Məhkəmə qərarları › İş №e-2-1(112)-2482/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2482/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2482/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “Gömrük borcunun ödənilməsinə dair” bildirişin ləğv edilməsi və cəmiyyət barəsində bildiriş əsasında hesablanmış gömrük borcunun və dəbbə pullarının silinməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin cəmiyyət barəsində 1400-012/0xx-xx/005304 nömrəli, 13 avqust 2022-ci il tarixli tərtib edilmiş “Gömrük borcunun ödənilməsinə dair” bildirişin ləğv edilməsi və cəmiyyət barəsində bildiriş əsasında hesablanmış gömrük borcunun və dəbbə pullarının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyətinin əsas istiqaməti dövlət strukturları ilə bağlanmış xüsusi icazəli müqavilələri (Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və digər dövlət orqanları) əsasında ölkəyə müdafiə və milli təhlükəzsizlik ehtiyacları üçün nəzərdə tutulan malların idxalını həyata keçirir. İddiaçı dövlət orqanlarının fəaliyyətinin tənzimlənməsi məqsədi ilə ölkəyə idxal etdiyi mallar məxfilik qrifi ilə "xüsusi əhəmiyyətli", "tam məxfi" və "məxfi" adı altında dövlət sirri təşkil edən məlumat daşıyıcılarında ölkəyə daxil olmaqla dövlət sirrini təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış olduğu 1400-012/0xx-xx/005304 nömrəli, 15 avqust 2022-ci il tarixli məktubunda, ona əlavə olunmuş 1400-012/0xx-xx/005304 nömrəli, 13 avqust 2022-ci il tarixli "Gömrük borcunun ödənilməsinə dair" Bildirişdə və 00100/22000429 nömrəli, 13 avqust 2022-ci il tarixli Hesabda qeyd olunmuşdur ki, X4 ünvanına 2020-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş, bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermiş və tərəflərindən aparılmış audit yoxlaması nəticəsində **********4155 nömrəli gömrük bəyannaməsinə əsasən idxal rüsumu üzrə 1.051,45 (bir min əlli bir, manat 51 qəpik) manat, əlavə dəyər vergi üzrə 189,26 (bir yüz səksən doqquz manat, 26 qəpik) manat və dəbbə pulu üzrə 452,86 (dörd yüz əlli iki manat, 86 qəpik) manat; **********3640 nömrəli gömrük bəyannaməsinə əsasən gömrük yığımı üzrə 50,00 (əlli) manat və əlavə dəyər vergisi üzrə 9,00 (doqquz) manat; **********3580 nömrəli gömrük bəyannaməsinə əsasən idxal rüsumu üzrə 166,03 (bir yüz altmış altı manat, 03 qəpik) manat, əlavə dəyər vergi üzrə 89,66 (səksən doqquz manat, 66 qəpik) manat və dəbbə pulu üzrə 214,53 (iki yüz on dörd manat, 53 qəpik manat ümumilikdə 2.554,86 (iki min beş yüz əlli dörd manat, 86 qəpik) manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməmişdir. Bununla bağlı, ilk öncə qeyd edirlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin cəmiyyətə ünvanlanmış olduğu məktubunda qeyd olunan X7 adlı şəxsin cəmiyyətə hər hansı aidiyyəti və belə adda cəmiyyətin əməkdaşı yoxdur. Digər tərəfdən, yuxarıda qeyd olunan gömrük bəyannamələrinə əsasən cəmiyyət tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi və 244, 370, 371 nömrələri xüsusi icazələri əsasında ölkəyə idxal edilmiş malların təyinatı hərbi məqsədli (öldürücü xüsusiyyətli) tapancalardır. Buna görə "Azərbaycan Respublikasının xarici X9 nomenklaturası, X8 dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında 500 saylı, 17 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici X9 Nomenklaturası, X8 X6 X1 əsas Şərhetmə Qaydalarının XİX-cu bölməsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbatı əsasında cəmiyyət tərəfindən ölkəyə idxal edilmiş mallar 93 qrupa aid edilmiş, XİF MN üzrə kodu9302 00 000 0 olmaqla, tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) 0 məbləği ilə hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən idxal olunan malların XİF MN üzrə 9302 00 000 0 kodu üzrə cəmiyyət tərəfindən səhv bəyan edilməmiş və cəmiyyət tərəfindən idxal olunan mallara idxal rüsumu tətbiq edilməməlidir. Bundan basqa. cavabdeh cəmiyyət barəsində audit aparılmasına dair hər hansı məlumat verməmiş, cəmiyyət barəsində hansı formalı audit həyata keçirilməsi, audit aparan şəxsin məlumatları təqdim olunmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh Bakı Baş Gömruk İdarəsi iddiaçının ərizəsində irəli surulən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir Azərbaycan Respublikası Prezidentin n 2012-cı ıl 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 411.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur Dövlət Gömrük Komitəsinin X2 və Audit Baş İdarəsi təıəfındən Bakı Baş Gömruk İdarəsinin 01012019-xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gomruk Komitəsinin 1000/265ş nömrəli, 15.03 2022-ci il tarixli Əmri ilə təsdiqlənmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planı” na və Bakı Baş Gomruk İdarəsində aparılmış auditin nəticələrinə dair Akta (xx.xx.2022-cı il tarixli) əsasən, iddiaçı tərəfindən ölkə ərazisinə idxal olunan mallara tərtib edilmiş **********4155 sorğu nömrəli və **********3580 sorğu nömrəli gömrük bəyannamələrində malların X5 Mal Nomenklaturası üzrə kodu səhv bəyan edilərək gömrük rəsmıləşdırılməsinin həyata keçirildiyi aşkar edilmişdir. Nəticədə yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük borcu yaranmışdır. Gömrük borcunun tam şəkildə dövlət büdcəsinə ödənilməsi barədə iddiaçıya 1400-012/0xx-xx/005304 nömrəli bildiriş göndərilmişdir Hesab edirlər ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici X9 nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsində göstərilir ki, malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Həmin Məcəllənin 321.5 maddəsində göstərilir ki, gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçı, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda sözügedən bəyannamələrin 31-ci qrafasında seriyaları göstərilən tapançaların eyni seriya ilə idman, pnevmaik və odlu istehsalının mövcudluğu səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müvafiq arayışı XİFMN üzrə kodun dəqiqləşdirilməsi məqsədi ilə cavabdehə təqdim edilməli olduğu göstərilmişdir. Həmin məktub və digər sənədlər xx.xx.2022-ci il tarixdə məhkəməyə tərəflərindən təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtə və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 1400-02/0xx-xx/005304 nömrəli, 13 avqust 2022ci il tarixli “Gömrük borcunun ödənilməsinə dair” bildirişinin mübahisələndirilməsinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsaslıdır. Belə ki, işdə olan **********3580 sorğu nömrəli Gömrük bəyannaməsinin surətində görünür ki, "xxxx" MMC-nin ünvanına 4 ədəd, 930200 0000 kodu altında, invoys dəyəri 3670,00 manat, gömrük dəyəri 6239,00 manat olan mal idxal olunmuşdur. İşdə olan **********4155 sorğu nömrəli Gömrük bəyannaməsinin surətində görünür ki, "xxxx" MMC-nin ünvanına 9 ədəd, 930200 0000 kodu altında, invoys dəyəri 12320,00 manat, gömrük dəyəri 21029,00 manat olan mal idxal olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 371, 370, 244 nömrəli xüsusi icazələrdən görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı MMCyə Azərbaycan Respublikasının gömrük məntəqəsindən Azərbaycan Respublikasına xarici ölkədən müvafiq malların keçirilməsinə - gətirilməsinə icazə verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 avqust 2022-ci il tarixli, 1400-012/0xx-xx/005304 nömrəli imtina məktubunun surətindən görünür ki, aparılmış audit yoxlaması zamanı məlum olmuşdur ki, X4 ünvanına 2020-ci ildə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq görük ödənişlərindən yayınma halı baş vermişdir. Odur ki, aparılmış audit yoxlamasının nəticələrinin aradan qaldırılması məqsədilə, qeyd edilən gömrük bəyannamələri üzrə 1549.55 AZN idxal rüsumu, 287.92 AZN əlavə dəyər vergisi və 667.39 AZN dəbbə pulu, 50 AZN yığım pulu olmaqla, ümumilikdə 2554.86 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunmuşdur. Gömrük Məcəlləsinin 249.3. “Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur” maddəsinin tələblərinə müvafiq olaraq, qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun ödənişləri tərəflərindən həyata keçirilmədiyi təqdirdə, X4 bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır. İşdə olan “Gömrük borcunun ödənilməsinə dair” 1400-012/0xx-xx/005304 nömrəli bildirişdən görünür ki, onun 13 avqust 2022-ci il tarixinə təsnifatı aşağıda göstərilən ümumilikdə 2554.86 (iki min beş yüz əlli dörd, səksən altı qəpik) manat, o cümlədən, əlavə dəyər vergisi üzrə 287.92 manat, gömrük rüsumları üzrə 1549.55 manat, dəbbə pulu üzrə 667.39 manat, gömrük yığımları üzrə 50.00 manat borcu vardır. Göstərilən borcların 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Nəzərə çatdırılmışdır ki, gömrük borclarının vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0.1 faizi məbləğində faiz hesbalanır; Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən milli və ya xarici vaxlyutada cari və ya digər hesablardan gömrük borclarının alınması üçün banklara icra (ödəniş) sənədi olan sərəncam verilir; gömrük borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə idida qaldırıla bilər; gömrük borcunu ödəməkdən yayınma əməli Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati və ya cinayət məsuliyyəti yaradır. İşdə olan xx.xx.2022-ci il tarixli, PDSS263-0822 nömrəli şikayət ərizəsindən görünür ki, iddiaçı mübahisəli bildirişlə razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının şikayətinə cavab olaraq verilmiş, xx.xx.2022-ci il tarixli, 1400-012/0xx-xx/006785 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, İddiaçı MMC tərəfindən **********3580 və **********4155 nömrəli gömrük bəyannamələri ilə bəyan olunan tapançaların seriyaları gömrük bəyannaəmlərinin 31-ci qrafasında qeyd olunsa da, modelləri barədə heç bir məlumat qeyd edilməmişdir. Belə ki, eyni seriyalı tapançaların bir neçə model üzrə (idman, pnevmatik və odlu) istehsalı mövcud olduğundan, qeyd edilən gömrük bəyannamələrinin 31-ci qrafasında bəyan edilən tapançaların modellərinin qeyd edilməsi zəruridir. Bununla əlaqədar olaraq, sözügedən tapançaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müvafiq arayış Bakı Baş Gömrük İdarəsinə təqdim etməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən cavabdehə sorğu göndərilərək inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusunun icrası ilə əlaqədar cavabdeh tərəfindən 28 oktyabr 2022-ci il tarixli, 1400-001/0xx-xx/007920 nömrəli məktubla İddiaçı MMC-nin gömrük orqanına təqdim etdiyi **********4155 sorğu nömrəli, **********3640 sorğu nömrəli, **********580 sorğu nömrəli gömrük bəyannamələri, xx.xx.2022-ci il tarixli şikayət məktubu və cəmiyyətə tərəflərindən ünvanlanmış xx.xx.2022ci il tarixli məktub təqdim edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinin 1-4-cü bəndlərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 61-ci maddəsinin 1-4-cü bəndlərinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürülməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Cavabdeh isə iddiaçı barəsində hər hansı bir inzibati icraat aparmamış, onun səlahiyyətli nümayəndəsinin inzibati icraatın gedişində iştirakını təmin etməmiş, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün iddiaçıya hüquqi yardım göstərməmiş, sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmamış, həmin inzibati icraatın nəticəsi olaraq əsaslandırılmış inzibati akt qəbul etməmiş, yalnız mətnində borc məbləğini və borc məbləğinin ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri sadalamaqla “Gömrük borcunun ödənilməsinə dair” bildiriş tərtib edərək, iddiaçının ünvanına göndərmiş, iddiaçının üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan əlverişsiz akt qəbul etmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırki iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də, göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki, alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürürək idxal etdiyi malları gömrük orqanına bəyan etmiş, gömrük orqanı isə iddiaçının təqdim etdiyi bəyannamə ilə razılaşaraq, malların gömrük rəsmiləşdirilməsini həyata keçirməklə, gömrük nəzarətindən buraxmışdır. Eləcə də, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici X9 nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici X9 nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. İddiaçı tərəfindən sözügedən mallar xüsusi icazə əsasında Azərbaycan Respublikasına müvafiq olaraq 2019-cu və 2020-ci il tarixlərdə idxal olunaraq gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi təqdirdə, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsinin aparılmasından 2 ildən çox vaxt keçdikdən sonra XİN Mal Nomenklaturasının düzgün göstərilməməsinin hansı əsaslara əsasən müəyyən edilməsi (malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər, etirazda göstərilən audit yoxlaması və s.) ümumiyyətlə göstərilməmiş və bununla bağlı məhkəmə icraatına hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessul Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən: 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/005304 nömrəli, 13 avqust 2022-ci il tarixli İddiaçı MMC barəsində tərtib etdiyi “Gömrük borcunun ödənilməsinə dair” bildirişi ləğv edilsin və iddiaçı barəsində bildiriş əsasında hesablanmış gömrük borcunun və dəbbə pullarının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar