Məhkəmə qərarları › İş №e-2-1(112)-4980/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4980/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4980/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Gömrük Komitəsi tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş 240000 (iki yüz qırx min) manat ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 ildən artıqdır ki, Çin Xalq Respublikası adından Azərbaycan Respublikasında neft-qaz yataqlarının işlənməsində iştirak edir. Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi haqqında” 2016cı il 2 may tarixli 2024 nömrəli Sərəncamına uyğun olaraq beynəlxalq müqavilə üzrə fəaliyyət göstərən şirkət, Azərbaycan Respublikasına aid Xəzər Dənizinin sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfində işlənməsi haqqında Saziş üzrə İdxal və İxrac Rüsumları və Vergilər Protokoluna əsasən İdxal və İxrac Rüsumları və vergilərdən azad olunma "X17 Kompani" şirkətinin Azərbaycan Nümayəndəliyinə şamil olunmuşdur. Həmçinin "X17 Kompani" şirkətinin Azərbaycan Nümayəndəliyi ilə "X12 Kompani" Azərbaycan filialı arasında "Qazma avadanlığının əsaslı təmir xidmətləri"nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə "X17 Kompani" şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirir. Mütəmadi olaraq yataqda işlənmələrlə əlaqədar idxal və ixrac rüsumları və vergilərdən azad olunmalarla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən sertifikatlar alınır. Əvvəlki illərdə bu işlər vaxtıvaxtında aparılaraq rəsmiləşmələr müəyyən edilmiş vaxt ərzində həyata keçirilmişdir. Ancaq 28 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə şirkət tərəfindən "X17 Kompani" şirkətinin Azərbaycan Nümayəndəliyi ilə "X12 Kompani" Azərbaycan filialı arasında "Qazma avadanlığının əsaslı təmir xidmətləri"nə dair UB197/2019 nömrəli müqavilə şərtlərinə görə "X17 Kompani" şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərinin aparılması üçün 17.10.2019-cu il tarixli Ümid 40\02 saylı sertifikata əsasən yeni malların gətirilməsi zərurəti yarandığından əlavə olaraq XİFƏN kodların əlavə olunaraq sertifikat verilməsi ilə əlaqədar müraciət olunmuşdur. X2 və Ödənişlər Baş İdarəsinin rəisinin imzası ilə müraciətə baxılmasından imtina edildiyi bildirilmişdir. Yenidən edilmiş 31.01.2020-ci il tarixli müraciətə komitə tərəfindən Ümid 40\03 saylı sertifikata əsasən 04.03.2020-ci il tarixdə İdxal və X8 X9 təqdim edilmişdir. Alınan malların siyahısı DGK-nə vaxtında bəyan edilsə də, məlum səbəblərdən cavabların verilməsi gecikdirilmişdir. Nəticədə DGK-nin müraciəti səbəbindən Xəzər Rayon Məhkəməsi tərəfindən sazişin 4-cü maddəsinin (Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə və Müqavilədə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Müqaviləyə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur) və 7-ci maddəsinin (Sazişdən və Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin və Müqavilənin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir) tələbləri pozulmaqla Komitənin öz gecikdirməsinin nəticəsi olaraq İddiaçı barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri məbləğinin otuz faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edərək İddiaçı Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və inzibati xətanın bilavasitə obyekti olan Xəzər Rayon Məhkəməsinin 3(003)-114/2020 saylı, 07.02.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47017,94 (qırx yeddi min on yeddi manat doxsan dörd qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-116/2020 saylı, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 38324,72 (otuz səkkiz min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-115/2020 saylı, 20.02.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10743,68 (on min yeddi yüz qırx üç manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-117/2020 saylı, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 43568,16 (qırx üç min beş yüz altmış səkkiz manat on altı qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-243/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 47734,64 (qırx yeddi min yeddi yüz otuz dörd manat, altmış dörd qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-242/2020 saylı, 31.05.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 30101,71 (otuz min yüz bir manat, yetmiş bir qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Ümumilikdə 240000 (iki yüz qırx min) manatdan artıq cərimə tətbiq edilərək şirkətin hesabından tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 20.08.2019-cu il tarixdə 074/19 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Müraciətdə “İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik” qeyd olunmuşdur. Müraciətə İdxal və X8olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X8 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə, 18.06.2019-cu il tarixli “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 25823.12 ABŞ dolları dəyərində “bolt, kürəcikli və ya diyircəkli diyirlənmə yastıqları (podşipnik), rezin prokladka (ara qat), rezin salnik, təmizləyici rezin salnik, drenaj xətti üçün plastik patrubok, nasos kəməri, flans, qayka, şayba” adlı malların siyahısı və sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə) əlavə edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin Dövlət Gömrük Komitəsinə ünvanladığı 20.08.2019-cu il tarixli 074/19 nömrəli müraciəti Dövlət Gömrük Komitəsində 21.08.2019-cu il tarixdə 24/24/031704 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətə vaxtında baxılmış və 16.09.2019-cu il tarixli 1000-120/01/082 nömrəli məktubla cavab verilərək subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 verilmişdir. Sertifikatda sertifikatın qüvvəyə minmə tarixi 17.09.2019 və qüvvədən düşmə tarixi 31.12.2019 göstərilmişdir. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixdə 107/19 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. X11 Komitəsində 29.10.2019-cu il tarixdə 24/24/040935 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətdə “İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdxal və X8 Olma Haqqında 17.09.2019-cu il tarixində ÜMİD-40/02 saylı Sertifikat almışdır. Lakin ÜMİD-40/02 saylı sertifikat üzrə əlavə malların gətirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikata XİFƏN kodların əlavə olunmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirik” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 və 21.10.2019-cu il tarixli “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 221317.26 ABŞ dolları dəyərində malların siyahısı əlavə edilmişdir. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi eyni tarixli, nömrəli və məzmunlu, yəni yuxarıda qeyd olunan 28.10.2019-cu il tarixli 107/19 nömrəli məktubla yenidən təkrarən Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin X11 Komitəsində 30.10.2019-cu il tarixdə 24/24/041204 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd olunan müraciətlərə vaxtında baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə 08.11.2019-cu il tarixli 1000- 120/120-24/024315 nömrəli məktubla cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Sizin 30.10.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Tərəfinizdən təqdim edilən siyahıda malların kodlarının X5 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu baxımdan “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə Risk xidmət Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolun müddəalarına uyğun olaraq şirkətinizə podratçı tərəflə bağlanmış müqaviləyə müvafiq qaydada verilmiş ÜMİD-40/02 saylı sertifikatına əsasən idxal ediləcək malların siyahısındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətinizdə qeyd olunan məsələlər həllini tapacaqdır” qeyd olunmuşdur. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin səlahiyyətli şəxsi ilə telefon əlaqəsi saxlanılaraq siyahıda yaranan uyğunsuzluqlar, yəni tərəflərindən təqdim edilən siyahıda malların kodlarının X5 Mal Nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilməsi, həmçinin müqavilədə göstərilən ümumi dəyərin idxal edilməsi nəzərdə tutulan malların ümumi dəyərindən az olması səbəbindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 08.11.2019-cu il tarixli 1000-120/120- 24/024315 nömrəli imtina məktubunun İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinə göndərilməsi ətraflı izah edilmiş və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixli 107/19 nömrəli məktubla edilən müraciətdən 3 ay sonra 31.01.2020-ci il tarixdə 023/20 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin X11 Komitəsində 31.01.2020-ci il tarixdə 24/24/004175 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətdə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən qüvvəyə minmə tarixi 17.09.2019 və qüvvədən düşmə tarixi 31.12.2019 göstərilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9, İdxal və X8olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X8 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən sıfır faiz (0%) dərəcə ilə ƏDV üzrə e-sertifikatın verilməsinə dair müraciətin qeydiyyata alınması haqqında 10.01.2020-ci il tarixli bildiriş, 21.01.2020-ci il tarixli “X14 Şirkətinin” Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 271747.04 ABŞ dolları dəyərində malların siyahısı, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə və UB197/2019 nömrəli 29.04.2019-cu il tarixli müqaviləyə 08.01.2020-ci il tarixli Əlavə № 2 əlavə edilmişdir. Yuxarıda qeyd olunan müraciətə vaxtında baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə 24.02.2020-ci il tarixli 1000- 120/120-24/004083 nömrəli məktubla cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sizin 31.01.2020-ci il tarixli müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qaldırdığınız məsələyə baxılması üçün “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 daxil olduğu blokun kəşfiyyatı və Risk xidmət” Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolda nəzərdə tutulmuş sənədlərin Komitəyə təqdim olunması zəruridir” qeyd olunmuşdur. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi eyni tarixli və nömrəli, yəni yuxarıda qeyd olunan 31.01.2020-ci il tarixli 023/20 nömrəli məktubla yenidən təkrarən Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin X11 Komitəsində 28.02.2020-ci il tarixdə 24/24/008463 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Müraciətdə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik” qeyd olunmuşdur. Müraciətə subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən qüvvəyə minmə tarixi 17.09.2019 və qüvvədən düşmə tarixi 31.12.2019 göstərilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9, İdxal və X8olma sertifikatı alınması üçün ərizə, subpodratçıların İdxal və X8 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), 21.01.2020-ci il tarixli “X14 Şirkətinin” Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərinin aparılması ilə Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 271747.04 ABŞ dolları dəyərində malların siyahısı, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən sıfır faiz (0%) dərəcə ilə ƏDV üzrə esertifikatın verilməsinə dair müraciətin qeydiyyata alınması haqqında 10.01.2020-ci il tarixli bildiriş, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə və UB197/2019 nömrəli 29.04.2019-cu il tarixli müqaviləyə 08.01.2020-ci il tarixli Əlavə № 2 əlavə edilmişdir. Yuxarıda qeyd olunan müraciətə vaxtında baxılmış və 04.03.2020-ci il tarixli 1000-120/01/025 nömrəli məktubla cavab verilərək subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ÜMİD-40/03 nömrəli İdxal və X8 X9 verilmişdir. Sertifikatda sertifikatın qüvvəyə minmə tarixi 04.03.2020 və qüvvədən düşmə tarixi 31.03.2020 göstərilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “X16 Company” şirkəti tərəfindən ümumi gömrük dəyəri 9821,28 manat olan “tökmə formaların və ya tökmə qəliblərin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr”, “maşınla və ya əllə toxunmuş digər boyanmış trikotaj parçalar” və “pambıq və pambıq məmulatları” adlı mallar göndərilmişdir. Həmin mallar barəsində 06.08.2019-cu il tarixdə **********8832 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 06.11.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “X16 Company” şirkəti tərəfindən ümumi gömrük dəyəri 35812,25 manat, netto çəkisi 1757.50 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 05.08.2019-cu il tarixdə **********7621 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 05.12.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “Wilson (Hong Kong) İndustrial Co., Limited” şirkəti tərəfindən ümumi gömrük dəyəri 156726,49 manat, netto çəkisi 2577.30 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 23.08.2019-cu il tarixdə **********7710 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 23.12.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “Wilson (Hong Kong) İndustrial Co., Limited” şirkəti tərəfindən ümumi gömrük dəyəri 127749,05 manat, netto çəkisi 2523 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 23.08.2019-cu il tarixdə **********7571 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 23.12.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “Wilson (Hong Kong) İndustrial Co., Limited” şirkəti tərəfindən ümumi gömrük dəyəri 145227,20 manat, netto çəkisi 1799 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 23.08.2019-cu il tarixdə **********7575 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 23.12.2019-cu il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “Wilson (Hong Kong) İndustrial Co., Limited” şirkəti tərəfindən ümumi gömrük dəyəri 159115,47 manat, netto çəkisi 3487,968 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 09.10.2019-cu il tarixdə **********2675 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 09.02.2020-ci il tarixinədək müvəqqəti saxlanca verilmişdir. -İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin (VÖEN:**********) ünvanına Çinin “Wilson (Hong Kong) İndustrial Co., Limited” şirkəti tərəfindən ümumi gömrük dəyəri 100339,04 manat, netto çəkisi 2963 kq olan mallar göndərilmişdir. Həmin mallar barəsində 08.10.2019-cu il tarixdə **********1049 nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 08.02.2020-ci il tarixinədək müvəqqəti saxlanca verilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq qeyd olunan mallar İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən rəsmiləşdirilməmiş və müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük təminatı pozulmuş, müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirildiyi məlum olmuşdur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında müvafiq protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qanuni qüvvəyə minmiş 7 məhkəmə qərarı üzrə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ümumilikdə 220.437,23 manat inzibati cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində, Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 Blokunun Kəşfiyyatı və İşlənməsi haqqında Saziş üzrə İdxal və İxrac Rüsumları və Vergiləri haqqında Protokolun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından görünür ki: -X14 Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Filialı (VÖEN **********) (Şirkət) ilə X22 Şirkətinin Azərbaycan Nümayəndəliyi (VÖEN **********) (İcraçı) arasında "Qazma avadanlığının əsaslı təmir xidmətləri"nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin şərt və müddəalarına uyğun olaraq İcraçı burada razılaşdırılmış şərt və müddəalara uyğun olaraq şirkət tərəfindən ödəniləcək ödəniş qarşılığında bu müqavilə, spesifikasiyalar və yaxşı sənaye təcrübəsinə əsasən iş sahəsində avadanlığı yoxlamaq tələb olunan ehtiyat hissələrini müəyyən etmək və tam əsaslı təmir xidmətlərini həyata keçirməyi üzərinə götürür (Xidmətlər). -Subpodratçı "X17 Kompani” Şirkətinin Nümayəndəliyinin adına verilmiş ÜMİD- 40/02 nömrəli qüvvəyə minmə tarixi 17.09.2019, qüvvədən düşmə tarixi 31.12.2019-cu il olan İdxal və X8 X6 görünür ki, yuxarıda qeyd olunan şəxs tərəfindən və ya şəxs üçün Karbohidrogen Fəaliyyəti və ya Neft-qaz Əməliyyatları ilə bağlı olaraq tədarük edilən mallar, görülən işlər və ya göstərilən xidmətlərlə əlaqədar: 1.Burada adı çəkilən tərəf, onun əməkdaşları və onların ailə üzvləri aşağıdakıları bütün Vergilərdən azad şəkildə (idxal/ixrac vergiləri və rüsumları tutulmadan) Azerbaycan Respublikasına idxal və Azərbaycan Respublikasından ixrac etmək hüququna malikdirlər: a)Neft-qaz əməliyyatlarının müvafiq qaydada aparılması və yerinə yetirilməsi üçün Podratçının əsaslandırılmış rəyinə əsasən lazım olan bütün avadanlıqlar, materiallar, maşınlar və alətlər, nəqliyyat vasitələri, ehtiyyat hissələri, mallar və məmulatları (ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları daxil olmamaqla); və b)Azərbaycan Respublikasında işə təyin edilmiş və ya Azərbaycan Respublikasına ezam olunan Xarici Əməkdaşlar və onların ailə üzvlərinin şəxsi istifadəsi üçün bütün mebellər, geyimlər, məişət cihazları, nəqliyyat vasitələri, ehtiyyat hissələri və şəxsi əşyaları. 1.1 Yuxarıda qeyd edildiyi kimi, burada adı çəkilən tərəfin statusu Podratçı Tərəfin, Ortaq şirkətin, agentin və ya Əməliyyat Şirkətinin statusuna bərabər olduğu halda həmin tərəf istənilən vaxt Karbohidrogenləri bütün Vergilərdən azad şəkildə (idxal/ixrac vergiləri və rüsumları tutulmadan və Mənfəət Vergisini ödəməklə) ixrac etmək hüququna malikdir. 1.2 Azərbaycan Respublikasının gömrük orqanları burada qeyd olunan idxal və ya ixrac üzrə heç bir Vergi tutmur (idxal/ixrac vergiləri və rüsumları tutulmamaq şərti ilə). 1.3 Qüvvədə olma müddəti başa çatdıqdan sonra bu sertifikat Dövlət Gömrük Komitəsinə təhvil verilir. -İddiaçı Şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 21.10.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, «X14 Şirkətinin» Azərbaycan Respublikasındakı Filialı ilə X17 Kompani şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış «Qazma Avadanlığının əsaslı təmir xidmətlərinə» dair UB197/2019 saylı müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərin aparılması ilə bağlı 42 adda malların Azərbaycan Respublikasına son istifadə gömrük rejimində İdxal/İxrac olunması nəzərdə tutulur. -İddiaçı Şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 28.10.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, “X20 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “X13 Kompanı” Azərbaycan Filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə “X20 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdxal və X8 Olma Haqqında 17.09.2019-cu il tarixində Ümid-40/02 saylı Sertifikat almışdır. Lakin Ümid-40/02 saylı sertifikat üzrə əlavə malların gətirilməsində zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, “X20 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen Fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikata XİFƏN kodların əlavə olunmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirik. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ünvanladığı 08.11.2019-cu il tarixli, 1000-120/120- 24/024315 nömrəli cavab məktubunda bildirilmişdir ki, sizin 30.10.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Tərəfinizdən təqdim edilən siyahıda malların kodlarının X5 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu baxımdan “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə Risk xidmət Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolun müddəalarına uyğun olaraq şirkətinizə podratçı tərəflə bağlanmış müqaviləyə müvafiq qaydada verilmiş ÜMİD-40/02 saylı sertifikatına əsasən idxal ediləcək malların siyahısındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətinizdə qeyd olunan məsələlər həllini tapacaqdır. -İddiaçı Şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 17 fevral 2021-ci il tarixli məktubunda Dövlət Gömrük Komitəsinə vaxtında bəyan edilmiş müraciətlə cavabların verilməsi gecikdirilməsindən yaranmış cərimələrin ödənilmiş 238131,83 manat məbləğinin kompensasiya olaraq İddiaçı hesabına ödənilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı 26.02.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sizin 17.02.2021-ci il tarixli 012/21 saylı müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Və bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. "X15 Company" Azərbaycan filialı ilə bağlanmış 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli 238545 ABŞ dolları dəyəri olan müqaviləyə əsasən İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 22.08.2019-cu il tarixli ərizə ilə müraciət etmiş və 17.09.2019-cu il tarixli ÜMİD-40/02 nömrəli “İdxal-ixrac vergilərdən azad X9” verilmiş və onun qüvvədən düşmə tarixi 31.12.2019-cu il müəyyən edilmişdir. Yuxanda qeyd olunan sertifikata əsasən əlavə mallara zərurət yarandığı üçün İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən 30.10.2019-cu il tarixli ərizəsi ilə yeni siyahı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim edilmişdir. Siyahıda təqdim edilən malların kodlarının X5 Mal Nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmiş, həmçinin müqavilədə göstərilən ümumi dəyərin idxal edilməsi nəzərdə tutulan malların ümumi dəyərindən az olması səbəbindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 saylı imtina məktubu İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinə göndərilmişdir. İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxsi ilə telefon əlaqəsi saxlanılaraq siyahıda yaranan uyğunsuzluqlar ətraflı izah edilmiş və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət olunması tövsiyə edilmişdir. “X17 Kompanı” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən “İdxalixrac vergilərdən azad X9”ın 31.12.2019-cu il tarixinədək qüvvədə olmasına baxmayaraq, yeni müraciət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmamışdır. Yuxanda göstərinləri nəzərə alaraq qeyd edirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsmə “X17 Kompanı” şirkətinin Azərbaycan nümayəndəliyinin müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmış və qanunda nəzərdə tutulmuş müddətlər ərzində cavablandırılmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 08 aprel 2021-ci il tarixli, 1000-210/210-24/005516 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli məktubla cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Sizin 30.10.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Tərəfinizdən təqdim edilən siyahıda malların kodlarının X5 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu baxımdan “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə Risk xidmət Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolun müddəalarına uyğun olaraq şirkətinizə podratçı tərəflə bağlanmış müqaviləyə müvafiq qaydada verilmiş ÜMİD-40/02 saylı sertifikatına əsasən idxal ediləcək malların siyahısındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətinizdə qeyd olunan məsələlər həllini tapacaqdır” qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 08.11.2019-cu il tarixli 1000-120/120- 24/024315 nömrəli imtina məktubu İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinin ünvanına Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”ndən elektron poçt (e-poçt) vasitəsilə göndərilmişdir. Eyni zamanda bildirilir ki, 2019-cu ildən “İdxal və X8 X9” bütün hüquqi şəxslərə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”ndən elektron poçt (e-poçt) vasitəsilə göndərilir. İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyi elektron hökumət portalında (www.e-gov.az) AsanDoc vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ünvanına göndərilən 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli məktubla tanış olmuşdur. İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ünvanına göndərilən 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli məktubu qəbul etdiyini inkar etmir. Həmçinin bildirilir ki, qeyd olunan məktub göndəriləndən sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin səlahiyyətli şəxsi ilə telefon vasitəsilə əlaqə saxlanılaraq siyahıda yaranan uyğunsuzluqlar, yəni tərəflərindən təqdim edilən siyahıda malların kodlarının X5 Mal Nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilməsi, həmçinin müqavilədə göstərilən ümumi dəyərin idxal edilməsi nəzərdə tutulan malların ümumi dəyərindən az olması səbəbindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli imtina məktubunun İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinə göndərilməsi ətraflı izah edilmiş və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət olunması tövsiyə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı 30 iyul 2021-ci il tarixli, 1000-210/210-24/012115 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixdə 107/19 nömrəli məktubla və məktuba əlavə edilmiş malların siyahısı ilə Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Müraciətlə subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 və həmin Sertifikata əlavə edilməsi üçün Azərbaycan Respublikasına son istifadə xüsusi gömrük prosedurunda idxal olunması nəzərdə tutulan 221317.26 ABŞ dolları dəyərində malların siyahısı təqdim edilmişdir. Yuxarıda qeyd olunan müraciətə vaxtında baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli məktubla cavab verilmişdir. Dövlət Gömrük Komitəsinin göstərilən cavab məktubunda “Sizin 30.10.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində baxılmışdır. Tərəfinizdən təqdim edilən siyahıda malların kodlarının X5 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Bu baxımdan “Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə Risk xidmət Sazişi əsasında hazırlanmış “İdxal-ixrac vergiləri haqqında” protokolun müddəalarına uyğun olaraq şirkətinizə podratçı tərəflə bağlanmış müqaviləyə müvafiq qaydada verilmiş ÜMİD-40/02 saylı sertifikatına əsasən idxal ediləcək malların siyahısındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətinizdə qeyd olunan məsələlər həllini tapacaqdır” qeyd olunmuşdur. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin səlahiyyətli şəxsi ilə telefon əlaqəsi saxlanılaraq siyahıda yaranan uyğunsuzluqlar, yəni tərəflərindən təqdim edilən siyahıda malların kodlarının X5 Mal Nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edilməsi, bir sıra malların adlarının səhv qeyd olunması, bir sıra malların adlarının ingilis dilindən tərcüməsinin səhv qeyd olunması, həmçinin müqavilədə göstərilən ümumi dəyərin idxal edilməsi nəzərdə tutulan malların ümumi dəyərindən az olması səbəbindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 08.11.2019-cu il tarixli 1000-120/120-24/024315 nömrəli imtina məktubunun İddiaçı şirkətinin Azərbaycan nümayəndəliyinə göndərilməsi ətraflı izah edilmiş və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərdiyi 28.10.2019-cu il tarixli 107/19 nömrəli məktubuna əlavə edilmiş malların siyahısında olan uyğunsuzluqlar aşağıdakılardır: -Təqdim olunan siyahıda 3-cü bənddə malın adı və X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 5-ci bənddə malın təyinatı qeyd olunmayıb; -Təqdim olunan siyahıda 6-cı bənddə malın adı səhv qeyd olunub; -Təqdim olunan siyahıda 15-ci bənddə malın X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 16-cı bənddə malın adı və X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 19-cu bənddə malın adının ingilis dilindən tərcüməsi və X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 27-ci bənddə malın adı və X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 36-cı bənddə malın adı və X5 Mal Nomenklaturası üzrə kodu səhv qeyd olunub; -Təqdim olunan siyahıda 40-cı bənddə malın adının ingilis dilindən tərcüməsi səhv qeyd olunub; -Təqdim olunan siyahıda 41-ci bənddə malın adı səhv qeyd olunub. Bildirilir ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixli 107/19 nömrəli məktubla edilən müraciətdən 3 ay sonra 31.01.2020-ci il tarixdə 023/20 nömrəli məktubla və məktuba əlavə edilmiş malların siyahısı ilə Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Müraciətlə subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 və həmin Sertifikata əlavə edilməsi üçün Azərbaycan Respublikasına son istifadə xüsusi gömrük prosedurunda idxal olunması nəzərdə tutulan 271747.04 ABŞ dolları dəyərində 115 adlı malların siyahısı (İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixdə 107/19 nömrəli məktubuna əlavə olunmuş 221317.26 ABŞ dolları dəyərində 42 adlı malların siyahısına düzəlişlər və dəyişikliklər edilməklə əlavə olunmuş) təqdim edilmişdir. Qeyd olunan müraciətə vaxtında baxılmış və 04.03.2020-ci il tarixli 1000-120/01/025 nömrəli məktubla cavab verilərək subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə ÜMİD-40/03 nömrəli İdxal və X8 X9 verilmişdir. Sertifikatda sertifikatın qüvvəyə minmə tarixi 04.03.2020 və qüvvədən düşmə tarixi 31.03.2020 göstərilmişdir. -İddiaçı Şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 21.01.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, «X14 Şirkətinin» Azərbaycan Respublikasındakı Filialı ilə X17 Kompani şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bağlanmış «Qazma Avadanlığının əsaslı təmir xidmətlərinə» dair UB197/2019 saylı müqaviləyə əsasən qazma avadanlığının təftişi və təmiri xidmətlərin aparılması ilə bağlı 115 adda malların Azərbaycan Respublikasına son istifadə gömrük rejimində İdxal/İxrac olunması nəzərdə tutulur. -İddiaçı Şirkətinin Azərbaycan Nümayəndəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı 31.01.2020-ci il tarixli, 023/20 nömrəli məktubunda bildirilmişdir ki, “X20 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan Filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə “X21 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirəcəkdir. Qeyd olunanları nəzərə alaraq, “X20 Kompani” şirkətinin Azərbaycan Nümayəndəliyinə Ümid-1 neft yatağında Karbohidrogen Fəaliyyəti ilə bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikat verilməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik. -Subpodratçı İddiaçı (VÖEN **********) adına verilmiş ÜMİD-40/03 nömrəli qüvvəyə minmə tarixi 04.03.2020, qüvvədən düşmə tarixi 31.03.2020-ci il olan İdxal və X8 X6 görünür ki, yuxarıda qeyd olunan şəxs tərəfindən və ya şəxs üçün Karbohidrogen Fəaliyyəti və ya Neft-qaz Əməliyyatları ilə bağlı olaraq tədarük edilən mallar, görülən işlər və ya göstərilən xidmətlərlə əlaqədar: 1.Burada adı çəkilən tərəf, onun əməkdaşları və onların ailə üzvləri aşağıdakıları bütün Vergilərdən azad şəkildə (idxal/ixrac vergiləri və rüsumları tutulmadan) Azerbaycan Respublikasına idxal və Azərbaycan Respublikasından ixrac etmək hüququna malikdirlər: a) Neft-qaz əməliyyatlarının müvafiq qaydada aparılması və yerinə yetirilməsi üçün Podratçının əsaslandırılmış rəyinə əsasən lazım olan bütün avadanlıqlar, materiallar, maşınlar və alətlər, nəqliyyat vasitələri, ehtiyyat hissələri, mallar və məmulatları (ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları daxil olmamaqla); və b) Azərbaycan Respublikasında işə teyin edilmiş və ya Azərbaycan Respublikasına ezam olunan Xarici Əməkdaşlar və onların ailə üzvlərinin şəxsi istifadəsi üçün bütün mebellər, geyimlər, məişət cihazları, nəqliyyat vasitələri, ehtiyyat hissələri və şəxsi əşyaları. 1.1 Yuxarıda qeyd edildiyi kimi, burada adı çəkilən tərəfin statusu Podratçı Tərəfin, Ortaq şirkətin, agentin və ya Əməliyyat Şirkətinin statusuna bərabər olduğu halda həmin tərəf istənilən vaxt Karbohidrogenləri bütün Vergilərdən azad şəkildə (idxal/ixrac vergiləri və rüsumları tutulmadan və Mənfəət Vergisini ödəməklə) ixrac etmək hüququna malikdir. 1.2 Azərbaycan Respublikasının gömrük orqanları burada qeyd olunan idxal və ya ixrac üzrə heç bir Vergi tutmur (idxal/ixrac vergiləri və rüsumları tutulmamaq şərti ilə). 1.3 Qüvvədə olma müddəti başa çatdıqdan sonra bu sertifikat Dövlət Gömrük Komitəsinə təhvil verilir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli, 3(003)-20/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 9821,28 manat dəyərində malların 30 (otuz) faizi, 2946,38 (iki min doqquz yüz qırx altı manat otuz səkkiz qəpik) manat məbləğində cərimə edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli, 3(003)-115/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 35812,25 (otuz beş min səkkiz yüz on iki manat, iyirmi beş qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 10743,68 (on min yeddi yüz qırx üç manat altmış səkkiz qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli, 3(003)-116/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 127749,05 (bir yüz iyirmi yeddi min yeddi yüz qırx doqquz manat beş qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 38324,72 (otuz səkkiz min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 3(003)-114/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 156726,49 manat dəyərində malların 30 (otuz) faizi, 47017,94 (qırx yeddi min on yeddi manat doxsan dörd qəpik) manat məbləğində cərimə edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2020-ci il tarixli, 3(003)-117/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 43568,16 (qırx üç min beş yüz altmış səkkiz manat on altı qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 3(003)-243/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 159115,47 manat dəyərində malların 30 (otuz) faizi, 47734,64 (qırx yeddi min yeddi yüz otuz dörd manat altmış dörd qəpik) manat məbləğində cərimə edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 3(003)-242/2020 nömrəli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 100339,04 (bir yüz min üç yüz otuz doqquz manat dörd qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 30101,71 (otuz min yüz bir manat yetmiş bir qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçı iddia ərizəsində qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabını aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair UB197/2019 nömrəli müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə görə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi Ümid-1 neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin müraciəti əsasında ona “Ümid-1 neft yatağında işlənmələrlə əlaqədar İdxal və X8 olma haqqında 17.09.2019-31.12.2019-cu il tarixlərdə qüvvədə olan Ümid- 40/02 saylı sertifikat təqdim etmişdir. Daha sonra Ümid-40/02 saylı sertifikat üzrə əlavə malların gətirilməsinə zərurət yaranmış və İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixdə adıçəkilən azad olunma sertifikatına gətirilən malların XİFƏN kodlarının əlavə olunması ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etmiş və Komitəyə ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 və həmin Sertifikata əlavə edilməsi üçün Azərbaycan Respublikasına son istifadə xüsusi gömrük prosedurunda idxal olunması nəzərdə tutulan 221317.26 ABŞ dolları dəyərində malların siyahısı təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 08.11.2019-cu il tarixli, 1000- 120/120-24/024315 nömrəli məktubla müraciətə baxaraq ÜMİD-40/02 saylı sertifikata əsasən idxal ediləcək malların təqdim edilən siyahısında malların kodlarının X5 mal nomenklaturasında təsbit olunan kodlarla müqayisəsində bir sıra uyğunsuzluqlar aşkar edildiyi, həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciətin həll ediləcəyi bildirilmişdir. Hazırkı iş üzrə iddiaçı idxal ediləcək malların siyahısı cavabdehə vaxtında bəyan edilsə də cavabdeh inzibati orqanın onun müraciətini əsassız təmin etməməsi səbəbindən gecikmələrə yol verildiyi və nəticədə iddiaçı barəsində inzibati xəta haqqında iş üzrə cərimə növündə inzibati tənbehə məruz qaldığını və bu əsasdan ona kompensasiya ödənilməsini tələb edir. İddiaçı iddiasının hüquqi əsası kimi ona istinad edir ki, cavabdeh orqan öz hərəkətləri ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 02 may 2017-ci il tarixli Qanunun tələblərini pozmuşdur. Belə ki, adıçəkilən Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə və Müqavilədə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Müqaviləyə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. İddiaçı hesab edir ki, nə qədər ki, Qanunla “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, X10 Əməliyyat Şirkəti ilə saziş imzalandığı və bu saziş ona uyğun gəlməyən və ya zidd olan hər bir normativ əsasdan üstün olduğu və iddiaçının da məhz bu Saziş çərçivəsində Umid, X10 Əməliyyat şirkəti ilə bağlanmış 29.04.2019-cu il tarixli müqavilə əsasında neft yatağında qazma avadanlığının əsaslı təmir işlərini yerinə yetirir, bu halda o, inzibati orqanın tədbirlərinə məruz qala bilməzdi. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında iştirak edən nümayəndəsinin bildirdiyi bu mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 02 may 2017-ci il tarixli Qanunun 7-ci maddəsində göstərilmişdir ki, Sazişdən və Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin və Müqavilənin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 Blokunun Kəşfiyyatı və İşlənməsi haqqında Saziş üzrə İdxal və İxrac Rüsumları və Vergiləri haqqında Protokolun: - 2.1-ci bəndinə əsasən hər bir Əməliyyat şirkəti və ya Podratçı tərəf Sazişə və bu Protokola uyğun olaraq İdxal, İxrac və yenidən İxrac rüsumlarından azad olunduğunu bildirən İdxal və X8 olunma sertifikatı almaq üçün Dövlət Gömrük Komitəsinə yazılı şəkildə ərizə ilə müraciət edir. - 2.2-ci bəndinə əsasən hər hansı bir Əməliyyat şirkəti ilə və ya Podratçı tərəf ilə birbaşa müqavilə bağlamış (Azərbaycan və İngilis dillərində) hər hansı bir Subpodratçıya Sazişlərə və bu Protokola uyğun olaraq İdxal və yenidən İxrac rüsumlarından azad olunduğunu bildirən İdxal və X8 olunma sertifikatı almaq üçün Dövlət Gömrük Komitəsinə Əlavə 3-də göstərilən formada ərizə ilə müraciət etməyə icazə verilir. - 2.3-cü bəndinə əsasən X4 Komitəsinə yazdığı ərizə onunla müqavilə bağlamış şirkətin həmin Subpodratçı ilə Sazişə və bu Protokola uyğun olaraq mallar, işlər və xidmətlərlə təchiz etmək üçün müqavilə bağlandığını təsdiq edən Əlavə 4-də göstərilmiş formada yazılmış məktubu ilə müşayət olunur. İdxal və X8 olunma sertifikatını almaq üçün ərizə ilə müraciət edən Subpodratçı müvafiq müqavilənin Azərbaycan dilində surətini Dövlət Gömrük Komitəsinə təqdim edir. - 2.4-cü bəndinə əsasən Dövlət Gömrük Komitəsi yazılı ərizənin alınmasından sonrakı otuz (30) Təqvim günü ərzində Qeydiyyatdan keçmiş şirkətə Əlavə 2-də göstərilən formada İdxal və X8 olunma haqqında ərizəni aldığı gündən qüvvədə olan nömrələnmiş Sertifikat verir. Dövlət Gömrük Komitəsi bu sertifikatın verilməsindən imtina edirsə, bu halda yazılı ərizənin alınmasından sonra Qeydiyyatdan keçmiş şirkətə yazılı şəkildə səbəbini izah edir. - 2.5-ci bəndinə əsasən hər bir Əməliyyat şirkətinə və Podratçı tərəflərə verilən İdxal və X8 olunma haqqında sertifikat beş (5) il ərzində etibarlı olur. Əməliyyat şirkəti, Podratçı tərəflər və ya onların Agentləri nömrələnmiş İdxal və X8 olunma haqqında sertifikatı təzələmək üçün ərizə ilə müraciət edə bilər. Dövlət Gömrük Komitəsi yeni İdxal və X8 olunma haqqında Sertifikatı onun təzələnməsi üçün verilmiş ərizənin alındığı gündən sonrakı otuz (30) gün ərzində verir. İdxal və X8 olunma haqqında yeni sertifikat verildiyi zaman Əməliyyat şirkəti, Podratçı tərəflər və ya onların Agentləri İdxal və X8 olunma haqqında köhnə sertifikatın vaxtının qurtarıb-qurtarmamasından asılı olmayaraq onu təhvil verirlər. - 2.5.1-ci yarımbəndinə əsasən hər bir Subpodratçılara verilən İdxal və İxrac Vergilərdən azad olunma haqqında sertifikat bir (1) il ərzində və ya Subpodratçı ilə bağlanmış müqavilənin müddəti bir (1) ildən azdırsa, həmin müqavilənin qüvvədə olduğu müddətdə etibarlı olur. Subpodratçı və ya onların Agentləri nömrələnmiş İdxal və X8 olunma haqqında sertifikatı təzələmək üçün ərizə ilə müraciət edə bilər. Dövlət Gömrük Komitəsi yeni İdxal və X8 olunma haqqında Sertifikatı onun təzələnməsi üçün verilmiş yazılı ərizənin alındığı gündən sonrakı otuz (30) gün ərzində verir. Yeni İdxal və X8 olunma haqqında sertifikat verildiyi zaman Subpodratçı və ya onların Agentləri İdxal və X8 olunma haqqında köhnə sertifikatın vaxtının qurtarıb-qurtarmamasından asılı olmayaraq onu təhvil verirlər. - 2.5.2-ci yarımbəndinə əsasən müqaviləsi bir Təqvim ilindən artıq olan və İdxal və X8 olmaq haqqında nömrələnmiş sertifikatın təzələnməsi üçün bu müqavilə ilə əlaqədar yazılı ərizə ilə müraciət edən Subpodratçıdan öz ərizəsinə Əlavə 4-də göstərilmiş formada yazılmış digər bir məktubu qoşmaq tələb olunmur. - 2.6-cı bəndinə əsasən neft-qaz əməliyyatları ilə bağlı biznes fəaliyyətləri bitdikdən dərhal sonra bütün cari İdxal və X8 olunma haqqında sertifikatlar Dövlət Gömrük Komitəsinə təhvil verilir. - 2.7-ci bəndinə əsasən hər hansı bir İdxal və X8 olunma sertifikatı başqasına ötürülə və ya verilə bilməz. - 3.1-ci bəndinə əsasən malların, işlərin və ya xidmətlərin İdxal edilməsindən dərhal sonra, İdxal edən Qeydiyyatdan keçmiş şirkət müvafiq gömrük qaydalarına və təlimatlarına əsasən tələb olunan bütün sənədləri habelə aşağıdakıları, müvafiq Gömrük Orqanlarına təqdim edir: - İdxal və X8 olma sertifikatının surətini; - Neft-Qaz Əməliyyatları üçün idxal olunan malların Əməliyat Şirkəti/Podratçı tərəfindən təsdiqləməni. Yuxarıda qeyd olunan İdxal və İxrac Rüsumları və Vergiləri haqqında Protokolun müddəalarından göründüyü kimi İdxal və X8 olunma sertifikatı almaq üçün subpodratçı Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etməli və bu zaman həmin Protokola Əlavə 3-də göstərilən məlumatları, o cümlədən müqaviləni, tədarük edilməli olan malların təsvirini, bilavasitə siyahısını təqdim etməlidir. Eyni zamanda Əməliyyat şirkəti, Podratçı tərəflər İdxal və X8 olunma haqqında sertifikatı aldıqdan sonra həmin sertifikatın vaxtının qurtarıb-qurtarmamasından asılı olmayaraq təzələnməsi üçün müraciət etmək hüququna malikdirlər. Dövlət Gömrük Komitəsi ərizə daxil olduqdan sonra 30 təqvim günü ərzində müraciətə baxaraq ya nömrələnmiş müvafiq sertifikat verir və ya səbəblərini izah etməklə sertifikatın verilməsindən imtina edir. Müəyyən olunur ki, İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi ilə “Ümid X10” Azərbaycan filialı ilə bağlanmış müqaviləyə əsasən neft-qaz əməliyyatları ilə əlaqədar subpodratçı İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinə Xəzər Dənizinin Azərbaycan sektorunda Ümid yatağının və X3 X18 Blokunun Kəşfiyyatı və İşlənməsi haqqında Saziş üzrə İdxal və İxrac Rüsumları və Vergiləri haqqında Protokol şamil olunduğundan qeyd edilən Protokol ilə müəyyən edilmiş İdxal və X8olma sertifikatı alınması üçün müvafiq prosedur iddiaçı üçün də keçərlidir. İş materiallarından görünür ki, iddiaçı İdxal və X8olma sertifikatı alınması üçün inzibati orqana ərizə, subpodratçıların İdxal və X8 olma sertifikatı alması üçün ərizəyə əlavə (Əlavə 4), İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “X14 Şirkətinin” Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı arasında “Qazma avadanlığının əsaslı təmir xidmətləri”nə dair 29.04.2019-cu il tarixli UB197/2019 nömrəli müqavilə, Azərbaycan Respublikasına son istifadə gömrük prosedurunda idxal/ixrac olunması nəzərdə tutulan 25823.12 ABŞ dolları dəyərində “bolt, kürəcikli və ya diyircəkli diyirlənmə yastıqları (podşipnik), rezin prokladka (ara qat), rezin salnik, təmizləyici rezin salnik, drenaj xətti üçün plastik patrubok, nasos kəməri, flans, qayka, şayba” adlı malların siyahısını təqdim etmiş və Komitə tərəfindən ona qüvvəyə minmə tarixi 17.09.2019 və qüvvədən düşmə tarixi 31.12.2019 göstərilən ÜMİD-40/02 nömrəli İdxal və X8 X9 verilmişdir. Daha sonra İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi 28.10.2019-cu il tarixdə 107/19 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət edərək ÜMİD-40/02 saylı sertifikat üzrə əlavə gətirilən 42 adda mallarla bağlı İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikata XİFƏN kodların əlavə olunmasını xahiş etmişdir. Həmin məktuba əlavə edilmiş malların siyahısı Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanıldıqda uyğunsuzluqlar aşkar olunmuş və bu uyğunsuzluqlar malın adının, təyinatının, X5 Mal Nomenklaturası üzrə kodlarının səhv göstərilməsi ilə bağlı olmuşdur. Təqdim olunmuş sənədlərdən görünür ki, aşkar olunmuş uyğunsuzluqlar barədə iddiaçıya 08.11.2019-cu il tarixli məktubla məlumat verilsə də, iddiaçı tərəfin uyunsuzluqların aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etməsi iş üzrə müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, iddiaçı növbəti dəfə 31.01.2020-ci il tarixdə 023/20 nömrəli məktubla cavabdehə müraciət edərək Azərbaycan Respublikasında son istifadə gömrük rejimində idxal ixrac olunmasının nəzərdə tutduğu 271747.04 ABŞ dolları dəyərində 115 adda mallara dair İdxal və X8 X9 verilməsini xahiş etmiş və bu zaman həmin 115 adda malların siyahısına 28.10.2019-cu il tarixdə 107/19 nömrəli məktubuna əlavə olunmuş siyahıda 42 adda mallarla bağlı Dövlət Gömrük Komitəsinin aşkar etdiyi uyğunsuzluqları aradan qaldıraraq müvafiq düzəlişlər və dəyişikliklər etməklə həmin malların siyahısını əlavə etmiş və bu müraciətə müvafiq olaraq cavabdeh orqan tərəfindən iddiaçıya qüvvəyə minmə tarixi 04.03.2020-ci il, qüvvədən düşmə tarixi 31.03.2020-ci il olan yeni azad olma barədə sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: -1.2-ci bəndinə görə son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən azad edilməklə, sərbəst dövriyyəyə buraxılır. -1.3-cü bəndinə görə şəxslər malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə aldıqdan sonra həmin mallardan yalnız həmin icazədə göstərilmiş son istifadə prosedurunun məqsədləri üçün istifadə edə bilərlər. -1.4-cü bəndinə əsasən malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. -2.3-cü bəndinə görə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı aşağıdakılar da göstərilir: 2.3.1. malların adı, X5 mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri; 2.3.2. malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinin məqsədi və bu məqsəd üçün istifadənin təyinatı və müddəti. -2.6-cı bəndinə əsasən malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.6.1. malların gömrük ərazisinə gətirilməsi qadağan edildikdə və ya məhdudlaşdırıldıqda; 2.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda; 2.6.3. bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə. -3.3-cü bəndinə görə malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur. Göründüyü kimi malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanın müvafiq icazəsi əsasında həyata keçirilir və icazənin verilməsi üçün təqdim olunan sənədlərə malların adı, X5 mal nomenklaturası (XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri, yerləşdirilmənin məqsədi və bu məqsəd üçün istifadənin təyinatı və müddəti göstərilir. İşin hallarından müəyyən olunur ki, iddiaçının bəyan etdiyi mallarda çıxan uyğunsuzluqlar aşkar olunduğundan malların adları azad olunma sertifikatına əlavə edilməmişdir. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmayan mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş hesab edilmişdir. Müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük təminatı pozulduğu, müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirildiyi, müvəqqəti saxlancda qalma müddəti pozulduğundan gömrük orqanı iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmiş və Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qərarları ilə İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyi barəsində cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Məhkəmə hazırkı inzibati məhkəmə icraatında gömrük orqanının inzibati xəta haqqında icraata başlamaq barədə fəaliyyətini deyil, həmin fəaliyyətə qədər gömrük orqanının apardığı icraatın, yəni iddiaçının təqdim etdiyi malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinin, idxal-ixrac rüsumları və vergilərindən azad olma haqqında müvafiq sertifikata təqdim olunmuş malların XİFƏN kodlarının əlavə edilməsi ilə bağlı müraciət üzrə apardığı inzibati icraatın “İnzibati icraat haqqında” Qanun və gömrük qanunvericiliyinin tələblərinə uyğunluğunu yoxlamış və bu icraat çərçivəsində cavabdehin hərəkətlərində iddiaçının qanunla qorunan hüquq və mənafelərinin pozulmasını müəyyən etməmişdir. İddiaçının qanuni qüvvəsini almış məhkəmə qərarları ilə ödəmiş olduğu cərimələrin hazırkı inzibati məhkəmə icraatında cavabdehdən kompensasiya şəklində tələb etməsinin hüquqi əsası yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar