Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3113/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarların ləğv edilməsi və əlavə hesablanmış məbləğlərin iddiaçıya qaytarılması və hüquqi yardıma görə ödəniləcək məsrəflərin tutulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinin Apellyasiya Şurasının 29 iyul 2022-ci il tarixli qərarının və muvafiq olaraq, Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlarının İəğv edilməsi və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması və prosesdə iştiraka görə "xxxx" MMC huquq şirkətinə ödəniləcək 4.000 manat üstəgəl ƏDV məbləğində işə baxılması ilə əlaqədar məsrəflərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlamaları nəticəsində hesablanmış ƏDV məbləğlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir.İddiaçı MMC xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edərək iddiaçıya kameral qaydada ƏDV məbləği hesablanmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli, xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********004000 nömrəli, xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərarların ləğv edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarı ilə şikayəti təmin etməmişdir, qərar iddiaçıya xx.xx.2022-ci ildə çatdırılmışdır.Sadalanan qərarlar aşağıdakı əsaslarla ləğv edilərək artıq ödənilmiş ƏDV məbləği iddiaçıya qaytarılmalıdır.Cavabdehin 12 nömrəli Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli, **********0845 nömrəli, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli, **********00888 nömrəli xronometraj metodu ilə müşahidənin aparılması haqqında qərarları ilə iddiaçının müvafiq olaraq ünvan 2 və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2073-cü məhəllə, m77k ünvanlarda yerləşən “ANBAR” adlı obyektlərində xronometraj metodu ilə müşahidələr aparılmışdır.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində xronometraj metodu ilə müşahidələrin aparıldığı hallar müəyyən edilmişdir.Lakin həmin halların heç biri mövcud olmamışdır.Bundan əlavə xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara əsasən ƏDV iyul 2019-cu il dövrü üçün, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli qərara əsasən ƏDV 2019-cu il dövrü üçün, 09 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərara əsasən ƏDV fevral 2020-ci il dövrü üçün hesablanmışdır.Göründüyü kimi kameral vergi yoxlamasının keçirilmə və onun nəticəsinə dair qərar qəbuletmə müddətləri ötürülmüşdür.İddiaçı ƏDV-nin hesablanmasına dair etirazını 3 illik müddət ərzində vermişdir, hal-hazırda artıq hesablanmış məbləğlərin qaytarılmasını tələb edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddianın mümkün sayılmaması barədə vəsatətini təqdim edərək ilkin olaraq göstərmişdir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli qərar vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu ildə, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli qərar xx.xx.2019-cu ildə, xx.xx.2019-cu il tarixli **********185900 nömrəli qərar xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərar xx.xx.2020-ci ildə, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli qərar xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərar isə xx.xx.2020-ci il tarixdə oxunsa da iddiaçı tərəfindən 3 qərar 3 il sonra, 4 qərar isə 2 il sonra mübahisələndirilmişdir, yəni mübahisələndirilən qərarların mövcudluğu barədə iddiaçı məlumatlı olmuş, lakin iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. 4.Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki,vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 2 ünvanındakı obyektində, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli Qərara münasibətdə bildirilir ki (ƏDV aprel 2019, hesablanmış ƏDV 77911.94 manat) kameral vergi yoxlaması nəticəsində ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar" sətrinin cəmi olan (ƏDV daxil) 2676064.62 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyənin (3119332.3 manat) məbləğindən 443267.68 manat az olması müəyyən edilmişdir. ƏDV bəyannaməsi 308-ci sətirinin C2,B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 10.294,84 manat məbləğ, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (əldə edilmiş vergi hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumat) göstərilmiş 308 sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0,00 manat ƏDV məbləğinə bərabər olmamışdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli, **********966000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 77911.94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli, **********674700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli, **********477900 nömrəli qərara (2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat) münasibətdə bildirilir ki, iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan (ƏDV daxil) 2675210.77 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (2977544.47 manat) məbləğindən 302333 70 manat azdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********379700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli **********477900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara (2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 2296566.42 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş ( 3261120.14 manat) məbləğdən 964553.72 manat azdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********593600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********019200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli (ƏDV 2019 oktyabr ayı üzrə 43254,18 manat) qərara münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan ******* manat məbləğ rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (3261120.14 manat) məbləğindən 283520,14 manat azdır. Əlavə olaraq bildirilir ki, (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İF seriyalı, 945270 nömrəli, VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 43254.18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli qərara (2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İJ seriyalı 089276 nömrəli elektron vergi-hesab fakturası üzrə (**********)-a 459.54 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********193200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir.”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərara münasibətdə bildiririlir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin ƏDV 18%-ə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1042235,23 manat, ötən dövr üzrə təqdim еdilmiş bəyannamənin ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 0,00 məbləğə bərabər olmamışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc 0,00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 1042235,23 manat məbləğə bərabər olmamışdır.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur.Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdıqedıci sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarların mövcud olması barədə iddiaçının məlumatlı olmasını, lakin iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməsini bildirsə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilmiş qərarlar məhkəməyə müraciət edilməsindən əvvəl də mübahisələndirildiyi üçün iddia müddətinin axımı kəsilmiş və yenidən başlanmışdır, belə ki, İddiaçı MMC xx.xx.2022-ci ildə 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və noyabr ayları və 2020-ci il fevral ayı üzrə kameral vergi yoxlamaları nəticəsində hesablanmış ƏDV məbləğlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin həmin inzibati orqan xx.xx.2022-ci il tarixli, **********377300 nömrəli qərarı ilə şikayəti baxılmamış saxlamışdır, bundan sonra iddiaçı sonuncu qərardan xx.xx.2022-ci il tarixdə şikayət ərizəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli, xx.xx.2019-cu il tarixli **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli və xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli,xx.xx.2020-ci il tarixli, **********004000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir.Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir, sonuncu qərar iddiaçıya xx.xx.2022-ci ildə göndərilmiş və xx.xx.2022-ci ildə çatdırılmışdır.İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir, bu iddia ərizəsinin üzərinə vurulmuş məhkəmə ştampı ilə təsdiq edilir. Beləliklə, mübahisələndirilən qərarlardan iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verməsi iddia müddətinin axımını kəsmiş və həmin şikayətlərin təmin edilməməsi barədə qərarlar qəbul edildikdən sonra iddia müddəti yenidən başlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və iddia müddətinə əməl edilmişdir. III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasında şahid qismində dinlənilmiş X1 ifadəsində göstərmişdir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli, **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 2 ünvanındakı obyektində, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırlmışdır.Xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyənin az olması müəyyən edilmiş,əlavə hesablamalar aparmışdır.Müşahidə 2019-cu ilin 13 mart tarixindən 04 aprel tarixinə qədər 15 gün ərzində aparılmışdır.Onlar yalnız hesablama aparılmışlar, hesablamalar da xronometraj aktına əsasən aparılmışdır. 10.İddiaçı MMC tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu və Azərbayacn Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 55 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı, qaimə, İddiaçı MMC-nin mart 2019-cu il, fevral 2019-cu il, aprel 2019-cu il dövriyyələri haqqında məktubları, hüquqların müdafiə edilməsi üçün bağlanmış müqavilə, hüquqi yardıma görə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığı və s. sənədlər təqdim edilmişdir. 11.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etirazını təsdiq edən sübut qismində məhkəməyə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli,xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********004000 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli qərarları, iddiaçının şəxsi hesab vərəqəsini, iddiaçının vergi orqanına ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunu, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatı, 2019 aprel, iyul, oktyabr, 2020 fevral dövrü üzrə əlavə dəyər vergisinin bəyannamələrini, xx.xx.2019-cu il tarixli, **********0845 nömrəli, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında qərar”ları, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı, xronometraj metodu ilə aparılan müşahidələrin nəticəsi barədə aktları, vergi ödəyiciləri barədə məlumatları, kassa çeklərini, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubları təqdim etmişdir. IV. Məhkəmənin mövqeyi 12.Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsini dinləyərək,şahid ifadəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 13.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 14.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50- 1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 14.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır. 15.İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə ƏDV üzrə vergi bəyannamələr təqdim edilmiş, cavabdeh vergi orqanı isə keçirtdiyi kameral vergi yoxlamaları nəticəsində vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanmamasına (vergi məbləğinin az göstərilməsinə) görə 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli, **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli, **********019200 nömrəli, 18 may 2020ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlar qəbul etmişdir. Həmin qərarlar üzrə iddiaçıya əlavə olaraq ümumillikdə 408.212,55 manat ƏDV məbləği hesablanmışdır. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV bəyannamələrində göstərilən dövriyyənin 2019-cu il mart-aprel aylarında aparılmış xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyədən az göstərilməsini kameral vergi yoxlaması üçün əsas hesab edərək məhz elə həmin xromonetraj müşahidənin məlumatlarından iddiaçıya əlavə ƏDV hesablanması üsulu kimi istifadə etmişdir, halbuki iddiaçının 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi xronometraj müşahidə aparılmış dövrdən fərqli olması ağlabatandır, iddiaçının nümayəndəsi fərqin xromonetraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığl milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi ilə izah etmişdir ki, məhkəmə həmin izahı ağlabatan hesab edir, eyni zamanda cavabdeh inzibati orqan 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xromonetraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirməmişdir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarların qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərarlar ləğv edilməlidirlər, bununla yanaşı iddiaçı cavabdeh inzibati orqanın təqsirindən məhkəmə mübahisəsinə cəlb edildiyindən iddiaçının hüquqi yardımla bağlı məruz qaldığı məsrəflər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilərək Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarları İəğv edilməli və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin iddiaçi İddiaçı MMC-yə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı va iddiaçıya göstərdiyi hüququ yardıma görə "xxxx" MMC huquq şirkətinə ödənilmiş 4.000 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 19.Məhkəmə onu da qeyd edir ki, İddiaçı MMC-nin iddiası cavabdeh Azarbaycan Respublikasının İqtisadiyyət Nazirliyinin Apellyasiya Şurasına qarşı həmin cavabdehin 29 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi hissəsində hazırki iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla mümkün sayılmamışdır. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasinin İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarları İəğv edilsin və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən İddiaçı MMC-nin xeyrinə iddiaçıya göstərdiyi hüququ yardıma görə "xxxx" MMC huquq şirkətinə ödənilmiş 4.000 manat məbləği tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova