Məhkəmə qərarları › İş №e-2-1(112)-7489/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7489/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7489/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “qanuni təmsilçi olmaq barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi kimi səlahiyyətlərinə xitam verilməsi və həmin Filialın qanuni təmsilçisi olmağı barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Latviya hüquqi şəxsi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmışdır. "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2021 tarixli Qərarla Azərbaycan Respublikasındakı Filialın direktoru təyin edilmiş və xx.xx.2021 tarixli Etibarnamə ilə Filialın qanuni təmsilçisi kimi çıxış edir. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınaraq xx.xx.2021-ci il tarixində onunla əmək müqaviləsi bağlanılmışdır və Filialın direktoru vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi üzrə əmək haqqının məbləği 750 manat təşkil edir. Bu əlavə iş yeridir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Dövlət Vergi Xidmətində xarici hüquqi şəxsin filialının qeydiyyata alınması üçün əsas tələblərdən biri də həmin filialın direktoru və qanuni təmsilçisinin olmasıdır. Şirkət də bu tələbə cavab vermək üçün, “Asan İmza”nın alınması üçün və asan şəkildə bank hesablarının açılması üçün bu vəzifəyə Azərbaycan Respublikasının vətəndaşını təyin etmək qərarına gəldi. Şirkətlə ilkin razılaşmamıza əsasən mən yalnız şirkətin verdiyi tapşırıqlar çərçivəsində fəaliyyət göstərməli idi və Filialın xərcləri, o cümlədən əmək haqqları Şirkətin Filialı maliyyələşdirdiyi vəsaitlərin hesabına ödənilməli idi. Filialın qeydiyyatından sonrakı bir neçə ay ərzində Filialın xərclərinin ödənilməsi üçün pul vəsaitləri Şirkət tərəfindən göndərilirdi, əmək haqqları vaxtlı-vaxtında ödənilirdi, lakin 2022ci ilin ilk aylarından Filialın xərclərinin ödənilməsi üçün Şirkət tərəfindən mütəmadi qaydada pul vəsaitlərinin göndərişi dayandırıldı və uzunmüddətli gecimələr yaranmağa başladı. Bu səbəbdən vergilərin, sosial ödənişlərin və əmək haqqlarının ödənilməsində də uzun gecikmələr yarandı. Bununla Filialın böyük məbləğdə əmək haqqı və sosial ayırmalar üzrə borcları yığıldı. Gələn məbləğlərin hamısı isə Şirkətin rəsmi emailı vasitəsilə göndərilmiş tapşırıqları əsasında bölüşdürülürdü. Beləliklə, Şirkət tərəfindən Filialın maliyyələşdirilməsi dayandırıldığı üçün Filial işçilərin əmək haqqlarını ödəmək imkanından məhrum edildi və Filialın Dövlət Sosial Müdafiə Fonduna, İcbarı Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna böyük məbləğdə borcları yarandı. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququ vardır. Şirkət tərəfindən Filialın maliyyələşdirməsində yaranan gecikmələr səbəbilə mən uzun müddət ərzində Şirkətə müraciət edərək dəfələrlə direktor vəzifəsindən azad edərək yeni direktorun təyin edilməsini xahiş etmiş, Şirkət buna razılaşsa da, hər dəfəsində fərqli bəhanələr gətirərək prosesi yubandırır və bu hal artıq bir ilə yaxın müddətdir ki, davam edir. Şirkət 03 oktyabr 2023-cü il tarixdə ünvanlanmış 0- 009/91 saylı məktubda bildirilmişdir ki, Filial direktorunun dəyişdirilməsi barədə qərar verilmişdir və direktor dəyişikliyi xx.xx.2023 tarixdən gec olmayaraq həyata keçiriləcəkdir. Lakin bu barədə müvafiq qaydada təsdiq olunmuş təsisçi qərarını indiyədək təqdim etməmişdir. xx.xx.2024-cü il tarixdə Şirkətin rəhbəri ilə olan son yazışmada Şirkət təsisçi Qərarı ilə Filialın direktoru vəzifəsindən azad etdiyini bildirmişdi və həmin Qərarı Latviyada notarial təsdiq edərək skan surəti formasında göndərmişdi. Lakin Şirkət bu dəfə də həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün heç bir addım atmamışdır. Nəinki öz əmək haqqını ala bilmir, həmçinin yığılmış borcları ödəyə bilmir, habelə yığılmış borclara görə hüquqi məsuliyyətə cəlb edilir. xx.xx.2024-cü il tarixdə direktor və qanuni təmsilçi statusunun kommersiya qurumlarının dövlət reyestrində ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etsə də, Filialı yaradan xarici hüquqi şəxsin bu barədə müvafiq Qərarı təqdim edilmədiyi üçün qanuni təmsilçi olduğu barədə qeydin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavab məktubunu qoşmada əlavə edir. Cavab məktubunda Dövlət Vergi Xidməti öz mövqeyini əsaslandırmaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa istinad etsə də, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyənləşdirir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi olmağı barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağın qərarı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının direktoru təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi üçün dövlət reyestrinə daxil edilmiş və xx.xx.2021-ci il tarixdən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisidir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hazırkı iddia tələbi qanuni təmsilçisinin (direktorunun) dəyişməsi ilə əlaqədardır və qanunvericilikdə qanuni təmsilçi dəyişikliyinin həyata keçirilməsi üçün tələb olunan sənədlər öz əksini tapmışdır. Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq ərizə forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun 14.1.7-ci maddəsinə əsasən, qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatlara aiddir. Qanunun 5.4.6-cı maddəsinə əsasən, qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunun 6.1.5-ci maddəsinə əsasən, nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti qeydiyyat orqanına təqdim edilməlidir. Qanunun 6.1.4-cü maddəsinə əsasən, nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Filialın əsasnaməsinin 6-cı maddəsinə əsasən, Filialın idarə edilməsini Cəmiyyət tərəfindən təyin edilən direktor həyata keçirir. Filialın direktoru Cəmiyyətin icra orqanının rəhbəri və ya onun müvəkkil etdiyi şəxs tərəfindən verilmiş etibarnamədə göstərilən səlahiyyətlər daxilində fəaliyyət göstərir. Beləliklə, Filialın direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınması müvafiq ərizəyə filialın direktorunun təyin edilməsi barədə həmin filialı yaradan xarici hüquqi şəxsin müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş qərarı, filialın yeni direktoruna verilmiş etibarnaməni və yeni direktorun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün yuxarıda qeyd olunan hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni iddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Filialın əsasnaməsinin tələbindən aydın olduğu kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi yuxarıda qeyd olunan sənədlər cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddiaçı dair xx.xx.2018-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə 01/21 saylı xx.xx.2024-cü il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına direktor vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə 03 saylı xx.xx.2024-cü il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx/xx-2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası ərazisində Filialı təsis edilmiş və onun Əsasnaməsi təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası ərazisində filialı direktoru Azərbaycan Respublikası vətəndaşı İddiaçı işdən azad olunması haqqında ərizəsi qəbul edilmiş, tutduğu vəzifədən azad olunmuş və ona verilən etibarnamə və etibarnamədən irəli gələn səlahiyyətlər ləğv edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış O-0091/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasında filial üçün baş şirkəti olan "xxxx" SİA şirkəti (Latviya) bununla "xxxx" SİA Azərbaycan Respublikasındakı Filialının direktorunu xx.xx.2023-cü ildən gec olmayaraq dəyişilməsi haqqında qərarı barədə bildirir. Bununla bağlı olaraq xahiş edilmişdir ki, Şirkət əməkdaşı X1 xx.xx.2023-cü ilə qədər müddətdə qüvvədə olan qeydiyyat proseslərinin aparılmasına, müştərilərdən daxil olan nümunələrin və standartların gömrükdən azad olunmasına dair bütün lazımi etibarnamələr verilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq **********075200 saylı məktub ilə bildirilmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq ərizə forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun 14.1.7-ci maddəsinə əsasən, qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatlara aiddir. Qanunun 5.4.6-cı maddəsinə əsasən, qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Qanunun 6.1.5-ci maddəsinə əsasən, nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti qeydiyyat orqanına təqdim edilməlidir. Qanunun 6.1.4-cü maddəsinə əsasən, nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Filialın Əsasnaməsinin 6-cı maddəsinə əsasən Filialın idarə edilməsini Cəmiyyət tərəfindən təyin edilən direktor həyata keçirir. Filialın direktoru Cəmiyyətin icra orqanının rəhbəri və ya onun müvəkkil etdiyi şəxs tərəfindən verilmiş etibarnamədə göstərilən səlahiyyətlər daxilində fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq Filialın direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün müvafiq ərizəyə filialın direktorunun dəyişdirilməsi barədə həmin filialı yaradan xarici hüquqi şəxsin müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş qərarını, filialın yeni direktoruna verilmiş etibarnaməni və yeni direktorun şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməklə müvafiq keçidi vasitəsilə onlayn növbə əldə edərək və ya poçt vasitəsi ilə qeydiyyat orqanına təqdim edilməsi xahiş olunur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. 15.3-cü maddəsinə əsasən, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. 15.4-cü maddəsinə əsasən, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən səlahiyyətlərin icrası Bakı şəhəri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən təmin edilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanunundan: 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. 9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. 9-1.6. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. 9-1.7. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 9-1.8. Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir. Beləliklə, normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanuni təmsilçi barədə məlumat qeydə alınmış faktların sonrakı dəyişikliyi ilə bağlı məlumat olduğundan təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Lakin iddiaçının vəziyyətində məhkəmə həmin dəyişikliyin təqdim edilməsi imkanının və bununla bağlı mümkün hüquqi müdafiə vasitəsinin mövcudluğu və qəbul edilən qərarın icrası mexanizmi nəzərə alınmalıdır. Belə ki, cavabdeh qurum qanunun tələbinə uyğun dəyişikliklə bağlı təsisçilərin ümumi yığıncağının qərarının təqdim edilməli olduğu qənaətindədir. Lakin məhkəmə həm də vətəndaşın vəziyyətinə uyğun olaraq həmin qərarın əldə edilməsi və ya təqdim edilməsi imkanının mövcud olub-olmamasını araşdırmalıdır. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xarici hüquqi şəxs olmasını, onunla iddiaçı arasında hər hansı əlaqəsi olmadığını, ümumiyyətlə ona əmək haqlarının belə ödənilmədiyini bildirir. Belə olan təqdirdə məhkəmə iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və ya onun təsisçisinə qarşı ümumi yığıncağın çağırılması tələbinə dair mülki qaydada qaldırılmış məhkəmə iddiasının hansı qaydada səmərəli hüquq müdafiə vasitəsi olması məsələsinə qiymət verməlidir. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının “İnpharmatis" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına və ya onun təsisçisinə qarşı mülki qaydada qaldırdığı iddianın icrası mexanizmi aydın deyil. Cavabdeh həmin məsələyə hər hansı münasibət bildirmir. Eyni zamanda məhkəmə qeyd edir ki, qurumun rəhbəri olması barədə məlumatın silinməsi, yəni qeydə alınmış faktların sonrakı dəyişikliyin aparılması üçün həmin dəyişikliyi təsdiq edən sənədləri təsisçidən tələb edib təqdim edilməsi və ya müraciətin yeni qanuni təmsilçi tərəfindən ünvanlanması tələbi onun üzərinə qoyulmuş həddən artıq yükdür və bu cür öhdəliyin onun üzərinə qoyulması qanunda nəzərdə tutulmamışdır. Məhkəmə həm də nəzərə alır ki, hazırda iddiaçı ilə MMC arasında bağlanmış əmək müqaviləsi yoxdur, ləğv edilmişdir. Odur ki, əmək müqaviləsinin ləğvinə (və ya ləğv edilmiş hesab edilməsi) dair iddia tələbi də məqsədinə çatmaq üçün səmərəsizdir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda qeyd edir ki, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsi (yəni hazırda qaldırılan iddia) qarşıya qoyduğu məqsədə uyğundur. Qanuni təmsilçinin dəyişdirilməsi tələbi ilə MMC-yə (və ya təsisçilərinə qarşı) qarşı qaldırmış olacağı iddia səmərəli hüquq müdafiəsi vasitəsi hesab edilə bilməz. Belə ki, qanunun mənasına görə təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik ərizə, yəni könüllü iradə ifadəsi əsasında həyata keçirilir. Könüllü iradə ifadəsinin məcburi icra mexanizmləri vasitələri ilə təmini qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla onun məqsədi kimi qiymətləndirilə bilməz. X3 Məhkəməsi dəfələrlə öz qərarlarında göstərmişdir ki, Konvensiya hüquqları nəzəri və ya xəyali deyil, praktiki və səmərəli təmin etməyə yönəlib (digərləri ilə yanaşı bax Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlar). Məhkəmə hesab edir ki, iddiaçının “İnpharmatis" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi kimi qeydiyyatının onun iradəsinə zidd olaraq qalmasının davam etməsi onun əmək hüquqlarının pozulmasıdır. Odur ki, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra üçüncü şəxs olan MMC-nin qanuni təmsilçisinin dəyişdirilməsi və ya qanuni təmsilçi olaraq onun təsisçisinin qeyd edilməsinin onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmadığı qənaətindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının direktoru olması ilə bağlı məlumatın hüquqi şəxslərin dövlət reyestrindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar