Məhkəmə qərarları › İş №e-2-1(112)-6389/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6389/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6389/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərzizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Memorial Klinik MMC yarandığı gündən öz fəaliyyətini qanunvericiliyin bütün sahələrinə uyğun (səhiyyə,vergi, inzibati və s.) təşkil etmiş, öz faəliyyətində hüquqi aktları rəhbər tutmuşdur. Tibb müəssisəsi hər zaman vergi qanunvericiliyinə də xüsusi diqqət və həssaslıqla yanaşmış, fəaliyyət illərində heç vaxt vergi xidməti orqanları ilə anlaşılmazlıq yaşamamışdır (son aylara qədər). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarları ilə müəssisə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə hər biri 3000 manat olmaqla, ümumilikdə 6000 manat vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı həm bu qərarla, həm də bu qərarın çıxarılmasına səbəb olan xx.xx.2023 tarixli müvafiq qərarla razı deyil. İlk qərardan inzibati şikayət verilsə də, təmin edilməmişdir. Müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri çərçivəsində xx.xx.2023-cü il tarixində 032007 və 032009 nömrəli Aktlar tərtib edilmiş, həmin aktda əhali ilə pul hesablaşmalarının düzgün aparılmaması, yəni VM 50.8-ci maddəsinin tələblərinin pozulması (50.8.11-ci maddədə qeyd edilmiş əsas üzrə müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə məbləğin əks edilməməsi) təsbit edilmişdir. Bu texniki qüsurdan başqa xüsusən vergidən yayınmaya səbəb olan hər hansı ciddi pozuntu aşkar edilməmişdir. operativ vergi nəzarəti aktı, həm də vergi orqanın yekun qərarı Vergi Məcəlləsinin məqsəd və prinsiplərinin pozulması ilə qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilə yazılı etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2008-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “səhiyyə sahəsində sair fəaliyyət” olduğu müəyyən edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2450 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 38A, 8-ci km, 2513-2516-cı məhəllə ünvanda yerləşən “Memorial Klinika” obyektində xx.xx.2023-cü il tarixdə saat 08:40- da həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən qanın ümumi və qlükoza analizinə görə cəmi nağd qaydada 17 manat ödəniş olunduğu, ödəniş zamanı X14nda çek vurulduğu, müştəriyə təqdim edildiyi, lakin Vergi Məcəlləsinin 50.8- ci maddəsinin tələblərinə cavab verməyən çek təqdim edildiyi, belə ki, çekdə Vergi Məcəlləsinin 50.8.11-ci maddəsində göstərilən ödənilən məbləğin artıq olan (müştəri tərəfindən verilmiş 100 manat nağd pul müqabilində 83 manat qalıq qaytarılmış, 17 manat ödəniş edilmiş) hissəsinin əks olunmadığı müəyyən edilərək, operativ vergi nəzarəti tədbirinin nəticəsinin xx.xx.2023-cü il tarixli DVX seriyalı 032007 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1870 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 3000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********319400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 15:29-da oxunmuşdur. Bundan başqa Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2449 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə 44В, 46В, 46C, 46D, 46E ünvanda yerləşən İddiaçı MMC-nin Nərimanov filialı obyektində Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08:34-də həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən tibbi xidmət üçün (ümumi xolesterol və qlükoza analizləri) 10 manat nağd pul ödənildiyi, ödəniş müqabilində 386 nömrəli çekin müştəriyə təqdim edildiyi, tibbi xidmət üçün 50 manat təqdim edildiyi, 10 manat xidmət haqqı çıxıldığı, 40 manat qalıq pul qaytarıldığı, lakin X14 çekinə baxış zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin (müştəriyə qaytarılan məbləğ, dəyərdən artıq ödənilən hissə üzrə) çekdə düzgün göstərilmədiyi, müştəriyə təqdim olunan çekin Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilərək, operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023-cü il tarixli DVX seriyalı 032009 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmi., bu barədə aktda müvafiq qeydlər aparılmış və sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş akt Baş İdarənin xx.xx.2023-cü il tarixli **********345800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 16:22-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1872 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 3000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********320800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 10:19-da oxunmuşdur. Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati şikayət üzrə araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında Cəmiyyətə məxsus nəzarət kassa aparatlarının vergi qanunvericiliyinin tələblərinə cavab verən, rəsmi operatordan alındığını, qeyd olunan kassa aparatlarında Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinin tələblərinə cavab verən funksiyanın işlək vəziyyətdə olduğunu, operativ vergi nəzarəti tədbiri zamanı müəyyən səbəblərdən kassir tərəfindən həmin funksiya işə salınmadan kassa çeki verildiyini, nəzarət-kassa aparatında qeyd olunan funksiya işlək vəziyyətdə olduğu üçün Cəmiyyətə maliyyə sanksiyası tətbiq olunmasının düzgün olmadığını, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli DVX seriyalı 032007 və 032009 nömrəli aktların düzgün tərtib edilməməsi ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək və 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən qeyd olunan tələblər yerinə yetirilməmişdir. Həmin Məcəllənin 50.8.11-ci maddəsinə görə müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarət-kassa aparatının çeklərində olmalıdır. Bundan əlavə nəzarət-kassa aparatının çeklərində qanunvericilikdə nəzərdə tutulmuş məlumatların əks etdirilməli olması barədə vergi orqanı tərəfindən Cəmiyyətə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması barədə” xx.xx.2023-cü il tarixli **********802100 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 10:17-də oxunmuşdur. Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında Cəmiyyət tərəfindən yol verilmiş qanun pozuntusunu etiraf etmişdir. Digər tərəfdən qeyd olunan kassa aparatlarında Vergi Məcəlləsinin 50.8.11-ci tələblərinə cavab verən funksiyanın işlək vəziyyətdə olması, operativ vergi nəzarəti tədbiri zamanı müəyyən səbəblərdən kassir tərəfindən həmin funksiya işə salınmadan kassa çekinin verilməsi Cəmiyyətə maliyyə sanksiyası tətbiq olunmaması üçün əsas ola bilməz. Vergi Məcəlləsinin: 16.1.8-ci maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallardavə qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 23.2-ci maddəsinə görə yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər. 50.1.3-cü maddəsinə əsasən vergi orqanları əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği), cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (X16), ödənilmiş məbləğ, avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc), ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı), çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi, geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator), nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator), yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmalıdır. 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

4. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2449 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Ünvanı: AZ1075, Nərimanov rayonu, A.M.Cümə. 44B, 46B, 46C, 46D, 46E; Obyektin Adı: Memorial Klinika MMC-nin Nərimanov Filialı (**********-15001) (Fəaliyyət Növü: səhiyyə sahəsində sair fəaliyyət) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

5. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2450 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Ünvanı: AZ1118 Bakı şəhəri Nizami rayonu Qara Qarayev pr. 38A, 8 km 2513 2516-cı məhəllə; Obyektin Adı: Memorial Klinika (**********-16002) (Fəaliyyət Növü: səhiyyə sahəsində sair fəaliyyət) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

6. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY232039600 nömrəli Çıxarışa əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə İddiaçınə məxsus olan obyektdə operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2

7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY232039602 nömrəli Çıxarışa əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə İddiaçınə məxsus olan obyektdə operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2

8. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032007 nömrəli və 032009 nömrəli Aktlar iş materiallarına əlavə olunmuşdur.

9. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032007 nömrəli Akta əsasən xx.xx.2023-cü il tarixdə obyektdə OVN tədbiri zamanı müştəri tərəfindən saat 18:40-da qanın ümumi və qlükoza analizinə görə cəmi nağd qaydada 17 manat ödəniş olundu. Ödəniş zamanı NKA-da çek vuruldu və müştəriyə təqdim olundu. NKA çekinin üzərindəki məlumatla Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməyən çek təqdim edən NKA aparatından istifadə olunduğu müəyyən olundu. Belə ki, Vergi Məcəlləsinin 50.8.11-ci maddəsində göstərilən ödənilən məbləğin artıq olan (müştəriyə qaytarılan hissəsi) əks olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

10. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032009 nömrəli Akta əsasən 30 oktyabr 2023-cü il tarixində saat 08:34-də müştəri tərəfindən tibbi xidmət üçün (ümumi xolesterol və qlukoza analizləri) 10,00 AZN nağd pul ödənildi. Ödəniş müqabilində 386 nömrəli çek müştəriyə təqdim edildi. Tibbi xidmət üçün 50 AZN təqdim edildi, xidmət müqabilində 10 AZN xidmət haqqı çıxılaraq 40 AZN qalıq pul geri qaytarıldı. NKA-nın çekkinə baxış zamanı VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) düzgün göstərilmədiyi müəyyən olundu. Belə ki, müştəriyə təqdim olunan NKA çeki VM-nin 50.8.11-ci maddəsinin tələbinə cavab vermir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulmuş və buna görə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

11. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1870 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

12. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1872 nömrəli Qərar ilə İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

13. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********665400 nömrəli Qərarı ilə İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikatəti təmin edilməmişdir xx.xx.2023-cü il tarixli DVX seriyalı 030559 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1960 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.

14. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********881900 nömrəli Qərarı ilə İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikatəti təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli DVX seriyalı 032007 və 032009 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1870 və **********1872 nömrəli qərarlar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.

15. İddiaçınə məxsus Nizamnamə iş materiallarına əlavə olunmuşdur.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçınə verilmiş özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verən xx.xx.2016-cı il tarixli, İN/L-2068 nömrəli Lisenziya iş materiallarına əlavə olunmuşdur.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X12 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində ümumi xolesterol və qlükoza analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 10 AZN təşkil etmişdir, kassaya nağd qaydada 50 AZN təqdim etmiş və ona 40 AZN qalıq pul geri qaytarılmışdır. Lakin NKA-nın çekinə baxış zamanı VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda bildirdi ki, X14nın çekində müştəriyə qaytarılan məbləğin (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) qeyd olunması istehlakçıların hüquqlarının qorunması məqsədilə tələb olunur və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında yoxlamalar keçirilərkən əvvəlcədən xəbərdarlıq edilmədən müəssisənin faktiki vəziyyəti yoxlanılır.

19. Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X10 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində qan analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 17 AZN təşkil etmişdir, kassaya nağd qaydada 100 AZN təqdim etmiş və ona 83 AZN qalıq pul geri qaytarılmış, lakin X14 çeki təqdim olunmamışdır. Vergi yoxlaması zamanı müvafiq xidmətlə bağlı X14 çekinin mövcudluğu təsdiqlənsə də, VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur.

İİ. İddianın növü və mümkünlüyü

20. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

22. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Konstitusiyasından: - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Vergi Məcəlləsindən: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X16); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

26. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarların ləğv edilməsini tələb etmişdir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) keçirilmiş operativ vergi nəzarəti nəticəsində qəbul edilmişdir.

28. Odur ki, məhkəmə araşdırmasının ilkin predmeti operativ vergi nəzarətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcudluğunun, eləcə də vergi yoxlamasının nəticələrinə təsir edə biləcək halların mövcudluğunun yoxlanmasıdır.

29. Təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY232039602 nömrəli və KY232039600 nömrəli çıxarışlardan), Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas qismində Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) çıxış etmişdir. "Qanunun keyfiyyəti" barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də yoxlama tədbirlərinin yalnız "demokratik cəmiyyətdə zəruri" olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanunda sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır. Lakin cavabdeh həmin “mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatların” nədən ibarət olması barədə dəlilləri məhkəməyə təqdim etməmişdir, qeyd edilən hal isə vergi orqanı tərəfindən mümkün (ehtimal) ola biləcək sui-istifadə hallarının məhkəmə tərəfindən qiymətləndirilməsi imkanını istisna edir.

30. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

31. Odur ki, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

32. Növbədənkənar (plandankənar) yoxlamanın nəticəsində qəbul edilmiş xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarların qanuniliyinə münasibətdə məhkəmə qeyd edir ki, vergi mübahisələri X15 Konvensiyasının 6-cı maddəsinin “mülki hüquq və vəzifələr” başlığı altına düşmür, mübahisənin mahiyyətindən asılı olaraq tətbiq edilən maliyyə sanksiyası işin halları baxımından Konvensiyanın 6-cı maddələrinin məqsədləri baxımından “cinayət ittihamı” başlığı altında qiymətləndirilə bilər. Məlum olduğu kimi, X15 Konvensiyasının 6-cı maddəsinin məqsədləri baxımından “cinayət ittihamı” və ya “cinayət hüquq pozuntusu” avtonom anlayışa malikdir və milli qanunvericinin cinayət ittihamına verdiyi anlayışla məhdudlaşmır, bu zaman “Engel meyarları” əsasında əmələ hüquqi qiymət verilməlidir (X15 Məhkəməsi ilk olaraq həmin təhlili Engel və başqaları Niderlanda qarşı işdə aparmışdır).

33. Müstəqil "cinayət" anlayışına gəldikdə isə, X2 arasında "dekriminallaşdırma" istiqamətində fəaliyyətin əleyhinə deyil. Lakin, "qanunla nəzərdə tutulan" hüquq pozuntusu kimi təsnif olunan pozuntular dekriminallaşdırmadan sonra müstəqil "cinayət hüququ" pozuntusuna aid edilə bilər. Dövlətlərə bu hüquq pozuntularının istisna edilməsi ilə bağlı mülahizə səlahiyyətinin verilməsi Konvensiyanın məqsədlərinə və vəzifələrinə uyğun olmayan nəticələrə gətirib çıxara bilər. (bax: Öztürk Almaniyaya qarşı, § 49). Konvensiyanın 6-cı maddəsinin cinayət hüququ aspektinin tətbiqə yararlığının qiymətləndirilməsi üçün başlanğıc nöqtəsi Engel və başqaları Niderlanda qarşı (§§ 82-83) məhkəmə işində təsvir edilən meyarlara əsaslanır: (1) yerli qanunvericilikdə təsnifat; (2) cinayət əməlinin təbiəti; və (3) mümkün cəzanın ağırlığı. İlk meyar nisbi çəkiyə malikdir və yalnız başlanğıc nöqtəsi rolunu oynayır. Ölkə qanunvericiliyi hər hansı hüquq pozuntusunu cinayət hüquq pozuntusu kimi təsnif edirsə, o halda bu, həlledici əhəmiyyət daşıyır. Əks halda, Məhkəmə milli təsnifatı diqqətə almır və sözügedən prosedurun faktiki məzmununu incələyir. Daha əhəmiyyətli hesab olunan ikinci meyarın qiymətləndirilməsi zamanı (Yussila Finlandiyaya qarşı [BP], § 38) aşağıdakı amillər nəzərə alına bilər: – sözügedən hüquqi norma yalnız ayrıca qrupa ünvanlanır, yoxsa hamı üçün məcburi səciyyə daşıyır (Bendenun Fransaya qarşı, § 47); – hüquqi qaydanın cəzalandırıcı və ya çəkindirici məqsədi var (həmin yerdə; Öztürk Almaniyaya qarşı, § 53); – icraat qanunla müəyyən edilmiş icranın məcburi təmin edilməsi səlahiyyəti olan dövlət orqanı tərəfindənmi başladılıbmı (X5rşı [BP], § 56); – hər hansı cərimənin tətbiqi təqsirkar bilinmədən asılıdırmı (elə orada); – müqayisə oluna bilən prosedurlar Avropa Şurasına üzv olan başqa Dövlətlərdə necə təsnif olunur (Öztürk Almaniyaya qarşı, § 53). Üçüncü meyar müvafiq qanunla nəzərdə tutulan maksimum cəzaya istinad edilərək müəyyən olunur (Campbell və X7rşı, § 72; Demicoli Maltaya qarşı, § 34). Engel və başqaları Niderlanda qarşı məhkəmə işində müəyyən edilən ikinci və üçüncü meyarlar alternativ səciyyə daşıyır və onların eyni zamanda (kumulyativ) tətbiqi mütləq deyil; 6-cı Maddənin tətbiq edilməli olduğunun müəyyən edilməsi üçün sözügedən hüquq pozuntusunun öz mahiyyəti etibarilə Konvensiya nöqteyi-nəzərindən "cinayət hüququ" pozuntusu hesab edilməsi, yaxud törədilmiş hüquq pozuntusuna görə cavabdeh şəxsə xarakter və ağırlıq dərəcəsi baxımından "cinayət hüquq" sferasına aid olan cəzanın təyin edilməsi kifayətdir (Lutz Almaniyaya qarşı, § 55; Öztürk Almaniyaya qarşı, § 54). Hüquq pozuntusuna görə həbs cəzasının tətbiq edilməməsi faktı öz-özlüyündə həlledici deyil, çünki cəzanın ağırlığının müvafiq olmaması hüquq pozuntusunu mahiyyəti etibarilə cinayət təbiətindən məhrum edə bilməz (elə orada; X1rşı, § 26). Lakin cinayət ittihamının mövcudluğu ilə bağlı hər bir meyarın ayrıca təhlili birmənalı qənaətin əldə edilə bilməsi üçün kifayət etmədikdə kumulyativ yanaşma tətbiq edilə bilər (Bendenun Fransaya qarşı, § 47). 6-cı maddənin üç bəndində istifadə edilən "cinayət ittihamı" və "cinayət törətməkdə ittiham olunan" terminləri eyni vəziyyətlərə istinad edir. Odur ki, 6-cı Maddənin cinayət hüququ aspektinin tətbiq edilənliyinin yoxlanması üç bənd üçün də eyni olmalıdır. Məsələn, 6-cı Maddənin 2-ci bəndinə əsasən məhkəmə prosesi kontekstində yaranan şikayəti qiymətləndirmək üçün ilk növbədə Məhkəmənin presedent hüququnun mənası çərçivəsində mübahisəli prosesin “cinayət ittiham”ını müəyyənləşdirməyə cəlb edilibedilmədiyini müəyyən etmək lazımdır (X6rşı [BP], § 95).

34. Prosesin bütövlükdə ədalətli olub-olmadığını qiymətləndirərkən müdafiə hüquqlarının təmin olunub olunmadığı nəzərə alınmalıdır. Xüsusilə yoxlanılmalıdır ki, ərizəçiyə sübutun etibarlılığını mübahisələndirmək və onun istifadəsinə etiraz etmək hüququ verilmişdirmi. Əlavə olaraq sübutun əldə olunma şəraitinin etibarlılığı və həqiqiliyi də daxil olmaqla sübutun keyfiyyətinə də diqqət yetirilməlidir; Sübutetmə vəzifəsi ittiham tərəfinin üzərindədir və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır.(Əfəndiyev Azərbaycana qarşı iş (27304/07 nömrəli ərizə) 18 dekabr 2014-cü il, Cənnətov Azərbaycana qarşı işlər (32132/07) nömrəli ərizə) 31 iyul 2014-cü il)

35. Gömrük orqanlarının cərimə (maliyyə sanksiyasını) tətbiq etməsini X15 Məhkəməsi cinayət ittihamının irəli sürməsi kimi qiymətləndirmişdir (Funke Fransaya qarşı, § 44).

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsının 06 avqust 2002-ci il tarixli qərarından: Konstitusiya Məhkəməsi xüsusi qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsində əks olunmuş maliyyə (mahiyyətcə cərimə) sanksiyaları hüququn ümumi prinsiplərindən çıxış edərək tarazlıq prinsipinə də cavab verməlidir. Ədalətlik tələblərini ifadə edən tarazlıq prinsipi yalnız təqsirli əməl və onun ağırlığından, vurulan ziyanın həcm və xarakterindən, hüquq pozucusunun təqsirlik dərəcəsindən və tənbehin tətbiqində fərdiləşdirilməni şərtləndirən digər vacib hallara görə onun differensiasiyasından asılı olaraq hüquq məsuliyyətini müəyyən etməyi ehtiva edir. Məsuliyyətə cəlb etmənin göstərilən prinsipi eyni dərəcədə həm fiziki, həm də hüquqi şəxslərə aiddir. Vergi orqanları tərəfindən tarazlaşdırılmamış maliyyə sanksiyalarının tətbiqi sahibkarları yalnız gəlirdən deyil, həm də digər əmlakdan məhrum edə bilər ki, bu da sahibkarların digər şəxslər qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsinə və ümumiyyətlə onların sonrakı fəaliyyəti üçün real təhlükə yarada, hətta bu fəaliyyətin xitamına da səbəb ola bilər. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, Konstitusiyanın 59-cu maddəsinə görə hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İnsan hüquq və azadlıqlarına əməl edilməsinin təminatlarını müəyyən edən Konstituiyanın 71-ci maddəsinin İİ hissəsinə görə digər konstitusiya hüquq və azadlıqları kimi bu hüququn həyata keçirilməsi heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Vergi qanunvericiliyinin pozulmasına görə tarazlaşdırılmamış böyük məbləğdə sanksiyaların müəyyən edilməsi vergi intizamını artırmır, sahibkarların normal fəaliyyətinə imkan vermir, yalnız kölgə iqtisadiyyatının yaranmasına səbəb olur. Vergi qanunvericiliyi pozuntularını və sanksiyaları müəyyən edən Vergi Məcəlləsinin qüvvədə olan normalarının mətnlərinin Konstitusiya Məhkəməsi tərəfindən öyrənilməsi bu normaların müəyyənliyin olması tələbləri ilə əlaqəsi haqqında məsələyə toxunmağı da tələb edir. Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, cəzalandırılan və cəzalandırılmayan əməllərin arasındakı sərhəd dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın. Vergi pozuntuları tərkiblərinin qeyri-müəyyənliyi hüquq məsuliyyətinin əsas prinsipi olan qanunçuluq prinsipinə ziddir. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır.

37. Vergi Məcəlləsindən: 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

38. Odur ki, məhkəmə hesab edir ki, sübutların əldə edilməsi zamanı 6-cı maddənin və Vergi Məcəlləsinin təminatları nəzərə alınmalı, sübutun əldə olunma şəraitinin etibarlılığı və həqiqiliyi məhkəmə tərəfindən qiymətləndirilməlidir. - Təqdim edilən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032007 nömrəli Akta əsasən xx.xx.2023-cü il tarixdə saat 18:40-da operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən qanın ümumi və qlükoza analizinə görə ödənilmiş 17,00 manat məbləğ üçün NKA-dan çek vuruldu və müştəriyə təqdim edilmişdir. - Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X10 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində qan analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 17 AZN təşkil etmişdir, kassaya nağd qaydada 100 AZN təqdim etmiş və ona 83 AZN qalıq pul geri qaytarılmış, lakin X14 çeki təqdim olunmamışdır. Vergi yoxlaması zamanı müvafiq xidmətlə bağlı X14 çekinin mövcudluğu təsdiqlənsə də, VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur. - Təqdim edilən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli, 032009 nömrəli Akta əsasən 30 oktyabr 2023cü il tarixində saat 08:34-də operativ vergi nəzarəti tədbiri zamanı müşahidə nəticəsində müştəri tərəfindən ümumi xolesterol və qlukoza analizlərinə görə ödənilmiş 10,00 manat məbləğ üçün NKA-dan çek vuruldu və müştəriyə təqdim edilmişdir. - Məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişi X12 izahatında bildirmişdir ki, vergi xidmətinin müfəttişi olaraq operativ vergi nəzarəti zamanı müştəri qismində ümumi xolesterol və qlükoza analizləri ilə bağlı tibbi xidmətdən istifadə etmişdir. Xidmət haqqı 10 AZN təşkil etmişdir, kassaya nağd qaydada 50 AZN təqdim etmiş və ona 40 AZN qalıq pul geri qaytarılmışdır. Lakin NKA-nın çekinə baxış zamanı VM-nin 50.8-ci maddəsi ilə tənzimlənən rekvizitin - müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə üzrə) göstərilmədiyi müəyyən olunmuşdur. - Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən təqdim olunmuş Aktlardan və məhkəmə iclasında şahid qismində iştirak edən vergi müfəttişlərinin izahatlarından aydın olur ki, Vergi Məcəlləsinin tələblərinə cavab vermədiyi qeyd olunan qəbzlər operativ vergi nəzarəti zamanı məhz vergi orqanın əməkdaşları tərəfindən müştəri qismində çıxış edərək (yəni təhrik yolu ilə) əldə edilmişdir. Məlum olduğu kimi təhrik yolu ilə əldə edilmiş sübutların etibarlığı şübhə doğurur (Khudobin v. Russia; Texeyra de Kastro v. Portugal polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz). Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli № **********3298 qərar isə həmin akta əsaslanır.

39. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarları qanunsuz hesab olunmalı və ləğv olunmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 tarixli, **********1870 və **********1872 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar