Məhkəmə qərarları › İş №e-2-1(112)-5116/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5116/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5116/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerli vergilər üzrə bələdiyyə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerli vergilər üzrə bələdiyyə qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Nərimanov Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayon İcra şöbəsinin icraatında olan 340967/2024-7-9-004 nömrəli icra işi üzrə icra hərəkətlərinin məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək dərhal dayandırılması, Nərimanov Bələdiyyəsi tərəfindən Nizami rayon və Nərimanov rayon İcra şöbələrinə icra üçün göndərilmiş xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarlarının ləğv edilməsi, Bakı şəhəri, Nərimanov r-nu, Ağa Neymətulla-82 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasına görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında cərimənin hesablanmasının dayandırılması və 2021-2022- 2023-2024-cü illər üzrə hesablanmış cərimə məbləğlərinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Nərimanov rayon Nərimanov Bələdiyyəsi tərəfindən qəbul edilmiş və icra üçün Nizami rayon və Nərimanov rayon İcra şöbələrinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Bələdiyyəsi ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 82 ünvanında yerləşən qeyriyaşayış binasına görə 2021-2022-2023-2024-cü illər üçün faiz borcu ilə birlikdə ondan cəmi 720,00 (yeddi yüz iyirmi) manat əmlak və torpaq vergisinin tutulması barədə xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarını qəbul etmiş və icra edilməsi üçün 25 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayon İcra şöbəsinə göndərmişdir. Nərimanov Bələdiyyəsi indiyədək ona həmin qərarın surətini göndərməmiş, təqdim və ya elan etməmişdir. Nərimanov Bələdiyyəsinin 25 oktyabr 2024-cü il tarixində Nizami rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarının surətini o, xx.xx.2024-cü il tarixində Nizami rayon İcra şöbəsindən almışdır. Nizami rayon icra şöbəsinə tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarını xx.xx.2024-də aldıqdan sonra işlə tanış olmaq üçün getmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əmlak və torpaq vergi borcunu ödəyici vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmişdir.” Bununla bağlı qeyd edir ki, qərarda qeyd olunanlar tamamilə yanlışdır, həqiqətə uyğun deyildir, heç bir əsası yoxdur, həmin qərar qəbul edilənədək ona heç bir vaxt, heç bir tələbnamə və ya tədiyə bildirişi göndərilməmişdir, heç bir formada ona yazılı və ya şifahi xəbərdarlıq edilməmişdir. O, vergi ödəməkdən imtina etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin məcəllənin 200.4-cü maddəsinə əsasən Bələdiyyələr verginin ödənilməsi barədətədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Lakin, sözügedən Qərar qəbul edilənədək ona hər hası formada tədiyə bildirişi və ya tələbnamə göndərilməmişdir və yaxud təqdim edilməmişdir. Nərimanov Bələdiyyəsinin özü Vergi Məcəlləsinin 200.1-ci və 200.4-cü maddələrinin tələblərini pozmuş, ona vaxtında tədiyə bildirişini təqdim etməmiş və qeyri-qanuni olaraq Vergi Məcəlləsinin 59.1-ci maddəsinə istinad edərək, ona 2021-ci ildən etibarən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında, cəmi 160,80 manat məbləğində əsassız və ədalətsiz cərimə hesablamışdır. Cərimələr hələ də hesablanmaqda davam edir. Bununla əlaqədar olaraq ona cərimələrin hesablanmasının dərhal dayandırılması və indiyədək hesablanmış cərimə məbləğlərinin ləğv edilməsi öhdəliyinin Nərimanov Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Nərimanov Bələdiyyəsi onun vergi borcunu əvvəl düzgün hesablamamış, 2022-2023- 2024-cü il xx.xx.2024-cü il tarixinədək faizlərlə birlikdə cəmi 493,00 manat əmlak və torpaq vergisinin tutulması barədə xx.xx.2024-cü il tarixli 138 №-li Qərarını qəbul etmiş və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərmişdir. Həmin qərar da ona göndərilməmişdir, onun mövcudluğu və həmin qərarla ondan məcburi qaydada 493,00 manat məbləğində verginin tutulması barədə O, Nərimanov rayon İcra şöbəsinin İcra məmurunun köməkçisindən məlumat və qərarın surətini əldə eşitmişəm. Nərimanov Bələdiyyəsi tərəfindən ilk dəfə ona WhatsAp vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********9120 nömrəli, özü də səhv tərtib edilmiş Tədiyə bildirişi göndərilmişdir. Nərimanov Bələdiyyəsinin birinci dəfə tərtib etdiyi və icra üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 138 №-li Qərarında və ona WhatsAp vasitəsi ilə göndərilmiş xx.xx.2024-cü il tarixli **********9120 nömrəli tədiyə bildirişində mülkiyyətində olan qeyri-yaşayış binasının illik əmlak vergisinin məbləği 107,46 manat əvəzinə, 147,06 manat və onun ümumi vergi borcunun məbləği 671,85 manat olmaqla düzgün hesablamamışdır. Bu barədə etirazını Nərimanov Bələdiyyəsinin vergi şöbəsinin rəisinə və Bələdiyyənin sədrinə xx.xx.2024-cü il tarixində bildirmiş və xahiş etmişdir ki, onun vergi borcunu düzgün hesablayıb ona tədiyə bildirişini göndərsinlər. Belə ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən qeyri-yaşayış binaların sahəsinin hər kvadratmetrinə görə 0,40 manat əmlak vergisi hesablanır. Nərimanov Bələdiyyəsi ona məxsus qeyri-yaşayış binasının səhvən Bakı şəhəri üzrə 3-ci zonada yerləşdiyini zənn edərək, əvvəl Nərimanov rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarında və xx.xx.2024-cü il tarixli **********9120 nömrəli tədiyə bildirişində əmlak vergisi məqsədləri üçün düzgün olmayaraq 1,3 əmsalını tətbiq etmişdir. Ona məxsus qeyriyaşayış binası Bakı şəhəri üzrə 7-ci zonada yerləşir və bunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli, 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a uyğun olaraq Bakı şəhərinin 7-ci zonasında yerləşən ona məxsus həmin qeyri-yaşayış binasına 1,3 əmsalı deyil, 0,95 əmsalı tətbiq edilməlidir. Belə ki, ona məxsus həmin qeyri-yaşayış binası Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində X3 küçəsi ilə kəsişənədək, X3 küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək olan ərazinin şimal-şərq istiqamətində, yəni Əhməd Rəcəbli küçəsinin şərqində, X3 küçəsiniin isə şimalında (MONO LİZA” şadlıq sarayının 150-200 metr arxasında (şimal tərəfdə) yerləşir. Nərimanov Bələdiyyəsi birinci dəfə tərtib etdiyi və icra üçün Nərimanov rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2024-cü il tarixli 138 №-li Qərarında və ona WhatsAp vasitəsi ilə göndərilmiş xx.xx.2024-cü il tarixli **********9120 nömrəli tədiyə bildirişində 2022-2023-2024-cü illər üzrə ona sözügedən əmlaka görə əmlak vergisinin düzgün hesablanmadığını qəbul edərək, ona yenidən poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixli, **********9120 nömrəli tədiyə bildirişini göndərmişdir. Lakin, xx.xx.2024-cü il tarixli tədiyyə bildirişində illik əmlak vergisinin məbləğini (107,46 manat) və illik torpaq vergisinin məbləğini (32,34 manat) düzgün qeyd etsə də, onun ümumi vergi borcumun məbləği (715,36 manat) düzgün hesablamamış, ona yenidən əsassız olaraq əvvəlki illər üzrə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində cərimə hesablamışdır. Müxtəlif məbləğlərdə vergi borcu nəzərdə tutulan eyni tarixli və eyni nömrəli Qərarların və eyni nömrəli (**********9120) müxtəlif tarixli (xx.xx.2024 və xx.xx.2024-cü il) tədiyə bildirişlərinin tərtib edilməsi onu sübut edir ki, X2 Məcəlləsinin 200.1-ci və 200.4-cü maddələrinin tələblərini pozmuş, ona əmlak və torpaq vergisini vaxtında düzgün hesablamamış, tədiyə bildirişini ona vaxtında təqdim etməmiş və əsassız olaraq mənə 2021-ci ildən etibarən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında cərimələr hesablamışdır. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, o, qanunauyğun qaydada hesablanmış və təqdim olunmuş vergi məbləğinin ödənilməsindən heç vaxt imtina etməmiş və xx.xx.2024-cü il tarixində Nərimanov Bələdiyyəsinin bank hesabına 2024-cü il üzrə vergi borcunu (140,00 manat) tam ödəmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Nərimanov Bələdiyyəsinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 03/602 №li yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Nərimanov Bələdiyyəsinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 03/602 №li yazılı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən İddiaçı məlum olmuşdur ki, ünvan 3 ünvanında xüsusi mülkiyyətində 2828 kv.metr qeyri-yaşayış əmlak və 0,032340 ha torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3 maddələrinə uyğun olaraq əmlak və torpaq vergisi hesablanaraq mülkiyyətçiyə təqdim olunmuşdur. Lakin ödəyici mülkiyyətindən gəlir əldə edə bilmədiyini əsas gətirərək vergi ödəməkdən imtina etmişdir. 2024-cü ildə dəfələrlə sms olunmuş, telefon əlaqəsi saxlanılmış və Nərimanov Bələdiyyəsinə dəvət olunmuşdur. Ödəyici əvvəlki illəri yox, 2024-cü ili ödəmək şərti irəli sürmüşdür. Ona izah olunmuşdur ki, Vergi Məcəlləsinin müvafiq maddəsinə görə son üç ili ödəməlidir. Əks halda “İnzibati İcraat” haqqında qanuna uyğun olaraq məcburi icraata yönləndiriləcək. İddiaçı qəti şəkildə əvvəlki illər üçün yaranmış əmlak və torpaq vergi borcunu ödəməyəcəyini bildirmişdir. xx.xx.2024cü il tarixdə Bələdiyyənin iclasının № 138 saylı Qərarı ilə məcburi icraata yönəldilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Nərimanov Bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan:

Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında 0,032340 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 282.80 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 138 №-li qərarında göstərilmişdir ki, - Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küç.82 ünvanında yerləşən mülkə görə mülk sahibi İddiaçı 2022-2023-2024-cü il 15 avqust tarixinə kimi əmlak və torpaq vergisi ödəməmişdir. - Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nin 198.1.1, 200.1, 200.6 və 206.3 maddələrinə və Azərbaycan Respublikası “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8-ci maddəsinin 8.0.1 və 8.0.2-ci bəndlərinə əsasən fiziki şəxslər xüsusi mülkiyyətində olan mülkə görə ildə bir dəfə əmlak və torpaq vergisini onların yerləşdiyi yerli Bələdiyyə büdcəsinə ödəməlidir. - ünvan 5 ünvanında yerləşən mülkə görə mülk sahibi İddiaçı 2022-2023-2024-cü il 15 avqust tarixinə kimi vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birliktə) 493 (dörd yüz doxsan üç) manat əmlak və torpaq vergi borcu yaranmışdır. - Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əmlak və torpaq vergi borcunu ödəyici vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmişdir. - 21 oktyabr 2005-ci il tarixli, 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2 və 87-ci maddələrini rəhbər tutaraq Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 12 saylı protokoluna əsasən icrası məcbur olan akt qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli 12/173 nömrəli Tələbnamə ödəyiciyə təqdim olunmuş və 10 gün müddətində əmlak və torpaq vergi borcunu Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməsi tələb olunmuşdur. Əks halda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.7-ci maddəsinə əsasən bələdiyyə tərəfindən İcra Şöbəsinə müraciət olunacaq. - Lakin mülk sahibi İddiaçı əmlak və torpaq vergi borcunu ödəməktən imtina etmişdir. - “Yerli bələdiyyə vergiləri və ödənişlər haqqında” Azərbaycan Respublikasının Yuxarıda qeyd edilənləri və xx.xx.2005-ci il tarixli 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1, 82.2 və 87-ci maddələrini rəhbər tutaraq, Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küç.82 ünvanında yerləşən mülkə görə mülkiyyətçi İddiaçı 2022-2023-2024cü il 15 avqust tarixinə kimi vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birliktə) 493 (dörd yüz doxsan üç) manat əmlak və torpaq vergi borcu tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli № **********9120 saylı “Tədiyə bildirişi”ndən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 147.06 manat əmlak vergisi, 206.3-cü maddəsinə əsasən 32.34 manat torpaq vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti: xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 89.7 manat təşkil edir. Ötən dövrlər üzrə vergi borcu: 448.5 manat; Faiz məbləği: 133.65 manat; Ödəniləcək məbləğ 671.85 manat. xx.xx.2024-cü il tarixli № **********9120 saylı “Tədiyə bildirişi”ndən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 107.46 manat əmlak vergisi, 206.3-cü maddəsinə əsasən 32.34 manat torpaq vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti: xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 69.9 manat təşkil edir. Ötən dövrlər üzrə vergi borcu: 489.3 manat; Faiz məbləği: 156.16 manat; Ödəniləcək məbləğ 715.36 manat. xx.xx.2024-cü il tarixli № **********9120 saylı “Tədiyə bildirişi”ndən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 107,46 manat əmlak vergisi, 206.3-cü maddəsinə əsasən 32.34 manat torpaq vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti: xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 69.9 manat təşkil edir. Ötən dövrlər üzrə vergi borcu: 419.2 manat; Faiz məbləği: 164,54 manat; Ödəniləcək məbləğ 583,74 manat. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mədaxil qəzlərindən müəyyən olunur ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə 140 manat bələdiyyə əmlak vergisi, xx.xx.2025-ci ildə 107,46 manat bələdiyyə əmlak vergisi, 97,02 manat bələdiyyə torpaq vergisi, 74,92 manat bələdiyyə əmlak vergisi ödənilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

“Bələdiyyələtin statusu haqqında” Qanun: ... Maddə 2. Əsas anlayışlar. 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir.

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir.

Maddə 3. Yerli vergilər və ödənişlər ... 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. ... 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

Maddə 9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: ... 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; ... Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir.

“Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): ... Maddə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir. ... Maddə 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. ... Maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri).

4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). ... 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. ...

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. ... 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. ... 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyrirezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

“İnzibati icraat haqqında” Qanun:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. ... Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ... Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

MƏHKƏMƏNİ MÖVQEYİ

Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. İstinad olunmuş Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisisiyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ, XİV fəslində cəmlənmişdir. Göründüyü kimi mübahisələndirilən inzibati aktı, yəni iddiaçıya əmlak və torpaq vergisi üzrə borcun hesablanmasına əsasən olan bələdiyyə orqanının qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Bu konteksdə qeyd edilməldir ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; - inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən qərar yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh Nərimanov Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) həmin hallarla bağlı hər hansı sənəd təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən halların sübut edilməsi cavabdehin vəzifəsidir. Cavabdeh isə iddianın təminini istisna edən hər hansı halı sübut edə bilməmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, iddiaçı barəsində əmlak və torpaq vergisi üzrə borcun ödənilməsinə dair qərar (akt) qəbul etmişdir. Həmin qərar üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, Məhkəmə aşağdakıları əsas gətirir: Belə ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Belə ki, cavabdeh zəruri olaraq əmlak və torpaq vergisinin hesablanması üzrə xüsusatları əks etdirən tədiyyə bildirişini iddiaçıya təqdim edilməsini təmin etməkdə borcludur. Lakin hazırki iş üzrə cavabdehin bu tələbə əməl etməsi müəyyən olunmur. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən qərarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, qəbul edilmiş qərarda göstərilən borcla əlaqədar tədiyyə bildirişlərinin iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda mübahisələndirilən inzibati aktın (qərarın) icra şöbəsinin icraatında olan icra işindən əvvəl, qərar qəbul olunarkən ona rəsmi qaydada təqdim olunmasını təsdiq edən sənəd aşkar olunmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyin tələbinə əsasən tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməsi məcburidir ki, hazırkı iş üzrə həmin hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Cavabdeh tərəfindən isə təqdim olunmuş inzibati icraat materiallarından iddiaçının bələdiyyə iclasının vaxtı və yeri barədə məlumatlandırılması, bələdiyyə iclasına dəvət olunması barədə məlumat müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş “X1”nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarında mübahisələndirilən inzibati aktın bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1451/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki;

26. Bundan başqa, bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur.

27. Göründüyü kimi, cavabdeh tərəfindən yalnız qeyd olunan aktlara və müşahidə kameralarından çıxarışlara istinad olunmaqla iddiaçıya mədən vergisi hesablanmışdır. Halbuki, şəxsin üzərinə vergi öhdəliyi qoyan sənəd yalnız inzibati akt formasında və inzibati icraat nəticəsində qəbul edilə bilər.

28. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, qeyd olunan sənəd onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən ciddi formal qüsurlara malik inzibati akt kimi qiymətləndirilməlidir. İPM-in 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 138 №-li Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar