Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4981/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1 avqust 1992-ci il tarixdən etibarən 23 may 2018ci il tarixədək AR Silahlı Qüvvələrində xidmət etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə AR Müdafiə Nazirliyinin 23 may 2018-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qlluqçuların siyahısına daxil edilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmişdir. Həmin Nazirliyin Mənzil İstismar İdarəsinin 22 noyabr 2019-cu il tarixli 11/5674 saylı məktubu ilə ona bildirilmişdir ki, xidmət dövründə 2008-ci ildə hərbi xidmət əleyhinə cinayət törətdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün xidməti Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən qüsursuz hesab edilməmişdir. Bu cavab tamamən Azərbaycan Respublikasının qanunlarına zidd olduğu üçün o (iddiaçı), Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etmiş, məhz bundan sonra ona təxminın 2020-ci ilin mart ayında Müdafiə Nazirliyindən 19 mart 2020-ci il tarixli məktub gəlmişdir. Həmin məktubda onun adının 1992-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının sosiual müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edildiyi bildirilmişdir. İddiaçı gözləmiş, lakin xeyli müddət keçdikdən sonra iddiaçı komissiyanın rəyi ilə marqlanmaq üçün yenidən AR Müdafiə Nazirliyinə müraciət etmişdir. 25 avqust 2020-ci il tarixdə Müdafiə Nazirliyindən eyni məzmunlu cavab almışdır. Həmin vaxt o, komissiya hazırlanmasınımn bir neçə ay çəkəcəyini düşünmüş və yenidən gözləməyə başlamışdır. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində təkrarən Müdafiə Nazirliyinə məktub yazaraq komissiyanın cavabı ilə maraqlanmış, lakin bu dəfə ona ümumiyyətlə cavab verilməmişdir. Bundan sonra o, vəkillə müqavilə bağlamış və vəkil məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Mart ayının əvvəllərində isə, Müdafiə Nazirliyindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, 1992-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edilmiş və komissiya tərəfindən müvafiq qərar qəbul edildikdə bu barədə əlavə mılumat veriləcək. Qeyd olunur ki, həmin Fərmana əsasən AR Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdırlar. İddiaçı isə, AR Silahlı Qüvvələrində 25 il, 9 ay xidmət etmişdir. Belə ki, 1992-ci ildə iddiaçı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi hissə komandirinin şəxsi heyəti ilə is üzrə müavini kimi məsul vəzifədə işləmişdir. Müharibə və Silahlı Qüvvələr veterandır. Hərbi xidmətdə olduğu müddət ərzində dəfələrlə medallarla təltif edilmişdir: 1) 25 iyun 2005-ci il tarixdə "Qüsursuz xidmətə görə” İİİ dərəcəli medal; 2) 21 iyun 2006-cı il tarixdə "AR Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley medalı; 3) 26 iyun 2009-cu il tarixdə "Qüsursuz xidmətə görə” İİ dərəcəli medal; 4) 26 iyun 2009-cu il tarixdə “AR Silahlı Qüvvələrinin 90 illiyi” Yubiley medalı; 5) 27 iyun 2013-cü il tarixdə “AR Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı; 6) 24 iyun 2014-cü il tarixdə “Qüsursuz xidmətə görə” İ dərəcəli medal. İddiaçı hərbi xidmətdə olduğu zaman, dəqiqliyi ilə desək, 1 fevral 2008-ci il tarixdə Lənkəran Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, AR CM-nin 63-cü maddəsinə əsasən şərti maliyyə vahidi məbləğinin 300 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. 8 fevral 2008-ci il tarixdə ona təyin olunmuş cəriməni tam ödəmişdir. AR Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəza çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsivə ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göstərilən normaların tələblərindən göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Əgər xidmətində həqiqətən də qüsur olmuş olsaydı, o (iddaçı), “qüsursuz xidmətə görə” medallar almazdı. Əgər Müdafiə Nazirliyinin məktubunda göstərilənlərdən belə məlum olur ki, onun adı komissiyaya bir ildən artıqdır ki, təqdim edilib. Komissiyanın rəy verməsi illərlə uzana bilməz. Yəni, bütün bunlar bir daha onu sübut edir ki, Müdafiə Nazirliyi onu mənzillə təmin etməkdən imtina edir. Göstərilənlərə və İPM-in 33-cü maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının sosiual müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması və hüquqi yardımn üçün ödənilmiş 262 mant pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin Ii İp cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası qəbul edilmir və hesab olunur ki, iddia tələbi əsassızdır və mümkün sayılmamalıdir. Belə ki, iddiaçıya inzibati orqan Müdafiə Nazirliyi tərəfindən maraqlarına uyğun inzibati aktın verilməsi imtina edilməmişdir. İddiaçı öz ərizəsindədə qeyd edir ki, vəkilin vasitəsi ilə AR Müdafiə Nazirliyinə verilən sorğusuna cavab olararaq bildirilmişdir ki, iddiaçının adı 1992-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi idmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi luqçuların adlı siyahısına daxil edilərək Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edilib və komissiya tərəfindən müvafiq qərar qəbul edildikdə nəticəsi barədə əlavə məlumat veriləcək. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən aidiyyəti qurumların rəsmilərindən ibarət tərkibdə müvafiq Komissiya yaradılmışdır. Həmin Fərmanın 3.1-ci hissəsində Komissiyaya tapşırılmışdır ki: (3.1) siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Həmin Fərmanın 3.2-ci hissəsində qeyd olunur ki, hazırlanmış siyahını AR Maliyyə Nazirliyinə təqdim etsin. Göründüyü kimi, qeyd olunan Fərmanda AR Müdafiə Nazirliyinə üzərinə, dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçuların siyahılarının hazırlanması vəzifəsi qoyulmayıb və bu funksiyanı yaradılmış komissiyaya həvalə olunmuşdur. Beləliklə, iddiaçı Nəsirov X1 Nazirliyi tərəfindən verilən məktubu onun adını siyahılara daxil olunmasından imtina etməsi kimi qiymətləndirilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.9-cu maddəsinə əsasən AR Müdafiə Nazirliyinin məktubu aralıq inzibati aktdır. Aralıq inzibati akta qarşı müstəqil hüquqi müdafiə vasitələrindən istifadə etməyə qanunvericiliklə yol verilmir («İnzibati icraat haqqında» AR Qanununun kommentariyası, müəlliflər: Səyyad Kərimov, Günəş Vəliyevə). İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın ul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın əkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan aqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Göstərilənlərə əsasən və İPM-in 35.1, 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının mümkün olmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 4 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər. Cavabdeh tərəf və üçüncü şəxs (təmsilçiləri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə aşağıdakı məzmunda yazılı çıxış etdi və həmin çıxışda göstərilənləri təsdiqləyərək, iddianın təmin olunmasını xahiş etdi: - İddianı tamamilə müdafiə edilərək onun təmin olunması xahiş edilir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı 1 avqust 1992-ci il tarixdən etibarən 23 may 2018-ci il tarixədək AR Silahlı Qüvvələrində xidmət etmiş, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə AR Müdafiə Nazirliyinin 23 may 2018-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmış, ona həmin Əsasnamənin 164-cü maddəsinnə əsasən hərbi geyim formasını daşımaq hüququ verilmişdir. Hərbi xidmət dövründə, dəqiqliyi ilə desək 1992-ildə İddiaçı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi hissə komandirinin şəxsi heyəti ilə iş üzrə müavini kimi məsul vəzifədə işləmiş, müharibə və Silahlı Qüvvələr veteranıdır. Hərbi xidmətdə olduğu müddət ərzində dəfələrlə medallarla təltif edilmişdir: 1) 25 iyun 2005-ci il tarixdə "Qüsursuz xidmətə görə” İİİ dərəcəli medal; 2) 21 iyun 2006-cı il tarixdə "AR Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley medalı; 3) 26 iyun 2009-cu il tarixdə "Qüsursuz xidmətə görə” İİ dərəcəli medal; 4) 26 iyun 2009-cu il tarixdə “AR Silahlı Qüvvələrinin 90 illiyi” Yubiley medalı; 5) 27 iyun 2013-cü il tarixdə “AR Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı; 6) 24 iyun 2014-cü il tarixdə “Qüsursuz xidmətə görə” İ dərəcəli medal. Göstərilənlərlə əlaqədar İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi ilə bağlı cavabdeh Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, həmin Nazirliyin Mənzil İstismar İdarəsinin 22 noyabr 2019-cu il tarixli 11/5674 saylı məktubu ilə ona bildirilmişdir ki, xidmət dövründə 2008-ci ildə hərbi xidmət əleyhinə cinayət törətdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün xidməti Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən qüsursuz hesab edilməmişdir. Bu cavab təmamən Azərbaycan Respublikasının qanunlarına zidd olduğu üçün İddiaçı şikayətlə AR Milli Məclisinə müraciət etmiş və məhz bundan sonra ona təxminən 2020-ci ilin mart ayında AR Müdafiə Nazirıliyindən 19 fevral 2020-ci il tarixli məktubu gəlmişdir ki, həmin məktubda onun adının 1992-ci ildə Azırbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamış və həqiqi hərbi xidmət dövründə məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək AR Prezidentinin 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının İİ hissəsinə əsasən yaradılmış komissiyaya təqdim edildiyi bildirilirdir. Həmin vaxtdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günədək cavab alınmamışdır. Eyni zamanda, AR Müdafiə Nazirliyi onun müvəkkilinin sənədlərinin göstərilən komissiyaya təqdim olunmasını təsdiq edən sənədlərin surətləinin təqcim olunması ilə bağlı məktubuna cavab verilmədiyinə görə vəkil tərəfindən vəsatət verilmiş və məhkəmənin evni məzmunlu sorğusu da bu günədək cavablandırılmamışdır. Əgər bu, iddiaçının ilk məktubda göstərildiyi kimi əvvəllər məhkum olunması ilə əlaqədardırsa, bu təmamilə qanuna ziddir. Belə ki, İddiaçı həqiqətən də hərbi xidmətdə olduğu zaman, dəqiqliyi iiə desək, 1 fevral 2008-ci il tarixdə Lənkəran Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 341.1 maddəsi ilə təqsirli bilinib, AR CM-nin 63-ci maddəsnə əsasən şərti maliyyə vahidi məbləğinin 300 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, 8 fevral 2008-ci il tarixdə isə ona təyin olunmuş cəriməni tam ödəmişdir. AR Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göstərilən normaların tələblərindən göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Əgər İddiaçı xidmətində həqiqətən də qüsur olmuş olsaydı, o “Qüsursuz xidmətə görə” medallar almazdı, ona hərbi geyim formasını daşımaq hüququ verilməzdi (HXH Əsasnamənin 164cü maddəsinə əsasən, (hərbi biletdə qeyd olunub)). Təsadüfi deyil ki, AR CM-nin 16.3-cü maddəsinə görə əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddəjəri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçının əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Nazirliyin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmn Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının 3 dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafə nazirinin 25 iyun 2009-cu il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2010-cu il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalla təltif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsində qeyd olunub ki, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (İddiaçı belə bir hüquq yuxarıda qeyd edildiyi kimi verilib). Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnu qüsursuz xidmət etmiş hərbi qulluqçulara vermişdir. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman İddiaçı da şamil edilməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Digər tərəfdən cavabdehin məhkəməyə ünvanladığı etiraza gəlincə isə onu bildirilir ki, həmin etirazın xahiş etdim hissəsindəki: “İddiaçı “müharibə veteram”adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının mümkün olmaması barədə qərardad qəbul edəsiniz” göstərilmişdir ki, cavabdehin ümumiyyətlə belə bir tələbi olmayıb və yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1992 – 2018-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Lənkəran Hərbi Məhkəməsinin 1 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirli bilinib, şərti maliyyə məbləğinin 300 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur, ona təyin edilmiş cəriməni 8 fevral 2008-ci il tarixdə tam ödəmişdir. 2005, 2006, 2009, 2013, 2014-cü illərdə Azərbaycan Respublikası Müdafə nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli medallarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Ona ehtiyata buraxılarkən hərbi geyim forması daşımaq hüququ verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsaslanaraq, onun dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı hazırkı cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) məhkəmə hökmü ilə cinayət törətməkdə təqsirli bilinməsi və bu səbəbdən də xidmətinin qüsursuz sayılmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə görə cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: - (83.3.2) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Həmin Məcəllənin “Hərbi xidmət əleyhinə olan cinayətlər” fəslinin 341.1-ci maddəsinin hazırkı tələblərində nəzərdə tutulmuşdur ki, rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 2020-ci il iyunun 1-dək qüvvədə olan tələblərində nəzərdə tutulmuşdur ki, rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən suiistifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda – iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 164-cü maddəsinə görə həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanında nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək cavabdehin “iddianın mümkün sayılmaması” mövqeyi ilə razılaşmır və belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının cinayət qanunu (Cinayət Məcəlləsi) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluğun ödənilmiş hesab olunmasını, məhkumluğun ödənildiyi halda isə, məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv olunduğunu nəzərdə tutur. Məhkəmənin qənaətinə görə “hərbi xidmət əleyhinə olan cinayət” törətməkdə təqsirli bilinmiş və barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan hərbi qulluqçunun məhkumluğunun ödənilməsi, onun müvafiq dövrdə hərbi xidmətinin qüsursuz qiymətləndirilməsinə əsas verə bilməz. Belə olan halda, İddiaçı Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinin şamil edildiyi hərbi qulluqçuların dairəsinə aid edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsindən cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 115-ci maddəsinə görə nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 108.2-ci maddəsinə görə vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən, iddia qaldırılarkən İddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün ödənilmiş 262 manat xərc iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən İddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün ödənilmiş 262 manat xərc iddiaçının özünə aid edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-4981/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4981/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver