Məhkəmə qərarları › İş №e-2-1(112)-4078/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4078/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4078/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir) iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır,vəkil), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) və X1 (Bakı şəhərində qeydiyyatdadır, kadrlar idarəsinin baş inspektoru işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı «əmrlərin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia qaldıraraq iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrinin və iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrinin ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildən ədliyyə orqanlarında qüsursuz xidmət etmişdir, bu müddətdə hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində qulluq etdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən yaxınlardakı satış məntəqəsinə çıxarkən müəssisənin qarşısında tanımadığı xanımın əlində ağır yük olduğunu görmüşdür, hava şəraitinin yağışlı, küləkli və müəssisə ilə ən yaxın dayanacaq arasında 500 metr məsafə olmasını nəzərə alaraq avtomobilini həmin xanımın yanında saxlayaraq nəzakətlə və xoş niyyətlə onu dayanacağa qədər aparmağ təklif etmişdir.Xanım da öz növbəsində təşəkkür edərək taksi gözlədiyini bildrmişdir. Bu hadisə DİN-nin təhlükəsiz şəhər kamerasının qarşısında olmuşdur. Bu hadisə barədə işdən çıxan kimsə müəssisə rəisinə məlumat vermiş, o isə öz növbəsində Xidmətin Baş İdarəsinin Kadrlar İdarəsinə məruzə etmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə həmin idarədə qəbulda olaraq hadisə barədə izahat vermişdir. xx.xx.2022-ci ildə iddiaçı həmin idarəyə təkrarən dəvət olunmuş, orada izahatın sadəcə tarixini dəyişmək ondan xahiş edilmiş və narahat olmaması, sadəcə xidməti yerinin dəyişiləcəyi ona bildirilmişdir. İddiaçı isə bundan narazılığını bildirmişdir.xx.xx.2022-ci il tarixində saat 10.30 radələrində müəssisənin rəisi xidməti otağına gələrək iddiaçıdan xidməti vəsiqəsini almış və ona ədliyyə orqanlarından xaric olunduğunu bildirmişdir.Günün ikinci yarısında isə o, Xidmətin Baş İdarəsində olmuş və əmrlə tanış olmuşdur. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, o, ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hər hansı bir hərəkətə yol verməmiş, etik davranış qaydalarını pozmamışdır, əksinə ictimai davranış qaydalarına uyğun olaraq ağır yükü olan xanıma pis hava şəraitində kömək əlini uzatmaq istəmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2017-ci ildə Penitensiar Xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilərək 11 saylı Cəzaçəkmə Müəssisəsinin rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə həmin müəssisənin mühasibat şöbəsinin böyük inspektoru (mühasib) vəzifəsinə keçirilmişdir.İşlədiyi müddət ərzində heç bir mükafat almamışdır. Sonuncu vəzifədə işləyərkən ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etmədiyinə görə xx.xx.2022-ci il tarixli, 33/i saylı əmrlə ədliyyə orqanlarından xaricetmə növündə intizam məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) T.F. Məhərrəmovun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci ildə xidmət etdiyi cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal Məmmədov ilə görüşə gələn həyat yoldaşına şəxsi avtomobili saxlayaraq əyləşməsini bir neçə dəfə təklif etmiş və nəticədə bu hal, hadisədən xəbər tutan məhkumun narazılığına səbəb olmuşdur. Yəni İddiaçı ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, ümumqəbul olunmuş milli əxlaq və ictimai davranış normalarına əməl etməmiş, məhkumun yaxın qohumu ilə xidmətdənkənar münasibət yaratmışdır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndələri X5 və X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, İddiaçı və cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə iddia tələbinin və iddia tələbinə etirazın əsaslarını təsdiq edən sübut qismində Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisinin xx.xx.2022-ci ildə təsdiq etdiyi “Ədliyyə kapitanı İddiaçı barədə xx.xx.2022-ci il tarixdə 11 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş vəsatət ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair rəy, iddiaçının Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinin adına təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatı, 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum X2 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatı, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən Ş.Qəniyevin Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinə ünvanlanmış təqdimatı, Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 33/i nömrəli, xx.xx.2022-ci il tarxli əmri təqdim edilmişdir. Habelə İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2019-cu il tarixli, 86 nömrəli əmrindən çıxarış, həmin əmrin surəti, ona verilmiş xidməti xasiyyətnamə, yaşadığı ərazi üzrə icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinə iddiaçı barəsində verilmiş təqdimatlar, xidməti xasiyyətnamə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, İddiaçı xx.xx.2017ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində orta rəis heyəti qismində qulluğa qəbu edilərək 11 saylı Cəzaçəkmə Müəssisəsində inspektor vəzifəsinə təyin edilmişdir, xx.xx.2018-ci ildə həmin müəssisənin mühasibat şöbəsinin böyük inspektoru keçirilmişdir, xidmət etdiyi müddətdə xx.xx.2019-cu ildə xidmətdə fərqləndiyinə görə ona “Təşəkkür” elan edilmişdir, hərbi xidmətdə olduğu zaman və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur, habelə xidmət etdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur, onun barəsində 11 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinə verilmiş təqdimatlarda, xidməti xasiyyətnamədə müsbət keyfiyyətləri sadalanmışdır, xx.xx.2022-ci ildə Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 33/i nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.3, 10.0.11-ci maddələrinin və “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”nın 2.4, 2.7,5.1,6.1.4-cü bəndlərinin tələblərini pozması əsası ilə İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1.8-ci maddəsi rəhbər tutularaq ədliyyə orqanlarından xaric edilmişdir və onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir, hazırda iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 33/i nömrəli, xx.xx.2022-ci il tarixli “Ədliyyə kapitanı İddiaçı intizam məsuliyytinə cəlb olunması barədə” və xx.xx.2022-ci il tarxli, 815/K saylı ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair əmrlərini qanunsuz hesab edərək həmin əmrlərin ləğv edilməsini, ədliyyə orqanlarına əvvəllər tutduğu vəzifəyə bərpa edilməsini və iddiaçıya məcbiri iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 10.0-cu maddəsinə əsasən ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:.. 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;.. 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:...31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir:.. 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 noyabr 2007-ci il tarixli, 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 1.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) ədliyyə orqanlarında qulluq keçən işçilərin (bundan sonra – ədliyyə işçisi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydalar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən işçilərə şamil edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən ədliyyə işçisi öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən loyallıq prinsipi – ədliyyə işçisi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, ədliyyə və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda ədliyyə işçisinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Ədliyyə işçisi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Ədliyyə işçisi açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən ictimai etimad prinsipi – ədliyyə işçisi Azərbaycan Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən ədliyyə işçisi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən Penitensiar xidmətin əməkdaşı: qohumunun məhkum olunması barədə məlumatı ona məlum olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə təqdim etməlidir; özünün əxlaqı və vəzifə borclarını yerinə yetirməsi ilə yüksək nümunə göstərməli və məhkumların rəğbətini qazanmalıdır; penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan bütün şəxslərlə münasibətdə nəzakətli olmalı, onlarla davranış zamanı hüquqlarına hörmət etməlidir; məhkumların fikir, vicdan və dini etiqad azadlığına hörmətlə yanaşmalıdır; məhkumlarla, onların qohumları və yaxınları ilə xidmətdənkənar münasibətlər yaratmamalıdır. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: ədliyyə işçilərinin xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır; ədliyyə işçiləri arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalıdır; rəhbər işçilər tərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməlidir; ədliyyə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməlidir; etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir; ədliyyə işçilərinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir; etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; etik davranış qaydaları və ədliyyə işçiləri tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməlidir; etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır; etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə ədliyyə orqanına ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir; etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2022-ci ildə xidmət etdiyi cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal Məmmədovun onunla görüşə gələn həyat yoldaşına şəxsi avtomobili saxlayaraq əyləşməsini təklif etmişdir, iddiaçı qeyd edilən hərəkətə yol verməsini təkzib etməmişdir, bunu yazdığı izahatda və iddia ərizəsində də etiraf etmişdir, qeyd edilən hərəkətini ağır yükü olan xanıma pis hava şəraitində kömək əlini uzatmaq məqsədilə izah etmişdir. Lakin həmin qadın öz həyat yoldaşı məhkum Xəyal Məmmədova bu barədə məlumat vermiş, qeyd edilən məhkum isə 11 saylı Cəzaçəkmə Müəssisəsiin rəhbərliyinə yazılı müraciət etədək öz narazılığını ifadə etmiş və göstərmişdir ki, iddiaçı onun həyat yoldaşına bir neçə dəfə maşına təkidlə əyləşməsini və hara istəyirsə aparmasını təklif etmişdir. Göründüyü kimi iddiaçı ədliyyə orqanının işçisi olan zaman “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 6.1.4-cü bəndi ilə qadağan edilmiş - məhkumun yaxını ilə xidmətdənkənar münasibət yaratması kimi hərəkətə yol vermişdir ki, cavabdeh tərəfindən həmin hərəkət “Ədliyyə orqanlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikasının Qanunun 10.0.3 və 10.0.11-ci maddələrində göstərilən ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət və etik davranış və intizam qaydalarının pozulması kimi düzgün olaraq qiymətləndirmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikasının Qanunun 31.1.8-ci maddəsində ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində ədliyyə orqanlarından xaric etmə növündə intizam tənbehinin tətbiq edilməsi nəzərdə tutulduğu üçün hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktın – iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrin verilməsi ilə cavabdeh tərəfindən qanunvericiliyin normaları pozulmamışdır. Eyni zamanda həmin Qanunun 40.1.11-ci maddəsinə əsasən işçi ədliyyə orqanlarından xaric edildikdə ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi nəzərdə tutulur, odur ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə əmr verildiyi üçün iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 815/k nömrəli əmr də qanunvericilik tələblərinə uyğundur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Lakin hal-hazırda inzibati işə baxılan zaman iddiaçının mübahisələndirdiyi inzibati aktların qanunvericilik tələbləri pozulmaqla verilməsi müəyyən olunmadığı üçün onların ləğv edilməsi üçün əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Aazərbaycan Respublikasının 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər:68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İddiaçının mübahisələndirdiyi qanuni inzibati aktların ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununn 68-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olması hal-hazırda müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının müsbət xarakterizə olunması haqqında xidməti xasiyyətnamələr, təqdimatlar, habelə xidmətdə fərqlənməsinə görə “Təşəkkür” alması iddiaçının yol verdiyi pozuntuya görə tənbehdən azad edən amillər kimi qanunvericilikdə nəzərdə tutulmamışlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrinin və iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrinin ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68, 69, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaçının ədliyyə orqanlarından xaric edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 33/i nömrəli əmrinin və iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 815/K saylı əmrinin ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar