Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7859/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və maddi ziyanın tutulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Abdiyev İslam Babaşxan oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və maddi ziyanın tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus xx.xx.2021-ci il tarixində ölkəyə Dəmir yolu nəqliyyatı ilə, ********* nömrəli vaqonda, **********9121 saylı, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi tərtib edilməklə idxal olunan Yodlaşdırılmış Xörək duzunda yodun miqdarının normaya uyğunluğunun yoxlanılmasına dair cavabdehin hərəkətlərinin özbaşına, əsassız olaraq duzda yodun miqdarının 23.3 mkq/q olması ilə bağlı tərtib etdiyi rəy əsasında yükü iddiaçıya verməməsinə dair hərəkətinin qanunsuz hesab edilməsinə, iddiaçıya vurulmuş maddi ziyanın o cümlədən, idxal edilən yodlaşdırılmış xörək duzunun satıcıya ödənilmiş dəyəri olan 5578 (beş min beş yüz yetmiş səkkiz) manat pulun, Gömrük rəsmiləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə ödənilmiş 3427,56 (üç min dörd yüz iyirmi yeddi manat, əlli altı qəpik) manat pulun, anbar xərci olaraq, "xxxx" MMC-yə ödənilmiş 535 (beş yüz otuz beş) manat pulun, nəqliyyat xərci olaraq "xxxx" ASC-yə ödənilmiş 2380 (iki min üç yüz səksən) manat pulun, üstəlik, vaqonun vaxtında boşaldılmadığı səbəbindən "xxxx" MMC-nin cərimə olaraq iddiaçıdan almış olduğu 3425 (üç min dörd yüz iyirmi beş) manat pulun, həmçinin, sözügedən duz partiyasına xərclənmiş pulların dövriyyəsi ilə hər ay 2 vaqon yodlaşdırılmış xörək duzunun satışından əldə ediləcək mənfəət 3640 (üç min altı yüz qırx) manat olmaqla, 22 ay ərzində əldə edilməli olan 80.080 (səksən min səksən) manat mənfəətin, o cümlədən, bu müddət ərzində cəmiyyətin banka ödədiyi kredit borcunun faizi olan 3.094, 69 (üç min doxsan dörd manat, altmış doqquz qəpik) manat pulun (bu partiya üçün ümumi xərclənmiş 15.345,56 manatın bank faizi, 1 ay ərzində 140 manat 67 qəpik olmaqla, bu faiz 22 ay ərzində 3.094,69 manat təşkil edir), eyni zamanda yekun məhkəmə qərarının çıxarılacağı gündən sonra da, qət edilmiş pulların ödəniləcəyi günə qədər müəyyən edilərək hesablanacaq məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmənin nəzərinə çatdırırlar ki, cəmiyyət kommersiya fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida əlavəsi olan yodlaşdırılmış xörək duzu idxal edir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə “İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında İD********** nömrəli ərizə ilə müraciət etmişik, yodlaşdırılmış xörək duzu partiyasının ölkəyə idxal olunmasına razılıq vermələrini xahiş etmişlər. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi 22 dekabr 2021-ci il tarixdə ərizə ilə bağlı ********** 71682/21 nömrəli məktubla onlara cavab vermişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi xx.xx.2019-cu il tarixli, V/54.1 nömrəli alqı-satqı müqaviləsi əsasında yodlaşdırılmış xörək duzunu Azərbaycan Respublikasına idxalına etiraz etmir. İdxal edilən yük gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra qida təhlükəsizliyi baxımından yoxlanılmalıdır. xx.xx.2021-ci il tarixində ölkəyə yodlaşdırılmış xörək duzunu idxal etmişlər. Belə ki, İddiaçı İran İslam Respublikasının "xxxx" Şirkəti ilə bağladığı xx.xx.2019-cu il tarixli, V/54.1 saylı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində İran İslam Respublikasında istehsal edilmiş, 2680 ədəd 25 kiloqramlıq polietilin kisələrdə (2680 yer sayı), Netto çəkisi 66950 kq, Brutto çəkisi 67.000 kq, tərkibində yodun miqdarı 37 mkq/q olan, Natrium-xlorid (CAS 7440-23-5) tərkibli, qida üçün yararlı Yodlaşdırılmış Xörək duzu, istehsalçı ölkənin bütün müvafiq sənədləri ilə müşayiət edilərək, dəmir yolu nəqliyyatı ilə, ********* nömrəli vaqonda Azərbaycan Respublikasının Gömrük ərazisinə daxil olaraq gömrük rəsmiləşdirilməsini keçmişdir. xx.xx.2021-ci il tarixində **********9121 saylı, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi tərtib edilmişdir. Odur ki, gömrük rəsmiləşdirilməsi üçün xərclər, o cümlədən, 120 manat, 1365,78 manat, 1906,38 manat, 30.00 manat, 16.95 manat, 5.40 manat tərəflərindən Bakı Baş Gömrük İdarəsinə, “Azərterminalkompleks” Birliyinə ödənilmişdir. Bundan sonra, yodlaşdırılmış xörək duzunun boşaldılmasına icazə verilməsini gözləmişlər ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin gətirmiş olduğu ********* nömrəli vaqonda olan yodlaşdırılmış xörək duzunu boşaltsınlar. Günlər keçməsinə baxmayaraq, Bakı Baş Gömrük İdarəsi onlara qarşı qərəzindən əl çəkməmiş, işlərinə maneələr yaratmışdır. Bu dövrdə də, Azərbaycan Dəmir Yolunun tələbi olmuşdur ki, vaqonu boşaltsınlar, əks halda, cəmiyyətəcərimələr hesablanmaqdadır. xx.xx.2021-ci il tarixində Bakı Baş Gömrük İdarəsindən onlara bildirmişlər ki, xx.xx.2021-ci il tarixində ölkəyə idaxl etdikləri duzun tərkibində yodun miqdarı 23.3 mkq/q olduğundan, qidaya yararsız olduğu üçün idxalına icazə vermirlər. Yəni, Bakı Baş Gömrük İdarəsinin qərəzi, özbaşınalığı o həddə çatmışdır ki, İddiaçı İran İslam Respublikasının “EGBAL TEJARAT KHAZAR İRAN İSLAM RESPUBLİKASİ/ASTARA X4 SHOGHİ STONE&SALT STOREŞirkəti ilə bağladığı xx.xx.2019-cu il tarixli, V/54.1 saylı müqaviləsi əsasında, xx.xx.2021-ci il tarixində İran İslam Respublikasında istehsal edilmiş, 2680 ədəd 25 kiloqramlıq polietilin kisələrdə (2680 yer sayı), Netto çəkisi 66950 kq, Brutto çəkisi 67.000 kq, Natrium-xlorid (CAS 7440-23-5) tərkibli, qida üçün yararlı yodlaşdırılmış xörək duzu, ********* nömrəli vaqonda Azərbaycan Respublikasının Gömrük ərazisinə daxil olaraq gömrük rəsmiləşdirilməsini keçdiyi, xx.xx.2021-ci il tarixində **********9121 saylı, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi tərtib edildiyi halda, həmin vaxt, tərkibində yodun miqdarı 37 mkq/q müəyyən olunan yodlaşdırılmış xörək duzu, hazırda, xx.xx.2021-ci il tarixində qida üçün yararsızdır, çünki, Bakı Baş Gömrük İdarəsinin özbaşınalığı nəticəsində, yodun miqdarını 37 mkq/q deyil, indi də 23.3 mkq/q yazmışlar. Bundan sonra da, saxtakarlıq edərək, xx.xx.2021-ci il tarixində, yenidən, arxa tarixlə xx.xx.2021-ci il tarixli, **********9121 saylı yeni Gömrük Bəyannaməsi tərtib etmişlər. Onları da, aldatmışlar ki, duz yükünü onlara verəcəklər, ancaq qida məhsulu kimi deyil, texniki məqsədlər üçün istifadə edilməsi məqsədi ilə sata bilərlər. Odur ki, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli, 2065 saylı Sertifikatın surətini də, əlavə etməklə149 saylı məktubla Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova müraciət etmişlər, yodlaşdırılmış xörək duzunun sınağı ilə bağlı Gömrük Ekspertizasının xx.xx.2021-ci il tarixli, 2200-013/002-25/00 6929 saylı “Rəy”inə etirazlarını bildirmişlər, duz partiyasından (vaqondan) orta nümunənin Beynəlxalq Standartın, eləcə də, ölkədə qüvvədə olan Standartın tələblərinə müvafiq götürülmədiyini, müvafiq aktla rəsmiləşdirilmədiyini bildirmişlər. Xahiş etmişlər ki, duz partiyasından (vaqondan) orta nümunənin yenidən götürülməsi, ekspertiza keçirilməsi üçün icazə-məktub versinlər. xx.xx.2021-ci il tarixində Abşeron Gömrük postunun əməkdaşı Ruslan Eyvazov, cəmiyyətin mühasibi Əhəd Əzizovla xx.xx.2021-ci il tarixli, “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” Akt (Gömrük ekspertizasının aparılması Qaydaları”na 1 nömrəli əlavə) tərtib etmişlər ki, Ruslan Eyvazov tərəfindən yodlaşdırılmış xörək duzundan nümunə götürüləcəkdir. Bu halda da, Böyük inspektor Ruslan Eyvazov tərəfindən yodlaşdırılmış xörək duzu partiyasından orta nümunələrin götürülməsi qaydalarına o cümlədən, (GOST 33770-2016, DÖVLƏT ARASİ STANDART (DUZ), həmçinin, GOST 31904-2012, Qrup H09, (ƏRZAQ MƏHSULLARİ) olan tələblərə, həmçinin ölkədə qüvvədə olan AZS ***-**** “Yodlaşdırılmış xörək duzu.Texniki şərtlər” Dövlət standartının tələblərinə əməl edilməmişdir. Halbuki, Azərbaycan Respublikasında ГОСТ 33770-2016 “Соль пищевая.Отбор и подготовка проб.Определение органолептических показателей» və ГОСТ 13830-97 «Соль поваренная пишевая.Общие технические условия» Dövlətlərarası standartları, o cümlədən də, AZS ***-**** “Yodlaşdırılmış xörək duzu.Texniki şərtlər” Dövlət standartı Azərbaycan Respublikasında qüvvədədirlər. Abşeron Gömrük postunun əməkdaşı Ruslan Eyvazovun cəmiyyətin mühasibi Əhəd Əzizovla xx.xx.2021-ci il tarixində “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” Akt əsasında götürmüş olduqları yodlaşdırılmış xörək duzunun müayinəsi, nəticəsi barədə hər hansı bir məlumat olmamışdır. Bununla yanaşı, özləri, xx.xx.2021-ci il tarixində "xxxx" MMC Laboratoriyasına müraciət edib, yodlaşdırılmış Xörək duzundan nümunə təqdim etmişlər və tərkibində yodun miqdarını yoxlamalarını xahiş etmişlər. "xxxx" MMC Laboratoriyasının yoxlamasına dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 0097 nömrəli “Sınaq protokolu”ndan görünür ki, ГОСТ 13830-97 normativ sənədinə görə, təqdim etdikləri nümunədə, yodun miqdarı 34 mkq/q müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN**********) 535 manat pul ödəmişlər. Həmçinin, onlar, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi şəxs, “AZSTAND”, Salyan yeyinti kənd təsərərüfatı məhsullarının sınaq laboratoriyasına müraciət edib, Yodlaşdırılmış xörək duzundan nümunə təqdim etmişlər və tərkibində yodun miqdarını yoxlamalarını xahiş etmişlər. Salyan yeyinti kənd təsərərüfatı məhsullarının sınaq laboratoriyasının yoxlamasına dair tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 4/000483/22 nömrəli “Sınaq protokolu”ndan görünür ki, ГОСТ 13830-97 b.4.2.3, ARSN 25 nömrəli xx.xx.2010-cu il tarixli q və n.b.1.9.12, ГОСТ 13685 normativ sənədlərinə görə, təqdim etdikləri nümunədə, yodun miqdarı 35.0 mkqr/qr müəyyən edilmişdir ki, NƏTİCƏ: Sınaq üçün təqdim olunmuş məhsulun nümunələri ГОСТ 13830- 97 Dövlətlərarası standartının yoxlanılmış göstəricisinin tələblərinə uyğundur. Odur ki, xx.xx.2022ci il tarixində, 153 saylı məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab S.Mehdiyevə müraciət edib, bildirmişlər ki, xx.xx.2021-ci il tarixində idxal etdikləri yodlaşdırılmış xörək duzunda yodun miqdarının yoxlanması zamanı, yodlaşdırılmış xörək duzunda yodun miqdarı aşağı olduğundan, yenidən yoxlama aparılması zərurəti yaranmışdır. Digər tərəfdən də, Yodlaşdırılmış Xörək duzunun vaqonda qalaraq boşaldılmamasına görə, xx.xx.2022-ci il tarixinə qədər İddiaçı MMC-yə, "xxxx" MMC tərəfindən artıq 2550 manat məbləğində cərimə hesablanmışdır və vaqon boşaldılmayana qədər bu cərimə hesablanması davam edəcəkdir. Xahiş etmişlər ki, qanunun tələbinə müvafiq tədbir görülməsinə göstəriş versin. Ona görə, xx.xx.2021-ci il tarixli öhdəlik də, imzalayaraq 153 saylı məktuba əlavə etmişlər və xahiş etmişlər ki, Yodlaşdırılmış xörək duzunda yodun miqdarının yoxlanması üçün müəyyən qədər zaman keçəcəyi səbəbindən, yükü onların öhdəliyinə verməklə vaqondan boşaldılmasına icazə versinlər ki, "xxxx" MMC tərəfindən onlara cərimələr hesablanmasın. Ancaq bir müddət, vəziyyətlərini, buna dair yazılarını, xahişlərini nəzərə alan olmamışdır, digər tərəfdən də, vaqonun boşaldılmamasına görə cəmiyyətə günbəgün cərimələr hesablanmışdır. xx.xx.2022-ci il tarixində 155 saylı məktubla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi cənab Pərviz Kəngərliyə müraciət edib, yodlaşdırılmış xörək duzunda yodun miqdarının yenidən yoxlanılması müddətində vaqonun boşaldılaraq duzun bizim anbara yığılması ilə saxlanca verilməsinə icazə verməsini xahiş etmişlər, cavabdehlik, öhdəlik götürdüyüklərini bildirmişlər. Ancaq onlara qəti olaraq cavab vermişlər ki, yodlaşdırılmış xörək duzunun müvəqqəti olaraq saxlanca verilməsi məqsədi ilə boşaldılmasına icazə vermirlər. Onlar bildirmişlər ki, vaqon boşaldılmamasına görə cərimələr yazılması ilə yanaşı, üstəlik hazırkı yükün gömrük rəsmiləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə, yükün saxlanması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, yükün daşınması, nəqliyyat xərci "xxxx" ASC-yə pullar ödənilmişdir. Bu halda, Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının özbaşınalıqlarının sonunun nə olacağını, bu əməllərinin aqibətinin nə olacağını soruşmuşlar. Yuxarıda da, qeyd etdikləri kimi, yodlaşdırılmış xörək duzunun vaqonda qalaraq boşaldılmamasına görə, xx.xx.2022-ci il tarixinə qədər, İddiaçı MMC-yə, "xxxx" MMC tərəfindən artıq 2550 (iki min beş yüz əlli) manat məbləğində cərimə hesablanması və alınması ilə yanaşı, vaqon boşaldılmayana qədər bu cərimə hesablanması davam edirdi və ölkənin gömrük xidmətinin müəyyən məmurlarının özbaşınalıqları, qanunazidd əməllərinə hüquqi qiymət verən yox idi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi cənab Pərviz Kəngərliyə müraciət edib, yodlaşdırılmış xörək duzunda yodun miqdarının yenidən yoxlanılması müddətində vaqonun boşaldılaraq duzun onların anbarına yığılması ilə saxlanca verilməsinə icazə verməsinə dair xx.xx.2022-ci il tarixli 155 saylı məktublarına da, əhəmiyyət verilməmiş, onlara bəyan edilmişdir ki, yodlaşdırılmış xörək duzu vaqondan boşaldımayacaqdır. Bundan onlara təzyiq vasitəsi kimi istifadə etmişlər ki, vaqon qaldıca, günbəgün xərcləri artır. xx.xx.2022-ci il tarixində onları idarəyə çağırıb, bəyan etmişlər ki, vaqonun boşaldılmamasına görə ödəmiş olduqları cərimlər, gələcəkdə ödəyəcəkləri cərimlər onları maraqlandırmır, yükün boşaldılmasına icazə verməyəcəklər. Onlara kömək edə bilərlər ki, məktub yazıb, duzu dövlətin nəfinə onlara təhvil versinlər. Hər hansı bir çıxış yolları qalmamışdır. Odur ki, onların tələb etdikləri məzmunda xx.xx.2022-ci il 161 saylı məktub yazıb onlara vermişlər. xx.xx.2022-ci il tarixində onlara, xx.xx.2022-ci il tarixli, 03İ nömrəli AKT imzalatmışlar. Aktdan görünür ki, İddiaçınə məxsus xx.xx.2021-ci il tarixində ölkəyə Dəmir yolu nəqliyyatı ilə, ********* nömrəli vaqonda, **********9121 saylı, xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsi tərtib edilməklə idxal olunan 67 ton Yodlaşdırılmış Xörək duzu, Bakı Baş Gömrük İdarəsi Abşeron Gömrük postunun inspektoru İlkin Əsgərov tərəfindən Dövlət Mülkiyyətinə Keçirilmiş Malların və Nəqliyyat vasitələrinin Saxlancının Təşkili şöbəsinin inspektoru, maddi məsul şəxs Əbülfəz Həsənova təhvil verilmişdir. Belə olan halda başa düşülməzdir ki, istifadəyə yararsız əmlak nə üçün dövlət nəfinə əllərindən alınır. Yarasız malı dövlətə niyə verirlər? Digər tərəfdən də, bir müddət sonra onlara məlum olmuşdur ki, məmurların istifadəyə yararsız hesab etdikləri qida məhsulu, Gömrük Komitəsinin vəzifəli məmurları tərəfindən satışa çıxarılaraq satılır. Belə ki, öyrənmişlər ki, Gömrük Komitəsinin vəzifəli məmurları, onlara məxsus duzu, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi yaxınlığında yerləşən anbardan satırlar. Müraciət edib, duzlarını pulla almaq istəmişlər. Duza elə bir qiymət qoymuşlar ki, onun alınıb texniki məqsədlə satmaq sərfəli olmamışdır, odur ki, almamışlar. Yəni, bu məmurlar, onlarla qiymətdə razılaşmadıqları üçün duzu onlara satmamışlar. Sonradan da, məlumat almışlar ki, Baş idarənin rəhbər işçiləri, həmin duzu, qida məhsulu olaraq satmışlar və əldə olunmuş pullar məmurlar tərəfindən mənimsənilmişdir. Bunlar məhz o məmurlardır ki, o generallardırlar ki, bu əməllərə görə DTX təərfindən həbs edildilər, cinayət məsuliyyətinə cəlb edildilər. Yəni, nəticədə, çox böyük ehtimalla, digər məmurların öbaşınalıqları ilə istifadəyə yararsız hesab edilən duz, Gömrük Komitəsinin vəzifəli məmurları tərəfindən satışa çıxarılaraq qida əlavəsi olaraq satılmışdır. Bu zaman sual ortaya çıxır ki, qida üçün istifadəyə yararsız hesab edilən duz nə üçün əhaliyə satılmışdır, eləcə də, duzun satışından əldə edilən pulların aqibəti necə olmuşdur?! Məhz bu cür məsələlərlə bağlı, yəni sahibkarlardan zorla, özbaşınalıqlarla alınmış mallar, Gömrük Komitəsinin vəzifəli məmurları tərəfindən satışa çıxarılaraq bazarlarda, marketlərdə satış nöqətlərində satılaraq pulları mənimsənilmişdir, nəticədə də, yuxarıda da, qeyd etdikləri kimi, ölkənin gömrük xidmətinin general rütbəli bu məmurları, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişlər. Beləliklə, onlara məxsus, xərclər çəkib, vəsaitlər xərcləyib ölkəyə idxal etdikləri 67.000 kq, Natrium-xlorid (CAS 7440-23-5) tərkibli yodlaşdırılmış xörək duzu cavabdehin özbaşınalığı, zorakılığı, süni yaratdığı vəziyyət nəticəsində əllərindən alınmış, onlara maddi ziyan vurulmuşdur. Hesab edirlər ki, cavadehin əməlləri və hərəkətləri qanunazidd, əsassız və qanunsuz olduğundan, məhkəmə müdafiəsindən istifadə edilməlidir, qanunda nəzərdə tutulduğu ilə yanaşı, həm də, məhkəmədən xahiş edilməlidir ki, əməllərdə cinayətin əlamətləri olduğundan, prokurora məlumat versinlər. Cavabdeh AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin özbaşınalığı nəticəsində, AR Gömrük Məcəlləsinin müddəalarının tələbləri, AR “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələbləri, xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılıması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri kobud şəkildə pozulmuşdur, onlara xeyli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, AR “Qida təhlükəsizliyi haqqında” Qanun, Azərbaycan Respublikası Konstutusiyasının 94-cü maddəsinin İ hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 7.4.-cü maddəsinin tələbinə görə, “Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”. Yəni, hesab etsələr ki, həqiqətən duzda yodun miqdarı normadan aşağı olmuşdur, bu, məmurların 67 ton duzu əllərindən almaları üçün əsas deyil. Bu duzu, texniki məqsədlər üçün satmaqları ilə yanaşı, yenidən yodlaşdırılmasını həyata keçirib, qida əlavəsi kimi sata bilərdilər. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunun 8.-ci maddəsində yodlaşdırılmış xörək duzunun istehsalı və idxalına dair tələblər təsbit olunmuşdur. Bu Qanunun 8.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yodlaşdırılmış duzun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Sözügedən Qanunun 7.4-cü maddəsinin tələbinə görə, “Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bizim halda isə, cavabdeh, özünün öz xeyrinə müəyyən etdiyi, qondarma olaraq yazmış olduğu nəticəni, duzda yodun miqdarını 23.3 mkq/q yazaraq, vəzifələrindən sui-istifadə edərək, idxal etdikləri, onlara məxsus duzu qanunsuzluq edərək əllərindən almışlar, vəzifələrindən sui-istifadə edərək mənimsəmişlər. Bununla da, yuxarıda da qeyd etrdikləri kimi, onlara maddi ziyan vurulmuşdur. Belə ki, idxal etdikləri yodlaşdırılmış xörək duzunun dəyəri, 5578 (beş min beş yüz yetmiş səkkiz) manat pul, satıcıya ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün 3427,56 (Üç min dörd yüz iyirmi yeddi manat, əlli altı qəpik) manat pul Bakı Baş Gömrük İdarəsinə ödənilmişdir. Anbar xərci, 535 (beş yüz otuz beş) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Nəqliyyat xərci 2380 (iki min üç yüz səksən) manat pul "xxxx" ASC-yə ödənilmişdir. Vaqonun vaxtında boşaldılmadığı səbəbindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3425 (Üç min dörd yüz iyirmi beş) manat pul cərimə olaraq ödənilmişdir. Bununla yanaşı, cavabdehin də, özündə olan rəsmi məlumatlardan görünür ki, onlar bir ay ərzində, ölkəyə 3 vaqon yodlaşdırılmış xörək duzu idxal etmişlər ki, 1 vaqon duzun satışından da, 1820 (bir min səkkiz yüz iyirmi) manat mənfəət əldə etmişlər. Hazırda, 1 ay ərzində gətirəcəkləri duzu 3 deyil, 2 vaqon olaraq hesab etsələr belə, 2022-ci ilin yanvar ayından etibarən, 1 ay ərzində gətirəcəkləri 2 vaqon duzdan, hər birindən 1820 (bir min səkkiz yüz iyirmi) manat, 2 vaqon üçün 3640 (üç min altı yüz qırx) manat mənfəət itkisinə məruz qalmışlar ki, bu rəqəm də, bu günə qədər, 22 ay ərzində 80.080 (səksən min, səksən ) manat təşkil etmişdir. Həmçinin, yuxarıda qeyd edilən xərclərə sərf olunan vəsait, cəmiyyətin bankdan götürmüş olduğu kredit hesabına ödənilmişdir ki, bu məbləğ də, yəni, xərclənmiş 15.345,56 manatın bank faizi, 1 ay üçün 140 manat 67 qəpik olmaqla, 22 ay ərzində, 3.094,69 manat təşkil etmişdir. Odur ki, cavabdeh tərəfindən vurulmuş ziyanın kompensasiyası, həmçinin, duzun satışından əldə ediləcək pulların yekun məhkəmə qərarı qəbul edilərək, pullar cavabdehdən alınanadək, duz satışı ilə bağlı dövriyyəsindən əldə edəcəkləri mənfəət, eləcə də, bank xərcləri hesablanaraq, cavabdehdən tələb edilməlidir. 07 dekabr 2023-cü il tarixində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə, məlumat üçün surəti də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilməklə, EMS poçt vasitəsilə pretenziya məktubu təqdim etmişlər. AR Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsi rəisinin müavini Ülvi Məmmədov, xx.xx.2023-cü il tarixli məktubla, pretenziya məktublarını BBGİ-nin rəisi Elmir Ramazanova göndərmişdir. AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi isə xx.xx.2023-cü il tarixli məktubla onların xx.xx.2023-cü il tarixli, 47 saylı məktublarının tərəflərindən araşdırıldığını yazmış, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixlə, 161 nömrəli məktubla Bakı Baş Gömrük idarəsinə müraciət olunaraq duz yükünün dövlət nəfinə verilməsinə etiraz edilmədiyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla “duz yükü” Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına qəbul edilmişdir. Yəni, onların bütün bunlara məcbur edilmələri barədə yazılmamışdır. İddialarının əsasları kimi, yuxarıda qeyd edilən sənədlərlə yanaşı, aşağıdakıları da qeyd edirlər. Cavabdeh, ilk dəfə idxal etdikləri yodlaşdırılmış xörək duzu partiyasından nümunə götürərkən, “Nümunələrin götürülməsi qaydaları”na (GOST 33770-2016, DÖVLƏT ARASİ STANDART (DUZ), həmçinin, GOST 31904-2012, Qrup H09, (ƏRZAQ MƏHSULLARİ) olan tələblərə, (GOST 33770-2016, DÖVLƏT ARASİ STANDART (DUZ), eləcə də, GOST 31904-2012, Qrup H09, (ƏRZAQ MƏHSULLARİ) olan tələblərə, o cümlədən, ölkədə qüvvədə olan AZS ***-**** “Yodlaşdırılmış xörək duzu.Texniki şərtlər”ə əməl etməmişdir. Eyni zamanda, Abşeron Gömrük postunun əməkdaşı Ruslan Eyvazovun cəmiyyətin mühasibi Əhəd Əzizovla xx.xx.2021-ci il tarixində “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi də, (GOST 33770-2016, DÖVLƏT ARASİ STANDART (DUZ), həmçinin, GOST 31904-2012, Qrup H09, (ƏRZAQ MƏHSULLARİ) olan tələblərə, (GOST 33770-2016, DÖVLƏT ARASİ STANDART (DUZ), eləcə də, GOST 31904-2012, Qrup H09, (ƏRZAQ MƏHSULLARİ) olan tələblərə, o cümlədən ölkədə qüvvədə olan AZS ***-**** “Yodlaşdırılmış xörək duzu.Texniki şərtlər”ə uyğun olmamışdır. Cavabdeh idxalçının AR Gömrük Məcəlləsində malların saxlancla bağlı nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmuşdur. xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılıması haqqında” Azərbaycan Respublikası Qanunu”nun 7.4.-cü maddəsinin tələbinə görə, yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması nəzərdə tutulduğu halda, “Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunduğu halda, cavabdeh, özbaşınalıq edərək, vəzifəsindən sui-istifadə edərək, öz maddi maraqlarını güdərək, tərkibində yodun miqdarı 23.3 mkq/q olan yodlaşdırılmış xörək duzunu (Əslində, tərkibində yodun miqdarı 37 mkq/q olmuşdur) onlara verməmiş, mənimsəmişdir.
3. Sonradan iddiaçının qanuni təmsilçisi elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya vurmuş ziyanın kompensasiyası olan 98.520,25 (doxsan səkkiz min beş yüz iyirmi manat, 25 qəpik) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin, hazırki iş üzrə qanunun müvafiq tələbi pozulduğundan iddia tələbinin mümkün olmadığını hesab edirlər. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 47 nömrəli ərizəyə tərəfimizdən baxılmışdır. İddiaçı tərəfə cavab məktubblarında bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2002ci il tarixli, 200 nömrəli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci bəndində qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q həddində müəyyən edilmişdir. İddiaçı MMCnin (**********) adına 28852085 nömrəli vaqon ilə daxil olmuş, **********9121 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş duz yükü üzrə yuxarıda qeyd edilən halın və malların təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə ilkin və təkrar ekspertizalar keçirilmiş, nəticədə, idxal olunmuş duz yükünün yodlaşdırıldığı, lakin tərkibində yodun miqdarı 23.3 mkq/q olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2002-ci il tarixli, 200 nömrəli Qərarının 1-ci bəndinin tələbinə cavab vermədiyi müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 161 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq duz yükünün dövlət nəfinə verilməsinə etiraz edilmədiyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla “duz yükü” Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına qəbul edilmişdir. Eyni zamanda bildirirlər ki, qeyd edilən gömrük bəyannaməsi üzrə araşdırma aparılan zaman tərəflərindən heç bir uyğunsuzluğa yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 8-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanının yuxarıdakılarla məhdudlaşmayan vəzifələrinə aid edilmişdir. Gömrük Məcəlləsinin 332 -ci maddəsinə əsasən: 332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər. 332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir. 332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır. 332.3. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. “Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 26 nömrəli Qərarına əsasən: 1.2. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər. 2.2. Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz: 2.2.1. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan; 2.2.2. bu Qaydanın əlavəsində göstərilən mallardan; 2.2.3. dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan; 2.2.4 malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan; 2.2.5. yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001 -ci il tarixli, 242 nömrəli Qanununun 8.3-cü maddəsinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. İddiaçı "VOSTOK-A” MMC tərəfindən ölkəyə idxal edilən malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə gömrük orqanlarına təqdim edilmiş **********5930 sorğu nömrəli gömrük bəyannaməsi qanunun tələbləri gözlənilməklə mallar müvafiq prosedur altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Rəsmiləşmə prosesində gömrük orqanı əməkdaşı tərəfindən gömrük məcəlləsi ilə ona verilmiş səlahiyyətlər daxilində ekspertizanın təyin edilməsi hüququndan istifadə edilərək malların (duzun) yodlaşdırılmış olması və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun dəqiq müəyyən edilməsi üçün X2 İdarəsinə 24 dekabr 2021-ci il tarixində 1400- 012/0xx-xx/009311 nömrəli məktubla müraciət edilmişdir. Həmin məktuba 27 dekabr 2021-cü il tarixli 2200-013/0xx-xx/006929 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində İddiaçı MMC-nin ünvanına 28 nömrəli invoys gətirilmiş yük yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarı 19,3 mkq/q olub XİF MN-ə görə 2501 00 911 0 alt yarımmövqeyində sinifləşdirilir. Gömrük Məcəlləsinin 326.2-ci maddəsinə əsasən ekspertin rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla, təkrar gömrük ekspertizası təyin olunur. Buna əsasən, iddiaçının Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2021 -ci il tarixli, xx/xx/033451 saylı müraciət məktubuna əsas götürülərək 28852085 nömrəli vaqon ilə daxil olmuş, brutto çəkisi 67000 kq olan yükə gömrük nəzarəti həyata keçirilən zaman Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə təkrar ekspertizanın aparılması zərurəti yaranmışdır. Gömrük nəzarətini həyata keçirən şəxs tərəfindən 29 dekabr 2021-ci il tarixində 1400-012/004- 25/009531 nömrəli məktubla MGEİ-yə təkrar müraciət edilmişdir. Ekspertin 30 dekabr 2021-ci il tarixli, 2200-013/0xx-xx/007058 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı MMC-nin ünvanına 28 nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş duz yodlaşdırılmışdır, lakin tərkibində yodun miqdar 23.3 mkq/q olduğundan "Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” 200 saylı xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikasının Qərarın 1-ci bəndinə aid edilmir. X2 İdarəsi tərəfindən malların təsnifat kodunun və duzun tərkibindəki yodun miqdarının dəqiq müəyyən edilməsi məqsədi ilə edilmiş müraciətə ekspertizanın xüsusi biliyə malik eksperti tərəfindən baxış keçirilərək rəy verilmişdir. Ekspert tərəfindən verilmiş rəyə uyğun gömrük orqanı əməkdaşı tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Eyni zamanda, iddiaçının ərizəsində də qeyd etdiyi kimi, hər iki ekspertiza üçün nümunələrin götürülməsi prosesində iddiaçı tərəfin qanuni nümayəndəsi iştirak etmiş, prosesə heçbir etiraz bildirməmişdir və “Gömrük ekspertizasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 232 nömrəli Qərarının norma və tələbləri əsas tutulmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq mübahisə predmeti olan “Yodlaşdırılmış xörək duzu” məmulatlarının ölkə ərazisinə idxal edilməsi ilə bağlı bəyannamə, ödəniş qəbzləri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş rəy, gömrük orqanlarına çoxsaylı müraciətləri, öz təşəbbüsləri ilə əldə etdikləri ekspert rəyləri, malların dövlət nəfinə keçməsinə etirazları olmaması barədə məktub, dövlət nəfinə imtina edilmiş malların anbara qəbul edilməsi barədə akt və digər sənədlər məhkəməyə təqdim edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə qoşma şəklində sınaq protokolları, gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında aktlar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsi tərəfindən verilmiş ekspert rəyləri, malların dövlət nəfinə keçirilməsinə etiraz edilməməsi barədə məktub, malların Birliyin anbarına qəbul edilməsi barədə akt əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb kompensasiyanın ödənilməsi barədə iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
21. Gömrük Məcəlləsi M a d d ə 8. Gömrük orqanlarının vəzifələri 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.1. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; 8.0.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək; 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; ... M a d d ə 332. Mallardan dövlətin xeyrinə imtina 332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər. 332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir. 332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır. 332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.
22. “Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 26 nömrəli Qərarına əsasən: 1.2. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər. 2.2. Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz: 2.2.1. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan; 2.2.2. bu Qaydanın əlavəsində göstərilən mallardan; 2.2.3. dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan; 2.2.4 malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan; 2.2.5. yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan. 2.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri (onu əvəz edən şəxs) tərəfindən qəbul edilir. 2.4. Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə malların daşınması, saxlanılması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı xərcləri ödəmir. 2.5. Qanunvericiliklə müəyyən edilmiş hallarda gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına məhdudiyyət qoyulmuş mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icazə sənədlərinin təqdim edilməsi şərtilə həyata keçirilir.
23. Hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı "VOSTOK-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəyə idxal edilən malların (yodlaşdırılmış xörək duzu) gömrük rəsmiləşdirilməsi məqsədi ilə gömrük orqanlarına **********9121 sorğu nömrəli gömrük bəyananməsi təqdim edilmişdir. Mallar müvafiq prosedur altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Rəsmiləşmə prosesi zamanı gömrük orqanı tərəfindən ekspertizanın təyin edilməsi hüququndan istifadə edilərək malların (duzun) yodlaşdırılmış olması və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun dəqiq müəyyən edilməsi üçün X2 İdarəsinə 24 dekabr 2021-ci il tarixində 1400-012/0xx-xx/009311 nömrəli məktubla müraciət edilmişdir. Həmin məktuba 27 dekabr 2021-cü il tarixli 2200-013/0xx-xx/006929 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində İddiaçı MMC-nin ünvanına 28 nömrəli invoys gətirilmiş yük yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarı 19,3 mkq/q olub XİF MN-ə görə 2501 00 911 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra, iddiaçının Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2021 -ci il tarixli, xx/xx/033451 saylı müraciət məktubu əsas götürülərək 28852085 nömrəli vaqon ilə daxil olmuş, brutto çəkisi 67000 kq olan yükə gömrük nəzarəti həyata keçirilən zaman Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə təkrar ekspertizanın aparılması zərurəti yaranmışdır. Gömrük nəzarətini həyata keçirən şəxs tərəfindən 29 dekabr 2021-ci il tarixində 1400-012/004- 25/009531 nömrəli məktubla MGEİ-yə təkrar müraciət edilmişdir. Ekspertin 30 dekabr 2021-ci il tarixli, 2200-013/0xxxx/007058 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı MMC-nin ünvanına 28 nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş duz yodlaşdırılmışdır, lakin tərkibində yodun miqdar 23.3 mkq/q olduğundan "Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” 200 saylı xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikasının Qərarın 1-ci bəndinə aid edilmir. Hər iki ekspertiza üçün nümunələrinin götürülməsi prosesində iddiaçı tərəfin qanuni nümayəndəsi iştirak etmiş, prosesə heçbir etiraz bildirməmişdir. Akta imza etmişdir. Ekspert tərəfindən verilmiş rəyə uyğun gömrük orqanı əməkdaşı tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. İddiaçı tərəfindən bütün bu icraat müddətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən və digər təşkilatlara müraciət olunaraq rəylər alınsa da, cavabdeh orqanın qanunsuz hesab etdiyi hərəkəti (hərəkətsizliyi) və ya qərarları (ekspertiza rəyi və s.) inzibati və məhkəmə icraatı çərçivəsində mübahisələndirilməmiş, sonda öz iradə ifadəsini bildirərək cavabdehin ekspert rəyi ilə razılaşmış, tərəfindən xx.xx.2022-ci il tarixli, 161 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq "xxxx" MMC-nin həyətində saxlanılan xörək duzunun analizi zamanı yodun miqdarının normadan aşağı olması səbəbindən duz yükünün dövlət nəfinə verilməsinə etiraz edilmədiyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla “duz yükü” Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına qəbul edilmişdir.
24. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı qanunsuz hesab etdiyi cavabdeh orqanın hərəkətini (hərəkətsizliyini) və ya qəbul etdiyi qərarları mübahisələndirməməklə məhkəmə müdafiəsi hüququndan istifadə etməməklə həmin halları mübahisələndirməmiş, özü öz iradə ifadəsinə əsasən cavabdehin mövqeyi ilə razılaşaraq, cavabdehə ünvanlandığı ərizəyə əsasən ölkəyə idxal etdiyi maldan dövlət nəfinə imtina etmişdir.
25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydaları və maddi hüquq normalarının tələblərinin pozulması halı mövcud tələbə münasibətdə hazırki halda aşkar edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsi ilə bağlı mövqeyi əsaslı hesab edilə bilməz.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
28. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva