Məhkəmə qərarları › İş №e-2-1(112)-26/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-26/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-26/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" Firması və "xxxx" ASC 3-cü şəxslər) “çıxarışın verilməsi” barədə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X3 Cavabdehin nümayəndəsi X2 Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" Firması və "xxxx" ASC 3-cü şəxslər) “çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı2 və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16.100,5 kv.m., əsas sahəsi 16.043,1 kv.m. olan daşınmaz əmlaka dair "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrlərinə İddiaçı1 və İddiaçı2 etirazlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsinin; həmin daşınmaz əmlak üzərində "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 aldığı 56,6 kv.m. və İddiaçı2 aldığı 24,6 kv.m. sahələrin çıxılaraq bu barədə düzəlişlərin edilməsinin və həmin daşınmaz əmlakın 56,6 kv.m sahəsi üzərində İddiaçı1 və 24,6 kv.m. sahəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyata alınmasının və müvafiq çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi obyektdə 26,4 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı1 79.200 ABŞ dollarına satmışdır. Sahənin dəyəri həmin gün alıcı İddiaçı1 tərəfindən tam ödənilmişdir. İddiaçı1 15 avqust 2013-cü ildə həmin binadan əlavə olaraq 30,2 kv.m. qeyri-yaşayış sahəsini almış və yenə həmin gün sahənin dəyəri olan 24.000 manat pulu "xxxx" MMC-yə tam ödəmişdir. İddiaçı2 isə "xxxx" MMC ilə notarial qaydada bağladığı 20 may 2011-ci il tarixli ilkin müqavilə ilə, sözügedən binada 24,6 kv.m. qeyri-yaşayış sahəsini 39.360 manata almış və hissə-hissə olmaqla, sonuncu dəfə isə 19 yanvar 2013-cü il tarixdə ödəniş etməklə, həmin məbləği tam olaraq "xxxx" MMC-yə ödəmişdir. Sözügedən sahələrin də daxil olduğu həmin 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16.100,5 kv.m., əsas sahəsi 16.043,1 kv.m. olan daşınmaz əmlak üzərində "xxxx" firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alınaraq, bu barədə xx.xx.2010-cu il tarixdə **********79-06302 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Daha sonra, "xxxx" firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013 və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, İddiaçı1 aldığı 56,6 kv.m. və İddiaçı2 aldığı 24,6 kv.m. sahələrin də daxil olduğu yuxarıda qeyd olunan daşınmaz əmlak üzərində "xxxx" ASC-nın ipoteka hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İddiaçı1 aldığı 56,6 kv.m. və İddiaçı2 aldığı 24,6 kv.m. sahələr üzərində "xxxx" firmasının mülkiyyət hüququ, o cümlədən, "xxxx" ASC-nin ipoteka yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər qanunsuz və əsassızdır. Ərizəyə əlavə etdiyi sənədlərdən məlum olur ki, həmin sahələrin dəyəri tam ödənilmiş və iddiaçıların mülkiyyətinə verilmişdir. Belə olan halda, həmin sahələr üzərində qeyd olunan qeydiyyatların aparılması qanunsuzdur. Göstərilənlərə əsasən, ərizə ilə cavabdehə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16.100,5 kv.m., əsas sahəsi 16.043,1 kv.m. olan daşınmaz əmlaka dair "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrlərinə İddiaçı1 və İddiaçı2 etirazlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini, həmin daşınmaz əmlak üzərində "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrlərində İddiaçı1 aldığı 56,6 kv.m. və İddiaçı2 aldığı 24,6 kv.m. sahələrin çıxılaraq bu barədə düzəlişlərin edilməsini və həmin daşınmaz əmlakın 56,6 kv.m sahəsi üzərində İddiaçı1 və 24,6 kv.m. sahəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyata alınmasını və müvafiq çıxarışların verilməsini xahiş etsələr də, cavabdehin xx.xx.2019-cu il tarixli **********12 saylı məktubu ilə notarial qaydada təsdiq edilmiş müqavilənin təqdim edilməməsi arqumenti ilə ərizələrinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın əsasları İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıların sözügedən qeyri-yaşayış binasına subyektiv hüquqları yoxdur, bununla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının və Konstitusiya Məhkəməsi Plenumunun qərarları mövcuddur. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 müraciəti İdarəyə daxil olmuşdur. Lakin sözügedən əmlaka dair ərizəçilərin adına "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış ve **********12 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq iddiaçılar tərəfindən İdarəyə təqdim edilmiş İddiaçı2 və "xxxx" firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə ilkin müqavilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İddiaçı1 ilə "xxxx" firması arasında bağlanmış No MAA/17-09 saylı, xx.xx.2009-cu il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, sözügedən əmlak üzərində "xxxx" firmasının hüquqları "qabaqcadan qeydiyyat hüququ" əsasında xx.xx.2010-cu il tarixində tanınmışdır. Lakin İddiaçı1 ilə "xxxx" firması arasında bağlanmış No MAA/17-09 saylı müqavilə xx.xx.2009-cu il tarixində bağlanmış və notarial qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahesində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddesində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-1.3-cü maddəsinə əsasən Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydə alındıqdan sonra sərəncam verə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarında olan: - Cavabdehin iddiaçılara ünvanlanmış xx.xx.2019-cu il tarixli **********12 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qabaqcadan qeydiyyat alınması barədə müraciətləri təmin edilməmişdir. - İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli MAA/17-09 saylı müqaviləyə və xx.xx.2009-cu il tarixli arayışa əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi obyektdə 26,4 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı1 79.200 ABŞ dollarına satmışdır. - İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli MAA/17-09 saylı müqaviləyə xx.xx.2013-cu il tarixli əlavəyə və xx.xx.2013-cu il tarixli arayışa əsasən iddiaçı həmin binadan əlavə olaraq 30,2 kv.m. qeyri-yaşayış sahəsini almış və 24000 manat dəyərini tam ödəmişdir. - İddiaçı2 ilə "xxxx" MMC bağlanmış 20 may 2011-ci il tarixli ilkin müqaviləyə və xx.xx.2013-cu il tarixli arayışa əsasən iddiaçı "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa etdiyi obyektdə 24,6 kv.m. qeyri-yaşayış sahəsini 39.360 manata almışdır. - Cavabdehin xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubundan görünür ki, "xxxx" firmasının adına ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* nömrəli çıxarış və Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2010-cu il tarixli, 05/04-719 saylı məktubuna əsasən xx.xx.2010-cu il tarixində qabaqcadan qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən ünvana dair arxiv qovluğunda mövcud olan: - Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda 0,2704 ha torpaq sahəsi xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ünvan 7 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. - Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixində yüklü edilmişdir. - Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** nömrəli arayışa əsasən ünvan 3 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində qabaqcadan qeydiyyata alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-823/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1711/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-379/2022 nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1711/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmişlər və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 17.1 Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Maddə 17.2 Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Maddə 17.3 Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Maddə 17.4 Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Maddə 17.5 Bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə) Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı daşınmaz əmlak üzərində hüququn adlarına qabaqcadan qeydə alınması barədə cavabdeh tərəfindən arayışın verilməsinə nail olmaqdan ibarətdir. Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarına dair qüvvəyə minmiş məhkəmə aktları ilə maddi-hüquqi faktlar müəyyən edilmiş və həmin qərarlar hazırki iş üzrə preyudisial əhəmiyyətlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, Bakı şəhəri, S.Vurğun küçəsi,120 ünvanında yerləşən "xxxx" firması "xxxx" X6 Müəssisəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən "xxxx" firması ünvan 10 ünvanında yerləşən "xxxx" X6 Müəssisəsinə məxsus əmlakın mülkiyyətçisidir. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqısı” haqqında” xx.xx.2009-cu il tarixli, 2308 nömrəli müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, S.Vurğun küçəsi,120 ünvanında yerləşən 2704 kv.metr torpaq sahəsini satın almışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, S. Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli, 1627,3 kv.metr ümumi, 374,4 kv.metr əsas, 1252,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ünvan 7 ünvanında yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülərək, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. "xxxx" firması cavabdehə ünvanlanmış xx.xx.2010-cu il tarixli, 39 nömrəli məktubla ünvan 11 ünvanında yerləşən və tikilməkdə olan qeyri-yaşayış binasının qabaqcadan qeydiyyatının aparılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 16100,5 kv.metr olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ "xxxx" firmasının adına qabaqcadan qeydə alınmış və bu barədə arayış verilmişdir. İddiaçılar həmin arayışı mübahisələndirsələr də, iddiaları təmin edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-823/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1711/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-379/2022 nömrəli qərarı ilə iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarına hüquqi qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara və Mülki Məcəllənin 139-cu maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İstinad olunmuş normaya görə, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmçinin tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyriyaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Yuxarıda istinad olunmuş normaya görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" firmasının ona məxsus torpaq sahəsi üzərində tikintisi başa çatmamış qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun yuxarıda istinad olunan normalara uyğun qabaqcadan dövlət qeydiyyatı həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların qabaqcadan qeydiyyatı haqqında müvafiq arayış verilmişdir. Bundan sonra "xxxx" firması ilə "xxxx" ASC arasında bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-yə həmin əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-379/2022 nömrəli qərarındakı hüquqi mövqeyinə görə hazırkı mübahisəyə münasibətdə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən məlumatsız olduğu hallarda da əldə edən mülkiyyətçi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən qabaqcadan dövlət qeydiyyatı haqqında arayışın ləğv edilməsinə dair iddiaçıların tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. Göründüyü kimi iddiaçıların üzərində qabaqcadan mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb etdiyi daşınmaz əmlak üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar mübahisəli əmlakla bağlı subyektiv hüquqları olmadığı üçün cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməzlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıların müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçıların hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddiaçılar İddiaçı2 və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" Firması və "xxxx" ASC 3-cü şəxslər) “ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16.100,5 kv.m., əsas sahəsi 16.043,1 kv.m. olan daşınmaz əmlaka dair "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrlərinə İddiaçı1 və İddiaçı2 etirazlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsinin; həmin daşınmaz əmlak üzərində "xxxx" firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və "xxxx" ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 aldığı 56,6 kv.m. və İddiaçı2 aldığı 24,6 kv.m. sahələrin çıxılaraq bu barədə düzəlişlərin edilməsinin və həmin daşınmaz əmlakın 56,6 kv.m sahəsi üzərində İddiaçı1 və 24,6 kv.m. sahəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyata alınmasının və müvafiq çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbləri təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 13

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar