Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2956/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “ümidsiz borcun silinməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə qərara aldı: TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı "xxxx" MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin rəisinin 5 (beş) illik müddəti keçmiş 1.897.903,48 manat məbləğində borcun ümidsiz borc kimi silinməsinə dair müraciətindən imtinaya dair hərəkətlərinin qanunsuz sayılması və 1.897.903,48 manat iddiaçının şəxsi hesabından borcun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi üzrə yaranmış 2.368.105.00 (iki milyon üç yüz altmış səkkiz min yüz beş) manat əsas borcunun və 564.038 (beş yüz altmış dörd min otuz səkkiz) manat faiz borcunun, cəmi 2.932.143.00 (iki milyon doqquz yüz otuz iki min yüz qırx üç) manat borcun tələbetmə müddəti keçdiyindən ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 100% dövlət mülkiyyətində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Törəmə ASC-nin hüquq varisidir. Təşkilati-hüquqi forması dəyişdirilərək MMC kimi xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına təkrar alınmışdır. Uzun illərdir ki, fəaliyyət göstərir və fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlət büdcəsinə hesablanmış vergiləri ödəyir. Lakin keçən dövr müddətində müəssisənin maliyyə vəziyyətində problemlər olduğu üçün vergi borcları tam ödənilməmiş və nəticədə müəssisənin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə illərlə yığılıb qalmış vergi borcları yaranmışdır. Vergi orqanı vergilərin olması ilə əlaqədar bank hesabına dəfələrlə sərəncam qoyaraq vergilərin ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, dövlət tədbirləri, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, sahibkarların borclarının silinməsi ilə əlaqədar bir neçə halda əvvəlki illərdən yığılmış və ödənilməmiş vergi məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir. Lakin müəssisənin son 5 (beş) ildən əvvəlki illərdən qalmış vergi məbləğləri hələ də borc kimi şəxsi hesab vərəqəsində qalmaqdadır. Belə ki, xx.xx.2017-ci il tarixə müəssisənin şəxsi hesab vərəqəsində vergilər üzrə borcu 2.557.579,32 manat təşkil edir. Bu məbləğin 50.813,08 manat hissəsini faizlər təşkil edir. Əgər nəzərə alınsa ki, əvvəlki illərdən qalmış vergi və 47.474,88 manat isə maliyyə sanksiyaları silinmişdir, o zaman Vergi Məcəlləsi ilə müəyyən edilən 5 il müddətində artıq qalmış vergi, peniya və maliyyə sanksiyaları məbləği 1.897.903,18 manat təşkil edir. Hesab edirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilən 5 (beş) illik müddət keçdiyindən 1.897.903,18 manat vergi və faizlər üzrə məbləğlər müəssisənin şəxsi hesab vərəqəsindən silinərək azaldılmalıdır. Sadalanan hallara və Vergi Məcəlləsinin 85.4-cü və 93-cü maddəsinə əsaslanaraq, müəssisənin 5 ildən artıq müddətdə yığılıb qalmış vergilərin şəxsi hesab vərəqəsindən silinməsinə dair xx.xx.2022-ci il tarixdə (AVİS qeydiyyatı xx.xx.2022-ci il tarixli, **********471000 nömrəli) Dövlət Vergi Xidmətinə tərəflərindən müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93-cü (ümüdsiz borcların silinməsi) maddəsinə istinadən “B.Səfərov adına Maşınqayırma Zavodu" MMC-nin şəxsi hesabında əks olunmuş 1.897.903,18 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edilərək silinməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinin (AVİS qeydiyyatı xx.xx.2022-ci il tarixli, **********471000 nömrəli) icrasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən elektron ünvanlarına göndərilmiş müraciətə baxılması haqqında məktubda vergidən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanmasına dair qərar qəbul edildiyi təqdirdə iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsinin həyata keçirilmədiyinə istinad olunaraq bu səbəbdən də müraciətinin icrasının mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət edərək cavabdehin imtinasının əsassız və qanunsuz sayılması, müraciətinin təmin edilərək ümidsiz vergi borcunun silinməsini xahiş etmişdir. Həmin şikayətə Dövlət Vergi Xidmətinin rəis müavini İ.Vəliyevin imzası ilə oxşar məzmunlu cavab verilərək, cəmiyyətdə külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktı üzrə CM-in 213.1-ci maddəsi ilə cinayət işinin açılması və cinayət işinin istintaqının xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılması bildirilmiş, bu səbəbdən tələbetmə müddəti keçmiş vergi borcunun silinməsinə dair müraciəti təmin edilməmişdir. Aşağıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh vergi orqanı tərəfindən hüququn tətbiqində və təfsirində səhvə yol verilmiş və bu səbəbdən də əsaslı olan müraciətindən qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh vergi orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CM-nin 213-cü maddəsi ilə cinayət işinin başlanması tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsinin həyata keçirilməsini istisna etmir və ümumiyyətlə, bu halda cinayət işinin açılması Vergi Məcəlləsinin 85.4-cü və 93-cü maddələrinin icrasına maneə olan hal deyil. Belə ki, ümidsiz borcun silinməsini ehtiva edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93-cü maddəsinin tələbinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanı tərəfindən həmin hallarda silinir. İstinad olunan maddənin tələbindən görünür ki, bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarması vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsində ehtiva olunmuşdur. Sözügedən maddənin tələbinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizəri və sanksiyalarını hesablamaq və hesbalanmış məbləği yenidən hesbalamaq, vergini, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablamaq) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il ərzində tutmaq hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsində təsbit olunduğu kimi, yalnız Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 15-ci, 75-ci və 213-cü maddələrinin tələblərinə görə vergilərdən və başqa icbari ödənişlərdən ödəməkdən xeyli və külli miqdarda yayınma az ağır cinayət kimi qəbul olunur və belə cinayətlərin törədildiyi gündən 7 (yeddi) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Nəzərə alınmalıdır ki, ümidsiz borc kimi silinməsini xahiş etdikləri 1.897.903,18 manat vergi faizlər üzrə məbləğlər Azərbaycan Respublikası CPM-nə uyğun olaraq təyin edilən vergi yoxlamaları ilə müəyyən edilməmişdir. Ümumiyyətlə, ümidsiz borc kimi silinməsi xahiş olunan vergi məbləği vergi yoxlaması ilə müəyyən olunmamış, həmin məbləğlər müəssisə tərəfindən bəyan edilmiş vergi məbləği olmaqla yalnız müəssisənin maliyyə çətinliyi səbəbindən ödənilməsi mümkün olmamışdır. Bəyan edilmiş vergi borcunun vaxtında ödənilməməsinə görə cinayət işinin açılması və istintaqın davam etməsi (sonradan dayandırılması) cavabdeh vergi orqanına bu hala görə VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş istisna şərtə istinad etməyə əsas vermir. Ona görə də VM-in 85.4-cü maddəsinin sonuncu cümləsində əksini tapan müddəa hazırkı işə tətbiq edilə bilməz. Hesab edir ki, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin istinad olunan müddəalarını öz mülahizələri əsasında yanlış təfsir edərək, həmin müddəaların birbaşa mənasını yanlış tətbiq etmiş və müddəanın tələbini pozmaqla müəssisənin müraciətindən əsassız imtina etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan üzərinə düşən vəzifəni yerinə yetirməkdən əsassız imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddianın mümkün sayılmamasına dair vəsatəti onunla əsaslandırılmışdır ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə tələbetmə müddəti bitən 675,0 min manat mövcuddur, lakin küllü miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə açılmış cinayət işi olduğu üçün borcların silinməsinin mümkün olmadığı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********617200 nömrəli məktubla bildirilmişdir. Belə ki, Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 13.8-ci bəndinə əsasən vergidən yayınma faktı üzrə cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında (bundan sonra Qərar) göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Yuxarıda qeyd edilənlər iddianın mümkünlük barədə tələbləri ödəmədiyini və bu səbəbdən mümkün sayılmamalı olduğunu təsdiq edir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş: -Cavabdehin iddiaçıya göndərilmiş məktubu ilə bildirilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır. - Cavabdehin iddiaçıya göndərilmiş məktubu ilə bildirilmişdir ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə vergilər uzrə 2399489,48 manat (o cümlədən əsas vergi üzrə 1607 993.90 manat, faiz borcu üzrə 536254.88 manat və maliyyə sanksiyası üzrə 255240.70 manat), icbari tibbi sığorta haqları üzrə 38499.32 manat (o cümlədən əsas borc üzrə 29999.78 manat və faiz borcu uzrə 8499,54 manat), məcburi sosial sığorta üzrə 1875234.64 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 1637758,66 manat və penya üzrə 237475, 98 manat) və işsizlik sığortası üzrə 31221,51 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 23156,66 manat və penya üzrə 8064,85 manat) borcu mövcuddur. Məlumat üçün nəzərinə çatdırılmışdır ki, Cəmiyyətdə külli miqdarda vergilərin dovlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılmış və cinayət işinin istintaqı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Bu səbəbdən müraciətdə tələbetmə müddəti bitmiş vergi borclarının silinməsi ilə bağlı məsələlər Vergi Məcəlləsinin deyil, Cinayət Məcəlləsinin təsıri altına düşdüyündən cinayət işi üzrə yekun qərar çıxarılanadək həmin borcların ümidsiz borc kimi silınməsinə baxıla bilməz. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, **********604900 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixə səxsi vərəqə üzrə ümumilikdə 2783107,66 manat, o cümlədən vergilər üzrə 1718179.16 manat, faiz üzrə 809687,80 manat, maliyyə sanksiyası üzrə 255240,70 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. Borcun ödənilməsi məqsədləri üçün mövcud qanunvericiliyə uyğun olaraq Baş İdarə tərəfindən vergi ödəyicisinə borc barədə müvafiq tarixlərdə bildirişlər göndərilmiş, aktiv bank hesablarına sərəncamlar qoyulmuşdur. Eyni zamanda MMC-yə məxsus əmlakın müəyyən edilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsinə və MMC-nin rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə orqanına ərizələr ilə müraciət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, **********540800 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2023-cü il tarixə şəxsi vərəqə üzrə ümumilikdə 3242362,15 manat, o cümlədən vergilər üzrə 2368105,21 manat, faiz üzrə 564037,99 manat, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 2822,37 manat, penya üzrə 253409,32 manat, icbari tibbi sığorta üzrə 42655,18 manat, faiz üzrə 11332,08 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən dövr üzrə 624.123,44 manat vergi borcu hesablanmış, 69.344,64 manat vergi borcu ödənilmiş, 2.987,20 manat vergi borcu azaldılmış, çap tarixinə faiz borcu 575.451,72 manat təşkil etmiş, əhatə etdiyi dövrün son tarixinə saldo -2.967.186,58 manat, çap tarixinə saldo - 2.943.556,93 manat, cəmi ödənilməli borc 2.943.556,93 manat, vaxtı ötmüş borc 4.532.821.77 manat təşkil edir. - Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,933,380.72 manat, o cümlədən vergilər üzrə 2,112,864.51 manat, maliyyə sanksiyaları üzrə 255.240.70 manat, faizlər üzrə 565,275.51 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli, **********2 nömrəli alınmalı sərəncamın təsdiq edilmiş surətindən görünür ki, iddiaçıdan 2.933.352,56 (iki milyon doqquz yüz otuz üç min üç yüz əlli iki manat əlli altı qəpik) manat vergi borcuna görə alınmalıdır. - xx.xx.2023-cü il tarixli, **********7 nömrəli alınmalı sərəncamın təsdiq edilmiş surətinə əsasən iddiaçıdan 2.964.829,51 (iki milyon doqquz yüz altmış dörd min səkkiz yüz iyirmi doqquz manat əlli bir qəpik) manat vergi borcuna görə alınmalıdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 25 oktyabr 2016-ci il tarixli ********* nömrəli cinayət işi başlanmasına dair qərarın surətindən görünür ki, "xxxx" ASC-də 2144366,76 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanması və həmin iş icraata qəbul edilərək ibtidai araşdırmanın aparılması qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli **********755400 saylı məktubla cavab olaraq bildirilmişdir ki, iddiaçıya 2017-2022-ci illər üzrə hesablanmış vergi borcu ilə bağlı sənədlər qoşmada (“Borclar çıxış sənədləri”, SVY-ı ilə bağlı sənədlər) təqdim olunur. İkinci sualla bağlı bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli MXMT(81) nömrəli qərardadı ilə 2017ci il tarixə olan 2.503.857,03 manat vergi borcu məbləği üzrə sərəncamlar qoyulması cavabdehə qadağan olunmuşdur. Sonradan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-858/2018 nömrəli qərardadı ilə təmin olunmamışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılan ərəfədə iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iş mahiyyəti üzrə geri götürüldüyündən Ali Məhkəməyə cavabdehin verdiyi vəsatət əsasında məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1(102)-1220/18 qərardadı ilə iş üzrə icraata xitam verilmiş və MXMT-i öz qüvvəsini itirmiş hesab olunmuşdur. Bundan sonra, xx.xx.2018-ci il tarixli **********166900 nömrəli sənəd əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli MXMT(81)-256/2017 saylı qərardadı AVİS №(**********253900) qüvvədən düşdüyünü nəzərə alaraq, vergi ödəyicisinin bank hesablarına sərəncamların qoyulması ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Həmçinin bildirilmişdir ki, cəmiyyətə qarşı külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı barəsində küllü miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış cinayət işi olduğundan Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 13.8-ci bəndinə əsasən vergidən yayınma faktı üzrə cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Məlumat üçün iddiaçının iş qovluğunda xx.xx.2018-ci il tarixə olan dövlət büdcəsinə ödənilməli vergi borcu barədə cədvəl qoşmada təqdim olunmuşdur. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli, **********106944 nömrəli qərarının təsdiq edilmiş surətinə əsasən "xxxx" Törəmə ASC (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2015-ci il-iyun 2017-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,534,206.72 manat, o cümlədən vergilər üzrə 2,208.106.80 manat, maliyyə sanksiyaları üzrə 247,615.58 manat, faizlər üzrə 78,484.34 manat borcu vardır. -Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,434,689.76 manat, o cümlədən vergilər üzrə 2,102,222.78 manat, maliyyə sanksiyaları üzrə 247,615.58 manat, faizlər üzrə 84,851.40 manat borcu vardır. -Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,450,160.43 manat, o cümlədən vergilər üzrə 2,116,468.67 manat, maliyyə sanksiyaları üzrə 247,615.58 manat, faizlər üzrə 86,076.18 manat borcu vardır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli, **********116652 nömrəli Səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətinə əsasən mənfəət vergisi 2015-ci il-2016-cı il, əlavə dəyər vergisi avqust 2015-iyun 2017, aksız vergisi sentyabr 2015-iyun 2017, əmlak vergisi 2015-ci il-2016-cı il, torpaq vergisi 2016-cı il-2017-ci il, sadələşdirilmiş vergi 4-cü rüb 2015-2-ci rüb 2017, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2015-ci il -2016-cı il, ödəmə mənbəyindən tutulan vergi 4-cü rüb 2015-2-ci rüb 2017, mədən vergisi sentyabr 2015-iyun 2017 Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2017-ci il tarixdə başa çatmışdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli, **********132803 nömrəli qərarının təsdiq edilmiş surətinə əsasən "xxxx" Törəmə ASC (VÖEN: **********) 2016-cı il dövr üzrə 55100 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,470,566.60 manat, o cümlədən vergilər üzrə 2,129,210.21 manat, maliyyə sanksiyaları üzrə 247,615.58 manat, faizlər üzrə 93,740.81 manat borcu vardır. -Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,526,757.41 manat, o cümlədən vergilər üzrə 2,129,210.21 manat, maliyyə sanksiyaları üzrə 302,715.58 manat, faizlər üzrə 94,831.62 manat borcu vardır. - "xxxx" Törəmə ASC (VÖEN: **********) xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə olan 2512153,04 manat ümumi borcun tərkibini təşkil edən 2066961,52 manat əsas vergi borcu haqqında məlumata əsasən onun 2.066.961,52 manat əsas vergi borcu, bəyannamə nəticəsinə görə hesablama üzrə 2.066.759,88 manat, kameral vergi yoxlaması ilə hesablama 200,24 manat, səyyar vergi yoxlaması ilə hesablama üzrə 1,40 manat borcu var. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,146,388.94 manat, o cümlədən vergilər üzrə 1,525,066.18 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 366,082.06 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********9 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,002,041.95 manat, o cümlədən vergilər üzrə 1,493,427.86 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 253, 373.39 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********7 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,040,955.87 manat, o cümlədən vergilər üzrə 1,530,665.64 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 255,049.53 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********7 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,076,691.46 manat, o cümlədən vergilər üzrə 1,555,578.64 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 265,872.12 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********2 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 6,827.75 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 6,192.97 manat, faizlər üzrə 634.78 manat borcu vardır. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********9 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 1,380,182.86 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1,350,356.76 manat, faizlər üzrə 29,826.10 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,024,356.05 manat, o cümlədən vergilər üzrə 1,491,500.22 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 277,615.13 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,062,919.27 manat, o cümlədən vergilər üzrə 1,521,015.99 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 286,662.58 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,068,673.35 manat, o cümlədən vergilər üzrə 1,524,885.90 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 288,546.75 manat borcu vardır. -Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,066,460.28 manat, o cümlədən vergilər üzrə 1,517,161.59 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 294,057.99 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,054,257.66 manat, o cümlədən vergilər üzrə 1,499,460.26 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 299,556.70 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,055,269.75 manat, o cümlədən vergilər üzrə 1,499,476.51 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 300,552.54 manat borcu vardır. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********8 nömrəli bildirilin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə ümumilikdə 1,404,467.42 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1,361,951,76 manat, faizlər üzrə 42,515.66 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,087,473.65 manat, o cümlədən vergilər üzrə 1,522,718.00 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 309,514.95 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 8,632.82 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 7,934.51 manat, faizlər üzrə 698.31 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,140,311.35 manat, o cümlədən vergilər üzrə 1,566,993.76 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 318, 076.89 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********1 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,187,407.78 manat, o cümlədən vergilər üzrə 1,612,381.30 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 319,785.78 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,146,388.94 manat, o cümlədən vergilər üzrə 1,525,066.18 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 366,082.06 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,146, 348.98 manat, o cümlədən vergilər üzrə 1,519,477.42 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 371,630.86 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,136,680.10 manat, o cümlədən vergilər üzrə 1,499,877.68 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 381,561.72 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,138,952.65 manat, o cümlədən vergilər üzrə 1,496,369.74 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 387,342.21 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,150,406.82 manat, o cümlədən vergilər üzrə 1,507,221.46 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 387,944.66 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,143,846.82 manat, o cümlədən vergilər üzrə 1,499,627.59 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 388,978.53 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,211,699.20 manat, o cümlədən vergilər üzrə 1,532,884.17 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 423,574.33 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********2 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,212,968.40 manat, o cümlədən vergilər üzrə 1,532,948.03 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 424,779.67 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********1 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,201,072.03 manat, o cümlədən vergilər üzrə 1,517,094.46 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 428,736.87 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,210,583.16 manat, o cümlədən vergilər üzrə 1,523,898.18 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 431,444.28 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,256,583.67 manat, o cümlədən vergilər üzrə 1,545,408.22 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 455,934.75 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,266, 742.55 manat, o cümlədən vergilər üzrə 1,552,709.80 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 458,792.05 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********2 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,280,968.53 manat, o cümlədən vergilər üzrə 1,563,705.70 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 462,022.13 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,284,341.04 manat, o cümlədən vergilər üzrə 1,562,620.91 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 466,479.43 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,288,999.38 manat, o cümlədən vergilər üzrə 1,564,002.71 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 469,755.97 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,295,292.17 manat, o cümlədən vergilər üzrə 1,566,132.56 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 473,918.91 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,298,939.48 manat, o cümlədən vergilər üzrə 1,565,878.38 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 477,820.40 manat borcu vardır. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 28,915.20 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 23,719.24 manat, faizlər üzrə 5,195.96 manat borcu vardır. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********7 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 30,683.22 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 25,421.64 manat, faizlər üzrə 5,261.58 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,352,168.23 manat, o cümlədən vergilər üzrə 1,583,702.49 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 513,225.04 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,344,741.89 manat, o cümlədən vergilər üzrə 1,572,469.79 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 517,031.40 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,348,588.73 manat, o cümlədən vergilər üzrə 1,575,731.21 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 517,616.82 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********1 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,345,213.34 manat, o cümlədən vergilər üzrə 1,570,529.87 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 519,442.77 manat borcu vardır. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********7 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 37,237.12 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 29,999.78 manat, faizlər üzrə 7,237.34 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********3 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,369,021.81 manat, o cümlədən vergilər üzrə 1,586,489.06 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 527,292.05 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,376,890.37 manat, o cümlədən vergilər üzrə 1,590,929.90 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 530,719.77 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********5 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,392,503.13 manat, o cümlədən vergilər üzrə 1,605,644.90 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 531,617.53 manat borcu vardır. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********7 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə ümumilikdə 1,972,494.39 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1,727,175.35 manat, faizlər üzrə 245,319.04 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,456,299.96 manat, o cümlədən vergilər üzrə 1,658,967.01 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 542,092.25 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,474,446.27 manat, o cümlədən vergilər üzrə 1,672,683.61 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 546,521.96 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,477,670.19 manat, o cümlədən vergilər üzrə 1,674,879.61 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 547,549.88 manat borcu vardır. - İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********9 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 12,936.56 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 4,167.73 manat, faizlər üzrə 8,768.83 manat borcu vardır. - Vergi borcunun ödənilməsinə dair **********6 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 3,006,833.77 manat, o cümlədən vergilər üzrə 2,124,292,76 manat, maliyyə sanksiyaları üzrə 255,240.70 manat, faizlər üzrə 627,300.31 manat borcu vardır. - "xxxx" MMC-nin vergi borcu barədə "xxxx" MMC-nin Auditor Hesabatından görünür ki, xx.xx.2022-ci il tarixə 2.368.105 manat əsas vergi borcu (tələbetmə müddəti bitmiş) və 564.038 manat faiz borcu cəmi 2.932.143 manat borc qalmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı vergi ödəyicisinin hazırki tələbi şəxsi hesab vərəqəsi üzrə yaranmış borcun tələbetmə müddəti keçdiyindən ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Hazırki iddiaya görə iddiaçı ona hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. 2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.(-). Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (Bu cümlələr 28 dekabr 2019-cu il tarixdən qüvvədədir). 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. (-). 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir (28 dekabr 2018-ci il tarixdən qüvvədədir). (-). Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3-cü maddə 28 dekabr 2019-cu ildən qüvvəyə minmişdir). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-nin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikasıs Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. İddiaçı iddia edir ki, xx.xx.2022-ci il tarixə tələbetmə müddəti bitmiş 2368105,00 manat əsas vergi borcu və 564038,00 manat faiz borcu, cəmi 2932143,00 (iki milyon doqquz yüz otuz iki min bir yüz qırx üç ) manat borcu qaldıgından həmin borclar ümidsiz borc kimi iddiaçının şəxsi hesab vərəqəsindən silinməlidir. Cavabdehin dəlillərinə görə cəmiyyətin xx.xx.2022-ci il tarixə tələbetmə müddəti bitən 675,0 min manat borcu mövcuddur, lakin küllü miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə açılmış cinayət işinin olması əsası ilə borcların silinməsi barədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia mahiyyət üzrə qismən əsaslıdır. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən şəxsi hesab vərəqəsindən, digər sənədlərdən, həmçinin auditor hesabatından müəyyən edilir ki, iddiaçı “B.SƏRDAROV ADİNA MAŞİNQAYİRMA ZAVODU" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.1997-ci il tarixə ümumilikdə 1428374,0 manat məbləğində (o cümlədən, əsas vergi üzrə 772135,18 manat, faiz üzrə 621649,34 manat və maliyyə sanksiyası üzrə 34 589,48 manat) borcu mövcud olmuşdur. İddaçı tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 399 936,04 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, xx.xx.2002-ci il tarixə 1028437,96 manat məbləğin tələbetmə müddəti bitmişdir (1428374,00 - 399936,04). xx.xx.2002-ci il tarixə ümumilikdə 2379837,56 manat məbləğində (o cümlədən, əsas vergi üzrə 1473 945,25 manat, faiz üzrə 788424,27 manat və maliyyə sanksiyası üzrə 117468,04 manat) borcu mövcud olmuşdur. Həmin borc məbləğindən tələbetmə müddəti bitmiş borc məbləğini (1028437,96 manat) çıxanda ümumilikdə 1351399,6 manat qalır. xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 1128802,62 manat məbləğində hesablama aparılmışdır. xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 55 655,52 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2002-ci il tarixə mövcud olmuş borc məbləğindən 1295744,08 manat pulun xx.xx.2007-ci il tarixə tələbetmə müddəti bitmişdir (1351399,6 - 55655,52). Göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixə ümumilikdə 2324182,04 manat borc məbləğinin tələbetmə müddəti bitmişdir (1028437,96 manat+1295744,08). 2007-ci ildə 162759,00 manat vergilər hesablanmış, 105000,00 manat ödənilmişdir. xx.xx.2008-ci il tarixə tələbetmə müddəti bitmiş 2324182,04 manat köhnə borc qalmışdır. 2008-ci ildə 250388 manat vergi borcu hesablanmış, 185 242,00 manat ödənilmişdir. xx.xx.2009-cu il tarixə tələbetmə müddəti bitmiş 2324182,04 manat köhnə borc qalmışdır. 2009-cu ildə 316 354,28 manat vergi borcu hesablanmış, 102424,91 manat ödənilmişdir. xx.xx.2010-cu il tarixə tələbetmə müddəti bitmiş 2324182,04 manat köhnə borc qalmışdır. 2010-cu ildə 202326,00 manat cari vergilər hesablanmış, xx.xx.2010-cu il tarixli **********666000 saylı 268144,70 manat və 48 265,85 manat əlavə vergi borcu hesablanmışdır. 202747,54 manat vergi ödənilmişdir. xx.xx.2011-ci il tarixə tələbetmə müddəti bitmiş 2324182,04 manat köhnə borc qalmışdır. 2011-ci ildə 322351,73 manat vergi borcu hesablanmış, 184526,62 manat ödənilmişdir. xx.xx.2012-ci il tarixə tələbetmə müddəti bitmiş 2324182,04 manat köhnə borc qalmışdır. 2012-ci ildə iddiaçıya 340774,43 manat vergilər hesablanmış, 362562,75 manat ödənilmişdir. xx.xx.2013-cü il tarixə 2324182,04 manat borc qalmışdır. 2013-cü ildə 519345,00 manat vergi borcu hesablanmış, 526317,81 manat ödənilmişdir. xx.xx.2014-cü il tarixə 2324182,04 manat borc qalmışdır. 2014-cü ildə 338780,03 manat vergilər hesablanmış, 320688,23 manat ödənilmişdir. xx.xx.2015-ci il tarixə 2324182,04 manat köhnə qalmışdır. 2015-ci ildə 397410,21 manat vergi borcu hesablanmış, 301497,96 manat ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələbetmə müddəti bitmiş 235 237,38 manat və 477 466,12 manat əsas vergi borcu, 333 067,83 manat maliyyə sanksiyaları üzrə borclar vergi orqanı tərəfindən silinmişdir. 2016-cı ildə 476589,90 manat vergilər hesablanmış, 290825,86 manat ödənilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələbetmə müddəti bitmiş 28716,65 manat maliyyə sanksiyaları üzrə borclar vergi orqanı tərəfindən silinmişdir. 2017-ci ildə iddiaçıya 349119,42 manat vergi borcu hesablanmış, 364938,04 manat ödənilmişdir. 2018-ci ilin yanvar - dekabr ayları ərzində 378145,00 manat vergi borcu hesablanmış, 396589,00 manat ödənilmişdir. 2019-cu ildə 356937,00 manat vergi borcu hesablanmış, 295914 manat ödənilmişdir. İl ərzində 659 676,00 manat əsas vergi borcu silinmişdir. 2020-ci ildə 155245,00 manat vergi borcu hesablanmış, 168308 manat ödənilmişdir. 2021-ci ildə 161776,00 manat vergi borcu hesablanmış, 114530 manat ödənilmişdir. 2022-ci ildə 624123,00 manat vergi borcu hesablanmış, 69345,00 manat ödənilmişdir. Beləliklə də, həm şəxsi hesabdan, həm də auditor hesabatından görünür ki, vergi orqanı tərəfindən iddiaçının yuxarıda qeyd olunan maddi hüquq normaları ilə müəyyən edilmiş tələbetmə müddəti keçmiş borcları vaxtaşırı olaraq cavabdeh inzibati orqanı tərəfindən silinmişdir. Lakin iddiaçının xx.xx.2011-ci il tarixə tələbetmə müddəti bitmiş 2.324.182,04 manat köhnə borcu qalmışdır ki, həmin borcun iddiaçıdan tutulması üçün cavabdeh orqan 5 illik müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən heç birini həyata keçirməmişdir. Bununla da, cavabdeh tərəfindən borcun tələb edilməsi üçün nəzərdə tutulan 5 illik iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslıdır. İddianın digər hissəsi ilə baglı isə məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixdən 2017-ci il tarixədək yaranmış borcların tutulması üçün 2016-cı ilin iyul ayından başlayaraq iddiaçının bank hesablarına cavabdeh tərəfindən sərəncamlar qoyulmuşdur. Həmçinin də 2017- 2022-ci ilə yaranmış borclarla baglı xx.xx.2017-ci il tarixdə VN-nin Vergi Cinayətləri Departamenti tərəfindən ******* manat ödənilməmiş vergi borclarına görə cinayət işi açılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin tarixə iddiaçının qalan vergi borcunun ümidsiz borc hesab edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslar mövcud olmadıgından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.2011-ci il tarixə tələbetmə müddəti bitmiş 2.324.182,04 manat borcunun silinməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslar mövcud oldugu halda xahişinin təmin edilməsindən imtina etməsi əsassız olmuşdur. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə əlverişli halların mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ərizəsini təmin etməkdən imtina etmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsi üzrə yaranmış 2.324.182,04 (iki milyon üç yüz iyirmi dörd min yüz səksən iki manat dörd qəpik) manat vergi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslarla tələbetmə müddəti keçdiyindən ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsi üzrə yaranmış 2.324.182,04 (iki milyon üç yüz iyirmi dörd min yüz səksən iki manat dörd qəpik) manat vergi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85 və 93-cü maddələri ilə müəyyən edilmiş əsaslarla tələbetmə müddəti keçdiyindən ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva