Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4146/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndələri X6 və X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.01.2021-ci il tarixli Ə4-038-21 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 may 2014-cü il tarixdən daxili işlər orqanlarında və Sabunçu rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə ona müsbət xasiyyətnamələr verilmişdir. Hətta xidmətdə olduğu Bakı şəhəri 3 saylı xəstəxana rəhbərliyi tərəfindən dəfələlərlə nümunəvi xidmətə, heç bir nöqsana yol verməməsinə görə mükafatlandırılması ilə bağlı Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət edilmişdir. Bundan başqa dəfələlərə ictimai qaydanı pozan və digər pozuntulara yol vermiş şəxslərin qanuna zidd hərəkətlərinin qarşısının alınmasını və onların aidiyyəti polis orqanlarına təhvil verilməsini təmin etmişdir, lakin Azərbaycan Respublikası Cavabdeh 07.01.2021-ci tarixli 24-038-21 nömrəli əmri ilə o işdən azad edilmişdir. Hansıki qeyd olunan əmrin verilməsi üçün əsas götürülmüş hadisə anlaşılmazlıq üzrə baş vermişdir. Bundan başqa vətəndaşın şikayəti əsasında yoxlama aparılarkən ərazi polis orqanlarına dəvət olunması barədə xidmət etdiyi hissə rəhbərliyinə məlumat verməməsi, xidməti yoxlama prosesində qeyri-səmimi mövqe tutması İddiaçı işdən çıxarılması üçün əmrdə əsas kimi göstərilmişdir. Lakin nəzərə alınmalıdır ki, çağıran tərəfin özünün hissə komandirinə məlumat vermədən birbaşa İddiaçı çağırması digər anlaşılmazlıq yaradan səbəblərdən biridir. Həmçinin əmrdəki “xidməti yoxlama prosesində qeyri-səmimi mövqe tutması" ifadəsi isə tamamilə mücərrəd aydın olmayan ifadədir. Göründüyü kimi işdən çıxarılma üçün əsas olan əmrin özündə kifayət qədər boşluqlar olmaqla, onun təqsiri olmadan anlaşılmazlıq yaradan halları da ona nöqsan kimi göstərilmiş, rəsmi üsluba uyğun olmayan, qeyri-müəyyən və mücərrəd sözlərdən istifadə edilməklə onun güya Daxili İşlər orqanları əməkdaşlarının etik davranış qaydalarını pozması üçün əsaslar yaradılmağa çalışmışdırlar. Bundan başqa əmrdə İddiaçı mənfi cəhətdən xarakterizə olunduğu göstərilmişdir, lakin nəzərə alınmalıdır ki, ona çox sayda müsbət xasiyyətnamələr verilmişdir və xidmət apardığı 3 saylı xəstəxana rəhbərliyidə dəfələlər onu nümunəvi əməkdaş kimi mükafatlandırılması məsələsini qaldırmışdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 120-ci bəndinə əsasən intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir, lakin göründüyü kimi əmrin verilməsi üçün əsas kimi götürülmüş hadisə 19.12.2020-ci il tarixdə baş verdiyi kimi göstərilsə də, əmr 07.01.2021-ci il tarixdə verilmişdir. Yuxarıda əsasnamədən də göründüyü kimi intizam tənbehi 10 gün müddətində verilməlidir, lakin əmr istinad edilən hadisədən 18 gün sonra verilmişdir. Onun barəsində xidməti yoxlama prosesi aparılması isə hər hansı bir əmrlə rəsmiləşdirilməmişdir. Əgər şikayət üzrə onun barəsində xidməti yoxlama aparılması hər hansı əmrlə rəsmişləşdirilmiş olsa idi, əmrin 10 gündən gec verilməsi əsaslı hesab oluna bilərdi. Belə əmr olmadığı və onun işdən çıxarılması əmrində hər hansı xidməti yoxlama əmrinə istinad edilmədiyi üçün Əmrin "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 120-ci bəndinə zidd olaraq verildiyininin göstəricisidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, Sabunçu Rayon Mühafizə İdarəsinin sabiq polis nəfəri, polis serjantı İddiaçı iddia tələbi tam əsassızdır. İddiaçı barəsində xidməti yoxlama vətəndaş müraciəti əsasında başlanılmışdır. Müraciətlərə baxılma müddəti isə xüsusi araşdırılma tələb olunduqda 30 iş günü və daha artıq ola bilər. H.Salmanovanın hadisə ilə bağlı şikayəti məlum olsa da onun şikayətinin haqlı və ya haqsız olması araşdırma tələb edir. Polis əməkdaşı səmimi olmalıdır.Qeyri-səmimiliyin mücərrəd anlayış olmağına hər hansı bir ədəbiyyatda, mənbələrdə təsadüf olunmur. İddiaçı 12.05.2014-cü il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən də tutduğu vəzifədə xidmət etmişdir. Göstərilən müddətdə 6 dəfə həvəsləndirilib, 4 dəfə intizam tənbehinə cəlb olunmuşdur. Ailəli və himayəsində iki azyaşlı övladları olan İddiaçı 19.12.2020-ci il tarixdə Sabunçu RMİ tərəfindən qorunan 3 Saylı Şəhər Kliniki Xəstəxanasında xidmətdə olarkən, təxminən saat 16:30 radələrində həmin müalicə müəssisəsinə gələn vətəndaş H.Salmanovaya maskasını düzgün geyinməməsi barədə iradını bildirdikdən sonra, sonuncu ilə xidməti vəzifəsinin icrası ilə bağlı olmayan danışıq apararaq mübahisəli vəziyyət yaratmışdır. Həmin tarixdə İddiaçı xidmət vaxtı vətəndaş H.Salmanovanın xəstəxanadakı tibbi sənədlərini qanunsuz əldə edib sonuncunun mobil telefon nömrəsini öyrənmiş və ona zəng edərək yaxın münasibət qurmağı təklif etməklə barəsində haqlı şikayət olunmasına zəmin yaratmışdır. Göstərilən xüsusatla bağlı vətəndaş H.Salmanovanın şikayətinə əsasən ərazi polis orqanında aparılan araşdırma ilə əlaqədar Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət olunan polis serjantı İddiaçı bu barədə xidmət etdiyi hissə rəhbərliyinə məruzə etməmişdir. Müraciətləri ilə bağlı Baş Mühafizə İdarəsində və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində izahat verən vətəndaş H.Salmanova göstərmişdir ki, 19.12.2020-ci il tarixdə, təxminən saat 16:30 radələrində anası, uşaqları və gəlinləri ilə birlikdə idarə etdiyi «Hyundai» markalı Az **-TR- *** dövlət qeydiyyat nişanlı avtomobillə 3 Saylı Şəhər Kliniki Xəstəxanasına gələrkən əvvəllər tanımadığı polis serjantı İddiaçı ona sataşmaq məqsədilə üzünü görmək üçün maskasını aşağı salmasını demişdir. Xəstəxanadan çıxdıqdan sonra idarə etdiyi avtomobilə oturub gedərkən polis serjantı İddiaçı onu təqib edərək əli ilə müxtəlif işarələr vermiş, həmin tarixdə həmçinin mobil telefon nömrəsini qanunsuz əldə etmiş və zəng edərək yaxından tanış olmağı, eləcə də ünsiyyət qurmağı təklif etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 19.12.2020-ci il tarixdə xidmətdə olduğu 3 saylı ŞKX-yə vətəndaş H.Salmanovanın tibbi maskasiz daxil olduğunu görərək bununla bağlı iradını bildirsə də, sonuncu maskasını taxmamış və ona kobud cavab vermiş, xəstəxanadan çıxarkən isə idarə etdiyi avtomobili onun üstünə sürmüşdür. Sonradan xəstəxananın qəbul şöbəsinə daxil olaraq heç kimə demədən vətəndaş H.Salmanovanın tibbi sənədlərinə baxmaqla mobil telefon nömrəsini öyrənmiş və zəng edərək avtomobili nə üçün onun üstünə sürməsinin səbəbini soruşmaq istəmişdir. Danışıq zamanı vətəndaş H.Salmanova onun barəsində şikayət edəcəyini bildirdikdə isə ondan üzr istəmişdir. Xidmətdə mənfi xarakterizə edilən İddiaçı məsuliyyətdən yayınmaq üçün qeyri-səmimi mövqe tutduğu da təsdiqlənmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı vətəndaş H.Salmanovanın guya onun qanuni tələblərini yerinə yetirməməsi və nəqliyyat vasitəsini üzərinə sürməsi barədə ərazi polis orqanına və ya xidmət etdiyi Sabunçu RMİ-nin rəhbərliyinə məlumat verməmişdir. İddiaçı göstərdiyi qəbahətlərə görə və BMİ-nin qüvvədə olan 28.01.2020-ci il tarixli Ə27-038-20 nömrəli, 29.10.2020-ci il tarixli Ə351-038-20 nömrəli əmrləri ilə elan edilmiş «töhmət» və «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» intizam tənbehləri də nəzərə alınmaqla, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 9 və 10-cu bəndlərinə əsasən 07 yanvar 2021 -ci il tarixli, Ə4-038-21 nömrəli əmrlə əsaslı olaraq DİO-da xidmətdən xaric edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndələri X7 və X2 etiraz ərizəsinə uyğun olaraq izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia tələbi ilə iddiaçı əmrin ləğvi, işə bərpa edilməsini xahiş edir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt 07.01.2021-ci il tarixlidir, iddiaçı hazırki iddia tələbi ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmiş, 05.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçının işə bərpa olunma tələbinə dair Məhkəmə qeyd edir ki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə27-038-20 saylı, 28.01.2020-ci il tarixli əmrin surətindən görünür ki, vətəndaşla davranışda etik normalara tələb olunan qaydada riayət etmədiyinə, analoji qəbahətə təkrar yol verərək barəsində şikayət xarakterli müraciətin etdirilməsinə zəmin yaratdığına, araşdırma zamanı isə müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışdığına, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələbini pozduğuna görə Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26.10.2020-ci il tarixli Ə871-001-20 saylı əmrin surətindən görünür ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2 və 16-cı maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq həmkarı P.Cavadovun qanunsuz hərəkətlərinin qarşısının alınmasına təşəbbüs göstərmədiyinə görə Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı intizam məsuliyyətinə cəlb olunması DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlıya həvalə edilmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə351-038-20 saylı, 29.10.2020-ci il tarixli əmrinin surətində göstərilmişdir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 2-ci 16-cı maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3-9-cu bəndlərinin tələbləri pozaraq həmkarı P.Cavadovun qanunsuz hərəkətlərinin qarşısının alınmasına təşəbbüs göstərmədiyinə görə İddiaçı BMİnin 28.01.2020-ci il tarixli Ə27-038-20 nömrəli əmri ilə elan olunmuş “töhmət” intizam tənbehi də nəzərə alınaraq “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 114-cü maddəsinin 4-cü bəndinə əsasən “xidməti vəzifəyə uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. - Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi barədə vətəndaş X4 Daxili İşlər nazirliyinin rəhbərliyinə ünvanladığı elekron müraciətinə və eyni məzmunlu şikayəti ilə bağlı Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş materiala baxılması nəticəsində tərtib edilən rəyin məzmunundan görünür ki, Vətəndaşların haqlı narazılığına səbəb olan qəbahətlərinə görə əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığına, daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi əməl etməli, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, eləcədə davranışı ilə digərlərinə nümunə göstərməli və başqalarını hüquq qaydasını pozmaqdan çəkindirməli olduğu halda, 19.12.2020-ci il tarixdə 3 saylı şəhər kliniki xəstəxanasında xidmətdə olarkən vətəndaş H.Salmanova ilə xidməti vəzifəsinin icrası ilə bağlı olmayan danışıq apararaq mübahisəli vəziyyət yaratdığına, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyib ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq vətəndaş H.Salamanovanın mobil telefon nömrəsini qanunsuz yolla öyrənməklə sonuncuya zəng edib yaxın münasibət qurmağı təklif edərək barəsində şikayət olunmasına zəmin yaratdığına, həmin vətəndaşın şikayətinə əsasən ərazi polis orqanına dəvət olunması barədə xidmət etdiyi hissə rəhbərliyinə məlumat vermədiyinə, xidməti yoxlama prosesində qeyr-səmimi mövqe tutduğuna və xidmətdə mənfi xarakterizə olunduğuna, qeyd olunan hərəkətləri ilə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 1, 2, 3, 4, 12 və 17-ci maddələrinin, “ Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.1, 3.2, 3.3, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı BMİ-nin 28.01.2020-ci il tarixli Ə27- 038-20 və 29.10.2020-ci il tarixli Ə351-038-20 nömrəli əmrləri ilə elan edilmiş “töhmət” və “xidməti” vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehləri də nəzərə alınmaqla ciddi intizam tənbehinə cəlb olunmağa layiq olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh 07.01.2021-ci il tarixli Ə4-038-21 saylı əmrin surətindən görünür ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 1, 2, 3, 4, 12 və 17-ci maddələrinin, “ Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi”nin 3.1, 3.2, 3.3, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı BMİnin 28.01.2020-ci il tarixli Ə27-038-20 və 29.10.2020-ci il tarixli Ə351-038-20 nömrəli əmrləri ilə elan edilmiş “töhmət” və “xidməti” vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq intizam tənbehləri də nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh 11.01.2021-ci il tarixli Ə49ş/h-038-21 saylı əmrin (şəxsi heyət üzrə) surətindən görünür ki, Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. 11 yanvar 2021-ci il tarixə xidmət müddəti: təqvim hesablama ilə -08 il, 01 ay, 25 gün təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin sabiq əməkdaşı İddiaçı arxiv şəxsi işindən xidməti siyahının surəti iş materiallarına əlavə edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 07.01.2021-ci il tarixli, Ə4-038- 21 saylı əmrinin ləğv edilməsini və onun işə bərpa olunmasını tələb edir və bu halı cavabdeh tərəfindən müvafiq qanunların tələblərinin pozulması ilə əsaslandırır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilib-verilmədiyinə, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədlərinə uyğun həyata keçiribkeçirmədiyinə qiymət verilməsidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: "Polis haqqında" Qanunun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. - 33-cü maddəsinə əsasən Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). - 34-cü maddəsinə əsasən Polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin: - 11-ci maddəsinə əsasən Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. - 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. - 135-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08.04.2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"-nin : - Ümumi müddəalarında qeyd edilir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərilərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. - 2-ci maddəsinə əsasən hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. - 5-ci maddəsinə əsasən xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. - 8-ci maddəsinə əsasən xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. - 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. - 22-ci maddəsinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Beləliklə, yuxarıda sadalanan hüquq normalarına əsasən, hazırkı iş üzrə iddiaçı polis işçisi olduğu üçün ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borcludur. İPM-in Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olan Baş Mühafizə İdarəsi qəbul etdiyi inzibati aktı (01.07.2021-ci il tarixli, Ə4-038-21 saylı əmri) iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması ilə əsaslandırmışdır. Göründüyü kimi, İddiaçı daxili işlər orqanlarında xidmət dövründə 1 il ərzində (28.01.2020-ci il tarixdən 07.01.2021-ci il tarixədək ) 2 dəfə intizam məsuliyyətinə cəlb edildikdən sonra, həmin tənbeh tədbirlərindən bir il müddət keçməmiş, yəni 07.01.2021-ci il tarixdə təkrar intizamsızlığa görə xidmətdən xaric edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, vətəndaş H. Salmanovun elektron şikayəti üzrə icraat başlanılmış, müvafiq rəy tərib edilmiş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı barəsində “daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə” 07.01.2021-ci il tarixli əmri qanuna zidd deyildir. Mübahisələndirilən əmr ləğv edilmədiyindən, iddiaçının işə bərpa hissəsində də tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi olunması və iddiaçının işə bərpa edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №e-2-1(112)-4146/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4146/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver