Məhkəmə qərarları › İş №e-2-1(112)-2817/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2817/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2817/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "X9" QSC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********891900 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2013-cü il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alınmış və əsas fəaliyyəti “ixtisaslaşdırılmamış topdansatış”dan ibarətdir. İddiaçı fəaliyyətini tam şəffaf olaraq, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq formalaşdırmışdır. Siyahıda olan riskli vergi ödəyiciləri kimi cavabdehin qiymətləndirdiyi şəxslər haqqında xəbərdarlıq məktublarını gec də olsa iddiaçıya göndərmişlər. Bundan əlavə intizamlı vergi ödəyicisi olaraq malları, işləri və xidmətləri əldə edəndə satıcı olaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi olmağını iddiaçı bilmir. Alqı-satqı əməliyyatları başa çatandan 2-5 aydan sonra vergi orqanı bildiriş göndərir ki, həmin vergi ödəyicisi riskli vergi ödəyicisidir. İddiaçı alıcı kimi yalnız real olaraq satıcıda həmin malların olmasını və sistem üzərində onların riskli olub olmamasını bilməlidir. Vergi ödəyicilərindən malları alanda onlar riskli vergi ödəyicisi olmamışdır, mallar real olaraq alınıb satılmışlar. Əgər iddiaçı malları alanda həmin vergi ödəyicilərini riskli kimi sistem göstərməmişdirsə, deməli iddiaçı əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi də deyildir. Hətta 462 465,76 manatlıq əməliyyatlar əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilsə də, onların alış maya dəyəri müəyyənləşdirilməlidir ki, onların maya dəyəri də məcəllənin tələblərinə görə hansı formada hesablanılsa mənfəət vergisi bəyannaməsi üzrə faktiki maya dəyərindən çox olacaqdır. Göründüyü kimi iddiaçı real olaraq siyahıda olan vergi ödəyicilərindən 462465,76 manatlıq malları almışdır, həmin malları alanda onlar riskli vergi ödəyicisi olmamışlar, riskli vergi ödəyicisi deyillərsə, deməli əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi də sayılmırlar və aldıqları malları alış kodları ilə satmışlar. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2013-cü il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin “ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu müəyyən edilmişdir. Vergi nəzarəti qaydasında vergi orqanında aparılan araşdırma zamanı əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində iddiaçı tərəfindən əldə edilmiş elektron qaimə fakturalar üzrə 462465,76 manat 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********524500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 92493,16 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində iddiaçı tərəfindən elektron qaimə fakturalar üzrə alınmış 462465,76 manat məbləğində qarşılıqlı əməliyyatların riskli əməliyyat olması əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazl müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 142 572,92 manat vergi borcu hesablanmışdır. Həmin məbləğin 50 079,76 manat hissəsi təqdim edilmiş bəyannamə, hesabat üzrə, 92493,16 manat hissəsi isə əlavə hesablanmış vergi məbləğidir. Qərar onunla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 462465,8 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********578100 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X5 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********836600 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarına əsasən X5 (VÖEN **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. İddiaçı ilə X5 (VÖEN **********) arasında xx.xx.2022ci il tarixdə, 002/22/S nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********484000 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında cavabdeh tərəfindən riskli hesab edilən əməliyyat isə xx.xx.2022-ci ildə aparılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********09800 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X4 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X4 (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə HR-002 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********919500 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X1 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X1 (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 043 nömrəli müxtəlif məhsulların alqısatqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********929800 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X7 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X7 (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə RM-0023/25 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********788400 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X6 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X12 arasında cavabdeh tərəfindən riskli hesabe dilən əməliyyat isə xx.xx.2022-ci ildə aparılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********592300 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 01/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********069000 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X10 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X10 (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixdə 120 nömrəli müxtəlif məhsulların alqısatqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********886800 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 01/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********234000 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 03/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********359000 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında riskli hesab edilən əməliyyat isə xx.xx.2022-ci ildə aparılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********037200 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında riskli hesab edilən əməliyyat isə xx.xx.2022-ci ildə aparılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********637400 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN**********) arasında xx.xx.2022-ci il tarixdə 01/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********988600 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 01/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 01/2022 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********533100 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə 09/22 nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********462400 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarına əsasən X11 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı ilə X11 (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdə N EALSS********** nömrəli müxtəlif məhsulların alqı-satqısı müqaviləsi bağlanmışdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə müxtəlif şirkətlər və fərdi sahibkarlar arasında aparılmış əməliyyatlar əmtəəsiz kimi qiymətlədirilərək 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 462465,8 manat təqdim edilmiş 2022ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmış, nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla 92493,16 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). İddiaçının həmin hüqiqi və fiziki şəxslərləı apardığı əməliyyatlar nəticəsində əldə etmiş olduğu həmin malların şirkətlər və fərdi sahibkarların alışında müəyyən edilmədiyindən həmin hüquqi və fiziki şəxslər riskli vergi ödəyicisi siyahısına daxil edilmişlər. Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının həmin hüquqi və fiziki şəxslərlə aparılmış əməliyyatlar çərçivəsində əldə etdiyi mallar həmin vergi ödəyicilərinin alışında müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh belə hesab etmişdir ki, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən elektron qaimələr, alqı-satqı müqavilələri və alış aktları ilə müəyyən edilir ki, həmin vergi ödəyiciləri iddiaçı ilə aparılmış əməliyyatlardan sonra riskli vergi ödəyicisi siyahısına daxil edilmişlər. Yəni, iddiaçı həmin vergi ödəyiciləri ilə əməliyyat apararkən onların riskli vergi ödəyicisi siyahısına daxil ediləcəklərini qabaqcadan bilə bilməzdi. Həmin əməliyyatların riskli olmasına gəldikdə qeyd edilməlidir ki, həmin malların qeyd edilən vergi ödəyicilərinin alışında müəyyən edilməməsi iddiaçının həqiqətən onlarla əmtəəsiz əməliyyat aparması anlamına gələ bilməz. Belə ki, həmin vergi ödəyiciləri qeyd edilən malları qeyri-qanuni yolla əldə edərək iddiaçıya satmış ola bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar