Məhkəmə qərarları › İş №e-2-1(112)-2180/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2180/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2180/2024 15.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X5 cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “malların geri qaytarılması və ya dəyərin ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X10 cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə **********00100 Akt əsasında təhvil alınaraq müvəqqəti saxlanca götürülmüş ümumi dəyəri 6315 (altı min üç yüz on beş) manat olan əşyaların - 1.dəyəri 350 manat olan bir ədəd yorğan, 2. dəyəri 600 manat olan bir ədəd pərdə, 3. dəyəri 400 manat olan bir ədəd pərdə tülü, 4. dəyəri 550 manat olan bir ədəd böyük xalça, 5. hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan iki ədəd kiçik xalça, 6. dəyəri 2500 manat olan qab-qacaq dəstləri yemək və çay servisi iki dəst, 7. dəyəri 150 manat olan kilidli qazanlar, 8. dəyəri 100 manat olan iki ədəd tefal qazanlar, 9. dəyəri 75 manat olan iki ədəd olan qulplu tava, 10. dəyəri qırx manat olan bir ədəd göy rəngli dəmir çaynik, 11. dəyəri 150 manat olan bir dəst mətbəx bıçaq dəsti, 12. dəyəri 150 manat olan bir dəst mətbəxt dəsti, 13. dəyəri 25 manat olan bir ədəd əl-üz dəsmalı, 14. dəyəri 75 manat olan bir ədəd böyük hamam dəsmalı və 15. dəyəri 650 manat olan bir ədəd qaşıq-çəngəl bıçaq naborunun İddiaçı qaytarılması və ya onların dəyərinin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin iyulunda və həmin ilin oktyabr ayında qızına aid cehizlik əşyaları beynəlxalq yük daşıma ilə məşğul olan X4 təhvil vermiş ki, həmin əşyaları Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yaşayan kürəkəni X7 çatdırsın. Həmin əşyaların bir hissəsi 2 dəfə olmaqla bir neçə ölkənin sərhəddindən keçməklə çatdırılma tamamlanmış, lakin 3-cü dəfə 2020-ci ilin mart ayında 16 növdə ümumi dəyəri 6315 manat olan əşyalar daşıyıcı X8 tərəfindən aparılarkən Qırmızı X13 yoxlanılaraq Gürcüstan Gömrük postuna keçməsinə buraxılmış, lakin X9 X12 keçəndə həmin cehizlik əşyalar pandemiyanın kəskin artması ilə ilə əlaqədar Türkiyə Gömrüyündə saxlanılmış və qeyd olunan əşyaların cehizlik əşyalar (mallar) olması qeyd olunaraq Sarp Gömrük postunda 09 mart 2020-ci il tarixində 854 saylı akt yazılaraq Azərbaycan Respublikasının Qırmızı X13 müvəqqəti saxlanca göndərilmişdir. İddiaçı və daşıyıcı saxlanca verilmiş malların qaytarılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və digər Dövlət Orqanlarına dəfələrlə şifahi və yazılı şikayətlər etsə də, onların qaytarılması müxtəlif bəhanələrlə mümkün olmamışdır. Hətda malların qaytarılması məqsədi ilə iddiaçı və daşıyıcı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Direktorunun qəbuluna düşmək istəsələr də bu mümkün olmamış, həmin vaxt Xosrov adlı əməkdaş onları anbara aparmış və anbarda əşyaların bir hissəsinin olmadığı müəyyən olunmuş, o, bildirmiş ki, faktiki anbarda olmayan əşyaların da yeri müəyyən edilərək geri qaytarılacaqdır. Lakin keçən müddət ərzində İddiaçı məxsus əşyaların qaytarılması mümkün olmamışdır. İddiaçı və daşıyıcı X8 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sözügedən əşyaların qaytarılması barədə müraciət etsə də, malların saxlanc müddətinin bitməsi ilə əlaqədar hərracdan satılacağı bildirilmiş, halbuki müddət bitməmişdən çox daha öncədən malların qaytarılması tələb olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçıya məxsus olan əşyaların və ya onların dəyərinin qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2019-cu ilin iyul və oktyabr aylarında qızına məxsus cehizlik əşyalarını Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yaşayan kürəkəninə çatdırılması üçün beynəlxalq yük daşıma ilə məşğul olan İ.Quliyevə vermişdir. Həmin əşyaların bir hissəsi bir neçə ölkənin sərhəddindən keçməklə çatdırılma tamamlanmışdır. Lakin 3-cü dəfə 2020-ci ilin mart ayında ümumi dəyəri 6315 manat olan əşyalar daşıyıcı İ.Quliyevə təhvil verilmişdir. İ.Quliyev Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə oradan isə Türkiyə Respublikasının ərazisinə keçmişdir. Həmin əşyalar pandemiyanın kəskin artması ilə əlaqədar Türkiyə Respublikası ərazisində saxlanılmış və qeyd olunan əşyalar Sarp gömrük postunda xx.xx.2020-ci ildə 854 nömrəli akt tərtib edilərək Azərbaycan Respublikasının Qırmızı X13 müvəqqəti saxlanca göndərilmişdir. Saxlanca verilmiş malların qaytarılması məqsədilə Dövlət Gömrük Komitəsinə dəfələrlə şifahi və yazılı şikayətlər etsə də, malların qaytarılması mümkün olmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixli **********00100 nömrəli aktdan görünür ki, həmin tarixdə “Sınıq körpü” gömrük postunda X8 tərəfindən mallar saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və həmin malların müvəqqəti saxlanc müddəti ilə bağlı qanunvericiliyin tələblərinin ona izah edilərək həmin malların qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra İ.Quliyev tərəfindən gömrük ərazisindən çıxarılmadığı təqdirdə həmin mallardan dövlətin xeyrinə imtina etməsini imzası ilə təsdiq etmişdir. Hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04,2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1,6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar, İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı deyil İ.Quliyev tərəfindən mallar saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM-nin tələblərini rəhbər tutaraq iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-017899/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, Azərbaycan Respublikası gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00100 nömrəli akta əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qırmızı X13 vətəndaş X4 məxsus 1 ədəd **********00163 qeydiyyat kodlu yorğan, 2 ədəd **********00162 qeydiyyat kodlu pərdə, 3 ədəd **********00161 qeydiyyat kodlu xalça, 60 kq **********00160 qeydiyyat kodlu qab-qacaq dəstləri 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. X8 öz imzası ilə malların müvəqqəti saxlanca verilməsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin xx.xx.2022-ci il tarixli, 2300-014/0xx-xx/001029 nömrəli məktubunda bildirilmişdir ki, Qırmızı X13 xx.xx.2020-ci il tarixli **********00100 nömrəli aktla vətəndaş X3 gətirdiyi mallar 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Həmin aktda göstərilən malların saxlanc müddəti bitdiyindən Dövlət Gömrük komitəsinin xx.xx.2021ci il tarixli 1000/126 saylı sərəncamı ilə “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Sərəncamdan irəli gələn 2.1 bəndində nəzərdə tutulmuş maddələrə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Mülkiyyətinə keçirilmiş Malların və X2 X1”nın tələblərinə uyğun olaraq qeyd olunan malların gömrük hərraclarında satışı təmin edilməlidir. Gömrük hərraclarının keçirilməsi barədə məlumatlar Dövlət Gömrük Komitəsinin internet saytında və kütləvi informasiya vasitələrində yerləşdiriləcək. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İstinad olunan İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;-1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür. -104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və X2 rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. -104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. -178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış malla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının aşağıdakı bəndlərinə əsasən: -2.1. Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. -2.2. Malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş xarici mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir. Göründüyü kimi müvafiq gömrük rəsmiləşməsi sənədləri ilə bəyan edən şəxs tərəfindən gömrük orqanlarına təqdim edilmiş mallar müvəqqəti saxlanc proseduru altında yerləşdirilir. İşin hallarından müəyyən olunur ki, iddia olunan mallar xx.xx.2020-ci ildə 854 nömrəli akt tərtib edilərək Azərbaycan Respublikasının Qırmızı X13 müvəqqəti saxlanca göndərilmişdir. xx.xx.2020-ci il tarixli **********00100 nömrəli akta əsasən “Sınıq körpü” gömrük postunda X8 tərəfindən mallar təhvil verilmiş və sonuncu tərəfindən saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Hazırkı halda iddiaçı qismində çıxış edən iddiaçı X5 geri qaytarılmasını və ya dəyərini ödənilməsini tələb etdiyi malların ona məxsusluğu və ya iddia edilən malların geri qaytarılması ilə bağlı cavabdehin onun qarşısında məsul olması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə ki, iddia olunan mallar nə müvafiq bəyannamə üzrə X10 tərəfindən bəyan edilmiş, nə də müvafiq səlahiyyətli şəxs-mal sahibi olaraq malların saxlanca verilməsini həyata keçirməmişdir. Beləliklə, hazırkı halda iddiaçının iddia predmeti ilə bağlı iddia qaldırmağa subyektiv hüququ müəyyən olunmur. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X5 cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “malların geri qaytarılması və ya dəyərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar