Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5886/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1nə “atalığın müəyyən edilməsi barədə ilkin akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1nə qarşı “xx.xx.2020-ci il doğum təvəllüdlü Babayev (Hüseynov) Davuda müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1 Bakı şəhəri Cavabdeh1 tərəfindən verilmiş 39 saylı xx.xx.2020-ci il tarixli atalığın müəyyən edilməsi barədə ilkin akt qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ünvanladığı müraciəti əsasında xx.xx.2020-ci il təvəllüdlü Hüseynov Davuda (anası xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2) atalığı müəyyən edilmiş və atalığının müəyyən edilməsi barədə X1 39 nömrə ilə xx.xx.2020-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2020-ci il doğum təvəllüdlü Hüseynov Davudun doğma atası o, deyil. O zaman Cavabdeh2 xahişi əsasında onun dünyaya gətirdiyi övlada atası olmadığı halda müvafiq doğum sənədləri alması üçün köməklik etmək naminə sadəcə atalıq vermişdir. Ümumi qlobal problem olan pandemioloji vəziyyətlə əlaqədar olaraq gediş-gəlişin məhdudlaşdırılması, həmçinin, uşağın doğma atası ilə anası arasında olan narahatlıqdan dolayı, eləcə də uşağın atasız kimi göstərilməməsi üçün etdiyi köməklik sayəsində uşağa onun atalıq hüququ tanınmışdır. Faktiki olaraq uşağın atasının olmaması, uşaqla heç bir qan qohumluğunun olmaması və uşaqla heç bir digər bağlılığının olmaması səbəbindən xx.xx.2020-ci il təvəllüdlü Babayev (Hüseynov) Davuda vermiş olduğu atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. Çünki, bu akt qeydi hüquqlarının pozulmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-5591/11 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 23-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Qeyd edilən qanunvericilik aktına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1 tərəfindən qeydə alınmış 39 saylı xx.xx.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında ilkin akt qeydinin ləğv edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən 24 yanvar 2023-cü il tarixli məktub ilə iddiaçıya hüquqi yardım edərək çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq atalığın mübahisələndirilməsinə dair tələblə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi hüququnun olmasını izah etmişdir. İş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək hazırkı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və səhvən cavabdeh qismində göstərilmiş Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Cavabdeh2 cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). İddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq atalığın mübahisələndirilməsinə dair tələblə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi hüququnun olması izah edilmişdir. Odur ki, iddia mümükün hesab edilməməlidir. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Cavabdeh2 qanuni maraqlarına toxunma ehtimalı olmadığından onun inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. İş üzrə məhkəmə icraatına Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5886/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5886/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver