda "xxxx" MMC-dən daha aşağı qiymətə təklif verən olmadığı üçün müqavilə bağlamaqda üstünlüyü “Kazatomprom” SC ADY-nin törəmə şirkətinə vermişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla “Kazatomprom” SC ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerlərin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı özü də qeyd edir ki, “Kazatoprom” SC-nin uran konsentratı ilə bağlı yük qaimələrinin hamısında ştempel (tarix göstərən möhür) vurulduğu gün xx.xx.2023-cü il tarixi qeyd olunub. Beləliklə, "xxxx" MMC təhlükəli yüklərin daşınması ilə bağlı tarifə tətbiq olunmuş 2 əmsalın “Kazatomprom” SC-nin müraciəti əsasında "xxxx" QSC tərəfindən aidiyyəti prosedurlar həyata keçirilərək ləğv ediləcəyi barədə əvvəlcədən məlumatlı olmuş və daşınmanı aşağı qiymət əsasında həyata keçirəcəyini bildirmiş və bunun əsasında tərəflər arasında müqavilə bağlanmışdır. Lakin, "xxxx" QSC ekspeditorları (fraxt-agentləri) gecikmə ilə, yəni "xxxx" MMC-nin ekspeditor olduğu uran konsentratı yükü artıq Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra məlumatlandırmışdır. Göstərilənləri nəzərə alaraq, Komissiya işə baxılmasının bu hissəsi üzrə hesab edir ki, "xxxx" QSC tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulmuşdur.

11. "xxxx" MMC-yə güzəştlərin tətbiq edilməsi və Hövsan stansiyası tərəfindən aparılmış hesablamalar ilə əlaqədar iddiaçı iddia ərizəsində qeyd edir ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixli 13-1-23/3-5- 10275/2023 nömrəli Əmri ilə nəzərdə tutulan güzəştlər yalnız "xxxx" MMC-yə təyin edilməyib. Əmrin 1.2.3-cü, 1.2.4-cü, 1.2.12-ci bəndlərində "xxxx" MMC və "xxxx" FZCO üçün də xüsusi güzəştlər nəzərdə tutulub və göründüyü kimi həmin hissələrdə güzəştlər "xxxx" MMC üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən təsdiq edilmiş yuxarı hədd tarifləri çərçivəsində dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri, marşrut istiqaməti, tranzit yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla, güzəştlərin tətbiqində sərbəstdirlər.

12. Əlavə olaraq iddiaçı bildirir ki, "xxxx" MMC-nin ADY-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubda ona 44/S nömrəli Əmrlə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları” kitabında nəzərdə tutulan bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. Bildiririk ki, bu cür güzəştlər nə "xxxx" MMC-yə, nə də digər fraxt-agentlərə tətbiq olunmamışdır, bu səbəbdən "xxxx" MMC-nin müraciəti müsbət nəticələnməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ADY ilə X7 arasında xx.xx.2023-cü ildə bağlanmış Protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023-cü ilədək davam edib. Bu isə o anlamına gətirir ki, "xxxx" MMC tərəfindən ADY-yə xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcüd olmamışdır. İddiaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, işə baxılma zamanı iddiaçı tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 13-1- 23/3-5-10275/2023 nömrəli Əmrlə güzəştlərin məhz "xxxx" MMC-yə tətbiq edilməsinə səbəb həmin dövrdə konteyner daşımalarının əsasən törəmə müəssisəsi tərəfindən həyata keçirilməsi olmuşdur, lakin faktiki olaraq isə sözügedən dövrdə müvafiq bazarda fəaliyyət göstərən ekspeditorlar tərəfindən güzəştlərlə bağlı müraciət olunduğu təqdirdə belə güzəştlərin onlara şamil edilməsindən imtina olunmuş (məsələn "xxxx" MMC-yə), bununla da müvafiq bazarda sağlam rəqabətin aparılmasına təsir göstərilmişdir. Eyni zamanda, "xxxx" MMC-yə verilən aşağıdakı güzəştlər də "xxxx" QSC tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulmasına səbəb olmuşdur: Gürcüstan Dəmiryollarının inventar parkına məxsus vaqonlardan istifadə edilməsinə görə yalnız "xxxx" MMC müvafiq rüsumdan azad edilmişdir, halbuki "xxxx" MMC tərəfindən də həmin vaqonlardan istifadə olunmuşdur; "xxxx" MMC-yə verilib-götürülmə yığımının hesablanması 44/S kitabı ilə tətbiq olunan tariflərdən fərqli olaraq güzəştli tariflər əsasında aparılmışdır; "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin balansına verilmiş 200 fitinqli vaqon platformalar "xxxx" QSC-nin inventar parkına məxsus vaqonlar kimi qəbul edilmiş və stansiyalarda əlavə xidmətlərə görə tətbiq edilən bütün növ yığımlardan azad edilmişdir.

13. Əlavə olaraq, daha vacib bir məqam ondan ibarətdir ki, təbii inhisar subyekti dövlət və ictimai maraqlar naminə fəaliyyət göstərməlidir. Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Cəmiyyətin məhkəmədən ləğv edilməsini tələb etdiyi qərar ölkəmizin milli iqtisadi maraqlarını nəzərdə tutur. Uzun illər rəqabətin təmin edilmədiyi, subyektiv maraqlar əsasında qərarların qəbul olunduğu, zərərlə işləyən və bugünkü sahibkarlıq mühitinin tələblərinə cavab verməyən dəmir yolu təsərrüfatında faydalı dəyişikliklərin əldə edilməsi çox vacib və zəruridir. Bu zərurət ölkəmizin qarşısına qoyduğu iqtisadi inkişaf tələblərindən irəli gəlir. Qərarda nəzərdə tutulmuş göstərişlərin icrasına nail olunması dəmir yol təsərrüfatında böyük dəyişikliklərə, xüsusilə də qərb-şərq yükdaşımaları üzrə ölkəmizin nəqliyyat dəhlizinə çevrilməsinə ciddi təkan verəcəkdir. Əgər tariflər üzrə güzəşt verilirsə bu Cəmiyyətin müqavilə bağladığı (bu belə rəqabəti pozan haldır) şəxslərə deyil, mallara görə müəyyən edilməlidir. Belə malların (yüklərin) siyahısı müəyyən olunmalı və elan edilməlidir. Çünki güzəşt alan müəssisə daşıdığı bütün yüklərə münasibətdə həmin güzəştlərdən (endirilmiş tariflərdən) istifadə edir. Bu hal rəqabəti aradan qaldırır. Çünki güzəşt hüququ olmayan (Cəmiyyətin müqavilə bağlamadığı) ekspeditorlar tərəfindən yüklər güzəştsiz tariflərlə daşınır ki, bu da əlbəttə Cəmiyyətin törəmə şirkətlərinin güzəştli tariflərindən baha olmuş olur. Qeyd edildiyi kimi, tariflər subyektlərə münasibətdə deyil, yüklərə münasibətdə təsbit olunmalıdır. Məsələn, strateji məhsul olan hər hansı əmtəənin daşınması tariflərinə güzəşt müəyyən edilə bilər, bu halda həmin əmtəənin daşınması üzrə fəaliyyəti həyata keçirən bütün subyektlər yalnız əmtəənin daşınması üzrə belə güzəştdən bəhrələnəcəklər. Əks halda, güzəştin şəxsə tətbiq olunması, hər zaman müəyyən bir şəxsin qazanmasına xidmət göstərəcək ki, bu da həmin bazardakı digər subyektlərin rəqabət apara bilməməsinə, habelə inhisarlaşmaya səbəb olacaq.

14. Eyni zamanda, iddiaçının qeyd etdiyi müqavilə münasibətlərini mülki hüquq subyektlərinin arasında yaranan və sərbəst iradəyə əsaslanan münasibətlər kimi təqdim etmək əsassızdır. Belə ki, Cəmiyyət təbii inhisar subyekti olmasına baxmayaraq, təbii inhisar fəaliyyət sahəsinə aid olmayan sahələrdə dolayısı yolla hökmran mövqeyə malik ola bilər. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətidir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur...

15. Cəmiyyətin özünün ekspeditor fəaliyyəti göstərməsi, tarifləri və güzəştləri açıqca bəyan etməməsi və ya gec bəyan etməməsi (bazarda "xxxx" MMC-dən daha aşağı qiymətə təklif verən olmadığı üçün müqavilə bağlamaqda üstünlüyü “Kazatomprom” SC ADY-nin törəmə şirkətinə vermişdir) bir tərəfli qaydada subyektiv qərarlarla şirkətlərə üstünlük verməsi həm Prezidentin fərman və sərəncamları ilə təsdiq edilmiş strateji məqsədlər ilə ziddiyət təşkil edir həm də təbii inhisar vəziyyətindən rəqabətli bazarlara keçidi məhdudlaşdırır.

16. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(112)-371/2024 nömrəli qərardadı ilə "xxxx" qapalı səhmdar cəmiyyətinin “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi təmin edilərək, antiinhisar qanunvericiliyinin pozulması və qanunsuz əldə edilmiş mənfəətin ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli göstərişin inzibati akt kimi qanunsuz hesab olunması və Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərarının icrası dayandırılmışdır.

18. Sözügedən məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(103)-193/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15(112)-371/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-11884/2024 nömrəli qərardadı ilə "xxxx" MMC və “Caspian Rail” ММС hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2077/2025 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Dəmir Yolları” QSC-nin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur.

21. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs “Caspian Rail” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

22. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə digər üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Allience Logistics” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

26. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir.

27. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

28. Cavabdehin 15 yanvar 2024-cü il tarixli Antiinhisar qanunvericiliyinin pozulması əlamətlari üzrə iş qaldırılması haqqında qərar ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 yanvar 2024-cü il tarixli 3-21-1/3-1-F-2/2024 nömrəli əmrinə əsasən yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası "xxxx" QSC-nin dəmir yol sahəsində konteyner daşımalarını həyata keçirən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina etməsi barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar ilə əlaqədar toplanılmış müvafiq sənəd və məlumatlara baxaraq, oradakı antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin iş qaldırılması üçün kifayət olduğunu qəbul edərək, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsini, 9-cu maddəsinin 1-ci hissəsinin 1-ci və 6-cı bəndlərini, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsini, 18-ci maddəsinin 4-cü bəndini, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.1-ci və 2.1-ci bəndlərinə əsasən hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 1 Yolları" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barələrində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. İşə baxılma iclası xx.xx.2024-cü tarixə saat 15:00-a təyin edilmişdir.

29. Cavabdehin 02 fevral 2024-cü il tarixli Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işin təxirə salınması haqqında qərar ilə hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 1 Yolları" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış 12 yanvar 2024-cü il 3-21-1/3-1-F-2/2024 nömrəli işə baxılması təxirə salınmış, işə baxılma iclası xx.xx.2024-cü il saat 15:00-a təyin edilmişdir.

30. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" QSC tərəfindən sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına görə aşağıdakılar qərara alınmışdır:

1. Hüquqi ünvanı AZ 1010, ünvan 2r Yolları" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində “Antiinhisar fəaliyyəti haqqında" Azerbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin, 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-cı hissəsihin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulmas əlamətləri üzrə qaldırılmış 12 yanvar 2024-cü il tarixli 3-21-1/3-1 -F-2/2024 nömrəli işə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin, 10-cu maddəsinin 2-ci bəndinin, “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması hissələrində xitam verilsin.

2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına (2023-cü ilin noyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) sifarişi ilə verilmiş “mesplan”ların razılaşdırılmasından imtina edilməsi ilə rəqabətin məhdudlaşdırılması) və bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 14.943,37 manat (on dörd min doqquz yüz qırx üç manat otuz yeddi qəpik) gəlir "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.

3. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına (2023-cü ilin noyabr-dekabr aylarında uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınmasında rəqabətin məhdudlaşdırılması) və bununla da "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 194.479,92 manat (yüz doxsan dörd min dörd yüz yetmiş doqquz manat doxsan iki qəpik) gəlir “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.

4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına ("xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-23/3-5-10275/2023 nömrəli Əmri ilə "xxxx" MMC-yə xüsusi güzəştlərin tətbiq edilməsi nəticəsində Hövsan stansiyasında göstərilən xidmətlərin qiymətləri ilə bağlı rəqabətin məhdudlaşdırılması) və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş 36.818,64 manat (otuz altı min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) gəlir (ƏDV-siz) “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsason qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilsin.

5. Hüquqi ünvanı Azərbaycan Respublikası, AZ 1010, ünvan 3an Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) işə baxılmasının nəticələri üzrə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması üçün aşağıdakılar haqqında göstəriş verilsin: 5.1 14.943,37 manat (on dörd min doqquz yüz qırx üç manat otuz yeddi qəpik) gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorların sifarişləri ilə “mesplan”ların razılaşdırılması zamanı subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların venlməsi hallarının dayandırılması, “mesplan”ların razılaşdınlmasından imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi; 5.2 194.479,92 manat (yüz doxsan dörd min dörd yüz yetmiş doqquz manat doxsan iki qəpik) gəlirin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman onların müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, habelə bununla bağlı bütün ekspeditorların vaxtında məlumatlandırılması; 5.3 36.818,64 manat (otuz altı min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) gəlirin (ƏDV-siz) qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli ve rəqabətə əsaslanan münasibətlənn formalaşmasının təmin edilməsi, habelə "xxxx" QSCnin ekspeditor fəaliyyəti göstərən törəmə müəssisələri ilə özəl ekspeditorlar arasında ayrıseçkiliyə yol verilməməsi.

31. Beləliklə, Qərarda iddiaçıya işə baxılmasının nəticələri üzrə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin tələblərinin pozulması hallarının aradan qadırılması üçün gəlirlərin qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorların sifarişləri ilə “mesplan”ların razılaşdırılması zamanı subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, “mesplan”ların razılaşdırılmasından imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi; güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman onların müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, habelə bununla bağlı bütün ekspeditorların vaxtında məlumatlandırılması, müvafiq sahədə fəaliyyət göstərən ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsi, habelə "xxxx" QSC-nin ekspeditor fəaliyyəti göstərən törəmə müəssisələri ilə özəl ekspeditorlar arasında ayrı-seçkiliyə yol verilməməsi barədə göstərişin verilməsi qərara alınmışdır. İddiaçıya xx.xx.2024-cü il tarixli göstəriş verilmişdir.

32. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş cədvələ əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 2023-cü il üzrə ADY-yə olan debitor borcu ümumilikdə 18.538.584 manat olmuşdur. Cavabdeh tərəfindən mesplanların təsdiqindən imtina edildiyi bildirilməklə tərəflər arasında olan müqavilə münasibətlərinin pozulduğu iddia edilsə də, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə münasibətlərinin cavabdeh tərəfindən müvafiq icraatın başlanmasına əsas olmuş şikayətin verildiyi dövrdə və ondan sonra da davam etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" şirkəti ilə "xxxx" QSC arasında sözügedən müqavilə münasibətlərinin pozulmasına əsaslanan və onun nəticələrinin aradan qaldırılmasına yönəlmiş hər hansı məhkəmə mübahisəsinin olması aşkar edilməmişdir.

33. Mübahisəli Qərarda göstərilən cədvəl 1-də (qərarın 12-15-ci səhifələri) qeyd olunan 43 ədəd “mesplan”ların "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olduğu müəyyən edilmişdir. 43 ədəd planlanan daşınmadan 25 ədədi üzrə daşınma baş tutmamış, 18 ədədi üzrə isə daşınmanın "xxxx" MMC tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. "xxxx" şirkəti Gürcüstan şirkətidir və öz seçiminə əsasən 18 ədəd daşımanı "xxxx" MMC vasitəsilə həyata keçirmişdir. Məhkəmə araşdırması ilə həmin müqavilə üzrə daşımaların məhz "xxxx" MMC vasitəsilə həyata keçirilməsinə sövq edən hər hansı sənədin mövcud olmasına dair məlumat aşkar edilməmiş, cavabdeh tərəfindən bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Müvafiq mesplanların təsdiqinə imtina verildikdən sonra daşımanın həyata keçirilməsi məqsədilə "xxxx" şirkəti tərəfindən onların bir qisminə münasibətdə "xxxx" MMC ilə daşımanın həyata keçirilməsinə dair sənədləşmə aparılması sözügedən halda yalnız fərziyyələr və məntiqi nəticələr əsasında iddiaçı tərəfindən bu istiqamətdə antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməsini təsdiq edən sübut qismində çıxış edə bilməz. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" şirkəti tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması və ya müqavilədən irəli gələn öhdəliklərə zidd davarnanış nümayiş etdirilməsi barədə şikayət və ya müraciət daxil olmamışdır.

34. İş materiallarına, iddia ərizəsinə, cavabdehin mübahisəli qərarına və cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, həqiqətən də, 2023-cü ildə fraxt-agentlərin sırasında "xxxx" MMC-nin 12.332 ədəd “mesplan”ı təsdiq edilmiş, 463 ədədi imtina olunmuşdur. Bu isə sonuncunun bazardakı mövqeyində ciddi dəyişikliyin olmadığını ifadə etməkdədir. "xxxx" MMC-nin 7.075 ədəd “mesplan”ı təsdiq edilmiş, 462 ədədi imtina olunmuş, "xxxx" MMC-nin 2.117 ədəd “mesplan”ı təsdiq edilmiş, 1 ədədi imtina olunmuşdur. Bu barədə müvaqif məlumatlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

35. Uran konsentratı yükünün "xxxx" MMC tərəfindən daşınması ilə əlaqədar ADY tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9506/2023 nömrəli məktubla MDB Tarif Razılaşması üzrə İşlər İdarəsinə müraciət edilərək MDB üzv ölkələrin Dəmir Yollarının 2023-cü fraxt ili üçün Beynəlxalq yük daşınmaları üzrə Tarif Siyasətinə Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə tariflərə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün əlavə 2 əmsalın tətbiqi barədə düzəlişin edilməsi xahiş edilmişdir. MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt il üçün Tarif Siyasətinin rəsmi mətninə 76 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli ГП/1803-И nömrəli məktubla aidiyyəti milli dəmiryolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. xx.xx.2023-xx.xx.2023cü il dövrü ərzində Azərbaycan ərazisində təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün baza tarifi 4.412 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 417623 nömrəli təleqramla Azərbaycan Respublikası üzrə aidiyyəti tərəflərə (o cümlədən bütün fraxt-agentlərə) xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün verilmiş dəyişikliklər məlumat və icra üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli xx-xx/3977 nömrəli məktubla “Kazatomprom”SC ADY-yə müraciət edərək 2023-cü ilin sonunadək 91 ədəd uran konsentratı yüklü 20 futluq konteynerin Azərbaycan ərazisindən tranzitlə ixracının nəzərdə tutulduğu, əvvəllər bu məqsədlər üçün "xxxx" MMC ilə bununla bağlı müqavilələrin bağlanmasını və 91 ədəd konteynerin daşınması tariflərinin ilin sonunadək dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 13-1/2- 10051/2023 nömrəli məktubla ADY “KTJ” SC-nin X8 İdarəsinə müraciət edərək xx.xx.2023-xx.xx.2023-cü il və 2024-cü il üçün nəzərdə tutulan tarif dəyişikliklərin ləğv edilməsini və xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün təhlükəli yüklərin daşınması üzrə hər 20 futluq 1 konteyner üçün tarifin 2.206 ABŞ dolları məbləğində saxlanılması barədə məlumat vermişdir. Buna uyğun MDB Tarif Razılaşması üzrə İşlər İdarəsi 2023-cü fraxt ili üçün Tarif Siyasətinin rəsmi mətninə 77 №-li dəyişikliyi etmiş və xx.xx.2023-cü il tarixli ГППТ-Т-16-01/ГП/18149 nömrəli məktubla aidiyyəti milli dəmir yolları idarəetmə orqanlarını bu barədə məlumatlandırmışdır. ADY xx.xx.2023-cü il tarixli 428958 nömrəli teleqramla bütün fraxt-agentlərə və digər aidiyyəti tərəflərə xx.xx.2023-cü il tarixli 417623 nömrəli teleqramın xx.xx.2023-cü il tarixindən ləğv olunduğu barədə məlumat vermişdir. Müvafiq sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur.

36. "xxxx" MMC ADY-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda ona bütün növ əlavə yığımlara dair güzəştlərin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ADY ilə X7 arasında xx.xx.2023-cü ildə bağlanmış Protokola əsasən hər iki tərəfə məxsus inventar parkına aid güzəştlərin tətbiqi xx.xx.2023-cü ilədək davam edib. "xxxx" MMC tərəfindən ADY-yə xx.xx.2023-cü il tarixdə müraciət edildikdə MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcüd olmamışdır. Beləliklə "xxxx" MMCnin müraciət tarixinə mövcud olmayan güzəştlərin tətbiq edilməməsinə görə iddiaçının məsuliyyətə cəlb edilməsi əsassızdır.

37. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsaslı olduğunu hesab edir.

38. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx.xx.2023-cü il tarixli 1051-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar ləğv edilir: 2.1. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli 526 nömrəli Qanunu; 2.2. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli 1049 nömrəli Qanunu; 2.3. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli 590-İQ nömrəli Qanunu. Maddə 3. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Maddə 4. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

39. Mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olmuş “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Maddə 4. Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: ...inhisarçılıq fəaliyyəti – inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyəti;... təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. Maddə 11.1. Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir. Maddə 6. Sahə inhisarçılığı. Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: ...4) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;... 11) rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması. Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: ...7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi;... Maddə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir: ...2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;...

40. Mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: rəqabət — bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır; haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;... rəqib — müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir. Bu Qanunda istifadə olunan digər anlayışlar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edildiyi kimi tətbiq edilir. Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir: digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması; rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması. Maddə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması; rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi. Maddə 7. Haqsız sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; əmtəələrin məcburi əlavə çeşidlə satışı; müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması. Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri

1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar.

41. Mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olmuş “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Maddə 2. Qanunun tənzimlədiyi münasibətlər Bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi məhsul, iş, xidmət (bundan sonra əmtəə) bazarlarında yaranan münasibətləri tənzimləyir. Bu Qanunun müəyyən etdiyi hallar istisna olmaqla, onun müddəaları təbii inhisar subyektlərinin təbii inhisara aid olmayan fəaliyyət sahələrinə şamil edilmir. Maddə 4. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti; təbii inhisar subyekti – təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti; istehlakçı – təbii inhisar subyektinin istehsal etdiyi (satdığı) əmtəəni əldə edən fiziki və ya hüquqi şəxs. Maddə 5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri

1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: ...1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;...

3. Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti

1. Təbii inhisarları tənzimləyən orqanlar bu Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirlər. Təbii inhisarları tənzimləyən orqanlar istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş tədbirlər görürlər.

2. Təbii inhisarları tənzimləyən orqan təbii inhisar subyektləri tərəfindən həyata keçirilən aşağıdakı hərəkətlər üzərində nəzarət edir: 2.1. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilməyən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəələrin istehsalına cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri bu subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa); 2.2. Barəsində bu Qanuna uyğun olaraq dövlət tənzimlənməsi tətbiq edilən əmtəənin istehsalı (satışı) üçün əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi (əgər təbii inhisar subyektinin bütövlükdə həmin əmtəənin istehsalına (satışına) cəlb olunmuş əsas vəsaitlərin balans dəyəri həmin subyektin təsdiq olunmuş son balansı üzrə nizamnamə kapitalının dəyərinin 10%-dən çox olarsa); 2.3. Əsas vəsaitlərin lizinq əsasında istehlakçılara verilməsi; 2.4. Təbii inhisar subyektləri tərəfindən bu Qanunla tənzimlənməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması.

3. Təbii inhisar subyektləri bu maddənin 2-ci hissəsində göstərilən hərəkətlərin edilməsinə razılıq almaq üçün təbii inhisarları tənzimləyən orqana müraciət etməlidirlər. Müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Əgər müraciətdə göstərilən hərəkətlər istehlakçıların mənafelərinə mənfi təsir göstərə bilərsə, habelə müraciət edən tərəfindən zəruri olan sənədlər təqdim edilməyibsə və ya həmin sənədlərdə göstərilən məlumat həqiqətə uyğun gəlməzsə, bu halda təbii inhisarları tənzimləyən orqan bu hərəkətlərə razılıq verməkdən imtina edə bilər. Maddə 9. Təbii inhisarları tənzimləyən orqanların səlahiyyətləri Təbii inhisarları tənzimləyən orqanların aşağıdakı səlahiyyətləri vardır: bu Qanunun tələblərinə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək; təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək; təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını müəyyən etmək; tənzimləmə üsullarının tətbiqi haqqında təbii inhisar subyektləri tərəfindən yerinə yetirilməsi məcburi olan qərar qəbul etmək; qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək üçün təbii inhisar subyektlərinin vəzifəli şəxslərindən məlumat almaq; qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində bu Qanunun pozulması ilə bağlı məsələlərə baxmaq və qərarlar qəbul etmək; təbii inhisar subyektlərinə və onların vəzifəli şəxslərinə cərimələr (maliyyə sanksiyaları) tətbiq etmək; təbii inhisar subyektlərinə qanun pozuntusu nəticəsində əldə edilmiş mənfəətin büdcəyə ödənilməsi, xidmət edilməsi məcburi hesab edilən istehlakçılarla müqavilə bağlanması, müqavilələrə dəyişikliklər edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək; təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin maliyyə məsələlərinin həlli ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

43. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəyə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

44. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə 2-1(102)-469/2024 nömrəli xx.xx.2024-cü il tarixli qararında qeyd etmişdir ki, “... cavabdeh tərəfindən qərar qəbul olunarkən hər bir halda nəinki antiinhisar və təbii inhisarlar haqqında qanunvericiliyin məqsədləri (iqtisadiyyatda azad və sağlam rəqabət mühitinin yaradılması və inkişafı, inhisarçılıq fəaliyyətinin və qeyri-sağlam rəqabətin qarşısının alınması), eləcə də bazar subyektlərinin həyata keçirdiyi fəaliyyətin ictimai əhəmiyyəti də nəzərə alınmalıdır. Bu baxımdan cavabdeh təbii inhisar subyektlərinin təbii inhisara aid edilmiş fəaliyyət sahələri üzərində dövlət nəzarətini həyata keçirərkən və bununla bağlı məsuliyyət tədbirləri tətbiq edərkən, həm də həmin subyektin, konkret halda iddiaçının həyata keçirdiyi fəaliyyətin və xidmətin təşkilinin fasiləsizliyinə və davamlılığına dair cəmiyyətin ümumi maraqlarını da nəzərə almaq öhdəliyi daşıyır. Nəzərə almaq lazımdır ki, belə (təşkilinə və keyfiyyətinə dövlətin məsuliyyət daşıdığı) xidmətlərin fasiləsiz, ardıcıl və davamlı təşkili cəmiyyətin ümumi maraqlarından irəli gəlir... Bu zaman həm cəmiyyətin ümumi maraqları, həm də təbii inhisar subyekti ilə bazar münasibətlərinə daxil olmuş sahibkarlıq fəaliyyəti subyektlərinin əsaslı mənafeləri nəzərə alınmalıdır...”.

45. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı qanunvericiliyin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilməmişdir.

46. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin ADY-yə debitor borcunun olmasına baxmayaraq, sonuncuya münasibətdə fəaliyyətinə mane olacaq şəkildə yüklərin ekspedisiyası ilə bağlı xidmətlərin göstərilməsi dayandırılmamışdır, iddiaçı tərəfindən imtina verilən 43 ədəd mesplan isə "xxxx" MMC-yə deyil, "xxxx" Şirkətinə aid olmuş, planlanan daşımalardan 25-i üzrə daşınma baş tutmamış, 18-i üzrə isə daşınmanın "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. "xxxx" şirkəti Gürcüstan şirkətidir və şirkət tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunvericiliyin tələblərinin pozulması barədə şikayət və ya müraciət daxil olmamışdır. İddiaçının tabeliyində olan təsərrüfat subyektinin digər təsərrüfat subyektləri ilə eyni növlü fəaliyyətlə məşğul olması hüququ qanunvericiliklə məhdudlaşdırılmadığından, həmin təsərrüfat subyektinin bu və ya digər fəaliyyətinə görə, cavabdeh tərəfindən ehtimallar əsasında iddiaçının digər təsərrüfat subyektlərinə münasibətdə rəqabəti məhdudlaşdırmaqla sahə inhisarçılığına yol verdiyinin iddia edilməsi əsassızdır. Uran konsentaratı yükünün daşınması ilə əlaqədar qanunvericiliyə müvafiq şəkildə yazışmalara dair məlumatlandırma iddiaçı tərəfindən aidiyyəti üzrə həyata keçirilmiş, iş üzrə yazışmalar və digər sənədlərlə bu fakt öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən ADY-yə əlavə güzəştlərin tətbiq edilməsi barədə müraciət edilərkən MDB haqqının hesablanması zamanı verilən güzəştlər artıq mövcud olmamışdır. (Bax: qərarın əsaslandırma hissəsinin 32-37-ci abzasları.)

47. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cari fəaliyyətinin həyata keçirilməsi zamanı hazırkı işə münasibətdə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü (təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması) və 11-ci (rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması) bəndlərinin, 8-ci maddəsinin 7-ci (digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi) və 8-ci (kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi) bəndlərinin, 10-cu maddəsinin 2-ci (bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər) bəndinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 2-ci hissəsinin və 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozuntusuna yol verilməmişdir.

48. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin mübahisələndirilən qərarı əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır.

49. İPM-in: 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

50. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyəti barəsində qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 24 iyun 2024-cü il tarixli Qərar ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X9.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar