Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7210/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müsabiqədə iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixdə elan etdiyi müsabiqədə iddiaçının iştirakının təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən 19 sentyabr 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edilmişdir. Bu elanın məzmununda bildirilir ki, Dövlət vergi orqanlarına xidmətə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İ1Q nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********301500 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları"na müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə xx.xx.2022-ci il saat 10:00-dan xx.xx.2022-ci il saat 23:59-dək həyata keçirilmişdir. Tərəfindən xx.xx.2022-ci il tarixində elektron ərizə ilə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər vergi orqanında fəaliyyət göstərdiyini əsas gətirərək müsabiqənin test mərhələsindən azad edilməyini və müsahibə mərhələsində iştirak eləməyini Dövlət Vergi Xidmətindən xahiş etmişdir. Eyni tarixdə müraciətə baxılmanın nəticəsi barədə sizə məlumat veriləcəyi cavabı elektron poçtuna göndərilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində mailto:orucluc63@gmail.comElektron ünvan elektron poçt ünvanına “Sizin ərizəniz aşağıdakı səbəb ilə gözləmədədir” cavabı göndərilmişdir. Səbəb: (Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli İ4İ-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilir. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcək və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəklər. Sizin birbaşa müsahibə mərhələsində iştirakınızla bağlı bildiririk ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda iştirakınızla bağlı Sizə əlavə məlumat veriləcək). Daha sonra xx.xx.2023-cü il tarixində (AVİS:**********181600) nömrəli məktubla müsabiqədə iştirakının təmin edilməyəcəyi ilə bağlı cavab göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xilam verilmiş şəxslər istisna olmaqla) şəxslər müsabiqənin test mərhələsindən azad edilir. Əsasnamədən də göründüyü kimi birbaşa müsahibə formatı və ya adi formal deyə bir hal əks etdirilməyib və Dövlət Vergi Xidmətinin cavabı tamamilə absurd və əsassızdır. Yəni namizəd ərizəsini təqdim edir, daha sonra test mərhələsindən azad edilərək müsahibədə iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarəedilməsi Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi qaydaları, habelə namizədlərin dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmaması və müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi halları “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tənzimlənir. X3 Xidməti öz qərarı ilə təsdiqləyir ki, müsabiqəyə buraxılmama halı yalnız əsasnamə ilə tənzimlənə bilər. Dövlət Vergi Xidmətinin kadr məsələləri ilə bağlı elanda qeyd etdiyi (012) ***-**-** nömrəsi ilə əlaqə saxlayıb elektron məktuba gələn cavabın izahını soruşduqda dəstəyi götürən əməkdaş bu müsabiqənin başlanğıc vəzifələrlə bağlı olduğunu və istədiyiniz halda test mərhələsində iştirak edə biləciyini bildirdikdə əsasnamənin qurum tərəfindən tamamilə yalnış şərh edildiyi ona aydın olmuşdur. Çünki iddiaçının hər hansı elanda göstərilən vəzifələrdən daha yüksək vəzifə iddiası olmamışdır və test imtahanında iştirak etdikdən sonra müsahibə mərhələsindən keçən şəxs hansı vəzifəyə təyin edilirsə, test mərhələsindən azad olan şəxsdə müsahibədə uğur qazandıqda eyni vəzifəyə təyin edilir. Dövlət Vergi Xidmətinin ziddiyətli mövqeyində deyilir ki, o, test mərhələsində iştirak edib müsahibəyə buraxıla bilər, amma test mərhələsindən azad edilə bilməz. Halbuki bunlar arasında prinsipcə heç bir fərq yoxdur. Bu da qurumun əsasnaməni yalnış şərh edildiyinin sübutudur.
3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının dövlət vergi orqanlarına işə qəbulla bağlı keçiriləcək imtahan barədə 19 oktyabr 2022-ci il tarixli müraciətinə DVXda baxılmış və ona bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilir. İddiaçının birbaşa müsahibə mərhələsində iştiraka buraxılması tələbinə münasibətdə bildirir ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda bu tələbə baxıla bilər. Eyni zamanda, hesab edir ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı öz iddia ərizəsində xx.xx.2022-ci il tarixdə müraciət etdiyini bildirsə də, daha sonra ona xx.xx.2023-cü il **********81600 nömrəli məktubla müsabiqədə iştirakının təmin edilməyəcəyi ilə bağlı məktubun göndərildirildiyini qeyd etmişdir. Lakin iddiaçının xx.xx.2022-ci il tarixli **********927800 nömrəli müraciətinə daha öncə, yəni xx.xx.2022-ci il tarixli **********147500 nömrəli cavab məktubu ilə Dövlət Vergi Xidməti tərəfindən münasibət bildirilmişdir. İddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və cavabdehin onun müraciətini xx.xx.2022-cı il tarixində cavablandırdığını nəzərə alsaq iddia müddətlərinin ötürüldüyü aydın olur.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əlavədə bildirilmişdir ki, iddiaçının dövlət vergi orqanlarına işə qəbulla bağlı keçiriləcək imtahan barədə 19 oktyabr 2022-ci il tarixli müraciətinə DVX-da baxılmış və ona bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərman, ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə’’yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilmişdir. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil edilmiş və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin edilmişdirlər. İddiaçının birbaşa müsahibə mərhələsində iştiraka buraxılması tələbinə münasibətdə bildirilmişdir ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda bu tələbə baxıla bilər. Digər tərəfdən iddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnamənin 1.7.3-bəndinə istinad edərək əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslərin müsabiqənin test imtahanı mərhələsindən azad edildiyini bildirmişdir. Lakin bununla bağlı qeyd etməliyik ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 13-1-ci maddəsinə əsasən vergi orqanlarına xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması” Qaydasının 2.3-cü bəndinə əsasən dövlət qulluğunda ixtisas dərəcəsinə malik olan dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edildikdə, onun barəsində staj və sınaq müddəti tətbiq edilmədən malik olduğu ixtisas dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilir. Odur ki, xx.xx.2022ci il tarixində elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcəyi və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəkləri nəzərdə tutulduğundan və İddiaçı daha öncə vergi orqanlarında dövlət qulluğunun xüsusi növünə aid rütbəyə malik olduğundan iddiaçının müraciəti təmin edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçıya dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda iştirakı ilə bağlı məlumat veriləcəyi xx.xx.2022-cı il tarixli **********147500 nömrəli cavab məktubu ilə Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi, yəni iddiaçının müsabiqədə iştirakın təmin edilməsi ilə bağlıdır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
İİİ. Məhkəmənin mövqeyi
11. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin (bundan sonra - namizədlər) müsabiqəsinin keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 1.6. Müsabiqədə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin tələblərinə uyğun gələn Azərbaycan Respublikasının vətəndaşlarının (bundan sonra – şəxslər) iştirak etmək hüququ vardır. 1.7. Aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər: - 1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər; 4.1. Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə xarici dilləri və kompüterdən istifadəni mükəmməl bilənlərə üstünlük verilir. 4.6. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı dövlət vergi orqanlarında boş olan ştatların sayından artıq olduqda işə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Xidmətin kadr ehtiyatına daxil edilir və müvafiq ştat vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir. Namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki ildir. Kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi qaydası Xidmət tərəfindən müəyyən olunur.
12. Məhkəmə tərəfindən müəyyən edildi: - iddiaçı 19 sentyabr 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün xx.xx.2022-ci il tarixdə elektron ərizə ilə müraciət etmişdir və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər vergi orqanında fəaliyyət göstərdiyini əsas gətirərək müsabiqənin test mərhələsindən azad edilməyini və müsahibə mərhələsində iştirak eləməyini Dövlət Vergi Xidmətindən xahiş etmişdir. - xx.xx.2022-ci il tarixdə iddiaçının elektron poçt ünvanına müraciətə baxılmanın nəticəsi barədə məlumat veriləcəyi göndərilmişdir. - xx.xx.2022-ci il tarixdə iddiaçının elektron poçt ünvanına “Sizin ərizəniz aşağıdakı səbəb ilə Gözləmədədir. Səbəb: Hörmətli namizəd, Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli İ4İ-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilir. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcək və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəklər. Sizin birbaşa müsahibə mərhələsində iştirakınızla bağlı bildiririk ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda iştirakınızla bağlı Sizə əlavə məlumat veriləcək” kimi cavab göndərilmişdir. - xx.xx.2023-cü il tarixdə iddiaçının elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə göndərilən eyni məzmunlu cavab göndərilmişdir. Sonuncu cavabda “Gözləmədədir” sözü isə artıq qeyd edilməmişdir. Deməli iddiaçıya müsahibədə iştirakına imtina cavabı məhz xx.xx.2023-cü ildə göndərilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarəedilməsi Qaydaları”nın 1.4-cü bəndində əsasən, Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi qaydaları, habelə namizədlərin dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmaması və müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi halları “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tənzimlənir.
14. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnamədə qeyd edildiyi kimi müsabiqə test imtahanı və müsahibədən ibarətdir, müsabiqənin birbaşa müsahibə formatında keçirilməsi nəzərdə tutulmayıb. Müsabiqədə iştirak edən namizəd qeyd edilən Əsasnamənin 1.7.3-cü maddəsinə əsasən ərizəsini təqdim edərək, test mərhələsindən azad edilərək müsahibədə iştirak edir.
15. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqları pozub. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixdə elan etdiyi müsabiqədə İddiaçı iştirakının təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva