Məhkəmə qərarları › İş №e-2-1(112)-7050/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7050/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7050/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ezamiyyət xərclərinin ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 0677/e nömrəli 30 iyul 2021-ci il tarixli ezamiyyət əmrinə əsasən 31 iyul 2021-ci il tarixindən 19 avqust 2021-ci il tarixinədək Türkiyə Respublikasının Muğla vilayətinin Marmaris şəhərinə ezam edilməsi edilməsi ilə bağlı ezamiyyət xərclərinin, gecikmiş ödəməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hesablanmış dəbbə pulunun və məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixədək Cavabdehndə (bundan sonra – “Cavabdeh”) xidmət (qulluq) keçmiş və X5 xx.xx.2024-cü il tarixli [3360\ş] nömrəli əmri ilə qeyd edilən tarixdə öz arzusu ilə xidmət keçməyinə xitam verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Cavabdeh 0677/e nömrəli 30 iyul 2021-ci il tarixli ezamiyyət əmri ilə iddiaçı X6 Xidmətinin Yanğın texnikası şöbəsinin mühəndis-inspektoru vəzifəsində xidmətdə olarkən qardaş Türkiyə Respublikasının Muğla vilayətinin Marmaris şəhərində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsində iştirak etmək məqsədi ilə 31 iyul 2021-ci il tarixindən 19 avqust 2021-ci il tarixinədək ezam edilmişəm. Ezamiyyət əmrində qeyd edilmiş 2-ci bəndinə əsasən (Maliyyə-iqtisadiyyat Baş idarəsinə (Nağı Nağıyev) tapşırılsın ki, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müvafiq tədbirlər görsün.) ezamiyyət xərclərinin ödənilməsi qeyd edilməsinə baxmayaraq, ezamiyyət dövründə, həmçinin qayıtdıqdan sonra Nazirlər Kabinetinin ezamiyyət normaları haqqında 14 nömrəli qərarı ilə müəyyən edilmiş normalara uyğun ezamiyyət xərcləri indiyə qədər ödənilməmişdir. İddiaçı hesab edir ki, ezamiyyət xərclərinin ödənilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı, Bakı şəhəri 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarın 2-ci bəndində qeyd edilmiş ki, “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin (1 nömrəli əlavə), 7-ci bəndində isə müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. X2 18 yanvar 2012-ci il Q-01 nömrəli Azərbaycan Respublikası Maliyyə nazirliyinin kollegiyasının Qərarında 3-cü bölmənin 1-ci maddəsinə əsasən Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. Ezamiyyətin məqsədi Türkiyə baş vermiş yanğınların söndürülməsi olmuş, yanğınların söndürülməsi zamanı çöl şəraitində qalmışdır ki, yanğınlara müdaxilə effektiv olsun. Təşkilatlar xarici ezamiyyə xərclərini, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər. 14 nömrəli qərara əsasən Türkiyə digər şəhərləri üçün 180 avro dəyərində hesablanılır. İddiaçı 31 iyul 2021-ci il tarixindən 19 avqust 2021-ci il tarixinədək ezam müddətinə uyğun ödənişin icra edilməsi üçün müraciət edir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edimişdir ki, sabiq əməkdaş İddiaçı fövqəladə hallar orqanında xidmət dövründə FHN-nin 0677/e nömrəli 30 iyul 2021-ci il tarixli əmri ilə meşə yanğınlarının söndürülməsinə yardım məqsədilə 31 iyul 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək Türkiyənin Marmaris şəhərinə ezam olunmuşdur. Onun xidmətkeçməsinə Azərbaycan Respublikası FHN-nin xx.xx.2024-cü il tarixli 3360/ş nömrəli əmri ilə xitam verilmişdir. Xidmətdə olduğu dövr ərzində İddiaçı ezam xərclərinin ödənilməsi ilə bağlı iş yerinə müraciət etməmişdir. Göründüyü kimi hazırki iddia tələbi işəgötürənlə işçi arasındakı əmək münasibətlərindən irəli gəlir. Əmək münasibətlərini tənzimləyən əsas normativ sənəd olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfin məhkəməyə verdiyi tələbdə əsaslandığı ezam olunma əmri 30 iyul 2021-ci il tarixdə verilib və göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə görə, qanunla müəyyən edilmiş iddia müddəti ötürülüb. Hazırda ezamiyyə qaydaları və normaları “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-01 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2” ilə tənzimlənir. Maliyyə Nazirliyi Kollegiyasının qeyd olunan Qərarı ilə təsdiq olunmuş Qaydaların İİİ hissəsinin 1 -ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-ni mehmanxana xərcləri, 35%-ni gündəlik yemək xərcləri, 5%-ni isə nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər təşkil edir. Qaydaların İ hissəsinin 7-ci bəndinə görə, ezamiyyə müddətinin müəyyən edilməsi üçün, ezamiyyətə getmək barədə verilmiş əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydiyyat əsas götürülür. Habelə “X2”nın İ hissəsinin 5-ci bəndinə və “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 14 nömrəli Qərarının 5-ci bəndinə görə, nəqliyyat xərclərinin də (ezam olunma yerinə gettmək və qayıtmaq, ölkədaxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilməli olması müəyyən edilib. İddiaçı isə, məhkəməyə iddia ərizəsini əsaslandıran, yəni ezamiyyə müddətini və xərclərini təsdiqləyən hər hansı bir sənəd təqdim etməmişdir. Halbuki, hər hansı məsələ barədə məhkəmədə iddia qaldıran şəxs öz mövqeyini, tələbini təsdiq edən sübutlar təqdim etməlidir. Qüvvədə olan prosessual qanunvericiliyə görə də məhkəmədə iddianı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Ezam müddəti ərzində FHN-nin şəxsi heyəti mehmanxanada deyil, çöl şəraitində xüsusi quraşdırılmış çadırlarda qalmaqla təmin olunmuş, yemək təminatı isə, qəbul edən tərəf olaraq Türkiyə dövləti tərəfindən həyata keçirilmişdir. Ezam yerinə getmək və qayıtmaq da FHN-nin xüsusi xidməti avtotexnikası ilə icra olunmuşdur. Bu baxımdan, faktiki mövcud olmamiş mehmanxana, yemək və nəqliyyat xərclərinin ödənilməsi qanunvericiliyin tələblərinə görə mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq xarici ölkələrə ezam olunduqda qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən ödənilir. Ərizədə qeyd edilən məsələ ilə bağlı bildirilir ki, Türkiyə Respublikasının Muğla vilayətinin Marmaris şəhərində baş vermiş meşə yanğınlarında iştirakınızla bağlı nəzərdə tutulan gündəlik yemək və çöl şəraitində xüsusi çadırlarda qalmaqla təmin edilmişdir. Bununla bağlı Cavabdeh müvafiq əmri ilə 3 (üç) vəzifə maaşı miqdarında mükafat məbləği tam qaydada ödənilmişdir.

5. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2021-ci il tarixli 0677/e nömrəli Əmrinə əsasən:

1. Türkiyə Respublikasında baş vermiş irimiqyaslı meşə yanğınlarının söndürülməsinə yardım göstərilməsi məqsədilə Nazirliyin aşağıda adları qeyd olunan əməkdaşları Muğla vilayətinin Marmaris şəhərinə ezam edilsinlər: İddiaçı – X6 Xidmətinin Yanğın texnikası şöbəsinin mühəndis-inspektoru daxili xidmət mayoru

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, ezamiyyət dövründə yeməklə təmin olunmamışdır. Yeməklə təmin olunsaydı, bu halı təsdiq edən hər hansı sənəd təqdim olunardı. Ezamiyyyətdə olduğu dövrdə rabitə üçün ruminqdən, şəhər daxilində hərəkət üçün nəqliyyatdan istifadə edilmişdir. Müvafiq əmrdə çadırla təmin olunma qeyd edilsə də, çöl şəraitində qalmış, çadırlar olmamış və şəxsi mülki çantada olan vasitələrdən istifadə olunmuşdur. Odur ki, bütün ezamiyyə xərcləri cavabdeh tərəfindən ödənilməlidir.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, sabiq əməkdaş İddiaçı Cavabdeh 30 iyul 2021-ci il tarixli əmri ilə meşə yanğınlarının söndürülməsinə yardım məqsədilə 31 iyul 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək Türkiyənin Marmaris şəhərinə ezam olunmuş, xx.xx.2024-cü il tarixdə xidmətkeçməsinə xiatm verilmişdir. Həmin dövr ərzində ezam xərclərinin ödənilməsi ilə bağlı Cavabdehnə hər hansı müraciəti olmayıb. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa qeyd olunmuşdur ki, bu qanunda nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinə əsasən tənzimlənir. Hazırki iddia tələbi işəgötürən və işçi arasındakı əmək münasibətlərindən irəli gəlir. Əmək münasibətlərini tənzimləyən əsas normativ akt Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən şəxs məhkəməyə 1 il ərzində müraciət edə bilər.

İİ. İddianın növü və mümkünlüyü

8. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh 0677/e nömrəli 30 iyul 2021-ci il tarixli ezamiyyət əmrinə əsasən 31 iyul 2021-ci il tarixindən 19 avqust 2021-ci il tarixinədək Türkiyə Respublikasının Muğla vilayətinin Marmaris şəhərinə ezam edilməsi edilməsi ilə bağlı ezamiyyət xərclərinin, gecikmiş ödəməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsi tələb etmişdir.

12. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. ...Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

14. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

15. Məhkəmə nəzərə alır ki, Əmək Məcəlləsinin tələblərinə əsasən pul tələbləri ilə əlaqədar bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə İddiaçı isə hüquqlarının pozulduğunu iddia etdiyi sonuncu tarixdən (ezamiyyət müddəti bitdiyi xx.xx.2021-ci il tarixdən) təqribən 04 il 05 ay 14 gün sonra məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.

17. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-01 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ezamiyyə xərclərinin normalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir.

2. “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” təsdiq edilsin (2 nömrəli əlavə).

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.

5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X2”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

18. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-01 nömrəli xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”:

1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. Təşkilatlar xarici ezamiyyə xərclərini, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.

19. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Türkiyə Respublikasına ezam olunmasının məqsədi baş vermiş irimiqyaslı meşə yanğınlarının söndürülməsinə yardım göstərməkdir. İddiaçı ezamiyyət dövründə yanğınlara müdaxilənin effevtik həyata keçirilməsi üçün çöl şəraitində qalmışdır (qeyd olunan fakt iddiaçı tərəfindən təsdiq edilmişdir), əlavə mehmana xərclərinin, yemək xərclərinin, nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclərinin yaranması ilə bağlı hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə eyni zamanda müəyyən edir ki, müvafiq ezamiyyətlə əlaqədar olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən 3 (üç) vəzifə maaşı miqdarında mükafat məbləği tam qaydada ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğundur və cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar