Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4311/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X7 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və plan-ölçü sənədini verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və X2 İttifaqı Komitəsinin 1990-cı il tarixli qərarı ilə “Hidrotexnik” bağçılıqyoldaşlıq təsərrüfatının üzvü kimi ayrılmış Pirşağı qəsəbəsində yerləşən 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və X2 İttifaqı Komitəsinin 1990-cı il tarixli qərarı ilə “Hidrotexnik” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı ayrılmış Pirşağı qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Sonradan həmin institutun eksperimental istehsal müəssisəsində elmi işçi, mühəndis konstruktor vəzifələrinə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçı işlədiyi müddətdə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və X2 İttifaqı Komitəsinin 1990-cı il tarixli qərarı ilə “Hidrotexnik” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinə bağ sahələri ayrılmışdır. Üzvlər siyahısında iddiaçının adı 66-cı sırada, 27 nömrəli bağ sahəsi üçün qeyd edilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olsa da, hazıra kimi qeyd olunan bağ sahəsi adına sənədləşdirə bilməmişdir. Pirşağı qəsəbəsində iddiaçıya ayrılmış 27 saylı bağ sahəsinin mülkiyyətinə verilməsi və bu barədə dövlət reyestrindən çıxarış verilməsi üçün xx.xx.2022ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etsə də, ötən 2 aya yaxın müddət ərzində müraciətə cavab verilməmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və X2 İttifaqı Komitəsinin 1990-cı il tarixli qərarı ilə “Hidrotexnik” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi ayrılmış Pirşağı qəsəbəsində yerləşən 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********58 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən “Hidrotexnik” bağçılıq-yoldaşlığı nəzdində 27 saylı torpaq sahəsi digər şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir. Hal-hazırda X8 mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.
5. “Hidrotexnik” Bağçılıq yoldaşlığın idarə heyətinin və institutun HİK-in birgə keçirdiyi 03 dekbr 1999-cu il tarixli 02 №-li iclasının Protokoluna əsasən ərizə üzrə müraciət etmiş instutut əməkdaşlarının (cəmi 17 nəfər) bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və sahəsi 600 kv.m torpaq sahəsi olmaqla onlara daimi istifadəyə verilməsi qərara alınmışdır.
6. “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında 66-cı sırada İddiaçı adı qeyd olunmuşdur (27 nömrəli bağ sahəsi).
7. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1990-cı il tarixlərində Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstutunda işləmişdir.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əsasən göstərilən sahədə tikili yoxdur. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası və ya protokoldan çıxarış) təqdim edilməyib. Bu səbəbdən sənəd üzrə sahə məlum deyil. Bağın nömrəsi məhkəmə tərəfindən təqdim edilmiş məlumatlardan götürüldü. Vətəndaşın nümayəndəsi əvvəlki müraciətdə cənub hissədə başqa sahə göstərmişdir, həmçinin bildirilir ki, Hidrotexnik bağçılıq yoldaşlığı nəzdində 27 saylı bağ sahəsi göstərilən sahədən qərb hissədə digər vətəndaşın adına da qeydiyyatdan keçib.
9. AzETH və Mİ-nun “Hidrotexnik” bağçılıq yoldaşlığının 04 oktyabr 1990-cı il tarixli 02 №-li iclasının pratokolundan Çıxarışa əsasən X1 yoldaşlığının üzvlüyünə qəbul edilmiş və 600 kv.m torpaq sahəsi olan 27 №-li bağ sahəsi daimi istifadədən ötrü ona verilmişdir.
10. Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 13/705 saylı Qərarı və “Hidrotexnik” b/y-nın xx.xx.1990-cı il tarixli 02 saylı protokolu ilə X5 27 saylı bağ evi tikintisi üçün ayrılmış sahəsi 600 kv.m torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
11. MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsi (0.06 ha) daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 11622 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır.
12. AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə ədasən satıcı X9 DƏDR xidmətinin Bakı şəhəri idarəsi tərəfindən verilmiş 11/18161 saylı xx.xx.2008-ci il tarixli arayışa əsasən ümumi sahəsi 0.06 hektardan ibarət olan Pirşağı qəsəbəsində 27 saylı bağ sahəsində yerləşən torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir.
13. Reyestrdə 4Ə-400 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqısatqı Müqaviləsinə əsasən satıcı X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsini alıcı X8 mülkiyyətinə vermişdir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır.
15. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X12 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
16. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi hallar üçüncü şəxsin hüquqlarını pozur. Belə ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, hidrotexnik 27 saylı bağ sahəsini çıxarış əsasında almışdır və hal-hazırda daşınmaz əmlakda üçüncü şəxsin adına qeydiyyatdadır. Üçüncü şəxs qeyd olunan ünvanda ev tikmiş, hasar çəkmiş və həmin bağ sahəsində yaşlı anası, 2 az yaşlı uşağı və həyat yoldaşı ilə birgə uzun müddətir orada yaşayırlar. Məlumat üçün bildirilir ki, torpağı aldığı gündən bu günədək İddiaçı adında şəxsi o ərazidə görməmişdir və tanımır.
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia edilən torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələri ayr-ayrı torpaq sahələridir. Odur ki, nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının hüquqları qeydə alınmalıdır.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, İddiaçı tanımır, iddiaçının göstərdiyi torpaq sahəsi ilə ona məxsus torpaqlar ayrı-ayrı torpaq sahələridir.
II. İddianın növü və mümkünlüyü
20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
21. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
24. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
25. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
26. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
33. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
34. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
35. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
36. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 27 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq daşınmaz əlakın dövlət reyetrindən çıxarışın verilməsini tələb etmişdir.
37. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - “Hidrotexnik” Bağçılıq yoldaşlığın idarə heyətinin və institutun HİK-in birgə keçirdiyi 03 dekabr 1999-cu il tarixli 02 №-li iclasının Protokoluna əsasən ərizə üzrə müraciət etmiş instutut əməkdaşlarının (cəmi 17 nəfər) bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və sahəsi 600 kv.m torpaq sahəsi olmaqla onlara daimi istifadəyə verilməsi qərara alınmışdır. - “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında 66-cı sırada İddiaçı adı qeyd olunmuşdur (27 nömrəli bağ sahəsi). - İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1990-cı il tarixlərində Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstutunda işləmişdir.
38. Odur ki, məhkəmə hesab edir, “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısı “Hidrotexnik” Bağçılıq yoldaşlığın idarə heyətinin və institutun HİK-in birgə keçirdiyi 03 dekabr 1999-cu il tarixli 02 №-li iclasının Protokolu ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
39. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Hidrotexnik” bağçılıq-yoldaşlığı nəzdində 27 saylı torpaq sahəsi digər şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir. Hal-hazırda X8 mülkiyyətindədir.
40. Məhkəmə bununla bağlı müəyyən edir ki, AzETH və Mİ-nun “Hidrotexnik” bağçılıq yoldaşlığının 04 oktyabr 1990-cı il tarixli 02 №-li iclasının pratokolundan Çıxarışa əsasən X1 yoldaşlığının üzvlüyünə qəbul edilmiş və 600 kv.m torpaq sahəsi olan 27 №-li bağ sahəsi daimi istifadədən ötrü ona verilmişdir. Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 13/705 saylı Qərarı və “Hidrotexnik” b/y-nın xx.xx.1990-cı il tarixli 02 saylı protokolu ilə X5 27 saylı bağ evi tikintisi üçün ayrılmış sahəsi 600 kv.m torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsi (0.06 ha) daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 11622 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə ədasən satıcı X9 DƏDR xidmətinin Bakı şəhəri idarəsi tərəfindən verilmiş 11/18161 saylı xx.xx.2008-ci il tarixli arayışa əsasən ümumi sahəsi 0.06 hektardan ibarət olan Pirşağı qəsəbəsində 27 saylı bağ sahəsində yerləşən torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir. Reyestrdə 4Ə-400 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsini alıcı X8 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 27 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır.
41. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 izahatında bildirmişdir ki, İddiaçı tanımır, torpaqlar mübahisəli deyil, ayrı-ayrı torpaq sahələridir.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 27 saylı bağ sahəsi mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir.
43. İş materiallarına əlavə olunmuş bağ sahələrinə aid ortofoto çıxarışından görünür ki, X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bağ sahəsi və iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi ayrı-ayrı ərazilərdə yerləşir, nömrə təkrarlanması baş vermişdir. Odur ki, cavabdeh tərəfindən inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilərək nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.
44. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
45. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. “Hidrotexnik” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı ayrılmış Pirşağı qəsəbəsində yerləşən 600 kv.m 27 saylı torpaq sahəsinin inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva