Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6448/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdehlər Bakı şəhər Cavabdehnə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “daimi mənzil-kirayə müqaviləsinin bağlanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “daimi mənzil-kirayə müqaviləsinin bağlanması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh (bundan sonra mətndə Yasamal RİH) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə (bundan sonra mətndə MN Mİİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavadxan küçəsi, 23A nömrəli evin 35 nömrəli mənzilinin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsinin MN Mİİ-nin, bununla əlaqədar müvafiq sərəncamın verilməsinin isə Yasamal RİH-nin üzərinə qoyulması və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 23A nömrəli evin, 35 nömrəli mənzilinə İddiaçı ilə daimi mənzil-kirayə müqaviləsinin bağlanması vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Cavabdeh, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsini göstərməklə, ünvan 1 ünvanında yerləşən 35 №li mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən təqdim olunmuş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin geri götürdüyünü və ilkin iddianı dəyişdirmədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəs qismindəı cəlb olunmaqla “daimi mənzilkirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələb üzrə icraata icraata xitam verilsin. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1978-ci il mayın 17-dən 1980-ci il mayın 04-dək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 1983-cü il oktyabrın 14-dən 1992-ci il aprelin 02-dək Sovet Ordusunda gizir, bundan sonra isə 2009cu il aprelin 11-dək Azərbaycan Respublikasının Müdafi Nazirliyində mayor rütbəsilə zabit hərbi xidməti keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat İddiaçı 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı 33 nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan, müraciətinə əsasən Yasamal RİHB-nın xx.xx.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş xx.xx.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq, təhvil vermək şərtilə, İddiaçı ailəsilə birlikdə 35 nömrəli iki otaqlı mənzili vermişdir. İddiaçı 33 nömrəli mənzili boşaldıb, 35 nömrəli mənzilə ailəsilə birlikdə köçmüşdür. İcra Hakimiyyəti başçısının sərəncamında “xidməti” sözü olmadığı halda, İddiaçı səhvən xidməti order verilmişdir. Yaşadığı mənzil və bina Müdafiə Nazirinin müvafiq əmrində nəzərdə tutulmuş açıq şəhərcik hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydalarının” 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan: “...çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətilə razılaşdırmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra Hakimiyyəti orqanının qərarı əsasında...dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə edilmiş xx.xx.2021-ci il tarixli **********06 nömrəli müraciətə cavabda iddiaçının yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasına etiraz edilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi İddiaçı yaşadığı mənzilin xidməti mənzil fondundan çıxarılaraq, sosial mənzil fonduna aid edilməsi barədə müvafiq qərar qəbul edərək Cavabdehnə göndərməli, icra hakimiyyəti isə öz növbəsində həmin qərarın təsdiqi haqqında sərəncam verməlidir. 2023cü il dekabrın 12-də İddiaçı cavabdeh Mənzil İstismar İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasını xahiş etmişdir. Mənzil İstismar İdarəsi uzun müddət keçməsinə baxmayaraq, ərizəyə cavab verməmişdir. Mənzil xüsusi təyinatlı fonddan çıxarılaraq sosial təyinatlı yaşayış fonduna aid edildikdə, İddiaçıla daimi mənzil kirayə müqaviləsi bağlanmalıdır. Bu məqsədlə həmin mənzilə order vermiş Cavabdehnə müraciət edilmiş lakin İcra Hakimiyyəti müraciətə cavab verməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Yasamal RİH-nin xx.xx.2024-cü il tarixli, № 5- 21/2-284/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Yasamal RİH-nin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, ünvan 2 ünvanına dair hər hansı bir məlumat RİH-də aşkar edilməmişdir. ünvan 3 ünvanı AR MN-nin Mİİ-nin balansında olduğundan və qeyd olunan ünvan Nəsimi rayon ərazisində yerləşdiyindən Yasmal RİH ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanılması mümkün deyil. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan Yasamal RİH nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MN Mİİ-nin nümayəndəsi X4 zahatında iddianın təmin olunmasına etiraz etmədiklərini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Yasamal RİHB-nın 003849 nömrəli xidməti orderin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı 29.47 kv. m. ölçüdə mənzilə dair İddiaçı adına 4 nəfər ailə tərkibi (özü, arvadı və iki qızı) xidməti order verilmişdir. Xidməti orderin verilməsi üçün əsas Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1408 nömrəli sərəncamı göstərilmişdir. Yasamal RİHB-nın xx.xx.1998-ci il tarixli 1408 saylı “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçuların mənzillərinə order verilməsi haqqında” sərəncamının surətindən görünür ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi qaydaları”nın 3cü maddəsinin 2-ci bəndinə və 48-ci maddəsinə əsaslanaraq, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin xx.xx.1998-ci il traixli, 1882 saylı məktubu ilə təqdim olunan siyahıda adları göstərilən 14 (on dörd) nəfər hərbi qulluqçunun mənzilinə order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2019-cu il tarixli, S-631 nömrəli məktubu ilə təqdim edilmiş Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 1408 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışından müəyyən olunur ki, həmin adlı siyahıda iddiaçının adı və ayrılmış mənzil 8-ci sırada qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim emtək üçün verilmiş xx.xx.2019-cu il tarixli, 248 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü istefada olan mayor İddiaçıXasay oğlu həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək Sovet Ordusunda gizir kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2009-cu il tarixli 0129 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın suətindən görünür ki, İddiaçı 05 sentyabr 2009-cu il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa xx.xx.1959-cu il təvəllüdlü X1 qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən MN Mİİ-yə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikaıs Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid eidlməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma şəklində mənzillərin siyahısı əlavə edilmişdir. Həmin xidməti mənzillərin siyahısında iddiaçıya ayrılmış mənzil 2-ci sırada qeyd edilmişdir. İşdə olan ərizə və poçt qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizələrlə cavabdehlərə müraciət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası: 1.2-ci bəndinə əsasən yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.4-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1-ci bəndinə əsasən Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia cavabdeh Yasamal RİH-yə qarşı mübahisəli mənzilin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında müvafiq sərəncamın verilməsinin və həmin mənzilə dair iddiaçı ilə daimi mənzilkirayə müqaviləsinin bağlanması vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması hissəsində mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, balanssaxlayıcının qərarı əsasında həyata keçirilir. Hazırki işdən görünür ki, iddiaçının onunla kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin balans saxlayıcısı Cavabdeh deyil, Müdafiə Nazirliyidir. Belə olan halda müvafiq mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına Əmlak Məsələləri Dövlət Xidməti razlığı alınmalı, daha sonra isə balans saxlayıcı Müdafiə Nazirliyi tərəfindən bu barədə müvafiq qərar qəbul edilməlidr ki, məhkəmə araşdırması zamanı belə bir halın mövcudluğu müəyyən olunmamışdır. Belə olan halda iddiaçının tələbinin təmin olunmasında cavabdeh inzibati orqan Yasamal RİH düzgün olaraq imtina etmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə balans saxlayıcı Müdafiə Nazirliyinin iddiaçının kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı müvafiq qərarı olmadığı halda həmin mənzil dövlət mənzil fonduna keçirilə bilməz və Yasamal RİH iddiaçı ilə həmin mənzilə dair hər hansı kirayə müqaviləsi bağlaya bilməz. Bunun üçün yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə iddiaçı tərəfindən əməl olunmalıdır. İddiaçıya izah olunur ki, yalnız qeyd olunan mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı balans saxlayıcının müvafiq qərarı olduqdan sonra (Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla) iddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı Yasamal RİH-yə müraciət edə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Cavadxan küçəsi, 23A nömrəli evin 35 nömrəli mənzilinin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında müvafiq sərəncamın verilməsinin və həmin mənzilə dair İddiaçı ilə daimi mənzil-kirayə müqaviləsinin bağlanması vəzifəsinin Bakı şəhər Cavabdeh üzərinə qoyulması hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6448/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6448/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver