Məhkəmə qərarları › İş №e-2-1(112)-2817/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2817/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2817/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi Nümayəndə3 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı “X7 and Marine Constractors B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150016 nömrəli qərarın ləğv edilməsi barədə” iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.Mübahisənin predmeti 1.İddiaçı “X7 and Marine Constractors B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin iddiaçı barədə qəbul etdiyi keçirilmiş səyyar vergi yoxlamasının nəticələri ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150016 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üzrə (bundan sonra mətndə “Filial”) keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli, **********140695 nömrəli akt əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********150016 №-li Qərar qəbul edilmişdir. Qərarda Filial üzrə səyyar vergi yoxlamasının nəticəsində Filialın əlavə hesablanmış vergilər üzrə 2,165,855.17 manat, maliyyə sanksiyalarına görə 1,122,684.09 manat, ümumilikdə 3,288,539.26 manat məbləğində vergi borcu göstərilmişdir. Qərar əsasında cavabdehAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı “X7 and Marine Constractors B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sığorta haqlarının, faızlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə göndərilmiş və filialın hesabından ümumilikdə 3,288,539.26 manat məbləği silinmişdir. Həmin qərardan “X7 and Marine Constractors B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Dövlət Vergi Xidmətinin rəisinə şikayət verilmiş, 28 mart 2022-ci il tarixli, ******* nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar ilə xx.xx.2021-cı il tarixli, **********140695 nömrəli səyyar vergi yoxlaması aktı əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150016 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Dövlət Vergi Xidmətinin 28 mart 2022-ci il tarixli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına şikayət verilmişdir.İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli, 60 №li qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh vergi orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********150016 №-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Filialın növbəti səyyar vergi yoxlaması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********11138645 saylı qərarına əsasən aparılmış və yoxlama xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövrü əhatə etmişdir. Yoxlamanın nəticələrinə əsasən 30 iyul 2021-ci il tarixdə **********140695 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama zamanı yoxlayıcı vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur ki, bu da nəticə etibarı ilə düzgün olmayan yoxlama aktının və vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsinə dair əsassız və qanunsuz qərar qəbul olunmasına səbəb olmuşdur. Qeyd edilən pozuntular barədə dəlillər Filialın təmsilçisi tərəfindən aidiyyatı vergi orqanına xx.xx.2021-ci il tarixində elektron kargüzarlıq (AVİS) vasitəsilə göndərilən **********856100 qeydiyyat nömrəsi olan etiraz məktubunda göstərilmişdir. Lakin, cavabdeh vergi orqanı həmin pozuntularla bağlı dəlilləri nəzərə almamışdır.Səyyar vergi yoxlaması (bundan sonra SVY) aktında göstərilmişdir ki, filialın 2017-ci il üzrə ümumi gəliri 13144742,57 manat, o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 1306912,35 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 37830,22 manat, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 368748,45 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 12775994,12 manat təşkil etmişdir.Eyni zamanda, SVY aktında göstərilmişdir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 239461,24 manat (yerli işçilər üzrə əmək haqqı 167019,99 manat, əcnəbi işçilər üzrə əmək haqqı 72441,25 manat), sosial sığorta haqları 52681,48 manat, malın dəyəri 650339,33 manat, icarə haqqı 237936,81 manat (fiziki şəxslər üzrə 202436,81 manat, hüquqi şəxslər üzrə 35587,05 manat), müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 35587,05 manat, enerji xərci 1268,10 manat, qaz xərci 2549,10 manat, yanacaq xərci 361364,59 manat, reklam xərci 1123,50 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 2622025,70 manat, amortizasiya ayırmaları üzrə xərclər 32803,20 manat, təmir xərcləri 1270,11 manat, nəqliyyat xərcləri 188787,37 manat, sığorta üzrə xərclər 6471,37 manat, digər xərclər 2518775,0 manat, gəlirdən çıxılan vergilər və yığımlar 470,31 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 6.993413,37 manat təşkil etmişdir. Yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisinin (12775994,12-6993413,37) 5782580,75 manat təşkil etməsi və əvvəlki səyyar vergi yoxlaması ilə təsdiqlənmiş keçmiş illərin zərəri, yəni 4822248,91 manat çıxılmaqla (2015-ci il üzrə 2380550,23 manat, 2016cı il üzrə 2441698,68 manat) büdcəyə (5782580,75-4822248,91) 960331,84 manat mənfəətdən (960331,84*20%) 192066,37 manat mənfəət vergisi hesablanmışdır. Filial tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 2017-ci ildə mənfəət vergisinin 186729,45 manat (192066,37-5336,92) az hesablandığının müəyyən edildiyi aktda göstərilmişdir. Yoxlayıcı orqana da təqdim edilmiş (yoxlama materialında olan) 2017-ci il üzrə X1 müqayisəli cədvəlindən göründüyü kimi, həmin bəyannamənin “232” sətirinin “Digər xərclər” bölməsində səyyar vergi yoxlaması tərəfindən xərc kimi yalnız 2,518,775.00 manat tanınmış və Filialın hesablamaları ilə müqayisədə “Digər xərclər” 1,168,178.40 manatın azaldıldığı göstərilmişdir. Nəticədə, X1 “240”-cı sətirində,’’Keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət” bölməsində 960,331.84 manat mənfəət hesablanmış və X1 “242”-ci sətiri, “Mənfəət vergisi” bölməsi üzrə əlavə olaraq 192,066.37 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərini pozmaqla yuxarıda sözügedən əsassız nəticəyə gəlmişdir.Belə ki, səyyar vergi yoxlamasını əhatə edən dövrdə Mənfəət Bəyannaməsinin 232-ci sətiri üzrə “Digər xərclər”in yoxlayıcılar tərəfindən necə hesablandığı haqda Filiala rəsmi açıqlama verilməmiş, eləcə də həmin hesablamalar Filiala təqdım edilməmişdir, həmçinin, tərtib edilmiş SVY aktında da hesablama barədə əsaslandırma aparılmamışdır. Nəticədə 1,168,178.40 manat sənədlərlə təsdiq edilməmiş xərclər kımı vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Aktda qeyd edilmişdir ki, mənfəət vergisi vergi orqanının “Hesabat və Axtarış” informasiya sistemində olan məlumatları (vergi-hesab fakturaları, e-qaimə fakturalar, YGB və s.), müvafiq bank tərəfindən təqdim edilmiş, bank əməliyyatlarına dair çıxarışlar və s. əsasında hesablama aparılmışdır. Qeyd olunan hesablamalar Filiala təqdim edilmədiyi üçün: a) onların əsaslandırılmış olması ciddi şübhələr yaradır və bu hal Filialı həmin hesablamalara dair rəqəm və sənədlərə əsaslandırılmış münasibət bildirmək imkanından məhrum edir.b) SVY aktında, 2017-ci il üzrə Filialın gəlirləri 13,106,912.35 manat məbləğində qeyd edilərək 130,748.28 manat azaldıldığı göstərilsə də bunun izahı verilməmişdir.Yuxarıda göstərilənlərlə əlaqədar o da qeyd edilməlidir ki, “1.Sənədlər” bölməsində göstərildiyi kimi yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında elektron-qaimələrin tətbiqi və uçotu ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları’na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (2017-ci il redaksiyada) tələbinə görə maliyyə xidmətləri göstərən, vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan az olan fiziki şəxslər, xidmət müqaviləsi ilə işləyən fiziki şəxslər və digər (istehsal, kənd təsərrüfatı, iş və xidmət sahələri) vergi ödəyiciləri 01 yanvar 2018-ci il tarixindən etibarən elektron qaimə-faktura təqdim etməyə borcludurlar. Filialın 2017-ci il dövrü üzrə qarşı tərəfdən aldığı elektron-qaimə, elektron vergi hesab-fakturası əsasında aldığı və bununla X1 232-ci sətiri üzrə hətta, səthi hesablama belə xərclərin 3,333,010.83 manat olduğunu təsdiq edir. Bu isə vergi yoxlaması aktında hesablanmış 2,518,775.00 manat məbləğindən çoxdur. Filialın təqdim etdiyi Bəyannamədən göründüyü kimi, dövr üzrə filialın çəkdiyi xərclər yoxlama aktında göstərildiyi kimi deyil, 3.333.010,83 manat məbləğində olmuşdur ki, bununla da xərclərin məbləği vergi orqanı tərəfindən 814.235,83 manat məbləği (3.333.010,83- 2.518.775,00=814.235,83) az göstərilmişdir.Bununla da artıq hesablanmış 814.235,83 manat məbləğə 192.066,37 manat məbləğində əlavə mənfəət vergisinin qanunsuz və əsassız olaraq hesablandığı təsdiqini tapır. Hazırkı iş üzrə qəbul olunmuş 28 mart 2022-ci il tarixli qərardan görünür ki, yoxlayıcı orqan filialın istifadəsində olan gəmilərin saxlanması ilə əlaqədar xərcləri nəzərə almalı olmuşdur.Daha sonra vergi orqanı SVY aktında göstərmişdir ki, filialın 2018-2019-cu illər ərzində “BP Abşeron Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə (VÖEN **********) layihə üzrə fəaliyyəti olmuşdur. Yoxlama zamanı filial tərəfindən 2018-2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilən xərclərin həmin fəaliyyətlə bağlı olmadığı müəyyən edilmiş və həmin xərclər yoxlama ilə öz təsdiqini tapmamışdır. Belə ki, həmin fəaliyyətlə bağlı əldə edilən gəlir (Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X5 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir) qanunla təsdiq olunmuş əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində göstərilən faliyyətdən əldə edilən gəlir kimi qiymətləndirilmişdir. Bununla əlaqədar olaraq filialın 2018-2019-cu illər üzrə əldə etdiyi gəlirləri vergidən azad olunan gəlirlər kimi qiymətləndirilmiş və yoxlama zamanı mənfəət vergisinə cəlb edilməmişdir.Filial tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 248308,27 manat xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqinin 247065,68 manat, xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqinə münasibətdə 1242,59 manat mənfəət yaranmış və bununla əlaqədar 248,52 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə də filial tərəfindən 2018-ci ildə mənfəət vergisinin 248,52 manat az hesablandığının müəyyən edildiyi aktda göstərilmişdir. Halbuki 2018-2019 illərdə Filialın bağladığı müqaviləyə əsasən “X3 Ltd.” şirkətinə “Bakı Gəmiqayırma Zavodu”nun yaxınlığındakı CDC logistika bazası üçün qazma işləri X5 müqaviləsi ilə tənzimlənən xüsusi vergi rejimində deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən ümumi vergi rejimi çərçivəsində vergiyə cəlb edilən tikinti müqaviləsi olmuşdur ki, sözügedən müqavilələr üzrə aidiyyatı hesablar təqdim edilməklə, müvafiq ödənişlər ödənilmişdir.“BP Absheron Ltd” ilə bağlanılan müqaviləyə əsasən "Qarabatdağ süni adasının mühəndislik dizaynının təmin edilməsi" üçün işlər 22 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər iştirakçılar tərəfindən imzalanmış, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 01 may 2015-ci il tarixində qüvvəyə minmiş “Xəzər dənizinin Abşeron sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və X5 haqqında Sazişlə” tənzimlənir. Sözügedən Sazişin müddəalarına əsasən Azərbaycan Respublikasında müvafiq qaydada vergi uçotuna alınmış xarici subpodratçı qismində çıxış edən Filialın gəlir və xərcləri ümumi qaydada vergiyə cəlb olunur. Yuxarıda istinad olunan həmin Sazişin 12-ci maddəsinin ii) bəndinin tələbinə görə Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyətini həyata keçirən və müvafiq qaydada vergi uçotuna alınmış Xarici subpodratçı hər təqvim ili üçün Azərbaycan Respublikasında əldə edilmiş bütün gəlir (Karbohidrogen fəaliyyəti ilə bağlı əldə edilən gəlir daxil olmaqla, lakin bununla məhdudlaşmadan) və həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər göstərilməklə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericiliyə uyğun olaraq mənfəət vergisinə dair bəyannamə təqdim etmək və dövlət büdcəsinə mənfəət vergisini və digər vergiləri ödəmək üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən Filialın 2018-2019-cu illərdə əldə etdiyi gəlirlər və çəkdiyi xərclər üzrə Vergi Məcəlləsinin 2.7-ci maddəsinin tələbləri SVY aktı tərtib edilərkən nəzərə alınmamışdır. Göstərilən dövr üzrə çəkilən heç bir xərc vergidən azad olunan fəaliyyətlə bağlı xərc kimi qəbul edilməməlidir. Yoxlayıcı orqan qeyri-rezidentin xidmətlərə (işlərə) görə əlavə dəyər vergisinə cəlb edilməsi ilə əlaqədar vergi yoxlaması aktında göstərmişdir ki, vergi ödəyicisinin bank hesablarından qeyri-rezidentə ödəniş ödənilmədiyindən 1319743,32 manatın (ƏDV 237553,80 manat) məbləğində filial tərəfindən əvəzləşdirildiyi müəyyən edilmiş və yoxlama ilə həmin əvəvləşdirmə ləğv edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə istinad edən yoxlayıcı aktda qeyd etmişdir ki, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.Ödəmə əməliyyatın həyata keçirilməsinə qədər aparıldıqda vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Daha sonra aktda göstərilmişdir ki, verginin məbləği vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.Bununla bağlı qeyd edilməsi zəruridir ki, qeyri-rezıdentlərın əlavə dəyər vergisi (ƏDV) üzrə əməliyyat ƏDV bəyannamələrində müvafiq dövrlər uzrə əks etdirilmiş və əvəzləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2019-cu il redaksiyasında (2020-ci il yanvarın 1-nə kimi) qeyri-rezidentlər üzrə ƏDV işlər (xidmətlər) yerinə yetirildikdən sonra hesablanmalı, növbəti ayın 20-dək ƏDV üzrə məbləğ ödənilməli və ödənilən ayda əvəzləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2020-ci ilə kimi olan redaksiyasında) 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.Göründüyü kimi, qeyri-rezident tərəfindən bu maddə ilə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə ƏDV-nin hesablanması qeyri-rezidentə ödənişlə deyil, həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi əməliyyatı zamanı həyata keçirilir və müvafiq dövrdə ƏDV Bəyannaməsinin 306-cı sətirində qeyd edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği istinad edilən Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatının aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-fakturadır.Həmin maddənin tələbindən aydın görünür ki, verginin ödənilməsini təsdiq edən ödəmə sənədinin mövcud olması əvəzləşdirmə vergı odəyıcisinə qeyrirezidentə ƏDV-ni əvəzləşdirmək hüququnu verən yeganə və kafi şərtdir ki, Filial da bu hüquqdan müvafiq qaydada istifadə etmişdir. Vergi yoxlaması aktında “vergi ödəyicisinin bank hesabından ödəniş ödənilmədiyi” əsası əvəzləşdirmənin ləğv edilməsinə heç bır əsas vermir. Məlumdur ki, qeyri-rezidentlərdə ƏDV-nin depozit hesabı mövcud deyildir, bu da qeyd olunan maddənin bütövlükdə (qismən deyil) ƏDV qeydiyyatında olan rezidentlərdən əldə edilən malların (işlərin, xidmətlərin) alışına aid olduğu deməkdir. Beləliklə, qeyri-rezidentdən alıış əməliyyatı zamanı nə ƏDV-nin, nə də ki əsas məbləğin ödənişinə dair bu maddənin tələbləri tətbiq oluna bilməz. Yuxarıda qeyd olunduğu kimi ’’verginin ödənilməsini təsdiq edən ödəmə sənədi” əvəzləşdirmə hüququ verən yeganə və zəruri sənəddir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Filial vergi agenti olaraq qeyri-rezidentə (XXX BV) hesablamış 237,553.80 manat ƏDV məbləğini 24 yanvar 2018-ci ildə büdcəyə ödəmiş (240,000.00 manat) və müvafiq əvəzləşməni vergi qanunvericiliyinə əsasən həyata keçirmişdir. Belə olan təqdirdə vergi yoxlaması aktındakı göstərilən əvəzləşdirilmənin ləğvi əsassız və qanunsuz olmuşdur.Filialın 2018-2019-cu illər üzrə gəmilərin saxlanması ilə bağlı çəkilən xərclər üzrə əvəzləşdirilmiş ƏDV-nin ləğv edilməsi və həmin xərclərin gəlirdən çıxılmayan xərclər kimi nəzərə alınması ilə bağlı 30 iyul 2021-ci il tarixdə **********140695 saylı Aktda göstərilənlərlə əlaqədar qeyd edilir ki, həmin akta əsasən Filialın 2018-2019-cu illər üzrə yalnız layihə işləri üzrə fəaliyyəti olduğundan yoxlama ilə həmin illər üzrə gəmilərin saxlanması ilə bağlı çəkilmiş xərclərin və yoxlanılan vergi dövründə gəlirə aid olmayan digər sosial xərclərə görə ümumilikdə 586582,05 manat məbləğində ƏDV əvəzləsdirilmiş və yoxlama ilə həmin əvəzləşdirmələr ləğv edilmişdir. “X7 and Marine Contractors B.V. Şirkəti Azərbaycan Respublikasının ərazisində yaradılan filial vasitəsilə fəaliyyət göstərir. Fəaliyyət sahəsinə uyğun olaraq xaricdən Azərbaycan Respublikasına müvəqqəti idxal rejimində gətirilən üzən avadanlıqlarla (gəmilərlə) Xəzər dənizində mürəkkəb, eləcə də müasir texnologiyalara əsaslanan mühəndis işləri aparılır.Həmin avadanlıqların (gəmilərin) əldə edilməsi külli miqdarda vəsait tələb etdiyindən Filial həmin avadanlığı (gəmini) digər ölkələrdən müvəqqəti idxal rejimində gətirərək Azərbaycan Respublikasının ərazisində öz işlərində istifadə edir və yenidən öz mülkiyyətçisinə geri qaytarır.Belə yanaşma beynəlxalq işgüzar praktikada geniş istifadə edilir və bu hal çəkilən xərclərin səmərəliliyinin artırılması üçün bir vasitədir. Filial saxlanılan gəmiləri məhz Azərbaycanda müştərilərə xidmət göstərmək üçün saxlayır. Son illərdə Filialın faəliyyətinin azalmasına baxmayaraq Filial rəhbərliyi onun müştəri bazasının genişləndirilməsi üçün aktiv çalışır, mütəmadi olaraq tenderlərdə iştirak edir və gəlirlərin artırılması üçün səy göstərir, yeni layihələr yoxlanılan dövr üzrə və 2020, 2021-ci illərdə davam etdirilir və bu layihələrdə həmin avadanlıqlardan (gəmilərdən) istifadə edilir. Məsələn, Filiala aid “YYY” gəmisi, Saipem və Bos Shelf tərəfindən Filiala həvalə edilən “Ümid Babək 2” neft yataqlarının işlənməsində qazma işləri üçün təmir edildi. “ZZZ” adlı gəmi də daha kiçik avadanlıq olan “AAA” və “BBB” gəmiləri ilə yanaşı həmin layihə üçün nəzərdə tutulmuşdur. Layihənin ilin əvvəlində başlayacağı və təmir işlərinin 19 Noyabr 2020-ci il tarixində Niyyət Məktubu çərçivəsində həyata keçirildiyi nəzərdə tutulmuşdur. İşə başlamanın tarixi 2021-ci ilin noyabr ayıdır və bu tarixədək bütün gəmilərin işə düşməsi vacibdir. Bundan əlavə gəmilərin (avadanlığın) Azərbaycanda işlənməsi ilə bağlı daha bir neçə danışıqlar aparılır.Göründüyü kimi, istismar xərcləri yalnız ona görə çəkilir ki,Filialın avadanlıqları (gəmiləri) saz vəziyyətdə qalsın və öz funksiyalarını yerinə yetirmək, eləcə də müvafiq gəlir əldə edilməklə istifadə edilsin. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Eyni zamanda gəlirdən çıxılmayan xərclərin müfəssəl siyahısı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109-cu maddəsində qeyd edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Həmin maddələrin əlaqəli birgə mənasından göründüyü kimi gəlirlərdən çıxarılmasına yol verilən xərclərin kompensasiya edilməsi beş ildən artıq olmayan dövrə keçirilir. Bunlara uyğun olaraq Aktda qeyd edilmiş “yalnız layihə işləri üzrə fəaliyyət" deyil, gəlirdən çıxarılmasına yol verilən xərclərin kompensasiya edilməsi vergi qanunvericiliyinə uyğundur. Odur ki, gəmilərin (avadanlığın) saxlanması üçün çəkilən xərclər və digər bu qəbildən olan xərclər üzrə 586582,05 manat ƏDV məbləğinin (sosial xərclər nəzərə alınmaqla) yoxlama dövrlərində əvəzləşdirilməsi və həmin xərclərin gəlirdən çıxılması qanunamüvafiq olduğundan əvəzləşmənin ləğv edilməsi və həmin xərclərin gəlirdən çıxılmayan xərclər kimi nəzərə alınması əsassız və qanunsuzdur.Daha sonra, vergi orqanı SVY aktında göstərmişdir ki, yoxlama zamanı filial tərəfindən 535280,78 manat (96350,54 manat ƏDV) və 5934388,22 manat (1068189,88 manat ƏDV) məbləğində YGB üzrə müvəqqəti idxalları əvəzləşdirdiyi müəyyən edilmiş və yoxlama ilə həmin əvəzləşdirmələr ləğv edilmişdir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Nəzərə alınmalıdır ki, müvəqqəti idxal rejimində gətirilən avadanlıqlar yük gömrük bəyannamələri ilə rəsmiləşdirilir və müvafiq rüsumlar, vergilər həmin yük gömrük bəyannamələri əsasında ödənilir.SVY aktında vergi orqanı tərəfindən AR VM-nin 159.3 maddəsi belə şərh edilir ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar idxal malları sayılmır. Bunun əsasında da vergi yoxlayıcıları belə bir nəticəyə gəlmişdir ki, həmin mallara görə ödənilmiş gömrük ƏDV-si əvəzləşdirilə bilməz.Lakin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir və Filial da bu maddəni rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.3-cü və 175.10-cu maddələri arasındakı uyğunsuzluq mövcuddur. Filial tərəfindən 1,068,189.88 manat ƏDV məbləğinin ödənilməsinin əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.10-cu maddəsi yaratmışdır. Səyyar vergisi yoxlaması aktında göstərilən 535,280.78 manat (96,350.54 manat ƏDV) məbləğin əvəzləşdirilməsinin ləğvi ilə bağlı hər hansı izah və ya rəsmi açıqlama verilməmişdir.Nəzərə alınmalıdır ki, müvəqqəti idxal edilən mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmirsə, belə olan halda müvəqqəti idxal edilən gəmi üçün Filial tərəfindən ödənilmiş 1068189,88 manatın ödənilməsinə hüquqi əsas olmamışdır. Belə olan halda hüquqi əsası olmayan 1068189,88 manatın ödənilməsinə görə 535280,78 manat (96.350,545 manat ƏDV) maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı sayıla bilməz.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********138645 nömrəli Qərarına əsasən "X7 and Marine Contractors B.V." şirkətinin Azərbaycan Respublikasındakı Filialında Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir.Səyyar vergi yoxlaması zamanı Filiala Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********138795 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Filial tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan sənədlərin müəyyən bir qismi yoxlamaya təqdim edilmişdir. Bununla əlaqədar olaraq filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsinin iştirakı ilə sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə 2 nüsxədən ibarət xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Bundan əlavə yoxlama zamanı Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********846100 nömrəli, xx.xx.2020-ci il tarixli, **********141600 nömrəli və xx.xx.2021-ci il tarixli, **********865300 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubları ilə vergi ödəyicisinə müraciətlər göndərilmişdir. Filial tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlərin müəyyən bir hissəsi vergi orqanına təqdim edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli "Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə" Akt tərtib edilərək vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********144611 nömrəli qarar çıxarılmış və filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş vergilərin hesablanması üçün zəruri olan sənədlər götürülərək xx.xx.2021-ci il tarixli, **********145141 nömrəli Protokolla rəsmiləşdirilmişdir. Yoxlama zamanı filiala məxsus AZ1065 ünvan 1 ünvanda yerləşən ofisə baxış keçirilmiş va baxışın nəticəsi xx.xx.2021-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə:Filialın 2017-ci il üzrə təqdim edilmiş "Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 13275490,85 manat olmuşdur, o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 13 237 660,63 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 37 830,22 manat, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 368 748,45 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 12 906 742,40 manat göstərilmişdir.Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 239 461,24 manat (yerli işçilər üzrə əmək haqqı 167 019,99 manat, əcnəbi işçilər üzrə əmək haqqı 72 441,25 manat), sosial sığorta haqları 52 681,48 manat, malın dəyəri 650 339,33 manat, icarə haqqı 237 936,81 manat (fiziki şəxslər üzrə 202 436,81 manat, hüquqi şəxslər üzrə 35 587,05 manat), müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 35 587,05 manat, enerji xərci 1268,10 manat, qaz xərci 2549,10 manat, yanacaq xərci 361 364,59 manat, rabitə xərci 17 283,45 manat, mühafizə xərci 4 618,99 manat, bank xidməti üzrə xərclər 18 596,67 manat, reklam xərci 1123,50 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 2 622 025,70 manat, amortizasiya ayırmaları üzrə xərclər 32 803,20 manat, təmir xərcləri 1270,11 manat, nəqliyyat xərcləri 188 787,37 manat, sığorta üzrə xərclər 6471,37 manat, digər xərclər 3 686 953,40 manat, gəlirdən çıxılan vergilər və yığımlar 470,31 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 8 161 591,77 manat təşkil etmişdir.2017-ci il üzrə mənfəət (12 906 742,40-8 161 591,77) 4 745 150,63 manat təşkil etmiş və keçmiş illərin zərəri 4 718 466,05 manat çıxılmaqla (2015-ci İl üzrə 2380 550,23 manat, 2016-cı il üzrə 2337 915,82 manat) büdcəyə (4 745 150,63 - 4 718 466,05) 26684,58 manat mənfəətdən (26684,58*20%) 5336,92 manat mənfəət vergisi hesablanmışdır.Yoxlama zamanı sənədlər tam təqdim edilmədiyindən 2017-ci il üzrə mənfəət vergisi üzrə vergi orqanının “Hesabat və Axtarış” informasiya sistemində olan baza məlumatları (vergi-hesab fakturalar, e-qaimə fakturalar, YGB və s), müvafiq bank idarələri tərəfindən təqdim edilmiş bank əməliyyatlarına dair çıxarışlar və s. əsasında hesablama aparılmışdır.Səyyar vergi yoxlaması ilə filialın 2017-ci il üzrə ümumi gəliri 13 144 742,57 manat, o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 13106912,35 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 37 830,22 manat, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 368 748,45 manat olmuşdur. Vergidən azad edilən gəlirlər olmamış, çıxılmalardan sonrakı ümumi gəlir məbləği 12 775 994,12 manat təşkil etmişdir.Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 239 461,24 manat (yerli işçilər üzrə əmək haqqı 167 019,99 manat, əcnəbi işçilər üzrə əmək haqqı 72 441,25 manat), sosial sığorta haqları 52 681,48 manat, malın dəyəri 650 339,33 manat, icarə haqqı 237 936,81 manat (fiziki şəxslər üzrə 202 436,81 manat, hüquqi şəxslər üzrə 35 587,05 manat), müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri 35 587,05 manat, enerji xərci 1268,10 manat, qaz xərci 2549,10 manat, yanacaq xərci 361 364,59 manat, rabitə xərci 17 283,45 manat, mühafizə xərci 4 618,99 manat, bank xidməti üzrə xərclər 18 596,67 manat, reklam xərci 1123,50 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 2 622 025,70 manat, amortizasiya ayırmaları üzrə xərclər 32 803,20 manat, təmir xərcləri 1270,11 manat, nəqliyyat xərcləri 188 787,37 manat, sığorta üzrə xərclər 6471.37 manat, digər xərclər 2 518 775,0 manat, gəlirdən çıxılan vergilər və yığımlar 470,31 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 6 993 413,37 manat təşkil etmişdir.Yoxlama ilə 2017-ci il üzrə mənfəət (12 775 994,12 -6 993 413,37) 5 782 580,75 manat təşkil etmiş və əvvəlki səyyar vergi yoxlaması ilə təsdiqlənmiş keçmiş illərin zərəri 4 822 248,91 manat çıxılmaqla (2015-ci il üzrə 2380 550,23 manat, 2016-cı il üzrə 2 441 698,68 manat) büdcəyə (5 782 580,75-4 822 248,91) 960 331,84 manat mənfəətdən (960 331,84 *20%) 192 066,37 manat mənfəət vergisi hesablanmışdır. Filial tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 2017-ci ildə mənfəət vergisinin 186 729,45 manat (192 066,37-5336,92) az hesablandığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 186 729,45 manat azaldılmasına görə 50% məbləğində, 93 364,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan əlavə filialın 2018-2019-cu illər ərzində “BP Abşeron Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə (VÖEN **********) layihə işləri üzrə fəaliyyəti olmuşdur. Yoxlama zamanı filial tərəfindən 2018-2019-cu illər üzrə mənfəət vergisi bəyannamələrində göstərilən xərclərin həmin fəaliyyətlə bağlı olmadığı müəyyən edilmiş və həmin xərclər yoxlama ilə öz təsdiqini tapmamışdır. Belə ki, həmin fəaliyyətlə bağlı əldə edilən gəlir Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən (Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X5 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir) qanunla təsdiq olunmuş əsas boru kəməri haqqında və digər bu qəbilədən olan sazişlər və ya qanunlar çərçivəsində göstərilən fəaliyyətdən əldə edilən gəlir kimi qiymətləndirilmişdir. Bununla əlaqədar olaraq filialın 2018-2019-cu illər üzrə əldə etdiyi gəlirləri vergidən azad olunan gəlirlər kimi qiymətləndirilmiş və yoxlama zamanı mənfəət vergisinə cəlb edilməmişdir.Filial tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 248 308,27 manat xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqinin 247 065,68 manat, xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqinə münasibətdə 1242,59 manat mənfəət yaranmış və bununla əlaqədar 248,52 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, filial tərəfindən 2018-ci ildə mənfəət vergisinin 248,52 manat az hesablandığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 248,52 manat azaldılmasına görə 50% məbləğində. 124,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Əlavə dəyər vergisi üzrə:Vergi ödəyicsi yoxlanılan dövrdə faktiki olaraq Xəzər dənizində dib dərinləşdirmə işləri (2017-ci ildə "X4 Limited" MMC ilə (VÖEN **********)) və layihə işləri (2018-2019-cu illərdə BP Abşeron Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə (VÖEN **********)) fəaliyyəti ilə məşğul olmuşdur.Yoxlama zamanı filial tərəfindən 535 280,78 manat (96 350,54 manat ƏDV) və 5 934 388,22 manat (1 068 189,88 manat ƏDV) məbləğində YGB üzrə müvəqqəti idxalları əvəzləşdirdiyi müəyyən edilmiş və yoxlama ilə həmin əvəzləşdirmələr ləğv edilmişdir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.Bundan əlavə vergi ödəyicisinin bank hesablarından qeyri-rezidentə ödəniş ödənilmədiyi halda 1 319 743,32 manat (ƏDV 237 553,80 manat) məbləğində filial tərəfindən əvəzləşdirilmə edilməsi müəyyən edilmiş və yoxlama ilə həmin əvəzləşdirmə ləğv edilmişdir. Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır, ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.Filialın 2018-2019-cu illər üzrə yalnız layihə işləri üzrə fəaliyyəti olduğundan yoxlama ilə həmin illər üzrə gəmilərin saxlanması ilə bağlı çəkilmiş xərclərin və yoxlanılan vergi dövründə gəlirə aid olmayan digər sosial xərclərə görə ümumilikdə 586 582,05 manat məbləğində ƏDV əvəzləşdirilmiş və yoxlama ilə həmin əvəzləşdirmələr ləğv edilmişdir.Filial tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan vergi dövrü üzrə dövriyyənin 54 439,25 manat artıq göstərilməsi səbəbindən ƏDV-nin 9799,07 manat artıq hesablanması və Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla filial tərəfindən düzgün göstərilməmiş əvəzləşmələrin ləğv edilməsi səbəbindən cəmi 1 978 877,2 manat əlavə vəsait hesablanmışdır. Yoxlama zamanı müəssisə tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi müəyyən edilmişdir.Beləlikə, yoxlama zamanı filial tərəfindən əlavə dəyər vergisinin 1 978 877,20 manat azaldıldığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1 978 877,20 manat azaldılmasına görə 50% məbləğində, Vergi Məcəlləsinin 175-ci və 166-cı maddələrinin tələbləri nəzərə alınmaqla 989 483.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan əlavə filial tərəfindən 2017ci ildə 38 561,88 manat, 2018-ci ildə 12 554,84 manat, 2019-cu ildə 21 206,54 manat, 2020-ci ildə 7 100,04 manat ƏDV məbləğləri malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Odur ki, Vergi Məcəlləsınin 58.6-cı maddəsinə əsəsən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 79 423,3 manat ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisınə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 39 711,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya əlavə etirazını təqdim edərək göstərmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci ilin dekabr ayında müvəqqəti idxal edilmiş mallara görə 96 350,54 manat, 2019-cu ilin may ayı üzrə 1 068 189,88 manat, cəmi 1 164 540,42 manat əvəzləşdirilmişdir. Səyyar vergi yoxlaması nəticəsində qeyd edilən məbləğlərin əvəzləşdirilməsi qanunauyğun olmadığından əvəzləşmədən çıxarılmış və 1164540,42 manat əlavə vergi məbləği və buna müvafiq maliyyə sanksiyası hesablanmışdır.Vergi ödəyicisi tərəfindən müvəqqəti idxal şəklində idxal edilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələri təqdim edilərək məbləğlər əvəzləşdirilmişdir.Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi vergi ödəyicisi tərəfindən eyni mallara görə ödənilmiş ƏDV-nin iki dəfə əvəzləşdirilməsinə gətirib çıxaracaqdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü 4.Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İnzibati məhkəmə işinin materiallarında olan: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********138645 nömrəli qərarına əsasən iddiaçının iyul 2017 – iyun 2020-ci illəri əhatə edən dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyiə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir; Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə iddiaçıdan cavabdehə tələbnamədə qeyd edilən sənədləri təqdim etmək tələb olunmuşdur; xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasının nəticələrinə dair akta əsasən iddiaçı “X7 and Marine Constractors B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2017-ci ildə mənfəət vergisinin 186729,45 manat (192 066,37-5336,92) azaldıldığı, 2018-ci ildə mənfəət vergisinin 248,52 manat azaldıldığı, 2017-ci il üzrə ƏDV-nin 105949,53 manat azaldıldığı, 2018-ci il üzrə ƏDV-nin 435226,28 manat azaldıldığı, 2019-cu il üzrə ƏDV-nin 1337352,93 manat azaldıldığı, 2020-ci il üzrə ƏDV-nin 100348,46 manat azaldıldığı müəyyən edilmişdir; “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********1150016 nömrəli, xx.xx.2021ci il tarixli qərarına əsasən “Səyyar vergi yoxlamasının nəticələri haqqında” xx.xx.2021-ci il tarixli, **********140695 nömrəli akta əsasən iddiaçıya 2017-ci il üzrə 186729,45 manat mənfəət vergisinin hesablanması, həmin məbləğdə verginin azaldılmasına görə 93364,73 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-ci il üzrə 248,52 manat əlavə mənfəət vergisinin hesablanması, həmin məbləğdə vergi məbləğinin azaldılmasına görə 124,26 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-ci il üzrə 105949,53 manat ƏDV-nin hesablanması, həmin məbləğdə vergi məbləğinin azaldılmasına görə 52974,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-ci il üzrə 435226,28 manat ƏDV-nin hesablanması, həmin məbləğdə vergi məbləğinin azaldılmasına görə 217657,98 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə 1337352,93 manat ƏDV-nin hesablanması, həmin məbləğdə vergi məbləğinin azaldılmasına görə 668676,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2020-ci il üzrə 100348,46 manat ƏDV-nin hesablanması, həmin məbləğdə vergi məbləğinin azaldılmasına görə 50174,23 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-ci il üzrə ƏDV-nin ödənilməməsinə görə 19280,94 manat maliyyə sanksiyasının, 2018-ci il üzrə ƏDV-nin ödənilməməsinə görə 6277,42 manat maliyyə sanksiyasının, 2019-cu il üzrə ƏDV-nin ödənilməməsinə görə 10603,27 manat maliyyə sanksiyasının, 2020-ci il üzrə ƏDV-nin ödənilməməsinə görə 3550,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi, ümumilikdə iddiaçıya azaldılımış 2 165 855,17 manat verginin hesablanması və 1 122 684,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul etmişdir; Bundan əlavə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə hesablardan çıxarışlar, müqavilələr və digər sənədlər təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi 8.Məhkəmə iddiaçının nümayəndəsini, iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 9.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;.. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcələnin 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Həmin Məcəllənin 104.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Həmin Məcəllənn 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasə bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti illərin gəlirləri hesabına kompensasiya edilmir.Vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. Həmin Məcəllənin 109.6-cı maddəsinə əsasən ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır. Həmin Məcəllənin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Həmin Məcəllənin 16.10-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Həmin Məcəllənin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyrirezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır. Həmin Vergi Məcəlləsinin 169.6-cı maddəsinə əsasən qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə, əmlakın sahibi olan qeyri-rezidentin icazəsi ilə vergi agenti idxaldan ödənilmiş vergidən ƏDV-nin məbləğinin əvəzləşdirilməsini tələb edə bilər. Bu halda vergi agenti vergi ödəyicisi sayılır və sonradan əmlakı təqdim edərkən (onun ixracı istisna edilməklə) ƏDV-nin ödənilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 169.8-ci maddəsinə əsasən Bu Məcəllənin 33.8-1-ci maddəsində nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident tərəfindən bu fəslin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən bu Məcəlləyə uyğun olaraq hesablanıb ödənilir. 11.İşin faktiki hallarından görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr üzrə cavabdeh vergi orqanı tərəfindən cəmi iddiaçıya azaldılımış 2 165 855,17 manat verginin hesablanması və 1 122 684,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi ilə ümumilikdə 3,288,539.26 manat məbləği əlavə iddiaçıya hesablanmışdır, belə ki, 2017-ci ildə mənfəət vergisinin 186729,45 manat (192066,37-5336,92) az hesablandığı, 2018-ci ildə mənfəət vergisinin 248,52 manat az hesablandığı müəyyən edilərək həmin məbləğdə vergilər iddiaçıya hesablanmış, habelə 535280,78 manat (96350,54 manat ƏDV) və 5934388,22 manat (1068189,88 manat ƏDV) məbləğində YGB üzrə müvəqqəti idxalların əvəzləşdirilməsi cavabdeh tərəfindən ləğv edilmişdir, və həmin məbləğlərdə ƏDV hesablanmışdır, qeyd edilən məbləğlərin 50% qədər məbləğdə iddiaçıya maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanmasına səbəb cavabdeh tərəfindən iddiaçının xərclərinin nəzərə alınmaması olmuşdur, lakin nə səyyar vergi yoxlaması aktından, nə də hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin qərarından – inzibati aktdan həmin əlavə hesablamaya səbəb olmuş və cavabdeh tərəfindən nəzərə alınmamış xərclərin konkret hansı xərclərdən ibarət olması göstərilməmişdir, yalnız məbləğ qeyd edilmiş və azaldılmış məbləğin izahı verilməmişdir. Bundan başqa əlavə mənfəət vergisi hesablanmasına səbəb kimi “Bp Abşeron Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə layihə işləri üzrə iddiaçının fəaliyyəti ilə bağlı xərclərin həmin fəaliyyətlə bağlı olmadığı və həmin xərclərin yoxlama ilə təsdiqinin tapmaması göstərilmişdir. Lakin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xx.xx.2015-ci ildə təsdiq edilmiş “Xəzər dənizinin Abşeron sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və X5 haqqında” Sazişin 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyətini həyata keçirən və müvafiq qaydada vergi uçotuna alınmış (vergi ödəyicisinin eynilədirmə nömrəsi almış) xarici subpodratçı hər təqvim ili üçün Azərbaycan Respublikasında əldə edilmiş bütün gəlir (karbohidrogen fəaliyyəti ilə bağlı əldə edilən gəlir daxil olmaqla. Lakin bununla məhdudlaşmadan) və həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmi xərclər göstərilməklə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericiliyə uyğun olaraq mənfəət vergisinə dair bəyannamə təqdim etmə və dövlət büdcəsinə mənfəət vergisini və digər vergiləri ödəmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X5 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının “Bp Abşeron Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə layihə işləri üzrə iddiaçının fəaliyyəti ilə bağlı xərclərin həmin fəaliyyətlə bağlı olmadığı və həmin xərclərin yoxlama ilə təsdiqinin tapmadığı hallarda həmin xərcləri nəzərə almamasının hüquqi əsasları mövcud olmamışdır. Eyni zamanda mübahisələndirilən qərardan görünür ki,iddiaçıya cavabdeh tərəfindən 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci il üzrə əlavə ƏDV hesablanmış və hesablanmış məbləğlərin 50% məbləğində maliyyə sanksiyası tətbq edilmişdir. Həmin ƏDV-nin əlavə hesablanmasına əsas iddiaçı tərəfindən müvəqqəti idxal edilmiş mallara görə əvəzləşdirmələrin cavabdeh tərəfindən ləğv edilməsi olmuşdur və cavabdeh bunu gəmilərə çəkilmiş təmir xərclərinin sahibkarlıq fəaliyyəti məqsədilə çəkilməməsi, filial tərəfindən əvəzləşdirmə aparılmasının qanunvericilikdə nəzərdə tutulmaması ilə əsaslandırmışddır. İddiaçı cavabdehin qeyd edilən hərəkətinin qanunsuz hesab edilməsini onunla əsaslandırır ki, iddiaçı Azərbaycanda dibdərinləşdirmə işlərini və sahildənkənar digər layihələri həyata keçirir və qeyd edilən işlərlə bağlı sifarişlər verildiyi halda mümkün qədər yaxşı mövqedə olmağa çalışır, bunun üçün də gəmilərin saz vəziyyətdə olması üçün xərclərə məruz qalır, həmin xərclər gəmilərdə çürümə, korroziya və sair bu kimi problemlərin aradan qaldırılmasına sərf olunur.Habelə həmin gəmilər Azərbaycan Respublikasının ərazisinə berbout-çarter müqaviləsi əsasında idxal olunurlar. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən fraxtedən gəmini berbout-çarterin şərtlərinə müvafiq olaraq istismar edir və istismar ilə bağlı bütün xərcləri, o cümlədən gəmi heyəti üzvlərinin saxlanılması xərclərini ödəyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsində göstərilir: 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 108.1-1. Alışı və ya mədaxili bu Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə bu Məcəllənin 58.8.2-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların bu Məcəllənin 58.16-cı maddəsinə uyğun olaraq müəyyən edilən dəyəri gəlirdən çıxılan xərclərə aid edilir.108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. 108.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyriyaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.39-cu maddəsində əsasən müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər; 13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. Odur ki, məhkəmə iddiaçının gəmilərin saxlanılmasına çəkilmiş xərclərlə bağlı, müvəqqəti idxal rejimində gətirilmiş gəmilərin (avadanlıqların) gömrük ƏDV-sinin ləğv edilməsi və əlavə ƏDV hesablanması və həmin hesablanmış ƏDV məbləğləri ilə bağlı maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı vergi orqanının hərəkətlərinin əsassız olması barədə mövqeyi ilə razılaşır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı həm əlavə mənfəət verigisinin, həm də ƏDV hesablanması və həmin hesablamalarla bağlı əlavə maliyyə sanksiyaları hissəsində əsassız və qanunsuzdur, lakin cavabdehin məhkəməyə təqdim edilmiş etiraza əlavəsindən görünür ki, vergi ödəyicisi tərəfindən müvəqqəti idxal şəklində idxal edilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələri təqdim edilərək 2019-cu ilin may ayı üzrə 1068189,88 manat ƏDV əvəzləşdirilmişdir, belə olan halda səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş mübahisələndirilən qərarın 1068189,88 manat ƏDV hissəsində ləğv edilməsi vergi ödəyicisi tərəfindən eyni mallara görə ödənilmiş həmin çəbləğdə ƏDV-nin iki dəfə əvəzləşdirilməsi hüququnun yaranmasına səbəb olacaqdır.Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə mübahisələndiirlən qərar əlavə 1068189,88 manat ƏDV hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. 12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150016 nömrəli Qərarı 1 068 189, 88 manat məbləğində əlavə ƏDV hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150016 nömrəli Qərarı 1068189, 88 manat məbləğində əlavə ƏDV hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar