Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-836/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “20535.56 manat mənfəət vergisinin silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “20535.56 manat mə4nfəət vergisinin silinməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilməklə inzibati aktla təsdiqlənməmiş vergi borcunun hesablanması qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin fəaliyyət xidməti mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yükdaşınmaların və yaxud həmin daşınmaları müqavilə əsasənda digər şəxslər vasitəsi ilə həyata keçirən hüquq şəxsdir. Müəsisəsənin həm özünün balansında bir neçə ədəd nəqliyyat vasitəsi var, həm də kənardan müqavilə əsasında daşınmanı həyata heçirir. Həmin daşınma xidmətini həyata keçirən nəqliyyat vasitələrinə fərqlənmə nişanlarına görə vergi ödənilir. Vergi məcəlləsinin 156.1-1 maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində sərnişin və yükdaşmmalarını və yaxud həmin daşınmaları müqavilə əsasənda digər şəxslər vasitəsi ilə həyata keçirən fiziki və ya hüquqi şəxslər vergi orqanında ƏDV məqsədləri üçün könüllü qeydiyyatda dura bilər. Müəsisə yuxarıda göstərilən fəaliyyət növünə istinad edərək könüllü olaraq ƏDV qeydiyyatına durmamışdır. Müəsisə Sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi olduğundan mənfəət vergi ödəyicisi olmamışdır. fərqlənmə nişanı ilə daşınma xidmətini həyata keçirən hüquqi və fiziki şəxlərin heç bir mükəlləfiyyət öhdəçiliyi yoxdur. Çünki müəssisə fərqlənmə nişanı üzrə vergi ödəyir və daşınma xidmətini yerinə yetirir. X4vericiliyinin qoyduğu tələblərdən kənara çıxmadan fəaliyyət göstərdiyinə baxmayaraq xx.xx.2021-ci il tarixində müəssisənin şəxsi vərəqəsinə Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********335600 saylı məktubla 1-ci rüb üçün 2042.75 manat mənfəət vergisi hesablandığı məlum olmuşdur. Bu hüqua zidd əməllə mükəlləfiyyət bölməsində isə ƏDV və mənfəət vergisi ödəyicisi kimi öhdəlik yaranmışdır. xx.xx.2021 -ci il tarixli **********135700/2 saylı şikayət məktubu ilə ƏDV qeydiyyatının ləğv olunması və mükəlləfiyyət bölməsində ƏDV və mənfəət vergisi öhdəçiliyinin çıxarılması barədə müraciət edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********650900 saylı ədv qeydiyyatının ləğvi barədə məktub göndərilmiş və xx.xx.2021-ci il tarixdən etibarən müəssisənin ƏDV qeydiyyatının ləğv olunduğu göstərilmişdir. Müraciət əsasında vergi orqanı yalnışlığı ortadan qaldırmasına baxmayaraq ƏDV qeydiyyatının ləğv olunması barədə məktub göndərilməsinə baxmayaraq mükəlləfiyyət bölməsindən ƏDV və mənfəət vergisi mükəlləfiyyətindən çıxarılmadan xx.xx.2021-ci ildə yenidən Lokal gəlirlər Baş İdarəsi tərəfindən yenidən şəxsi vərəqəyə hesabat ilinin 3-cü rübü üzrə 20535.56 manat mənfəət vergisi hesablanmışdır. Qeyd edilmişdir ki, MMC sadələşdirilmiş vergi ödəyicisi olaraq Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə sabit vergi ödəyicisidir. Cəmiyyət mənfəət vergi ödəyicisi deyildir. Bu səbəbdən mənfəət vergisi hesablana bilməzdi. Müəssisənin sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi olduğuna baxmayaraq əsassız hesablanmış mənfəət vergisinə görə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şəxsi vərəqəyə sərəncam qoyularaq bank hesabından 21172.16 manat vəsait silinmişdir. Qeyd edilmişdir ki, bu borcun hesablanma əsası kimi iddiaçının tərəfindən nə mənfəət vergisi bəyənnaməsi verilmiş, nə də MMC haqqında kameral vergi yoxlaması keçirilərək qərar qəbul edilmişdir. Yəni sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi olaraq qanunvericiliklə tələb edilmədiyinə görə mənfəət vergisi bəyannaməsi verməmişdir və vergi orqanı da kameral yoxlama keçirməyib. Borc hansı əsasla yaranıb? Şəxsi vərəqəyə hansı əsasla işlənib? Bu Məcəllənin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdiirlmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6726/2022 saylı qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6726/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən yenidən inzibati icraatın aparılması və müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 20 (iyirmi) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq “cari vergi ödəmələrinin hesablanması haqqında” arayış müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. Vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 202-ci ilin yanvar-sentyabr ayları ərzində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə dövriyyəsi 903132,34 manat olmuşdur. Həmin dövriyyəyə əsasən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun olaraq 752 610,28 manat (903132,34/6*5) xərc və 2021-ci il üçün 30 104,41 manat ((903132,34-752 610,28)*20%) mənfəət vergisi müəyyən edilmişdir. Mənfəət vergisi məbləğinə uyğun olaraq 2021-ci ilin 3 rübü üzrə 22 578,31 manat cari vergi məbləği müəyyən edilmiş və həmin məbləğdən 2021-ci ilin 1-ci rübü üzrə cari vergi məbləği (2042,75 manat) çıxılmaqla vergi ödəyicisinə 2021-ci ilin 3-cü rübü üzrə 20535,56 cari vergi məbləği hesablanaraq, bu barədə xx.xx.2021-ci il tarixli, **********412900 nömrəli “Cari vergilərin hesablanması haqqında bildiriş” göndərilmişdir. Eyni zamanda bildirilir ki, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********981900, **********968400, **********861800, **********844500, **********08500, **********372800, **********835500, **********972900, **********84000 müraciətlərinə əlavə edilmiş müqavilələrə əsasən daşıma xidmətləri "xxxx" MMC (VÖEN: **********) tərəfindən deyil, üçüncü şəxslərə (daşıyıcılara) ötürülməklə həyata keçirildiyi üçün bu fəaliyyət ekspeditor fəaliyyəti hesab olunur. Belə ki, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Buna əsasən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin və ya sərnişinlərin üçüncü şəxslər vasitəsilə daşınmasını həyata keçirən şəxslər (ekspeditorlar) bu fəaliyyət üzrə Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi üzrə sadələşdirilmiş verginin ödəyicisi hesab olunmurlar. Odur ki, vergi ödəyicisinin yuxarıda qeyd olunan fəaliyyət üzrə gəlirləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mənfəət vergisinə cəlb edilməlidir. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı MMC-yə “Cari vergilərin hesablanması barədə bildiriş” - cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubu. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********898600 nömrəli Qərarın surəti; - iddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ciil tarixli və xx.xx.2022-ci il tarixli şikayət məktubları; - İddiaçı MMC-yə məxsus şəxsi hesab vərəqəsi; - 02/SİM/2021 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Xidməti müqavilələrin surəti; - xx.xx.20220-ci il tarixli KOL-SY-SC-080 nömrəli “Material daşınması üzrə” Xidmət Müqaviləsinin surəti; - xx.xx.2021-ci il tarixli DKTSMMC01 nömrəli “Yükdaçıma xidmətlərinin göstərilməsinə” dair Müqavilənin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün zəruri şərtlərdən biri də inzibati mübahisənin olması, yəni iddia qaldırılmadan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Hazırki işdə isə iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş və nəticə etibarilə onun ərizəsi təmin olunmamışdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız iddiadır, təmin edilməməlidir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, vergi ödəyicisi (iddiaçı) tərəfindən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq "cari vergi ödəmələrinin hesablanması haqqında” arayış müəyyən olunmuş vaxtda təqdim edilmədiyindən, Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə əsasən 2021-ci ilin 3-cü rübü üzrə 20535,56 manat maliyyə sanksiyası hesablanmış və bu barədə vergi ödəyicisinə (iddiaçıya) xx.xx.2021-ci il tarixli, **********412900 nömrəli “Cari vergilərin hesablanması haqqında bildiriş" göndərilmişdir. Cavabdeh vergi orqanının etiraz məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci ilin yanvar-sentyabr ayları ərzində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə dövriyyəsi 903132,34 manat olmuşdur. Həmin dövriyyəyə əsasən Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun olaraq 752 610,28 manat (903132,34/6*5) xərc və 2021-ci il üçün 30 104,41 manat (903132,34-752 610,28*20%) mənfəət vergisi müəyyən edilmişdir. 2021-ci ilin 3 rübü üzrə 22 578,31 manat cari vergi məbləği müəyyən edilmiş və həmin məbləğdən 2021-ci ilin 1-ci rübü üzrə cari vergi məbləği (2042,75 manat) çıxılmaqla vergi ödəyicisinə Vergi Məcəlləsinin 2021-ci ilin 3-cü rübü üzrə 20535,56 manat cari vergi məbləği hesablanmışdır. İddiaçı MMC-nin Şəxsi hesab vərəqəsində “ƏDV qeydiyyat tarixi” qrafasında “yoxdur ” qeydi yazılmışdır. Həmçinin cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında öz izahatında İddiaçı MMC-nin ƏDV ödəyicisi olmadığını bildirmişdir. İş materiallarında olan X2 Şəhadətnamələrdən görünür ki,
1. 99 JN 677 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir.
2. 99 JN 622 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir.
3. 99 JO 474 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir.
4. 99 JO 464 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir.
5. 99 JY 816 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir.
6. 99 JZ 119 qeydiyyat nişanı olan özüboşaldan yük avtomobili mülkiyyətçisi İddiaçı MMC tərəfindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Güründüyü kimi iddiaçı MMC-nin mülkiyyətində olduğu nəqliyyat vasitələri mübahisənin olduğu (yoxlamanın əhatə etdiyi dövrdə) dövrdə mövcud olmamış, həmin nəqliyyat vasitələri sonradan əldə edilmişdir. Həmçinin, iş materiallarında olan müqavilələrə (xx.xx.20220-ci il tarixli KOL-SY-SC-080 nömrəli və xx.xx.2021-ci il tarixli DKTSMMC01 nömrəli) əsasən daşıma xidmətlərini “SİMTRONİC" MMC “icraçı” olaraq deyil, “sifarişçi” kimi üçüncü şəxslərə (daşıyıcılara) ötürülməklə həyata keçirildiyi müəyyən olunur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı MMC müqavilə əsasında müxtəlif müəssisələrin işçiləri tərəfindən daşınma işləri görülmüş və təqdim edilmiş elektron qaimə fakturadan da görünür ki, 2021-ci il ərzində (xx.xx.2021-xx.xx.2012) müəyyən əməliyyatlar aparılmaqla dövriyyəsinin dəyəri 9031332,34 manat olmuşdur. Vergi Məcəlləsinin 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: Cavabdehin etirazının digər əsası kimi iddiaçının fəaliyyətinin ekspeditor fəaliyyəti olması göstərilmişdir. Belə ki, təqdim edilmiş müqavilələrdən də görünür ki, iddiaçı MMC müqavilə əsasında kənardan digər müəssisələrin nəqliyyat vasitələri ilə daşınma xidmətini həyata heçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Belə ki Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçının digər şəxslərlə bağladığı və məhkəməyə təqdim edilmiş 20 dən artıq xidmət müqavilələri onu qeyd etməyə əsas verir ki, İddiaçı MMC (sifarişçi) ekspeditor qismində üçüncü şəxslər (daşıyıcılar) (icraçı) vasitəsilə yüklərin daşınmasını təşkil etmişdir. Göründüyü kimi iddiaçı yük daşımalarını digər şəxslər vasitəsilə həyata keçirdiyini iddia etsə də, yük daşımalarının həyata keçirildiyi nəqliyyat vasitələri onun mülkiyyətində və ya istifadəsində olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı yükün daşınması ilə bağlı yalnız xidmət müqavilələri əsasında sifarişçi kimi çıxış etmiş, yəni yük daşımalarını bilavasitə həyata keçirməmişdir. Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin və ya sərnişinlərin üçüncü şəxslər vasitəsilə daşınmasını həyata keçirən şəxslər (ekspeditorlar) bu fəaliyyət üzrə Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi üzrə sadələşdirilmiş verginin ödəyicisi hesab olunmurlar. Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. - 156.1-1. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilən hüquqdan istifadə edə bilər: - göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən; - digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən; - göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifəsidir. Həmin Məcəllənin 16.2-ci maddısinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 151.5-ci maddəsinə əsasən əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir... Həmin Məcəllənin 151.5.8-ci maddəsinə əsasən əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan açıq şəkildə aydın olunur ki, iddiaçıya vergi orqanı 20535.56 manat məbləğində vergi borcu hesablamaqda haqlı olmuşdur. Belə ki, iş materialları ilə, həmçinin məhkəmə araşdırması ilə vergi ödəyicisi tərəfindən ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını və istinad olunan hüquq normalarını əsas tutaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia dəlilləri əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində hesablanılmış 20535.56 manat mənfəət vergisinin silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev